Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə12/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
 
36 
rejissor  işi,  aktyor  ifası  baxımından  da  diqqəti  çəkmiş,  müəyyən 
tənqidlər  olsa  da,  əsər  ümumən  müsbət  qarşılanmış,  teatrın 
repertuarında yerini tutmuşdu.  
Professor  Xalid  Əlimirzəyev  pyesin  gənclərin  mənəvi-əxlaqi 
tərbiyəsində  önəminə  xüsusi  diqqət  cəlb  edirdi:  “Bəxtiyar 
Vahabzadənin  “Yağışdan  sonra”  pyesi  müasirlərimizin  həyatına, 
ictimai  fəaliyyətinə,  mənəvi-əxlaqi  keyfiyyətlərinin  təsvirinə  həsr 
olunmuşdur.  Hadisələr  ən  çox  ailə-məişət  çərçivəsində,  fərdi 
psixoloji 
planda 
getsə 
də, 
“Yağışdan  sonra”  vətəndaşlıq 
mövqeyindən yazılmış ictimai ideyalı, ibrətamiz bir dramdır” (32). 
“Yağışdan sonra” pyesi  XX  əsr üçün çox aktual bir mövzuda, 
insan  mənəviyyatının  ekologiyası  mövzusunda  qələmə  alınmış, 
müəllif  bu  pyesində  bəşəriyyəti  narahat  edən  əbədi  mətləblərdən  - 
əxlaq və sevgidən, insanların cəmiyyət qarşısında mənəvi borcundan, 
təbiətə  və  ətraf  mühitə  münasibətindən  bəhs  edirdi.  Əsər  təsadüfən 
“Yağışdan sonra” adlandırılmamışdı. B.Vahabzadənin fikrincə, insan 
mənəviyyatı onu  əhatə  edən ana təbiətdən heç də  ayrı deyil, insanın 
mənəvi  mövqeyi  də  təbiətlə  müqayisədə,  onunla  münasibətdə 
durulur, üzə çıxır.  “İkinci səs”də də, “Yağışdan sonra” pyesində də 
ana  təbiətin  bu  ali  mövqeyinə  işarə  var:  Yağışdan  sonra…  hər  şey 
təmizlənir, gözəlləşir, saflaşır…  İnsanın  daxili  aləmi də,  əməlləri də 
təbiətlə harmoniya təşkil edəndə o xoşbəxt olur, təbiətə zidd gedəndə 
isə  təlatümlər  başlayır.  Əgər  yağışdan  əvvəli  və  sonranı  bir  anlığa 
təsəvvürümüzdə  canlandırsaq,  qısa  bir  zaman  ərzində  çətin  və 
mürəkkəb  hadisələrin  əzablı  burulğanından  çıxan  insanın  və  ya 
insanların  qəlb  aləmində baş verən təbəddülatı  və  yeniləşməni  daha 
dərindən  duymaq  olar.  Pyesdə  B.Vahabzadə  bu  lirik  məqamı  daxili 
dramatik  hadisələrin  məhək  daşına  çevirə  bilir.  Hər  bir  surətin 
səciyyəsi bu prizmadan, bu məqama münasibətdə müəyyənləşir. 
Öz  yaradıcılıq  konsepsiyasına  sadiq  olan  Tofiq  Kazımov 
“Yağışdan  sonra”  tamaşasında  da  əsas  diqqətini  mürəkkəb  insan 
xarakterlərinin  gərgin  dramatik  vəziyyətlərdə  aktiv  mübarizəsinə, 
insan  ləyaqətini  uca  tutmaq  cəhdlərinə  yönəltmişdi.  “Quruluşçu 
rejissor Tofiq Kazımov hadisələrin və xarakterlərin inkişafını, daxili 
dinamikasını,  bədii  konfliktin  mövqeyini,  dramaturji  münaqişəni 
düzgün və bacarıqlı həll etdiyindən, tamaşa diqqətlə  izlənirdi.  Aslan 


 
 
37 
 
 
 
“Yağışdan sonra”  Qədim bəy – Əli Zeynalov 
                               Reyhan – Amaliya Pənahova 
 
(M.Dadaşov),  Nihal  (Ş.Məmmədova)  münasibətinin  rejissor 
tərəfindən  etik-estetik  mövqeyindən  düzgün  aydınlaşdırılması 
tamaşanın tərbiyəvi təsirini qüvvətləndirmişdi” (57, 524).  


 
 
38 
 
 
 
 
“Yağışdan sonra”  Aslan – Məlik Dadaşov 
                               Rüstəm – Səməndər Rzayev 
 
 
 


 
 
39 
 
 
 
“Yağışdan sonra”  Rüstəm - Səməndər Rzayev 
                               Qərənfil - Rəhilə Mirzəyeva 


 
 
40 
 T.Kazımovun  müəllimi,  görkəmli  rejissor  A.D.Papov  tələbəsi 
haqqında  demişdir:  “Böyük  temperament,  qüvvətli  müasirlik 
hissi,sönməz  enerji,  obrazı  görmə  qabiliyyəti,  özünə  və  başqalarına 
qarşı yüksək tələbkarlıq, ən əsası isə pyesin dərin analizini dəqiq və 
həqiqi  səhnə  təcəssümündə  birləşdirmək  bacarığı  Tofiq  Kazımovun 
əvəzedilməz xüsusiyyətlərindəndir”. 
Belə  ki,  ustad  rejissorun  quruluşunda  əsərin  daxili-ideya 
məzmunu,  mahiyyəti,  müəllif  fikri  aydın  şəkildə  nəzərə  çarpırdı. 
Pyesin  gərgin dramatik vəziyyətlərinə uyğun olaraq, müəllif fikrinin 
qabarıq  səhnə  təfsirinə  geniş  imkan  verən  yerlərlə  yanaşı,    rejissor 
hətta dramaturq fikrinin zəif səsləndiyi məqamlarda da ustalıqla daha 
ifadəli  və  canlı  səhnə  vasitələri,  cizgiləri  tapa  bilmişdi.  Müəllifin 
pyesdə  tamam  demədiyi  və  ya  dramatik  vəziyyəti  uzatmaq  xeyrinə 
yarı    ifadə  elədiyi  epizodlardakı  fikirlərini  də  quruluşçu  rejissor 
özünəxas  şəkildə  tamamlayırdı.  Ayrı-ayrı  obrazların,  xarakterlərin 
inkişafına,  daxili  dinamikasına,  süjetin  tam  və  bitkin  səslənməsinə 
xüsusi  fikir  verirdi.  Bir  resenziyada  deyildiyi  kimi:  “Həm  ayrı-ayrı 
detalların işlənməsi, həm də bütünlükdə tamaşanın məzmunu göstərir 
ki, rejissor səhnəyə qoyduğu bədii materialı düzgün dərk etmiş, onu 
aydın  şəkildə  tamaşaçıya  çatdırmaq  üçün  müvafiq  ifadə  vasitələri 
tapmışdır” (32). 
Tamaşanın  ansambl  bütövlüyü  rejissor  işinin  uğuru  idi. 
Rollarda  çıxış  edən  -    Məlik  Dadaşovun  (Aslan),  Şəfiqə 
Məmmədovanın  (Nihal),  Əli  Zeynalovun  (Qədimbəy),  Amaliya 
Pənahovanın  (Reyhan),  Fuad  Poladovun  (Cığatay),  Hamlet 
Qurbanovun  (Əmin),  Səməndər  Rzayevin  (Rüstəm),  Məcnun 
Hacıbəyovun  (prorab),  Rəhilə  Mirzəyevanın  (Qərənfil),  Hafiz 
Fətullayevin  (şofer)  ümumən  razılıq  doğurmuş  ifaları  dramaturq  və 
rejissor fikrinin açılmasında əsas amilə çevrilmişdi. 
“Yağışdan  sonra”  tamaşasının  müvəffəqiyyətini  şərtləndirən 
amillərdən  biri  də    tamaşaya  yazılan  musiqi  idi.  Ümumi  rəyə  görə, 
Emin  Sabitoğlunun  gərgin  dramatik  vəziyyətlərdən  keçən,  talecə 
müxtəlif  insanların  əhval-ruhiyyəsini,  işgəncəli  həyat  yolunu 
müşayiət  edən  təsirli  və  məlahətli  musiqisi  dramın  əsas  ideyası  ilə 
uyuşurdu.  Qədimbəyin  gəlişi  ilə  bir  anda  çalınan  və  tamaşaçıda 
mərdlik  ruhunu  cuşə  gətirən  melodiya  –  “Çəngi”,  eləcə  də  Nihalla 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə