Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   39   40   41   42   43   44   45   46   47

 
 
136 
keçən  preparat  bəd  xassəli  hipertoniyanın  müalicəsi  üçün  yararlı 
hesab  olunur.  Əbülfət  Salahovun  yaratdığı  obraz  bir  despot  və  bir 
neçə  yaltaq həkimin arasında çaş-baş qalan gəncin taleyindən xəbər 
verirdi. Despot onun ağlına, ixtirasına şərik çıxmaq, həkim həmkarı 
Qoşqar  isə  Ayselə  eşq  elan  etməklə  onun  sevgisinə  şərik  olmaq 
istəyir.  İnsani  duyğuları  nəzərə  almayan,  heysiyyət  və  şərəfinə 
qiymət  qoyulmayan  Toğrul  (Əbülfət  Salahov)  çıxış  yolu  tapa 
bilmədiyindən dəlixanaya üz tutur. Əlindəki faksı cırır və qəhqəhəylə 
gülür. Özünü ələ al deyən Ayselə deyir: “Ələ salınmış özünü necə ələ 
alsın?  İndi  deyin  görək  xəstə  kimdir?  Xəstəxananın  müalicəsindən 
heç bir xeyir görə bilməyəcəklərini başa düşüb xəstəxananı tərk edən 
nüsrətlər, qacaylar, onları müalicə etmək vəzifəsini boynuna götürüb, 
lakin müalicə əvəzinə sağlamları  da xəstələndirən professor Salman 
Tahirov,  yoxsa  ona  qarşı  mübarizə  aparan  mən?  O,  məni  də 
xəstələndirdi.  İndi  isə  yavaş-yavaş  hipertoniya  xəstəliyindən  ruhi 
xəstəliyə  keçirəm.  Dəlixanaya  marş!”  (129,  115).  Qəhqəhə  çəkərək 
səhnəni  tərk  edən  Toğrulun  qəlbinin  sarsıntıları  Əbülfət  Salahovun 
ifasında aydınlığı ilə görünürdü. 
Aktyor  oyunu  baxımından  maraqlı  olan  bu  tamaşada  Qoşqar 
həkim  obrazını  Akif  Yusifov  oynayırdı.  Qoşqar  (Akif  Yusifov) 
Salman Tahirovun müdir olduğu klinikada həkim işləyir. Tamaşanın 
əvvəlində  Qoşqar  Salman  Tahirovu  pisləyərək  onun  çirkin 
əməllərindən  danışır.  Toğrula  bildirir  ki,  öz  haqlarını  müdafiə 
etməsələr,  Tahirov  hamının  haqqını  yeyəcək  və  hamını  Behcətin 
gününə  salacaq.  Əslində  isə  o,  əcnəbilərin  qaçqınlara  göndərdiyi 
yardım  payını  mənimsəməkdə  Tahirova  yardımçı  olur.  Bir  vaxtlar 
professora  qarşı  mübarizə  aparan  Qoşqar  (Akif  Yusifov) 
dissertasiyasını  müdafiəyə  buraxandan  sonra  Salman  Tahirovla 
dostlaşır,  hətta  onu  avtoritet  adlandırır.  Toğrula  da  təlqin  edir  ki, 
respublikada  bu  sahədə  Salman  Tahirovdan  böyk  avtoritet  yoxdur, 
hamının onunla hesablaşdığını bildirir. Professoru eşitməyi məsləhət 
görür. Aktyor Qoşqarın əyilməzliyini də, mühitə uyğunlaşmağını da, 
bayağılığını və simasızlığını da dolğunluğu ilə əks etdirə bilirdi.  
Aktrisa  Sima  Şabanovanın  ifasında  Aysel  həkim  obrazı 
gəncliyin,  sadəqəlbliyin  rəmzi  kimi  canlanırdı.  Loğman  obrazında 


 
 
137 
çıxış edən Çingiz Novruzəliyevin hərəkətlərində xalq müdirikliyi və 
təmkini təzahür edirdi.  
Hüquqçu  rolunu  ifa  edən  Aydın  Əlibalayev  səhnədə  qüvvətli 
bir obraz yarada bilirdi. Aktyor ciddi, ardıcıl, məqsədəuyğun şəkildə 
çalışması  nəticəsində  rolunu  məharətlə  ifa  edirdi.  Tamaşa  başlayan 
kimi  hüquqçu  səhnəyə  gələrək  özünü  təqdim  edirdi.  Bütün  tamaşa 
boyu  hadisələrə  müdaxilə  edən  Hüquqçu    hər  şeyə  qanun 
çərçivəsində  nəzər  salırdı.  İnsanlıq  borcunu  isə  insanların  öz 
ixtiyarına buraxırdı. Hüquqçunun (Aydın Əlibalayev) faciəsi onda idi 
ki,  o,  Salman  Tahirovdan  aşağıda  duran  qanunları  müdafiə  edirdi. 
Behcətin  qəfil  ölümü  professor  Salman  Tahirovun  əlində  Toğrulu 
yıxmaq  üçün  dəstəvuza  çevrilir.  Hüquqçu  dərhal  preparatı 
farmakologiya  komitəsinə,  Behcətin  meyidini  isə  təşrih  üçün 
patoloq-anatoma  göndərir.  Lakin  yenə  də  Toğrulun  preparatının 
insan  orqanizmində  hansı  dəyişikliklər  törətdiyini  təyin  etmək 
mümkün  olmur.  Hüquqçu  bütün  tamaşa  boyu  Salman  Tahirovun 
günahlarını  açmağa  çalışsa  da,  onun  günahını  sübut  edə  bilmir. 
Tamaşanın  sonunda  səhnədə  tək  qalan  hüquqçu  elə  bil  boğulurdu. 
Mundirini  çıxarıb  atır  və  səhnənin  önünə  gələrək  deyirdi:  “Toğrul 
günahsız  cəzaya,  Salman  Tahirovsa  cəzasız  günaha  məhkumdur. 
Cəmiyyətdə  günahlar  cəzasız  qaldıqca  günahsız  cəzalar  da  gündən-
günə  artacaq.  Bu  ağrılı  problemi  həll  etmək  isə  mənim 
səlahiyyətimdən çox yuxarıdır. Burada mən acizəm” (129, 116). 
Mətbuatın  yazdığına  görə,  xəstə  Qaçay  (Xanlar  Həşimzadə), 
xəstə  Nüsrət  (Əlgüşad  Rəhimov),  hüquqçu  (Aydın  Əlibalayev)  və 
digər  ifaçıların  oyunu  da  razılıq  hissi  doğururdu.  Vaqif  Aslan 
“Mədəniyyət”  qəzetində  çap  etdirdiyi  məqaləsində  yazır: 
“Hamımızın  aktyor  kimi  tanıdığımız  Əbülfət  Salahov  tamaşanın 
quruluşçu  rejissoru  kimi  özünü  doğrultmuşdur.  Quruluşçu  rəssam 
Söhrab Ərəbov tamaşanın məzmun və ideyasının qabarıq verilməsinə 
nail  olmuşdur.  Musiqi  tərtibatçısı  İlqar  Saatov  ayrı-ayrı  obrazların 
əhval-ruhiyyəsini ifadə edən musiqi parçalarından məharətlə istifadə 
etmişdir”  (136).  Resenzentə  görə,  “tamaşa  Toğrul  həkimin 
“Dəlixanaya!” ifadəsi ilə sona çatsa da, tamaşaçı «daha səviyyəli bir 
cəmiyyətə!» fikri ilə salonu tərk edirdi. 
 


 
 
138 
*** 
Beləliklə,  Bəxtiyar  Vahabzadə  pyeslərinin  ölkəmizin  rayon 
teatrlarında oynanılan tamaşalarını nəzərdən keçirib belə nəticə hasil 
edirik ki,  
       1.Bəxtiyar  Vahabzadənin  pyesləri  Bakı  teatrları  ilə  yanaşı, 
Azərbaycanın müxtəlif teatrlarında da səhnəyə qoyularaq, milli səhnə 
sənətinin inkişafına böyük təsir gostərmişdir
       2.  Şair-dramaturqun  əsərləri  Akademik  Milli  Dram  Teatrından 
başqa,  Gəncə  Dövlət  Dram  Teatrında  (“Vicdan”),  Naxçıvan  Dövlət 
Musiqili  Dram  Teatrında  (“Ədalət”,  “Yağışdan  sonra”),  Lənkəran 
Dövlət  Dram  Teatrında(“Yağışdan  sonra”),  Şəki  Dövlət  Dram 
Teatrında  (“Cəzasız  günah”)  və  xalq  teatrında  (“Vicdan”),  Ağdam 
Dövlət  Dram  Teatrında  (“Vicdan”)  oynanaraq,  ən  müxtəlif  təfsirlər 
tapmış,  teatr  tariximizi  zənginləşdirmişdir.  Bu,  bir  yandan 
dramaturqun  böyük  səhnəyə  yol  tapmasına  rəvac  verərək,  teatrla 
ünsiyyətinə, tədricən təkmilləşməsinə səbəb olmuşsa, digər tərəfdən 
yetkin  dramaturq  sözünün  (“Yağışdan  sonra”,  “Cəzasız  günah”) 
geniş auditoriyalara təsir imkanlarını artırmışdır; 
       3.  Əyalət  dövlət  teatrlarında  B.Vahabzadənin  dram  əsərlərinə 
(“Ədalət”, “Yağışdan sonra”) Nəsir Sadıqzadə kimi özünəxas üsluba 
malik,  həmçinin  Hüseyn  Sultanov  (“Vicdan”),  Heydər  Şəmsizadə 
(“Vicdan”),  Əbülfət  Salahov  (“Cəzasız  günah”)  kimi  istedadlı 
rejissorlar  səhnə  quruluşu  vermiş,  bir  çox  istedadlı  aktyorların 
püxtələşməsində,  böyük  səhnəyə  yol  tapmasında,  məşhurlaşaraq 
fəxri adlar qazanmasında həmin tamaşaların da payı olmuşdur. 
       4.  B.Vahabzadənin  dramaturgiyası  ötən  əsrin  ikinci  yarısı  və 
əsrimizin  əvvəllərində  milli  teatr  hərəkatının  genişlənməsində 
məxsusi  rol  oynamış,  milli  mədəniyyətimizin  inkişafına  xidmət 
etmişdir;          
 
 
 
 
 
 
 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə