Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə34/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

 
 
109 
ölümü  üstün  tutan,  tutduğu  yoldan  dönməyən  Babək  ölməzdir. 
Onun  ölümü  mənəvi  ölüm  deyil,  fiziki  ölümdür,  onun  ideallarını 
yaşadan  bir  ölümdür.  Babək  ruhu  xalqın  qoluna  qüvvət,  azadlıq 
mübarizəsinə  təpər  verir.  Əli  Nurun  təqdimatında  tamaşaçının 
tarix  və  ədəbiyyat  kitablarından  tanıdığı  Babək  səhnədə 
möhtəşəmliyi ilə canlanırdı. Aktyorun məğrur duruşu, səs tembri, 
baxışları Azərbaycanın qəhrəman oğluna sahnədə əsl abidə idi. 
Babəkin  oğlu  Sabutay  rolunu  əməkdar  artist  İlham  Əsgərov 
(və  əməkdar  artist  Nurəddin  Mehdixanlı)  oynayırdı.  Böyüdüyü 
mühit,  aldığı  tərbiyə  Sabutayın  dünyagörüşünə  öz  təsirini 
göstərmişdi.  Ancaq  üçüncü  şəkildə  Xürrəmabadda  Altayla, 
Çılğınla,  Ağsaqqalla  rastlaşandan  sonra  Sabutay  aldandığını  başa 
düşür: “İçimdəki o səs heç demə atamın səsi imiş. O mənə, mənim 
qəddarlığıma  gülür,  məni  başqa  bir  dünyaya  çağırırdı…  O  səsi 
boğmağa  çalışırdım…  Lakin  İbn  Zeyd  “ərəblərdən  vergi 
almamalısan”  -  dediyi  zaman  içimdəki  həqiqət  səsini  boğmağa 
mane oldu… Tərəddüd başlandı. Sənin fərmanını alanda həqiqətin 
səsinə  inandım…  İnandım  ki,  biz  aldanmışıq”  (129,  30).  İlham 
Əsgərov  obrazda  qəflətən  yaranan  dəyişikliyi,  psixologiya  və 
əhval-ruhiyyəsindəki 
çevrilişləri 
inandırıcılıqla 
tamaşaçıya 
çatdırırdı.  Aqşinin  ciddi  səylərinə  rəğmən,  Sabutay  atasının 
yolunu “insanı qəhrəmanlıq səviyyəsinə ucaldan əqidə” adlandırır. 
O,  əmindir  ki,  atası  Babək  “əsl  qəhrəman  kimi  savaşmış, 
qəhrəman kimi də ölmüşdür”. 
Aqşinin  vəziri  İbn  Tahir  öz  hökmdarından  qat-qat  hiyləgər 
olub,  siyasət  xətrinə  Ağsaqqalı  qəbul  edir,  onu  dinləməyi,  xalqla 
saray  arasında  əlaqə  yaratmağı  lazım  bilirsə  də,  əslində  xilafətin 
casusudur.  Gündə  bir  din,  Vətən  dəyişən    İbn  Tahir  obrazının 
səhnə rəsmində Rafiq Əzimovun seçdiyi rənglər əqidəsiz bir insan 
ölçüsünə uyğun gəlirdi. Əvvəl atəşpərəst, sonra xaçpərəst, musəvi, 
indi  də  müsəlman  olan  bu  fərarinin  xarici  görkəmi  dəyişdikcə 
daxilindəki eybəcərliklər də bir-bir açılır, üzə çıxırdı.  
“Dar  ağacı”  tamaşasında  iştirak  edən  digər  istedadlı  
aktyorların – Hacı İsmayılovun  və Valeh Kərimovun (İbn Zeyd), 
Elxan  Ağahüseynoğlunun  (İbn  Süheyl),  Kazım  Həsənquliyevin 
(Altay),  Məcnun  Hacıbəyovun  (Ağsaqqal),  Samir  Qulamovun 


 
 
110 
(Gözətçi)  da  hadisələrin  gərgin  dramatik  inkişafında  və  təbii  
həllində əməyi az olmamışdı. Tənqid tamaşadakı aktyor ifasından 
razı  qaldığını  bildirərək  yazırdı:  “Aqşin  -  Kamal  Xudaverdiyev, 
Ana  -  Zərnigar  Ağakişiyeva,  Çılğın  -  Məleykə  Əsədova,  insafən 
bütün  aktyorlar  öz  rollarında  elə  sərrast,  coşqun,  xəyanət  və 
sədaqət  müstəvisində  gerçəklik  nümayiş  etdirirlər  ki,  zaldakıları 
da bu ovqat çulğalayır” (30). 
Təbii  ki,  tamaşada  xurda  qüsurlar  da    nəzərə  çarpırdı.  Firuz 
Mustafa  “Mədəniyyət”  qəzetində  çap  olunan  məqaləsində  yazır: 
“Tamaşada hələ  cilalanmamış bəzi ştrixlər də yox deyildir. Mənə 
elə  gəlir  ki,  ayrı-ayrı  personajların  dialoqları  arasında  (məsələn, 
Aqşin  -  K.Xudaverdiyev  və  İbn  Tahir  -  Rafiq  Əzimov)  pauza 
uzundur. Aqşinin son monoloqunda millət istilahına istinad edilir, 
halbuki,  millət  anlayışı  daha  sonrakı  dövrün  -  kaptalizmin 
məhsuludur” (39). 
Azərbaycan  tarixinin  geniş  mənzərəsini  əks  etdirən  “Dar 
ağacı”  tamaşası    illərin  sınağından  çıxan  bir  həqiqəti  tamaşaçıya 
çatdırdı. Həmin həqiqətə görə millətdən ayrı düşən, onun taleyinə 
biganə  olanları  sonda  dar  ağacı  gözləyir.  Bu  tarixi  tamaşanın 
müasirliyi  həm  də  yaşadığımız  dövrdə  respublikada  xalq  və 
hakimiyyət  probleminin  aktuallaşması  ilə  əlaqəlidir.  AMEA-nın 
müxbir  üzvü,  professor  İnqilab  Kərimovun  göstərdiyi  kimi:  “baş 
verən  böyük  hadisələr  fonunda  milli  teatr  sənətimiz  də  öz 
mövqeyini müəyyənləşdirmək və təsir qüvvəsini artırmaq qeydinə 
qalaraq, belə bir aktual tamaşa yaratmışdı” (60). 
 “Dar  ağacı”  tamaşasının  qayəsi  Bəxtiyar  Vahabzadə 
yaradıcılığının  həmişə  həqiqətə,  mənəvi  saflığa  çağıran  ümum-
ideya platformasından ayrı olmayıb, ədibin yeni sənət axtarışlarını 
səciyyələndirirdi.  Heç  təsadüfi  deyil  ki,  tamaşa  B.Vahabzadənin 
lentə  yazılan  sözləri  ilə  başlayır,  hadisələr  cərəyan  etdikcə  bu 
qayə,  məqsəd,  ideya  daha  da  dolğunlaşır,  Aqşinin  edamı 
səhnəsində  apogeyinə  çatırdı:  Yer  üzərində  ədalətə,  yaxşılığa, 
insana  xidmət  etməyən  nə  varsa,  cəzasına  çatmalıdır.  Tamaşa 
xalqa arxa çevirənlərin son məqamda məhşər ayağına, “dar ağacı” 
altına gələcəyinə tam əminlik yaradırdı. 


 
 
111 
“Dar  ağacı”  tamaşası  tarixi  ehtiva  etməklə,    müasirliyə 
xidmət  edən  monumental  bir  əsər  olaraq  milli  Azərbaycan 
səhnəsində layiqli yerini tutmuşdur. 
 
2.4. Təkrarlanan tarixin müasir bədii yozumu 
 
        B.Vahabzadənin  tarix  və  müasirliyi  sintez  etməyə  çalışdığı 
pyeslərindən  biri  də  “Atamın  kitabı”dır.  Amma  burda  dramaturq 
maraqlı  bir  yolla  gedir.  “Allah  səni  rəhmət  eləsin,  Mirzə  Cəlil!” 
epiqrafı  ilə  açılan  əsərin  ideya-bədii  karkası,  dramaturji  strukturu 
Cəlil  Məmmədquluzadənin  məşhur  “Anamın  kitabı”  pyesindən 
götürülmüş, mövzusu müasirlikdən alınmışdır. Bununla müəllif tarix 
və  müasirliyin  bilavasitə  həyatda  da  səsləşdiyini  vurğulamış,  sanki 
tarixin təkrarlandığını ibrət olaraq müasirlərinin nəzərinə çatdırmağa 
çalışmışdır. Pyesdə bizim günlərdə öz siyasi əqidəsinə görə bir araya 
gələ  bilməyən,  atalarının  onlara  vəsiyyət  etdiyi  kitabın  qanunlarına 
tabe olmayan qardaşların “qəhrəmanlığından” söhbət açılır. 1999-cu 
ildə  qələmə  alınmış  əsər  ictimai-siyasi  həyatımızdakı  kataklizmlərin 
əks-sədası olaraq meydana gəlmişdi. 
B.Vahabzadənin digər səhnə əsərləri kimi bu pyes də diqqətdən 
kənarda  qalmadı.  2000-ci  il  oktyabrın  6-da  Azərbaycan  Dövlət 
Gənclər  Teatrı  “Atamın  kitabı”  pyesinin  ilk  tamaşasını  ictimaiyyətə 
təqdim  etdi.  Əsərin  quruluşunu  teatrın  bədii  rəhbəri,  Əməkdar 
İncəsənət Xadimi, rejissor Hüseynağa Atakişiyev vermiş, musiqisini 
bəstəkar,  xalq  artisti  Xəyyam  Mirzəzadə  yazmış,  səhnə  tərtibatını 
rəssam,  Dövlət  mükafatı  lauereatı  Nazim  Bəykişiyev  hazırlamışdı. 
Əsas  rollarda  Dövlət  Gənclər  Teatrının  aktyorlarından  Elşən 
Çarhanlı, İntiqam Soltan, Sərvər Əliyev, Rəzzaq Məmmədov, Nəsibə 
Eldarova, Lalə Kazımova, Elşən Hacıbabayev və b. çıxış edirdilər.  
Lakin  maraqlıdır  ki,  ideya  və  məzmunu  aktual  olan  bu  əsər 
ciddi  reaksiya  doğurmadı,  dövri  mətbuatda  tamaşa  haqqında  bircə 
məqalə,  ya  resenziya  belə  çap  olunmadı.  Tanınmış  tetarşünas  və 
tənqidçilərdən  heç  biri  tamaşaya  öz  münasibətini  bildirmədi; 
tamaşanın  uğur  və  nöqsanlarından  bəhs  açılmadı.  Bunu  bir  yandan 
tamaşanın  daha  böyük  uğurları  olan  dramaturq  və  rejissorun  sıravi 
bir işi kimi qarşılanması ilə bağlamaq olarsa, digər tərəfdən ictimai-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə