Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə37/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

 
 
118 
üçün,  əlbəttə, müəllif və rejissor sözçülüyə qapılmamalı, Sultanla 
əlaqədar  olan  Ana,  Müəllimə  və  Xalidə  səhnələrini  bir  də 
işləməlidir” (37). 
Məşhur  rus  aktyoru  M.Şepkin  yazırdı:  “Aktyor  obrazı 
yaradarkən,  özünü,  öz  şəxsiyyətini,  özünün  bütün  xasiyyətlərini 
unudub, müəllifin ona verdiyi şəxsə çevrilməlidir” (158, 350). Bu 
sözləri  “Vicdan”  tamaşasındakı  Qulam  obrazının  ifaçısı  Sadıq 
Həsənzadənin    (Həsənqara)  oyununa  münasibətdə  söyləmək  olar. 
Həmin  kollektivdə  əlli  ildən  artıq  işləyən  bu  zəhmətkeş  sənətkar 
səhnə  sənətinə  vurğunluğu,  yaddaqalan obrazları  ilə  tamaşaçıların 
dərin məhəbbətini qazanmışdı. 
Qulam  namuslu  əməklə  məşğul  olmaq  istməyən,  gününü 
kefdə  keçirən  bir  adamdır.  Ona  elə  gəlir  ki,  həyatda  hamı  onun 
xeyirxahıdır. Odur ki, əlinə düşəni sağa-sola səpələyir, dostları ilə 
günlərini  başa  vurur.  Lakin  həyat  onu  bərkə-boşa  saldıqda  dost-
tanışı  sınaqdan  keçirir və  get-gedə  ayılır,  həyata  daha  ayıq  baxır. 
Cəmiyyətin  təsiri  ilə  tutduğu  yolun  düz  olmadığını  dərk  edir,  əsl 
xoşbəxtlik  və  səadətin  əməkdə  olduğu  qərarına  gəlir.  Aktyor 
S.Həsənzadə  Qulamın  mürəkkəb  xarakterini,  onun  daxili  aləmini, 
tərəddüd  və  həyəcanlarını  inandırıcı  şəkildə  tamaşaçılara 
çatdırırdı.  Obrazın  fikir  narahatlığı,  duyğuları  ilə  yaşayırdı. 
“Tamaşadakı  Qulam  obrazı  xüsusilə  daha  müvəffəqiyyətli  idi” 
(17, 100).  
Əsərin  ən  qüvvətli  surəti  olan  Fəxrəddin  müəllif  və  rejissor 
tərəfindən 
xalq 
mənafeyini 
qoruyan, 
cəmiyyətin 
tüfeyli 
ünsürlərinə qarşı barışmaz bir mübariz, həm də xeyirxah bir adam 
kimi təqdim edilmişdi. Namuslu xalq hakimi sevdiyi qıza güzəştə 
getməyərək,  onun  dövlət  əmlakını  mənimsəmiş  qardaşını 
mühakimə  edib,  cəzalandırır.  Fəxrəddin  daxili  sarsıntılar  keçirir: 
bir  yanda  sevdiyi  qızın  əsassız  tələbləri,  o  yandan  da  cinayətkar 
Qulama qarşı duran qanunlar! Tərəzinin hansı gözü ağır gəlir? Bu 
ziddiyyətləri aradan qaldırmaq üçün o, “qohumu dardan qurtarmaq 
lazımdır”  deyən  Sultan  Zöhrabovun  nəsihətlərinə  deyil,  ictimai 
mənafeyi  müqəddəs  tutan  vicdanının  səsinə  qulaq  asırdı.  Xalidə 
bundan  ötrü  ondan  üz  döndərsə  də,  əsərin  ikinci  yarısında 
səhvlərini  başa  düşür,  əzab  çəkirdi.  Aktyor  Kərim  Sultanov 


 
 
119 
Fəxrəddin obrazını həm zəif, həm də qüvvətli cəhətləri ilə birlikdə 
tamaşaçıya  təqdim  edirdi.  Fəxrəddin  -  K.Sultanov  böyük 
mətanətlə  gənclik dostu Zöhrabovu və  onun ailəsini cinayətlərdən 
qoruyur,  ailəsinin  dağılmasına  mane  olur.  Fəxrəddinin  Xalidəyə 
söylədiyi  məsləhətlər  bunu  bir  daha  təsdiq  edirdi:  “Bəs  sənin 
balan?  Axı,  istər-istəməz  o  körpə  sizi  bir  nöqtədə  birləşdirir.  Siz 
artıq  uşaq  deyilsiniz,  Xalidə,  anasan.  Analıq  xatirinə  hər  şeyə 
dözməli və bacardığın qədər Sultana təsir etməlisən. Budur mənim 
sizə  məsləhətim…  Özünü  ələ  al,  Xalidə.  Axar  suya  iki  dəfə 
düşmək  olmaz.  Tarixi  geri  qaytarmaq,  yaşadığın  günləri  təkrar 
etmək  mümkün  deyil.  Əzizim,  sənə  öz  ailənlə  bərabər  xoşbəxtlik 
arzu  edirəm”  (124,  43).  Kərim  Sultanovun  oynadığı  Fəxrəddin 
obrazı öz təbii və real boyaları ilə müəllif və rejissorun, eləcə də 
aktyorun müvəffəqiyyəti idi.  
Tamaşada  ən  çox  diqqəti  cəlb  edən  Xalidə  obrazını  xalq 
artisti  Rəmziyə  Veysəlova  oynayırdı.  O,  ilk  gənclik  səhvlərinin 
acılarını  çəksə  də,  ruhdan  düşməyən,  həyatını  və  oğlunu  xilas 
etmək  əzmilə  yaşayan  səmimi  bir  ananın  dolğun  surətini  yarada 
bilirdi.  
Muxtar  Avşarovun  ifasında  Əşrəf  obrazı  xüsusi  seçilir, 
aktyorun  istedadını  aşkara  çıxarırdı.  Kənddən  şəhərə  oxumağa 
gəlmiş  gənc  Əşrəf  (M.Avşarov)  ilk  şəkildən  başlayaraq  sevilə-
sevilə  izlənirdi.  Əşrəf  həmkəndliləri  olan  Fəxrəddin  və  Sultan 
Zöhrabovla ilk görüşü zamanı çox sevinir. Lakin bu görüş Əşrəfdə 
Zöhrabova  qarşı  dərin  nifrət,  Fəxrəddinə  qarşı  sonsuz  məhəbbət 
yaradır. Uşaqlığını kənddə keçirmiş, uzun müddət şəhərdən kəndə 
qayıtmayan  və  kənd  haqqında  köhnəlmiş  təsəvvürə  malik  olan 
Zöhrabov  Əşrəflə  üzləşir,  hətta,  onu  adam  yerinə  qoymur.  Lakin 
o,  tamaşaçıların  gözü  qarşısında  mübahisəyə  girdiyi  orta  təhsilli, 
fəqət  zəngin  dünyagörüşlü  və  düzgün  mühakimə  qabiliyyəti  olan 
bu  gəncə  uduzur,  onun  dərin  və  məntiqli    sözləri  önündə  aciz 
qalırdı. 
Qulam cəzasını çəkib qayıdır. Ali məktəbi bitirib müəllimlik 
edən  və  ondan  boşanmış  Şəlaləni  təzədən  özünə  arvad  etmək 
istəyir. Ancaq Şəlalənin Əşrəfi sevdiyini eşitdikdə yenidən cinayət 
törətmək  fikrinə  düşür.  Qulam  Əşrəfin  qarasınca:  -  Arvadımla 


 
 
120 
mazaqlaşır, onları bir yerdə şirin-şirin söhbət eyləyən görmüşəm, - 
deyə  şikayətlənir.  Sultan  Zöhrabov  bu  sözləri  Qulama  bir  şikayət 
ərizəsi  kimi  yazdıraraq,  institutun  kollektivi  içində  Əşrəfi  biabır 
etmək  istəyir.  Ancaq  bu  hiylə  boşa  çıxır.  Çünki  Şəlalə  artıq 
Qulamdan  boşanmışdır.  M.Avşarov  bütün  məqamlarda  səsi, 
mimikası,  hərəkətləri  ilə  Əşrəf  obrazının  daxili  aləmini,  psixoloji 
vəziyyətini,  xarakter  bütövlüyünü  açıb  göstərməklə,  tamaşanın 
ideya məzmununun açılmasına səy edirdi. 
“Vicdan”  B.Vahabzadənin  psixoloji  dram  janrında  ilk 
təcrübəsidir.  Əşrəfin  Şəlaləyə  pak  sevgi  münasibəti,  Şəlalənin  də 
onu  sevməsi,  Pakizənin  Əşrəfə  odlu  məhəbbəti,  amma  dostluq 
naminə  öz  hisslərini  boğub,  nakam  məhəbbətin  acılarına 
qatlaşması  müəllif  tərəfindən  yaxşı  düşünülmüş,  aktyorlar 
tərəfindən  səmimi  və  inandırıcı  boyalarla  təcəssüm  olunmuşdur. 
Şəlalə  rolunda  A.Ələsgərova  uğurlu  ifa  nümayiş  etdirir,  obrazın 
səhnə  təcəssümünü  təbii  canlandırırdı.  Obrazın  əqli  və  emosional 
keyfiyyətlərinə  yiyələnən  aktrisa  onu  tam  reallığı  ilə  duyur  və 
estetik  cəhətdən  də  əsaslandırılmış  güclü  xarakter  yaratmaq 
imkanı aşkarlayırdı. 
“Vicdan” pyesində  tamaşaçı ilə  kontakt  yaratmaq  üçün xalq 
təfəkküründən,  atalar  sözləri  və  aforizmlərdən  geniş  istifadə 
olunmuşdur.  “Özü  yıxılan  ağlamaz”,  “Tək  əldən  səs  çıxmaz”, 
“Düşmən  səni  daşnan,  sən  düşməni  aşnan”,  “Daldan  atılan  daş 
topuğa  dəyər”,  “Qəpiyin  qədrini  bilməyən,  manatın  qədrini  heç 
bilməz”, “Pul ki var əl çirkidir”, “Sənə güvəndiyim dağlar, sənə də 
qar  yağar”  kimi  aforizmlər  tamaşada  bəzən  ciddi,  bəzən  yumor 
şəklində, həm də yerli-yerində işlədilmişdir. 
Bəstəkar  Şəfiqə  Axundovanın  tamaşaya  yazdığı  musiqi  də 
tənqid  tərəfindən  təqdir  olunmuşdu.  Musiqi  tamaşada  yalnız 
müşayiətedici  xarakter  daşımırdı;  əksinə  hər  bir  obrazın  daxili 
aləmini,  psixoloji  halını,  niyyətini  açan  bir  ifadə  vasitəsi  kimi 
nəzərə çarpırdı. Xüsusilə gənclərin sevgisini, hicran və ayrılığı əks 
etdirən  mahnılar  daha  məlahətli  səslənirdi.  A.Şərifov  “Vicdan” 
tamaşası  haqqında  çap  olunan  məqaləsində  yazırdı:  “Onun 
musiqisi  əsərin  əvvəlindən  sonuna  qədər  cərəyan  edən  psixoloji 
vəziyyətlə, məhəbbət əhvalatları ilə, obrazların keçirdiyi sevinc və 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə