Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə17/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 
 
53 
 
         
 “Yollara iz düşür”  Alxan – Bürcəli Əsgərov 
                                         Daşqın – Hacı İsmayılov 
 
Tamaşanın  sonunda  Alxan  başa  düşür  ki,  nə  Loğmanlının,  nə 
ömrünün  ən  gözəl  çağlarını  oğluna  həsr  etmiş  Aynurun,  nə  də 
başqasının övladı olduğunu düşünən və atası ilə fəxr edən Daşqının 
üzünə baxmağa onun mənəvi haqqı yoxdur. Gedərkən oğlu Daşqına 
yazdığı  dərin  psixoloji  sarsıntılarının  nəticəsi  olan  məktubunda 
faciəli bir etiraf edir:  “Daşqın,  mən sənin  atanam, lakin sənə “oğul” 
deməyə  haqqım  yoxdur”.  Tamaşaçılar  bu  etirafda  pyesin  əvvəlində 
gördükləri  Alxanı  yox,  daxilən  dəyişən,  öz  qəbahətlərini  həm  ağıl, 
həm  də  qəlbi  ilə  etiraf  edən,  yeniləşən  Alxanın  səsini  eşidir,  mənən 
durulmasının  şahidi  olurdular.  Müəllif  və  quruluşçu  rejissor  Əşrəf 
Quliyev Alxan (B.Əsgərov) obrazını hadisələrin mərkəzinə çəkməklə 
epizoddan-epizoda  onun  xarakterinin  müxtəlif  psixoloji  çalarlarını 
açmağa  nail  olmuşdular.  B.Əsgərov  Alxanın  nəcib  insanların  təsiri 
altında  mənən  dirildiyini,  səhvlərini  anladığını,  özünəxas  psixoloji 
yaşamlarla tamaşaçılara çatdırırdı. 


 
 
54 
  
 
“Yollara iz düşür”  Alxan – Bürcəli Əsgərov 
                               Loğmanlı – Kamal Xudaverdiyev 
 


 
 
55 
Aynur rolunda çıxış edən xalq artisti Sofiya Bəsirzadə öz təbii 
və maraqlı ifası ilə obrazın daxili aləminə qovuşmuş, onun qayğısı və 
fikirləri, 
sevinci 
və 
kədərini 
özününküləşdirmişdi.  Onun 
məhəbbətinin gücü, dəyanəti Alxan onları atıb getdikdən sonra özünü 
yeganə  övladına  fəda  eləməsində  daha  parlaq  görünürdü. 
Fədakarlıqla həlak olan usta Nicatın hünərini Daşqına atasının əməli 
kimi  tanıtmaqla  o,  oğlunu  mərd  bir  insan  kimi  tərbiyə  edir.  Ərinə 
qarşı  məhəbbəti  nə  qədər  böyük  olsa  da  o,  şöhrət,  ad-san  dalınca 
qaçan, hər şeyi öz xudpəsəndliyinə qurban verən bu insana qoşulub 
doğma  vətənini  tərk  etmir.  Öz  səhvini  boynuna  almaq  istəməyən 
Alxanı (B.Əsgərovu) ittiham edir. Hətta iyirmi il keçəndən sonra da 
peşman  olmayıb,  öz  qərarının  düzgünlüyündə  israr  edir.  Yalnız 
oğlunun  sevgilisi  Göyərçinin  (V.Fətllayeva)  sözləri  onun  ürəyinə 
şübhə toxumu səpir: 
Göyərçin: - Adam sevdiyini nöqsanları ilə bərabər sevir. 
Aynur: - Qızım, məsələ belədir ki,… 
Göyərçin:  -  Məni  bağışlayın,  Aynur  xanım,  mən  sevdiyim 
adamla cəhənnəmə də gedərdim. O qadın ərini sevmirmiş. 
Aynur: - Necə yəni sevmirmiş? 
Göyərçin: - Siz bayaq ənənəmizdən danışırdınız, nənələrimizin 
sədaqətindən,  dözümündən  söz  açdınız.  Bəs  sevən  qadın  uçuruma 
gedən ərini necə tək qoya bilərdi? (Aynur sarsılırdı). Düz demirəm? 
(sükut).  Mən  sevgi  borcundan  böyük  borc  tanımıram.  Sevgi,  aylı 
gecədə yanaşı əyləşib gözəl vədlər vermək deyil, ömrün daşlı-kəsəkli 
yollarını yanaşı keçməyi bacarmaqdır!” (124, 194).  
Göyərçinlə  görüş  səhnəsində  aktrisanın  sənətkarlığı    xüsusi 
vüsət alırdı. Aynur - S.Bəsirzadə iradəli və ağıllı bir ana, təmkinli və 
həssas  bir  müəllim  kimi  bu  səhnədə  bütün  gözəlliyi  və  qüdrəti  ilə 
canlanırdı.  Solmaz  Kərimovanın  yazdığı  kimi,  “Respublikanın  xalq 
artisti  Sofiya  Bəsirzadənin  yaratdığı  Aynur  obrazı  tamaşanın  aktyor 
müvəffəqiyyətidir.  S.Bəsirzadə  Aynuru  ağıllı,  dərrakəli  bir  insan, 
sevən bir qadın, mehriban ana kimi səciyyələndirir” (62). 
Aynurun  (S.Bəsirzadə)  ağlı,  kamalı,  hadisələrə  pedaqoq, 
tərbiyəçi münasibəti coşğun təbiətli gənc Göyərçinin sağlam məntiqi 
ilə  qarşı-qarşıya  gəlirdi.  Aynur  Göyərçinin  yelbeyin  bir  qız 
olmadığını  görür,  mühakimələri,  cavabları  önündə  təəccüblənir  və 


 
 
56 
nəhayət,  uzun  sükutdan  sonra  heyrətlə,  az  qala  ehtiram  və 
məhəbbətlə deyirdi: “Sən nə qəribə qızsan!”. 
Rejissor  sevgiyə,  məhəbbətə  münasibəti  bu  iki  baxışda  üz-üzə 
gətirərək,  qəhrəmanların  hər  ikisinin  nöqteyi-nəzərinə  hörmətlə 
yanaşırdı. Bu iki qadından hansının daha haqlı olduğunu seçməyi isə 
tamaşaçının öz ixtiyarına verirdi.  
Əsərdə və tamaşada ən işıqlı, parlaq obrazlardan biri Daşqındır. 
Müəllif bir növ öz insan idealını Daşqın obrazında təcəssüm etdirir. 
B.Vahabzadə  yaradıcılığına  müəyyən  qədər  xas  olan  obrazların 
qütbləşməsi,  yaxşının  nöqsansız,  pisin  isə  büsbütün  qara  boyalarla 
işlənməsi  bu  əsərdə,  xüsusilə  də  ideal  bir  insan  olan  Daşqın 
obrazında özünü göstərir. 
Aktyor  Əlabbas  Qədirov  Alxan  kimi  mənəm-mənəm  deyən, 
heç  kimlə  hesablaşmayan,  özünü  ali  hakim  sayan  bir  adama  gənc 
Daşqının  təsirini  qüvvətli  boyalarla,  bütöv  bir  şəxsiyyət 
mövqeyindən göstərə bilirdi.   
Müəllif  Alxanın  əməllərinə,  onun  həyatında,  insanların 
taleyində  qoyduğu  qara  izlərə  qarşı  Daşqının  (Ə.Qədirovun)  -  onun 
oğlunun  hərəkətlərini  qoyur.  Daşqın  da  təmasda  olduğu  adamların 
taleyində,  həyatında  iz  qoyur.  Lakin  bu  işıqlı,  parlaq,  adamı 
təmizliyə,  paklığa  çağıran  izdir.  Daşqın  öz  məhəbbəti,  sevgisi  ilə 
Səlimin  alçaltdığı  Göyərçini  mənəvi  ölümdən  qurtarır,  ləyaqətini 
bərpa  edir,  insanlara  olan  inamını  qaytarır,  onu  əvvəlki  Göyərçinə 
çevirir.  Rejissor  Ə.Quliyev  tamaşada  Daşqın-Alxan  münasibətlərini 
böyük  həssaslıqla  izləmişdir.  Daşqının  Alxana  təsiri  gözəl  sözlərlə, 
təmtəraqlı  hərəkətlərlə,  tamaşaçını  bezdirən  öyüd-nəsihətlərlə  deyil, 
kiçik,  nəzərə  az  çarpan  ştrixlərlə,  bütövlükdə  həyat  tərzi,  davranış, 
hər  bir  hərəkətində  əksini  tapmış  dərin  mənəviyyatla  həyata 
keçirilirdi. Alxanın oyanmasına səbəb olan ən böyük təkan Daşqının 
qonşu  mədəndə  baş  vermiş  yanğına  reaksiyasıdır.  Daşqın 
(Ə.Qədirov)  əmək  cəbhəsində  və  sevgidə  rəqibi  olan  Səlimin 
(R.Məlikov)  sahəsində  qəza  baş  verdiyini  bilən  kimi  köməyə  gedir. 
Bunu müşahidə edən Alxan gördüyünə heyrət edir. Çünki nə iyirmi 
altı  il  öncə,  nə  də  indi  o,  belə  bir  hünərə  qadir  deyildir.  Ə.Qədirov 
Daşqının  xarakterinin  bu  gözəl  cəhətini  qəlbində,  ürəyində, 
düşüncəsində  adekvat  təcəssüm  etdirə  bilirdi.  Tamaşaçılar 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə