Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə38/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

 
 
121 
kədərlə  həmahəng  səslənməklə  əsərin  ideyası  ilə  canlı  surətdə 
əlaqələndirilmişdir.  Əsərdə  tez-tez  səslənən  “Könül  təranəsi, 
Fəxrəddinin  mahnısı”  adlı  musiqini  eşitdikdə  tamaşaçı  istər-
istəməz  həyəcan  keçirir”  (116).  Tamaşanın  bədii  tərtibatını  verən 
rəssam  Bəhram  Əfəndiyev  teatrda  səhnə  tərtibatı  üçün  texniki  və 
maddi  imkanların  son  dərəcə  zəif  olmasına  baxmayaraq,  gözəl 
səhnə  tərtibatına  müvəffəq  olmuşdu.  Həm  bədii  tərtibat,  həm  də 
geyim  esgizləri  əsərin  məzmunu  ilə  uyğunlaşdırılmış  və  tamaşanı 
xeyli dolğunlaşdırmışdı. 
Xalq  artistləri  R.Veysəlovanın  (Xalidə),  S.Orlinskayanın 
(Bahar),  əməkdar  artistlər  Ə.Yusifzadə  (Sultan),  S.Həsənzadənin 
(Qulam),  S.Mustafayevanın  (Pakizə),  Ə.Seyfinin  (Abdulla), 
M.Avşarovun  (Əşrəf),  artistlərdən  K.Sultanovun  (Fəxrəddin), 
F.Bədirbəylinin  (Tükəz),  A.Ələsgərovanın  (Şəlalə),  M.Cəfərin 
(Atobba), F.Əliyevanın (Mirəstə) oyunları razılıq hissi doğursa da, 
tamaşanın  bəzi  qüsurları  da  vardı.  Tənqidin  fikrincə,  xüsusilə 
Əşrəf  (M.Avşarov)  obrazının  son  şəkillərdəki  vəziyyəti  və  onun 
inkişafı  bir  qədər  zəif  verilmişdi.  Dördüncü  şəkildə  Əşrəfin  elmi 
işinin müzakirə edilməsinə həm müəllif, həm rejissor tərəfindən az 
diqqət  verildiyindən  müzakirə  sönük  çıxmışdı.  Əsərdə  mühasib 
Abdulla  (Ə.Seyfi)  əsərin  ana  xətti  ilə  bağlı  olsa  da,  onun  arvadı 
Mirəstə  (F.Əliyeva)  bir  o  qədər  bayağı  çıxmışdı.  Tənqidçi 
A.Şərifov    yazırdı:  “Əşrəf  obrazı  birinci  şəkildə  olduğu  kimi, 
sonrakı  şəkillərdə  lazımi  səviyyəyə  qaldırılmamışdır.  Buna 
baxmayaraq  aktyor  Muxtar  Avşarov  tərəfindən  bu  obrazın  daxili 
aləmi,  gözəl  insani  duyğuya  malik  olduğu,  həyata,  insanlara, 
əməyə,  yaşamağa  və  yoldaşlığa  ən  səmimi  münasibət  bəslədiyi 
sənətkar bacarığı ilə tamaşaçılara çatdırılır” (116). 
“Vicdan”  dramının  sonunda  tamaşaçı  xoş  əhval-ruhiyyə  ilə 
teatrdan ayrılırdı. Cəmiyyətin birgə yaşayış və davranış qaydaları, 
humanist  insanların  tərbiyəvi  mövqeyi  qələbə  çalır,  Qulamı  da, 
Sultan  Zöhrabovu  da  yumşaldırdılar.  Qulam  faydalı  əməyə 
başalyırdı.  Sultan  Zöhrabov  isə  ananın  müqəddəs,  balanın  şirin 
olduğunu anlayır və öz eyiblərini dərk edirdi. 
1961-ci  ilin  iyun  ayında  Bakıya  qastrola  gələn  C.Cabbarlı 
adına  Kirovabad  (Gəncə)  Dövlət  Dram  Teatrı  repertuarında  olan 


 
 
122 
“Nəsrəddin  şah”  (C.Cabbarlı),  “Əliqulu  evlənir”  (S.Rəhman), 
“Bahar  suları”  (İ.Əfəndiyev),  “Həmyerlilər”  (A.Məmmədov), 
“Böyük  ürək»  (İ.Qasımov  və  H.Seyidbəyli),  “Ürək  sevərsə” 
(Ə.Yusifli),  “Xəyanət”  (H.Bicari  və  Q.Cəmşidi),  “Qaynana” 
(M.Şamxalov),  “Tülkü  və  üzüm”  (Q.Fiqreyredo),  “Kələkbaz 
sevgili”  (Lope-de  Veqa)  tamaşaları  ilə  yanaşı,  “Vicdan” 
tamaşasını da paytaxt sakinlərinə təqdim etmişdi. Bakı qastrolunda 
teatrın müasir mövzuda yazılan əsərlərə geniş yer verməsi müsbət 
hal kimi təqdir olunmuşdu. Mətbuat bu vacib cəhətə xüsusi diqqət 
yetirərək,  teatrın  əməyini  layiqincə  qiymətləndirmişdi.  Çünki 
“repertuar  zənginliyi  ilk  növbədə  teatrın  dramaturqlarla  yaradıcı 
dostluğundan, səmərəli əməkdaşlığından yaranır. Teatr öz ətrafına 
nə qədər çox dramaturq toplayırsa, onun qovluğu bir o qədər dolu, 
mövzu dairəsi bir o qədər geniş, səhnəsi bir o qədər təravətli olur” 
(119).  
Gəncə  teatrının  Bakı  tamaşaları  yaradıcılıq  hesabatı  olub, 
teatrın öz repertuarı, öz dəsti-xətti, öz yaradıcılıq üslubu olduğunu 
nümayiş etdirirdi. O cümlədən “Vicdan” tamaşası barədə də teatr 
ictimaiyyətinin rəyi mətbuatda dərc olunmuşdu. Qeybulla Rəsulov 
ümumən  tamaşadan  razı  qaldığını  bildirməklə  iradlara  da  diqqət 
cəlb  etmişdi:  “Pərdələrin  və  şəkillərin  sonluqları  əksər  hallarda 
sönük  və  təsirsizdir.  Səhnə  əsərlərində  daha  çox  tələb  olunan 
intizar, hadisələrin kəskin və  gözlənilməz dönüşləri, ümumiyyətlə 
hərəkətlərin  dinamikliyi  az  nəzərə  çarpır.  Bəzi  əlavə  xətlər, 
məsələn,  mühasib  Abdulla  və  Mirəstə  xətti  pyesin  əsas  konflikti 
ilə yaxşı bağlanmamışdır” (107). 
Gəncə  teatrının  Bakı  qastrolu  onun  yaradıcılıq  nailiyyəti 
üçün  fərəhli  bir  yekun  hesab  olundu.  “Görkəmli  elm  və  sənət 
adamlarının mətbuatda çap olunmuş məqalələrində teatrın nöqsan 
və  çatışmamazlıqları  doğru  göstərilməklə  bərabər,  belə  bir  yekdil 
fikir  irəli  sürüldü  ki,  Kirovabad  (Gəncə)  teatrı  öz  yaradıcılıq 
məsələlərinin həllində müstəqilliyə meyl edir, öz repertuarını yeni 
əsərlər hesabına zənginləşdirir” (53, 67). 
Bu  qastrol  səfəri  teatra yeni  şöhrət  gətirməklə bərabər,  onda 
yaradıcılıq 
məsələlərinə 
diqqəti 
artırmağı, 
repertuar 
rəngarəngliyinə  nail  olmağı,  geniş  tamaşaçı  kütləsinin  istək  və 


 
 
123 
arzusuna  müvafiq  yüksək  ideyalı,  bədii  cəhətdən  mükəmməl 
əsərlərin  səhnəyə  hazırlanmasına  səy  göstərməyi  bir  vəzifə  kimi 
qarşısına məqsəd qoydu. 
 “Vicdan”  pyesi  B.Vahabzadənin  ilk dram  əsəri  olsa  da,  XX 
əsrin  ortalarında  Azərbaycanda  teatr  hərəkatının  dirçəlişində 
məxsusi  yeri  vardır.  Azərbaycan  əyalətlərində  məhz  bu  əsərə 
müraciətin məntiqini B.Vahabzadənin bir şair kimi məşhurluğu ilə 
yanaşı, pyesin toxunduğu problemlərin aktuallığı ilə də izah etmək 
olar.  Belə  ki,  Gəncədən  sonra  “Vicdan”  pyesi  Şəkidə  (1960)  və 
Ağdamda da səhnəyə qoyulmuş, tamaşaçı marağı qazanmışdır. 
*** 
Ə.Haqverdiyev  adına  Ağdam  Dövlət  Dram  Teatrı  “Vicdan” 
pyesini  teatrın  açılışı  günündə  -  1969-cu  il  martın  26-da 
tamaşaçılara  təqdim  etmişdir.  Odur  ki,  bu  tamaşada  tanınan  yaşlı 
aktyorlarla yanaşı, gənc istedadlar  - Azərbaycan Dövlət İncəsənət 
İnstitutunu (hazırda Mədəniyyət və İncəsənət Universiteti) bitirən 
aktyorlar da iştirak etmişdi. 
Tamaşanın  quruluşunu  əməkdar  artist,  rejissor  Heydər 
Şəmsizadə  vermiş,  musiqisini  isə  bəstəkar  X.Fərəcov  yazmışdı. 
Artistlərdən  Q.Qasımov  (Zöhrabov),  R.Qasımoğlu  (Fəxrəddin), 
M.Məhərrəmova  (Xalidə),  F.Mahmudova  (Pakizə),  F.Abbasova 
(Tükəz)  və  başqaları  tutarlı  səhnə  obrazları  yaratmışdı.  Tamaşa 
düşünülmüş  rejissor  işi,  aktyor  ifası  ilə  diqqəti  cəlb  etmişdi. 
Əməkdar  artist  Narınc  Məlikova  Bahar  müəllimə  rolunda  çox 
güclü  təsir  bağışlamışdı:  o,  öz  səmimi,  düşünülmüş  ifası  ilə 
seçilmişdi.  Tənqidçi  İnqilab  Kərimov  “Şuşa-Ağdam  teatrı”  adlı 
kitabında  N.Məlikovanın  oyunu  haqqında  yazır:  “Əlbəttə,  heç  də 
təsadüfi deyil ki, 40 ilə yaxın teatr və bədii özfəaliyyət səhnəsində 
fəaliyyət  göstərən Narınc  Məlikova  bir sıra  çətin  psixoloji  rolları, 
həm  mənəvi,  həm  də  fiziki  qüvvə  tələb  edən  obrazları  məharətlə 
yaradaraq 
artistlik 
istedadını 
aşkarlaşdırmış, 
getdikcə 
təkmilləşdirmişdir” (55, 87). 
Bu  tamaşa  böyük  tamaşaçı  marağına  səbəb  olmuş  və 
Ə.Haqverdiyev  adına  Ağdam  Dövlət  Dram  Teatrının  tarixində 
dəyərli, yaddaqalan bir hadisə kimi qiymətləndirilmişdir.  
 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə