Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə30/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

 
 
96 
düşünməyə  vadar  edirdi:  “Qılıncımız  nə  vaxtacan  özümüzü 
kəsəcək???”. 
Xalq artisti Ramiz Məlik Dulu Xaqanı bütün  əqli və  mənəvi 
ziddiyyətləri ilə tamaşaçıya təqdim edirdi. Dulu Xaqan ilk səhnədə 
atasının intiqamını  almaq  istədiyini söyləsə  də,  əslində bu intriqa 
hər şeydən əvvəl vəliəhdlik haqqına çatmaq, taxt-taca yiyələnmək 
üçün  bir  vasitə  idi.  Dulu  Xaqan  -  R.Məlik  vətənə  xəyanət  edir, 
İçgen  Xatuna  satılaraq  doğma  qardaşına  dönük  çıxır.  Öz  şəxsi 
mənafeyi  üçün  xalqına  xain  çıxan  Dulu  Xaqandan  arvadı  Banu 
Çiçək də üz döndərir. Ögey anası və ögey dayısının təhrikinə uyub 
çinlilərin  tərəfinə  keçərək,  öz  soydaşlarına  qarşı  vuruşur. 
Düşmənlər vətəni işğal etdikdən sonra bu satqınlığın əvəzində onu 
Göytürk  xaqanlığının  taxtında  əyləşdirirlər.  Şəxsi  mənafeyi, 
hakimiyyətə  yiyələnmək  naminə  dədə-baba  torpaqlarını,  millətini 
düşmənin tapdağına atan Dulu Xaqanın gec də olsa vicdanı oyanır.  
Dulu  Xaqan  -  atamdan  sonra  bu  qılınca  mən  sahib 
olmalıydım. Amma bu qılınc  özümüzü kəsməyə başladı. Cinayət 
yolu  ilə  ona  əmim  Qara  Xaqan  sahib  oldu.  Mən  də  xəyanətlə  bu 
qılıncı  onun  əlindən  aldım.  Artıq  bu  cinayətlərə,  bu  xəyanətlərə 
son qoymaq üçün indi bu qılıncın sahibi nə mən ola bilərəm, nə də 
mənim  övladım.  Çünki  xəyanətlə  əlimə  keçən  bu  qılınca  mən 
layiq deyiləmsə, mənim övladım da layiq ola bilməz” (129, 223) - 
deyərək  əlindəki  qılıncla  özünü  vurmaq  istəyir.  Bu  anda  Gur  Şad 
qardaşına  mane  olaraq  deyirdi,  sən  bu  böyük  günahlarını  öz 
gələcək namuslu işlərinlə vətənə, millətə sədaqətlə xidmət etməklə 
yumalısan.  R.Məlik  obrazı  daxilən  təşəkkül  prosesi  keçirən, 
dəyişən,  dinamik  bir  obraz  kimi  yaradırdı.  “Ramiz  Məlik  Dulu 
Xaqanın  xarakterindəki  dönüş  anlarını,  məqsədinə  nail  olmaq 
üçün  inadlı  hərəkətlərini  və  bu  hərəkətlərində  haqlı  olmasında 
daxili inamını ölçüsündə göstərir”di (1). 
“Özümüzü  kəsən  qılınc”  tamaşasında  Göytürk  dövlətinin 
istiqlalı  uğrunda  mübarizədə  əsl  qəhrəmanlıq  nümunəsi  göstərən 
obraz Gur Şaddır. Bu qeyrətli türk oğlu, pak insan qəsdən böhtana 
salınır,  təmiz  adı  ləkələnir,  sevimli  arvadı  intihar  edir,  özü 
nahaqdan  zindana  düşür.  Milliyyətcə  çin  olan  ögey  anasının  və 
qardaşının  xəyanəti  nəticəsində  məğlub  olan  Göytürk  xaqanlığı 


 
 
97 
qonşu Çin xaqanlığına qatılır. Lakin Gur Şad əsirlikdə belə əsarətə 
dözməyib,  üsyan  qaldırır,  soydaşlarını  düşmən  əsarətindən  azad 
edərək 
ana  yurduna  qayıdır  və  işğalçılarla  ölüm-dirim 
mübarizəsinə başlayır. Nurəddin Mehdixanlının oynadığı Gur Şad 
obrazı  sinəsində  xalqına  məhəbbət  dolu  bir  ürək  gəzdirən, 
vətəninin xoş sabahı, azadlığı üçün canını belə əsirgəməyən, təmiz 
ürəkli,  mərd,  cəsarətli,  mənəvi-əxlaqi  keyfiyyətlərə  malik  bir 
gəncdir.  Gur  Şadı  nə  taxt-tac,  nə  var-dövlət,  nə  də  atasının 
vəsiyyəti  maraqlandırmır.  Onun  ən  yüksək  amalı  Göytürk 
dövlətini  azad  və  müstəqil  görməkdir.  “Mən  həmişə  demişəm, 
yenə  deyirəm,  bu  taxtda  kimin  oturmasının  mənim  üçün  heç  bir 
fərqi  yoxdur.  Mənim  üçün  vacib  olan  vətənimin  müstəqilliyidir” 
(129,  222)  deyən  Gur  Şad  -  N.Mehdixanlı  sözləri  ilə  xarakterin 
daxili  bütövlüyünü,  böyüklüyünü  heykəlləşdirirdi.  Güclü  səs 
tembri  ilə  seçilən,  milli  teatrımızda  sanballı  obrazlar  yaradan 
N.Mehdixanlı  səhnədə  olduğunu  sanki  unudurdu.  Vəzifə 
hərislərinə  bir  vətəndaş  kimi  sübut  edirdi  ki,  dövlətin  mənafeyi 
şəxsi  mənafedən  qat-qat  yüksəkdir.  Sevimli  arvadı  Selcanın 
ölümündən  sonra  Gur  Şadın  baxımsız  qalan  südəmər  oğlunu 
öldürmək  istəməsi  epizodunda  N.Mehdixanlı  çıxılmaz  vəziyyətdə 
qalan  bədbəxt  atanın  iztirablarını  xüsusən  inandırıcı  cizgilərlə 
təqdim  edirdi.  Tamaşanın  sonunda  Birinci  Göytürk  dövlətinin 
süqutundan  sonra  ilk  dəfə  onun  gözlərində  ümid  işığı  yanırdı. 
Göytürk  xaqanlığının  qılıncının  onun  oğlu  İltərişə  verilməsi 
gələcək yüksəlişdən xəbər verirdi.  
Mubi Tərxan rolunu  əməkdar artist Rafiq Əzimov ifa edirdi. 
Qara  Xaqanın  vəziri  olan  Mubi  Tərxan  Çinlə  barışıq  əhdnaməsi 
bağlamağa razı olmadığını bildirsə də Qara Xaqan onun sözlərinə 
əhəmiyyət vermir. Yan-Çunqa orduda tümənbaşı rütbəsi verilməsi 
təklifini rədd edir. “Ana yasa”nın buna yol vermədiyini deyir:  
Mubi  Tərxan  -  Onda  məni  eşit!  Bu  kitab  bizim 
hamımızdan ucada durur. Çünki onu atalarımız yazıb. Hər sözünə 
özləri  əməl  edib,  bizə  də  bu  yolla  getməyi  tapşırıblar.  Onlar  bizə 
nəyi  tövsiyə  etdiklərini  çox  yaxşı  biliblər.  Biz  nə  Bumin,  nə 
İstəmi,  nə  də  onlardan  sonra  gələn  ulu  xaqanlardan  çox  bilmirik. 


 
 
98 
Buna  görə  də  bu  kitabın  bir  bəndini  belə  dəyişməyə  haqqımız 
yoxdur” (129, 193). 
Rafiq  Əzimovun  dediyi  sözlərlə  yanaşı,  hərəkətləri,  baxışı, 
mimikası da hadisələrə və obrazlara münasibətini aydın göstərirdi. 
“Adamın  gözlərini  hakimiyyət  ehtirası  tutanda  doğmaca 
qardaşının  da  başını  kəsə  bilər”  -  sözləri  Qara  Xaqana  sillə  kimi 
dəyirdi.  Qara  Xaqanın  səhvlərini  söyləyən  bu  müdrik,  elsevər 
qocanın ürək döyüntülərini aktyor yaxşı duyub canlandırırdı. 
“Özümüzü kəsən qılınc” tamaşası barədə yazılan məqalələrin 
birində  aktyor  oyunu  haqqında  yazılıb:  “Tamaşanı  bütövlükdə 
ürəyə  bənzətsək,  onun  şah  damarı  truppadır.  Xalq  artisti  Əlabbas 
Qədirov  (Qara  Xaqan),  Ramiz  Məlik  (Dulu  Xaqan),  Nurəddin 
Mehdixanlı  (Gur  Şad),  Rafiq  Əzimov  (Mubi  Tərxan),  Məcnun 
Hacıbəyov  (Salur  xan)  bəzən  öz  rollarını  təbii  ətə-qana  gətirsələr 
də,  etiraf  etməliyik  ki,  “Özümüzü  kəsən  qılınc»ın  dəstəyi  Laləzar 
Mustafabəylinin  (İçgen  Xatun),  Zemfira  Nərimanovanın  (Banu 
Çiçək),  Sənubər  İsgəndərlinin  (Siyan  Şi)  əllərindədir.  Onlarsız 
tamaşa tamaşa olmazdı” (29). 
Lakin  bizim  fikrimizcə,  şair-publisist  Şahmar  Əkbərzadənin 
bu  sözləri  ilə  razılaşmaq  çətindir.  Teatr  tənqidçilərinin  rəylərinə 
əsaslanaraq qeyd etməliyik ki, Ə.Qədirov, R.Məlik, N.Mehdixanlı, 
R.Əzimov,  M.Hacıbəyov  rollarının  öhdəsindən  çox  məharətlə 
gəlirdilər.  Xalq  artisti  Ə.Qədirovun  yaratdığı  Qara  Xaqan  obrazı 
bütün  hadisələrin,  vəziyyətlərin  mərkəzi  nöqtəsində  olub, 
obrazların  arasında  gedən  konfliktdə  iştirak  edir.  Qardaşı  oğlu, 
həm  də  kürəkəni  Gur  Şadla  ilk  söhbətlərində,  qızı  Selcanın  onun 
ittiham  etdiyi  anlarda  belə  Ə.Qədirov  Qara  Xaqana  hər  vəchlə 
haqq qazandırmağa çalışırdı.  
Bəxtiyar  Vahabzadə  dramaturgiyası  üçün  xarakterik  olan 
“ikinci  səs”  üsulundan  “Özümüzü  kəsən  qılınc”  pyesində 
özünəməxsusluqla  istifadə  olunur.  Qara  Xaqanın  üzləşdiyi  mələk 
və şeytan bir şəxsin daxilində bir-biri ilə mübarizə aparan yaxşı və 
pisi  təmsil  edir.  Şeytan  onu  qovmaq  istəyən  Qara  Xaqana  - 
Ə.Qədirova  istehza  edir:  “Ay  yazıq  mən  hara  gedirəm?  Mən  axı 
sənin  içindəyəm.  Hələ  bundan  sonra  mən  sənə  daha  çox  lazım 
olacağam”  (129,  176).  Tamaşada  Mələk  və  Şeytan  yalnız  Şərə 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə