Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   39   40   41   42   43   44   45   46   47

 
 
139 
NƏTĠCƏ 
 
1960-cı  illər  Azərbaycan  teatrının  tarixinə  yeni,  müasirlik 
axtarışları  mərhələsi  kimi  daxil  olmuşdur.  Teatrın  və  bədii  fikrin 
bu  inkişaf  mərhələsində  lirik-psixoloji  dramın  ön  plana  keçməsi 
qanunauyğun və məntiqi bir hadisə olub, cəmiyyət həyatında dərin 
silkinmədən,  stalinizmin  və  totalitarizmin  kəskin  ifşasından  sonra 
yeni  əxlaq  normalarının  bərqərar  olması,  həm  məişətin,  həm  də 
ictimai  həyatın  bütün  sahələrində  mənəvi-əxlaqi  problemlərin 
aktuallıq  kəsb  etməsi,  fərdi  insan  taleyinə  marağın  artması  ilə 
bilavasitə  bağlı  idi.  Teatrın  yeniləşməsində  görkəmli  səhnə 
xadimləri,  qabaqcıl  teatr  ideyaları  ilə  yaşayan  rejissorlar, 
aktyorlarla  yanaşı,  Azərbaycan  dramaturqlarının  da  böyük  rolu 
vardı.  1960-cı  illərin  əvvəllərində  bir  sıra  qəti  islahatlar  keçirmiş 
Azərbaycan  teatrı  habelə  səhnəni  yeni  repertuarla  zənginləşdirən 
müasir dramaturgiyaya böyük ehtiyac hiss edirdi. 
Lirik-psixoloji təmayülün teatrda yer almasında bir çox digər 
dramaturqlarla yanaşı, şair-dramaturq B.Vahabzadənin də məxsusi 
rolu  olmuşdur.  Onun  yüksək  mənəvi-əxlaqi  problemlər  qaldıran 
dramaturgiyasının  milli  teatrın  inkişafında  əvəzsiz  payı  var. 
Ümumən lirik-psixoloji üsluba xas iç konfliktlərini insan fərdində 
qabartmaqla  bahəm,  B.Vahabzadə  bu  konfliktləri  yüksək  ictimai 
qayə, əqidə, amalla, təmiz əxlaqi pafos, fəlsəfi mövqe və çalarlarla 
zənginləşdirərək təkrarsız üslubunu yaratmışdır. Bütövlükdə şairin 
dramaturgiyası  ümumi  yaradıcılığından,  XX  əsr  Azərbaycan 
şeirində ayrıca bir zirvə təşkil edən yüksək ideallar poeziyasından 
ayrı olmayıb, yaradıcılığının mühüm hissəsini təşkil edir. 
B.Vahabzadənin  bütün  yaradıcılığı  boyu  yazdığı  pyesləri  iki 
qismə  ayrılır.  “İkinci  səs”,  “Yağışdan  sonra”,  “Yollara  iz  düşür”, 
“Hara  gedir  bu  dünya?”,  “Cəzasız  günah”,  “Rəqabət”  və  s.  kimi 
müasir  mövzulu  lirik-psixoloji  dramları  və  “Fəryad”,  “Özümüzü 
kəsən qılınc”, “Dar ağacı” kimi tarixi dram əsərləri. Dramaturq lirik-
psixoloji  üslubda  yazılmış  pyeslərində  müasirlərimizin  mənəvi 
aləminə  işıq  salmaq  yolu  ilə  müasir  insanın  təbiətinin  dərinliyinə 
nüfuz  etməyə,  onun  xarakterindəki  psixoloji  dəyişmələri, 
ziddiyyətləri  göstərməyə  nail  olur,  bunu  lirik  münasibətlər 


 
 
140 
kontekstində təqdim edir. Tarixi mövzulu əsərlərində isə Azərbaycan 
xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş 
vermiş  hadisələr  fonunda  böyük  şəxsiyyətlərin  parlaq  simaları  öz 
əksini tapmış, bugünlü mövqedən dəyərləndirilmişdir. 
Beləliklə,  Bəxtiyar  Vahabzadə  pyeslərinin  səhnə  təcəssümünü, 
onların  Bakıda  və  ölkəmizin  müxtəlif  rayonlarında  qoyulmuş 
tamaşalarını  tədqiqata cəlb edib aşağıdakı qənaətlərə gəlirik 
 
Qənaətlər: 
 
1.  Xalq  şairi  Bəxtiyar  Vahabzadə  bir  dramaturq  kimi  də 
özünü  təsdiq  etmişdir.  Onun  müasir  mövzularda  qələmə  aldığı 
“İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu 
dünya?”, “Cəzasız günah”, “Rəqabət” kimi lirik-psixoloji pyesləri 
günün 
aktual 
problemlərindən, 
müasirlərimizin 
daxili 
dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz 
açmaqla  gerçəkliyin  ən  müxtəlif  tərəflərinə  diqqət  cəlb  etmiş, 
layiqli  səhnə  təcəssümü  taparaq,  yarım  əsrə  yaxın  bir  müddətdə 
Azərbaycan səhnəsindən düşməmişdir. 
2.  B.Vahabzadənin  böyük  səhnəyə  yol  açan  ilk  əsəri  “İkinci 
səs”  pyesidir  (1969).  Lirik-psixoloji  üslubda  qələmə  alınmış  pyes 
realist-psixoloji  teatrın  tələblərinə  tam  cavab  verməklə  uğur 
qazanmış, milli teatrın repertuarını zənginləşdirmişdir. İdeya-bədii 
kamilliyi  və  müasirliyi  pyesin  bugünəcən  bir  neçə  dəfə  səhnə 
təcəssümünə  və  teletamaşasının  yaranmasına  səbəb  olmuşdur. 
Əsərə 
məşhur 
rejissorlarımızdan 
Əşrəf 
Quliyev, 
Lütfi 
Məmmədbəyov və Ağakişi Kazımov səhnə həlli vermişlər. 
3. Şair-dramaturqun “Yağışdan sonra” pyesində (1971) insan 
mənəviyyatının  ekologiyası,  “Yollara  iz  düşür”  pyesində  (1977) 
isə  vətəndaşlıq  mövqeyi  mövzusu  daha  qabarıqdır.      “Yağışdan 
sonra”    novator  rejissor  Tofiq  Kazımovun  təfsirində  həm  də 
köhnəliyə,  daşlaşmış  ehkamlara,  aşınmış  əxlaq  və  pis  adət-
ənənələrə  qarşı  yenilikçi  bir  tamaşa  kimi  səslənir,  insan 
mənəviyyatı  yolunda  əsil  mübarizəyə  çevrilir.  Rejissor  Əşrəf 
Quliyevin təqdimində “Yollara iz düşür” tamaşası yaradıcı insanın 
xudbinlik və ehkamçılıq üzərində qələbəsini təcəssüm etdirir;      


 
 
141 
4.  “Hara  gedir  bu  dünya?”  (1991),  “Cəzasız  günah”  (2000), 
“Rəqabət”  pyesləri  (2003)  müstəqillik  əldə  etdikdən  sonra  milli 
cəmiyyətdə  cərəyan  edən  mənəvi  proseslərdən,  milli  insanın 
üzləşdiyi gerçək təzadlardan söz açır. Birinci iki pyesin səhnə həlli 
rejissor Bəhram Osmanova, sonuncunun təfsiri Ağakişi Kazımova 
məxsusdur;  
5.  B.Vahabzadə  dramaturgiyaya  poeziyadan  gəlsə  də  lirik-
psixoloji pyeslərinin hamısını nəsrlə yazmışdır; 
6.  B.Vahabzadənin  lirik-psixoloji  pyesləri  öz  fəlsəfi 
dərinliyi,  ictimai-sosial  yönü  və  kəskin  publisistikası  ilə  diqqəti 
cəlb  edir.  Mürəkkəb  ictimai-siyasi  şəraitdə  səhnəyə  gəlməsinə 
baxmayaraq,  bu  tamaşalar  zaman-insan-cəmiyyət  barədə  şair-
dramaturqun düşüncə və mövqeyini əks etdirə bilir; 
7.  B.Vahabzadənin  müasir  mövzulu,  lirik-psixoloji  pyesləri 
ədəbiyyatımızı  zənginləşdirdiyi  kimi,  səhnəyə  qoyularaq  geniş 
tamaşaçı  rəğbəti  də  qazanmış,  bir  neçə  aktyor  nəsli  və  teatr 
xadimlərinin  yetişməsinə  rəvac  verməklə  Azərbaycan  teatr 
sənətinin inkişafında, həmçinin, müasir Azərbaycan tamaşaçısının 
zövqünün formalaşmasında böyük rol oynamışdır;      
8. Bəxtiyar Vahabzadə yalnız müasir mövzulu lirik-psixoloji 
pyeslər  müəllifi  olmayıb,  eyni  zamanda  tarixi  dramlar  da  qələmə 
almışdır.  Onun  tarixi  dramlarının  qəhrəmanları  da,  lirik-psixoloji 
pyeslərində  olduğu  kimi,  öz  hərəkətlərində  və  düşüncələrində 
psixoloji əsasa malikdirlər;  
9.  B.Vahabzadə  psixoloji  dram  ölçülərini  uğurla  tarixi 
mövzulu dramlarına  da gətirə  bilir  və  bununla milli  teatrda tarixi 
dram  ənənələrini  inkişaf  etdirir.  Bir  şair  kimi  yaradıcılığında 
yüksək  zirvələr  fəth  edən  B.Vahabzadə  dramaturq  kimi  eyni 
məqama  tarixi  dramlarında  çatır.  Heç  təsadüfi  deyil  ki,  tarixi 
pyeslərini B.Vahabzadə nəsrlə  yanaşı, nəzmlə də  yazmış, bununla 
da milli teatr ənənələrinə sadiq olduğunu nümayiş etdirmişdir;  
10.  Bəxtiyar  Vahabzadə  tarixi  mövzuda  yazılmış  üç  pyesin: 
“Fəryad”  (24.03.1984),  “Özümüzü  kəsən  qılınc”  (10.04.1998), 
“Dar  ağacı”  (09.12.2000)  əsərlərinin  müəllifidir.  Onun 
dramaturgiyasına  xas  şərtiliklə  tarixiliyin  üzvi  vəhdəti  bu  tarixi 
dramlarında da təcəssümünü tapır; 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə