Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə13/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

 
 
41 
Reyhanın  birlikdə  oxuduqları  mahnı  ritmi  və  məzmunu  etibarı  ilə 
gümrahlıq,  mübarizlik  və  ötkəmlik  fikirləri  aşılayırdı.  Gənc  və 
istedadlı rəssam Solmaz Haqverdiyevanın işində xüsusi bir səliqə və 
incəlik  duyulurdu.  Bu  tərtibat  əsas    ideyanın  açılmasına,  düzgün 
qavranılmasına  kömək  edirdi.  Əli  Haqverdiyevin  hazırladığı  geyim 
eskizləri də tamaşanın ruhuna uyğun idi (85). 
Teatrşünas  Məryəm  Əlizadə  tamaşanın  səhnə  təfsiri  haqqında 
yazırdı:  “Mürəkkəb  konfliktli,  psixoloji  tamaşadır.  Rejissor  insan 
qəlbini  öyrənməkdə  davam  edir  və  istedadının  şüası  ilə  insan 
varlığını, 
mahiyyətini 
bizə 
müxtəlif 
çalarlarla 
göstərir. 
Münasibətlərdə  yeniliklə  köhnəliyin  arasında  davam  edən  bir 
mübarizə  mövcuddur  və  bu  mübarizədə  bəzən  ənənə  müasirliyə 
mane olur. Bu mübarizələr müxtəlif formalarda təzahür tapır və əgər 
mübarizə  sağlam  zəminli  cəmiyyətdə  gedirsə,  yenilik  qələbə  çalır. 
Rejissor tamaşada bu fikri aşılamaq istəyir” (35). 
Pyesdə  hadisələr  və  dramatik  konflikt  əsasən  mənəvi  planda 
cərəyan  edir.  Nihal  memardır,  sənətini  sevən,  romantik  təbiətli  bir 
qadındır.  Onun  təbiətə  münasibəti  epizodik  verilmiş  iş  prosesində 
üzə çıxır: “Təbiətin bütün maddi sərvətləri ilə yanaşı, mənəvi sərvəti 
də  var:  sakitlik!  Təbiətin  öz  ahəngdar  nəğməsi:  suların  şırıltısı, 
yarpaqların  pıçıltısı,  quşların  cəh-cəhi...  Yarat,  get  orda  da  dincəl! 
Mənim ansamblım bax, buna xidmət edir. Mən istəyirəm ki, istirahət 
zonası təbiətin bir parçası olsun. Onun içində ərisin” (124, 131). Bu 
gözəlliyi  zahiri  aləmdə  əldə  etmək  asan  olmasa  da,  insanın  daxili 
dünyasında buna nail olmaq daha çətindir. Nihal ərli qadındır, amma 
başqasını  sevir.  Gənc  yaşında  sevmədiyi  adama  -  Əminə  ərə  gedən 
Nihala  elə  gəlir  ki,  məhz  Aslan  onun  ilk  məhəbbətidir.  İndi  o, 
xoşbəxtdir,  əsl  səadətə  yetmişdir.  Nihal  mənəvi  ikiləşmədən 
qurtulmaq  üçün  Əmindən  boşanmaq  istəyir.  Bacısı  Reyhana  dediyi 
sözlər onun mənəvi aləmini və psixoloji durumunu inandırıcı tərzdə 
açıb-göstərir: “Siz nə bilirsiniz mən nə çəkirəm. Axı, mən insanam. 
Mənim  də  öz  hisslərim  var.  Mən  pozğun  deyiləm.  Məhəbbət 
sonradan gəldi. Qovmağa çalışdım mümkün olmadı. Bəlkə də mənim 
haqqım  yox  idi.    Ərli  qadın  başqasını  sevə  bilməz.  Ancaq  bu,  quru 
bir  hökmdür,  bu  sözün  ürəkdən  xəbəri  yoxdur.  Sevdim,  onda  başa 
düşdüm  ki,  həyat  nədir?!  Yaşamaqdan  məqsəd  nədir?  Əgər  mən 


 
 
42 
sevgimi içimdə boğsaydım, bu xəyanət olmazdımı? Niyə siz xəyanəti 
birtərəfli  başa  düşürsünüz,  siz  başa  düşün  ki,  mən  Əmini  sevmədən 
onunla  yaşadığım  zaman  riyakar  idim,  saxtakar  idim.  Mən  sevib 
təmizləndim.  Riakarlıqdan  xilas  oldum.  İndi  mən  Əminə  yox 
riyakarlığa xəyanət eləmişəm” (124, 136). 
Bütün  pyes  boyu  Nihal  öz  məhəbbətinə  bəraət  qazandırmağa 
çalışır.  O,  yaradıcılığında  olduğu  kimi,  şəxsi  həyatında  da  azadlığı, 
ülviliyi,  gözəlliyi  əsas  tutur.  Əminlə  memarlıq  emalatxanasında 
rastlaşanda  deyir,  “Məni  necə  varamsa,  o  cür  görə  bilməmisən, 
görmək  istədiyini  görmüsən.  Mən  dünyaya  sənin  gözünlə  baxa 
bilmərəm… Sənin sevginin əvvəli də məlum olub, axırı da. Buradan 
bura qədər. Ölçüsü,  çəkisi  məlum olan sevgi  sevgi  deyil… Mən hər 
şeydə  gözəllik  axtarmışam.  İşimdə  də,  adamlara  münasibətimdə  də, 
oxuduğum kitablarda da, hətta çay içdiyim istəkanda da” (124, 134). 
Tamaşada  Nihal  rolunu  gənc  aktrisa  Şəfiqə  Məmmədova 
oynayırdı.    Ş.Məmmədova  duyaraq  yaratdığı  Nihal  obrazını 
tamaşanın  əvvəlində  zahirən  olsa  da,  öz  həyatından,  yaşayışından 
məmnun bir qadın kimi göstərirdi. Əslində isə o, ümidləri aldanmış, 
məhəbbəti qəzaya uğramış bədbəxt insandır. Bacısı Reyhanın təhriki 
ilə  telefonda  Aslandan  qəti  qərar  istədiyi  səhnədə  Ş.Məmmədova 
Nihalın  puça  çıxmış  arzularının  məyusluğunu,  yaralı  bir  qəlbin 
həyəcanlarını təsirli və mənalı göstərməyə çalışırdı. Lakin aktrisanın 
bütün  səylərinə  baxmayaraq  Nihal  tamaşada  ideal  səviyyəsinə 
yüksəlmir,  məğlubiyyəti  ilə  obrazın  dramatik  mahiyyəti  barədə 
tamaşaçını düşündürürdü. 
B.Vahabzadənin  təsvirində  Nihal  pozğun  bir  qadın  yox, 
gecikmiş məhəbbətlə sevən və buna görə də müəyyən faciəvi hisslər 
yaşayan  obrazdır.  Tənqidçilərin  bəziləri  bu  fikirlə  razılaşır,  bəziləri 
isə  Nihalın  məhəbbətinə  qiymətdə  daha  kəskin  mövqe  tuturdular. 
Onun  məhəbbətini  ucaldan,  yüksəldən  məhəbbət  deyil,  alçaldan, 
çirkaba    bulaşan  məhəbbət  kimi  qəbul  edirdilər.  “O,  sevmədiyi 
Əminlə  yaşayanda  daha  çox  riyakardır  (özü  belə  zənn  edir),  yoxsa 
ona  xəyanət  edə-edə  Aslanla  yaşayanda?  Gördüyümüz  kimi  Nihalın 
ittihamlarında (yaxud özünə verdiyi bəraətdə) nəinki bədii, psixoloji, 
heç adi məntiqi həqiqət də yoxdur. Onun bu məhəbbətində səma və 


 
 
43 
üfiq  məcrası  yox,  kauçuk  və  plastika  bünövrəsi  var.  Yox,  o, 
“sevərkən təmizlənmir”, ləkəyə, çirkaba bulaşaraq sevir” (67, 139).  
Xalid  Əlimirzəyev  isə  Nihal  obrazına  öz  münasibətini  belə 
bildirirdi: “Görünür, nə dramaturq, nə də rejissor ərinə xəyanət etmiş 
Nihalın bir obraz, bir xarakter kimi səhnədəki mövqeyini, vəziyyətini 
tam,  hərtərəfli  aydınlaşdırmamışdır.  Onu  xəyanətdən  sonra  əslində 
sakit,  mədəni  bir  adam  olan  əri  Əminlə  dönə-dönə  qarşılaşdırarkən, 
müxtəlif  soğru-suallardan  keçirərkən  necə  çətin,  təhqiramiz  bir 
vəziyyətdə  qoyduqlarını  düşünməmişlər,  Nihalın  şəxsiyyətinə, 
qadınlıq ləyaqətinə belə qeyri-məntiqi münasibət Əmin obrazının da 
quru, sxematik çıxmasına səbəb olmuşdur” (32). 
Şübhəsiz  ki,  bu  fikirlərdə  birtərəflik  vardı.  İstər  dramaturqa, 
istərsə  də  rejissora  Nihalın  da,    “mədəni  bir  adam  olan  əri”  Əminin 
də  vəziyyəti  yaxşı  bəllidir,  sadəcə  tamaşanın  yaradıcıları,  o  zaman 
rəsmi  tənqidin  tələb  elədiyi  kimi,  obrazları  ittiham  eləməyə 
tələsmirlər,  çıxılmaz  durumun  dramatizmini  tamaşaçıya  yaşatmaqla 
insanın  daxili  aləminə,  ictimai  mühitə  və  əsl  səbəbkarlara  diqqət 
çəkmək istəyirlər.  
Pyesdəki hadisələrin mərkəzində duran əsas obrazlardan biri də 
Aslandır.  Süni  kauçuk  zavodunun  direktoru  Aslan  “həyat  insanı 
deyil; insan həyatı istədiyi kimi qurmalıdır” - devizi ilə hərəkət edir. 
İş  onun  idealıdır.  Yüksək  vəzifə,  mənsəb  sahibi  olan  bu  adam 
mürəkkəb  təbiətlidir,  ziddiyyətli  xarakterə  malikdir.  Zahirən 
xeyirxah, səliqəli, hər şeydə dəqiqliyi sevən Aslanın işgüzar bir idarə 
rəhbəri  kimi  işində,  davranışında  qüsur  tapmaq  çətindir.  Ancaq 
hadisələr  inkişaf  etdikcə  məlum  olur  ki,  Aslanın  mənəvi  aləmi 
haqqında bunu demək çətindir. Aslan iş-istehsalat prosesində o qədər 
rasionallaşıb,  maşınlaşıb  ki,  mənəviyyat  məsələlərinə  duyğuların 
gözü  ilə  deyil,  quru  ağlın,  daşlaşmış  adət  və  vərdişlərin  gözü  ilə 
baxmağa  başlayıb.  Bu  səbəbdən  də  ürəklərin  ağrısını  duymur.  Ona 
könül bağlayan adama da (Nihal), doğma övladına da (Cığatay), boy 
atıb  böyüdüyü  torpağa  da  (Vətən)  kimya  zavodunun  istehsal  etdiyi 
kauçuk  kimi  yanaşır.  O,  zahirdə  Nihalın  hiss  və  həyəcanlarını 
dərindən  anladığını  göstərməyə  çalışsa  da,  əslində  alt  qatda  ona 
xəyanətkar qadın kimi baxırmış. Ona görə də oğlu Cığatayın Nihalın 
bacısı  Reyhanla  evlənməyinə  qəti  etiraz  edir.  Etirazını  bununla 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə