Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə27/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

 
 
84 
qədər məmnun  edirdi. Oğul  itirmiş atanın  əsil faciəsi isə oğlunu 
təzədən  sağ-salamat  gördükdən  sonra  başlayırdı.  Oğlunun 
xəyanətini öz əli ilə cəzalandırmalı olan Zahidi - M.Mirzə bir anın 
içində bir neçə xarakterdə göstərirdi. Ruhən nəsimiçilərə doğmalıq 
göstərib, onlara qoşulan oğlu Dəyanətin (Ramiz Məlik) barəsində 
Zahidin hakim Əmirdən özünə əhv, övladına ölüm dilədiyi epizod 
“Fəryad” tamaşasının ən təsirli səhnələrindən idi. Obrazın xarakter 
mürəkkəbliyini aktyor xüsusi məharətlə nümayiş etdirirdi. 
Pyesdəki  Əmir  kütbeyin  və  qəddar  bir  obrazdır.  Səməndər 
Rzayev bu obrazı elə-belə də təqdim etməyə nail olmuşdu. Bütün 
saray adamlarının ona tabe olmasına baxmayaraq, müstəqil düşünə 
bilməmək,  dəhşətli  dərəcədə  inadkar  nadan  mövqe  obrazı 
səciyyələndirən  əsas  xüsusiyyətlərindəndir.  Hürufiliyin  kökünü 
kəsmək  üçün  mükafatlar  təsis  edən  Əmir  obrazını  Səməndər 
Rzayev sonda nəsimiləşmiş sarayın müti hökmdarı kimi göstərirdi. 
Öz  doğma  oğlunun  əqidə  dönüklüyü  onun  da  “fəryadı”na  səbəb 
olurdu.  Səhnə  korifeylərimizdən  olan  S.Rzayev  bu  obrazı  məhz 
alçaqlıqla “ucalan” bir obraz kimi təqdim etmişdi. 
Tamaşaçı  Zahid  və  Əmir  obrazlarının  daxilən  puçluğunu 
Loğman  obrazı  ilə  müqayisədə  daha  aydın  duyurdu.  Loğman 
(Ramiz  Novruzov)  surəti  saxtalığa  qarşı  həqiqətin,  heçliyə  qarşı 
haqqın  təmsilçisidir.  R.Novruzovun  yaratdığı  Loğman  obrazı 
insan  əxlaqının,  mənəviyyatının  dərinliklərini  nümayiş  etdirirdi. 
Həm  quruluşçu  rejissor  H.Atakişiyev,  həm  də  R.Novruzov 
Loğman  obrazını  tamaşaçıya  arif,  bilici  kimi  təqdim  etməyə  nail 
olmuşdular. 
Tamaşadakı bütün obrazlar fərdilikdən çox, ümumi ideyanın, 
ümumi  nəticənin  əldə  olunmasına  çalışırdılar.  Belə  ki,  tamaşa  bu 
və ya digər əsas qəhrəmanlar, obrazlar üzərində deyil, mükəmməl, 
yetkin,  bütöv  qurululuşu  ilə  uğur  qazanmışdı.  Rejissor  təfsiri, 
aktyor  oyunu,  bəstəkar  musiqisi,  rəssam  tərtibatı  və  ümumən 
teatrın bütün kollektivinin işi  vəhdət  yaradaraq, uzaq keçmişimizi 
bu  günümüzlə  bağlayan  gözəl  bir  tamaşanın  ortaya  çıxmasına 
səbəb olmuşdu. 
“Fəryad”»  müvəffəqiyyətli  tamaşa  olmaqla  yanaşı,  təbii  ki, 
müəyyən  xırda  nöqsanlardan  da  xali  deyildi.  Zamanında  teatr 


 
 
85 
tənqidi  bu  məqama  diqqət  yönəltmişdi:  “Pyesdə  əl  hərəkətləri  ilə 
bütün  tamaşa  boyu  haqsızlığa  üsyan  edən  obrazın  səhnə 
dinamikası  nə  isə  bir  qədər  sünilik  yaradır  və  tamaşaçını  yorur. 
Bəzən  isə  tək-tək  olsa  da,  ifaçılar  sözlərin  sonunu  aydın  tələffüz 
etmirlər”  (110).  Teatrşünas  Məryəm  Əlizadə  tamaşanın  xırda 
nöqsanlarını göstərməklə, ümumən bunun tamaşanın ruhuna xələl 
gətirmədiyini vurğulayırdı: “Düzdür, bir sıra aktyorlar pyesin şeir 
dilinə  tam  yiyələnə  bilməsələr  də,  tamaşada  fəlsəfi-romantik 
poeziyanın  məişət  həddinə  enmək  qorxusu  yoxdur.  Buradakı 
poetik  xarakterlər  böyük  məsləkin  daşıyıcıları  kimi  inandırıcı  və 
canlıdır” (36). 
Bəxtiyar  Vahabzadənin  “Fəryad”  pyesinin  tamaşaçı  marağı 
qazanmasının başlıca səbəbi ideya-bədii mükəmməlliyi ilə yanaşı, 
həm  də  aktuallığı,  qoyulan  problemin  insanların  qəlbinə  yaxın 
olması  idi.  Bu  müvəffəqiyyət  həmçinin  sənətkarın  teatr  sənətinin 
tələblərinə yaxından bələd olması ilə izah olunmalıdır. Dram əsəri 
üçün  vacib  olan  hərəkət  və  xarakter  vəhdəti  prinsipinə 
B.Vahabzadə  bu  əsərində  də  sadiq  qalmışdı.  Belə  ki,  hərəkətlə 
xarakterin  vəhdəti  dramatik  məzmun  və  formanın  əsas  spesifik 
xüsusiyyətini  təşkil  edir.  Aristotel  göstərir  ki,  “hərəkətsiz 
ümumiyyətlə  səhnə  əsəri,  xüsusilə  də  faciə  yoxdur.  Hərəkətin 
Aristotel estetikasına xas olan absolyutlaşdırılması isə xaraterlərin 
yeni  dövrdəki  kimi  yüksək  psixoloji  inkişaf  və  sərbəstliyə  malik 
olmadığı  antik  ədəbiyyatının  xüsusiyyətləri  ilə  şərtiləndirilir” 
(142,  135).  B.Vahabzadə  hər  bir  əsərində  bir  daha  Aristotel 
estetikasına tapındığını  nümayiş etdirmişdir. 
“Fəryad”  tamaşası  alçalan  və  alçaldılan  insanlıq  fəlsəfəsinə 
qarşı  duran  nəsimiçiliyin  qələbəsi  ilə  bitirdi.  Bununla  da  tamaşa 
tamaşaçını  haqq,  ədalət  yolunda  fəal  mübarizəyə  səsləyirdi.  Bu 
müvəffəqiyyət  həm  sənətkarın,  həm  də  teatrın  uğuru  kimi 
qarşılandı  və  ictimai  rəğbət  qazandı.  Bəxtiyar  Vahabzadə 
dramaturgiyasına  xas  şərtiliklə  tarixiliyin  üzvi  vəhdəti 
dramaturqun növbəti tarixi dramlarında da təcəssümünü tapdı. 
*** 
       1990-cı  ildə  onsuz  da  ictimai-siyasi  böhran  içində 
yaşayan respublikamızın paytaxtında, Bakıda baş verən 20 yanvar 


 
 
86 
faciəsi  bütün  ölkəni  sarsıtdı.  Bir  çox  sənətkarlar  ruhdan  düşdü, 
teatrlarımızda  yaradıcılıq  əhval-ruhiyyəsi  zəiflədi.  Lakin  bunun 
çıxış  yolu  olmadığını  anlayan  görkəmli  sənət  adamları  özlərini  
toparladı,  işlərini  yenidən  qurmağa  başladılar.  Onlar  başa 
düşürdülər  ki,  Vətənin  bu  ağır  günlərində  xalqı  ruh 
düşgünlüyündən  xilas  etmək,  onun  vətənpərvərlik  ruhunu 
qaldırmaq  üçün  teatr  əvəzsiz  rol  oynaya  bilər.  Bu  məqsədlə  də 
həmin  dövrdə  teatrlarımızda  vətənpərvərlik  mövzusunda  bir  sıra 
tamaşalar  qoyuldu.  Belə  tamaşalardan  biri  də  Bəxtiyar 
Vahabzadənin “Şəhidlər” pyesi əsasında hazırlanmış tamaşa oldu. 
       20  yanvar  şəhidlərinin  il  dönümü  ərəfəsində  görkəmli 
dramaturqumuzun  “Şəhidlər”  mənzum  pyesi  Azərbaycan  Dövlət 
Gənc  Tamaşaçılar  Teatrında  tamaşaya  qoyuldu.  İlk  tamaşası  17 
yanvar  1991-ci  ildə  göstərilən  pyesin  quruluşunu  əməkdar 
incəsənət 
xadimi 
Ağakişi 
Kazımov 
vermişdi. 
Faktiki 
materiallardan istifadə edən rejissor Kommunist Partiyası Mərkəzi 
Komutəsinin 
plenumlarının, 
Ali 
Sovetin 
sessiyalarının 
sənədlərindən,  qərarlarından  məharətlə  istifadə  etmişdi.  O,  siyasi 
teatrın  prinsiplərinə  uyğun  olaraq,  hər  bir  vətəndaşın  mövqeyinə 
həssas yanaşaraq, hadisələrin emosional inkişafına rəvac verməklə 
forma və məzmun bütövlüyünə nail ola bilmişdi. 
       Tamaşanın  bəstəkarı  olan  Aydın  Əzimovun  faciənin 
ruhuna  uyğun  yazılmış  musiqisi,  tamaşanın  bədii  yetkinliyinə, 
təsir  və  təlqin  gücünə,  kompozisiya  bütövlüyünə  xidmət  edirdi. 
Rəssamlar Ramazan Bağırov və Azad Xəlilovun tamaşaya verdiyi 
tərtibat  da  çox  uğurlu  idi.  Belə  ki,  tərtibatdakı  müxtəlif  çeşidli 
qəzetlər tamaşaçılara çox şeyi deyirdi.  
       Tamaşada  əsas  rollarda  Qadın  –  Azərbaycanın  xalq 
artisti  Firəngiz  Şərifova,  Kişi  –  Azərbaycanın  xalq  artisti 
Süleyman  Ələsgərov,  Oğlanlar  –  Ədalət  Məmmədov,  Yasin 
Qarayev,  Cəfər  Əhmədov,  Qızlar  –  Almaz  Mustafayeva,  Şəfəq 
Əliyeva,  Kəmalə  Əliyeva,  Mehriban  Abdullayeva,  Ruslar  - 
əməkdar  artist  Firdovsi  Naibov,  Rahib  Əliyev,  Ələsgər 
Qurbanəliyev, Ermənilər – Elxan Qurbanov, Azər Mirzəyev, Rafiq 
Hüseynovun  fərqli  ifaları  tamaşaçılara  güclü  təsir  edirdi.  Onların 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə