Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə35/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

 
 
112 
siyasi  hadisələrin  fonunda  əsərin  estetik  bir  hadisə  kimi  diqqətdən 
yayınması, repertuarda davam gətirməməsi ilə izah etmək lazımdır.   
 
*** 
Beləliklə, II Fəsildən əldə etdiyimiz qənaətə görə,  
1. Bəxtiyar Vahabzadə yalnız müasir mövzulu lirik-psixoloji 
pyeslər  müəllifi  olmayıb,  eyni  zamanda  tarixi  dramlar  da  qələmə 
almışdır.  Onun  tarixi  dramlarının  qəhrəmanları  da,  lirik-psixoloji 
pyeslərində  olduğu  kimi,  öz  hərəkətlərində  və  düşüncələrində 
psixoloji əsasa malikdirlər;  
2.  B.Vahabzadə  psixoloji  dram  ölçülərini  uğurla  tarixi 
mövzulu dramlarına  da gətirə  bilir  və  bununla milli  teatrda tarixi 
dram  ənənələrini  inkişaf  etdirir.  Bir  şair  kimi  yaradıcılığında 
yüksək  zirvələr  fəth  edən  B.Vahabzadə  dramaturq  kimi  eyni 
məqama  tarixi  dramlarında  çatır.  Heç  təsadüfi  deyil  ki,  tarixi 
pyeslərini B.Vahabzadə nəsrlə  yanaşı, nəzmlə də  yazmış, bununla 
da milli teatr ənənələrinə sadiq olduğunu nümayiş etdirmişdir;  
3.  Bəxtiyar  Vahabzadə  tarixi  mövzuda  yazılmış  üç  pyesin: 
“Fəryad”  (24.03.1984),  “Özümüzü  kəsən  qılınc”  (10.04.1998), 
“Dar  ağacı”  (09.12.2000)  əsərlərinin  müəllifidir.  Onun 
dramaturgiyasına  xas  şərtiliklə  tarixiliyin  üzvi  vəhdəti  bu  tarixi 
dramlarında da təcəssümünü tapır; 
 4.  “Fəryad”  pyesi  fəlsəfi  dram  janrına  meyl  edir.  Dramatik 
kolliziya  əsərdə  başlıca  olaraq,  insanın  daxilində,  düşüncə  və 
mühakimələrində  gedir.  Əsərdə  saray  çirkabına  qarşı  duranlar 
həqiqət  aşiqləridir.  Pyesin  səhnə  yozumunu  vermiş  Hüseynağa 
Atakişiyevin  dəqiq,  səriştəli  quruluşunda,  yaxşı  seçilmiş  aktyor 
ansamblının  oyununda  bu  qarşıdurma  parlaq  şəkildə  təcəssüm 
tapır.  Tamaşa  alçalan  və  alçaldılan  insanlıq  fəlsəfəsinə  qarşı 
nəsimiçiliyin  qələbəsi  ilə  bitir.  Rejissor  təfsiri,  aktyor  oyunu, 
bəstəkar  musiqisi,  rəssam  tərtibatı  və  ümumən  teatrın  bütün 
kollektivinin  işi  vəhdət  yaradaraq,  uzaq  keçmişimizi  bu 
günümüzlə  bağlayan  gözəl  bir  tamaşanın  ortaya  çıxmasına  səbəb 
olmuşdur; 
 5.  Ölkəmiz  müstəqillik  əldə  etdikdən  sonra,  milli 
vətəndaşlıq 
mövqeyi  ilə  həmişə  seçilmiş  B.Vahabzadə 


 
 
113 
yaradıcılığında yeni mövzular geniş yer alır. Milli tarixin əvvəllər 
qadağa  qoyulmuş  səhifələrinə  baş  vuran  şair-dramaturq  
Azərbaycan  varlığınının  dərin  qatlarına  nüfuz  edir.  İlk  tamaşası 
1998-ci  il  aprelin  10-da  rejissor  Ağakişi  Kazımovun  quruluşunda 
Akademik  Milli  Dram  Teatrında  göstərilən  “Özümüzü  kəsən 
qılınc”  (“Göytürklər”)  tarixi  pyesi  məhz  bu  yaradıcılıq 
axtarışlarının  bəhrəsi  kimi  meydana  gəlmişdir.  Tarixi  faktlar 
əsasında  yazılan  pyesdə  tarixi  şəxsiyyət  olan  Gur  Şadın  Birinci 
Göytürk  dövlətinin  istiqlalı  uğrunda  mübarizəsindən  söz  açılır. 
A.Kazımovun monumental üslubda quruluş verdiyi tamaşanın əsas 
ideyası  özümüzü  kəsən  gözəgörünməz  qılıncların  kimlərin  əlində 
olduğunu üzə çıxarmaqdan ibarətdir; 
6.  B.Vahabzadə  müstəqillik  illərində  tamaşaya  qoyulmuş 
“Dar  ağacı”  tarixi  faciəsində    vaxtilə  C.Cabbarlının  “Od  gəlini” 
pyesində  aktuallaşdırdığı  Babək  mövzusunu  yenidən,  daha 
təfərrüatlı  işləməyə  imkan  tapır.  O,  xüsusən  Aqşinlə  bağlı  süjetin  
açılmasına  pyesin  ideyasında  mühüm  əhəmiyyət  verir.Rejissor 
A.Kazımov  “Dar  ağacı”nda  müəllif  fikrinə  dəstək  olaraq,  konkret 
tarixi  şəraitdə  insan  xarakterlərinin  gücü,  həqiqəti,  ehtiraslı 
çarpışmalarına  diqqət  yetirmiş,  yaradıcılığına  xas  monumentallıq 
nümayiş  etdirirmişdir.  Tamaşa  xalq  və  Vətən  amalına  xəyanət 
edənlərə mənəvi dar ağacı qurur, onları məhşər ayağına çəkirdi.  
7.  B.Vahabzadənin  tarixlə  müasirliyi  sintez  edən  “Atamın 
kitabı”  pyesi  C.Məmmədquluzadənin  “Anamın  kitabı”  əsərinə 
nəzirə  təsiri  bağışlayır.  Günün  aktual  ictimai  hadisələrindən 
mövzu  alan  pyes  eyni  zamanda  sanki  təkrarlanan  tarixdən  ibrət 
almağa  çağırır.  Azərbaycan  Dövlət  Gənclər  Teatrında  rejissor 
Hüseynağa  Atakişiyev  tərəfindən  tamaşaya  qoyulmuş  pyes 
dramaturq sözünün müasirlərimizə çatdırılması missiyasını  yerinə 
yetirir.  
8.  B.Vahabzadənin  tarixi  mövzulu  pyeslərinin  səhnə  həlli 
teatrımıza  yeni,  qəhrəmanlıq  və  mübarizə  ruhu  ilə  nəfəs  alan 
tamaşalar bəxş etmiş, milli rejissor və aktyorluq məktəbinin əsaslı 
ənənələr üzərində inkişafına daha da rəvac vermişdir. 
 
 


 
 
114 
III FƏSĠL 
BƏXTĠYAR VAHABZADƏ PYESLƏRĠNĠN SƏHNƏ 
COĞRAFĠYASI 
 
3.1. ġair-dramaturqun ilk dram əsərinin Gəncə Teatrında 
səhnə təcəssümü 
 
Teatrın  inkişafında  dramaturgiyanın  rolu  danılmazdır.  Teatr 
daim  tamaşaçıları  cəlb  edən  müasir  repertuarla  maraqlıdır. 
Yaradıcılığı sırf dramaturgiya ilə bağlı sənətkarlarla yanaşı, digər 
şair  və  yazıçıların  da  dram  janrına  müraciəti,  yeni-yeni  dram 
əsərlərinin  meydana  gəlməsi  ümumən  teatrın  xeyrinə  olub, 
inkişafına  rəvac  verir.  Ədəbiyyatın  aktuallaşdırdığı  bir  çox 
mövzular  səhnəyə  ayaq  açır,  müasir  tamaşaçı  ilə  ünsiyyət  üçün 
yeni imkanlar yaradır.  
Yaradıcılığının  çiçəkləndiyi,  məşhur  şair  kimi  tanındığı  bir 
dövrdə  Bəxtiyar  Vahabzadənin  dramaturgiyaya  üz  tutması 
bütövlükdə uğurlu alınmış, şair-dramaturqun qələmə aldığı, demək 
olar  ki,  hər  bir  əsər  səhnəyə  qoyularaq,  ictimaiyyət  arasında 
marağa  səbəb  olmuşdur.  B.Vahabzadənin  ayrı-ayrı  dram  əsərləri 
təkcə  Bakıda  deyil  ölkəmizin  müxtəlif  teatrlarının  səhnəsində 
tamaşaya  qoyulmuş,  bütövlükdə  Azərbaycan  teatr  sənəti  və 
mədəniyyətinin  inkişafında  rol  oynamışdır.  Təbiidir  ki,  bu  uğur 
birdən-birə  əldə  edilməmiş,  şair-dramaturqun  milli  teatrlarımızla 
əməkdaşlığı  uzun  bir  yaradıcılıq  prosesinin nəticəsində  yaranmış, 
son  halda  Azərbaycan  teatr  repertuarını  daim  yeni-yeni  əsərlərlə 
zənginləşdirən püxtə bir dramaturq qazanmışdır.  
Bəxtiyar Vahabzadənin ilk dram  əsəri olan “Vicdan” (“Alim 
olmaq 
asandır”) 
pyesi 
tənqid 
tərəfindən 
birmənalı 
qaşılanmamışdır.  Mehdi  Məmmədovun  bu  pyesi  “canlı  xarakter 
yaratmağın,  onu  baş  rola  çevirməyin  gözəl  nümunəsi”  (80,  59) 
kimi  təqdir  etməsinə  rəğmən,  tənqidçi  İlham  Rəhimli  pyesi  şair-
dramaturqun  ilk  qələm  təcrübəsi  kimi  dram  sənətinin  tələbləri 
baxımından  o  qədər  də  qənaətbəxş  hesab  etmirdi.  Onun  fikrincə, 
“Sənətkarın  həll  etməyə  çalışdığı  ideya  güclüdür.  Həmin  ideya 
məzmun  kimi  əsərdə  əks  olunur,  ancaq  forma  hələ  tapılmamış, 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə