Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə32/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

48 

 

Şəmsi  hacı  Əsədulla  oğlu  Əsədullayev  XIX  əsrin  60-cı  illərinin  axırlarında  —  70-ci  illərinin  əvvəl- 



lərində  bir  qədər  pul  yığıb  dövlət  duz  mədənini  icarəyə  götürdü.  Eyni  zamanda  Musa  Nağıyev  ilə  birlikdə 

Ramanada üzüm-meyvə bağı aldı. Bu cür fəaliyyətdən əldə etdiyi gəlir ona daha mənfəətli işə başlamağa imkan 

verdi. 1872-ci ildə neft sənayesində icarə sisteminin ləğv olunması təşəbbüskar adamlar üçün neft işi sahəsində 

böyük  perspektivlər  açdı.  Belələrindən  biri  də  Ş.Əsədullayev  idi.  O,  1874-cü  ildə  kiçik  bir  torpaq  sahəsi  alıb 

orada neft hasilatı müəssisəsi yaratdı. 1893-cü ildə onun yeganə neft quyusundan 23 milyon pud neft çıxarıldı, 

1895-ci ildə isə neft fontanı 40 milyon pud neft verdi. Nəticədə onun müəssisəsi "Ş.Əsədullayev" neft hasilatı və 

emalı  kontoruna  çevrildi.  Bu  kontor  əsas  kapitalı  10  milyon  rubldan  çox  olan  iri  neft  sənayesi  müəssisələri 

sırasına çıxdı. XX əsrin əvvəllərində kontor səhmdar cəmiyyətinə çevrildi. 

Həmin  cəmiyyət  Bakı  rayonunda  bütün  neft  hasilatının  təxminən  60%-ini  verən  12  şirkətdən  biri  oldu. 

"Podrat  qazma"  kontoru  başqa  bir  milli  sahibkar  Murtuza  Muxtarovun  adı  ilə  bağlıdır.  O,  əsrin  axırlarında 

Bibiheybətdə  qazma  avadanlığı  zavodu  inşa  etdi.  Bu  zavod  Rusiyada  neft  avadanlığı  istehsalı  üzrə  ilk  xüsusi 

müəssisə idi. 1906-cı ildə o, "Qazma avadanlığı sahibləri sindikatı"nın və "Neft quyularının qazılması üzrə Bakı 

podratçılar cəmiyyəti"nin əsas iştirakçılarından biri oldu. Onun 1903-cü ildə yaratdığı neft emalı şirkəti 1913-cü 

ildə əsas kapitalı 4 milyon rubl olan səhmdar cəmiyyətinə çevrildi. Cəmiyyət əsasən neft quyularının qazılması 

və neft avadanlığının təmiri işləri ilə məşğul olurdu. Bütövlükdə neft sənayesinin bu sahəsində milli sahibkarlar 

kifayət  qədər  möhkəm  mövqe  tutmuşdular.  34  podrat  qazma  müəssisəsindən  3-ü,  1913-cü  ildə  isə  45  belə 

müəssisədən 7-si azərbaycanlılara məxsus idi. 

Neft  emalı  sənayesində  Azərbaycan  kapitalının  xüsusi  çəkisi  getdikcə  artırdı.  1883-cü  ildə  Bakının  100 

kerosin zavodu sahibindən 41-i azərbaycanlı idi. 

Neft  emalı  sənayesində  Azərbaycan  sahibkarlarının  iştirakının  azalması  meyli  əsrin  əvvəllərində  də 

davam etmişdi. Məsələn, 1904-cü ildə Azərbaycan sahibkar- larına məxsus 19 neft emalı müəssisəsindən 11-i 

başqa millətlərdən olan sahibkarlara icarəyə verilmiş, 4-ü isə il ərzində işləməmişdi. Fəaliyyət göstərən başqa 

müəssisələrdən 4-ü Azərbaycan kapitalının iri nümayəndələrinə məxsus idi. Həm də bu müəssisələrdə istehsal 

olunan neft məhsullarının ümumi həcmi 1904-cü ildə Bakı rayonunda onların istehsalının yalnız 4,7%-ini təşkil 

edirdi.  1906-cı  ilə  dair  məlumatlara  görə  isə,  fəaliyyət  göstərən  77  müəssisədən  artıq  20-si  azərbaycanlılara 

məxsus  idi  ki,  bu  da  onların  mövqeyinin  möhkəmlənməsini  sübut  edirdi.  1913-cü  ildə  isə  Ş.Əsədullayevin  və 

M.Nağıyevin  zavodları  bütün  neft  emalı  zavodlarının  45%-ə  qədərinə  sahib  olan  və  Rusiyanın  neft 

məhsullarının 60%-ə qədərini istehsal edən 6 ən güclü müəssisə qrupuna daxil idi. 

Kimya  sənayesinin  inkişafı  neft  emalı  ilə  sıx  bağlı  idi.  XX  əsrin  əvvəllərində  Azərbaycan  sahibkarları 

kimya (sulfat turşusu, kaustik soda və s.) müəssisələri sahiblərinin ümumi sayının 10%-ini təşkil edirdilər. 

Maşınqayırma  sənayesində  milli  kapital  istər  müəssisələrin  və  işçilərin  sayına,  istərsə  də  istehsalın 

həcminə görə zəif mövqe tuturdu. Metal emalı sənayesində Azərbaycan kapitalı daha sanballı təmsil olunmuşdu. 

Bakının  mexaniki  zavodlarından  birinin  şərikli  sahibi  K.Z.Tağıyev  idi.  XIX  əsrin  axırlarında  bu  sahədə 

M.Muxtarova,  Cavanşirov  qardaşlarına  və  başqalarına  məxsus  xeyli  müəssisə  qazma  avadanlıqlarının  təmiri 

üzrə ixtisaslaşmışdı. Bunların ən məşhuru M.Muxtarovun podrat qazma ilə məşğul olan iki mexaniki zavodu idi. 

Onlardan  ən  böyüyü  isə  Sabunçu  zavodu  idi.  Bu  iki  nəhəng  müəssisədə  fəhlələrin  bir  qismi  qazma  işləri  ilə, 

digər  qismi  isə  qazma  ləvazimatının  istehsalı  və  təmiri  ilə  məşğul  idi.  M.Muxtarovun  müəssisələri  tədricən 

genişlənirdi. 1913-cü ildə daha bir mexaniki zavod inşa edildi. Bu zavod mədənləri iri qazma texnikası ilə təmin 

edirdi. 

Senator  Kuzminskinin  verdiyi  məlumata  görə,  Azərbaycan  sahibkarları  "gəmiçilik  səhəsində  çox  iri 

sahibkarlar idilər, onların bəzilərinin payına isə sənayenin bu sahəsi üzrə rüsumların və gəlirin 3/4 hissəsindən 

çoxu düşürdü". 

XX  əsrin  əvvəllərində  Xəzərdə  bütün  ticarət  donanmasının  say  tərkibinin  44,4%-i  və  yükqaldırma 

qabiliyyətinin  42,1%-i  Azərbaycan  kapitalının  nümayəndələrinə  məxsus  idi.  1907-ci  ildə  Xəzərin  buxarla 

işləyən yanacaqdoldurma donanmasının 129 gəmisindən 20-si öz neftayırma zavodları olan gəmi sahiblərinə — 

"Nobel  qardaşları",  "Ş.Əsədullayev",  "M.Nağıyev",  "M.S.Manafov"  şirkətlərinə  məxsus  idi.  Xəzər  dənizinin 

cənub  limanları  və  İran  ilə  əlaqə  saxlayan  Xəzərdəki  ən  iri  müəssisələrdən  biri H.Z.Tağıyevin  "Kür  — Xəzər 

cəmiyyəti" idi. Cəmiyyətin çox böyük sərnişin və yanacaqdaşıma donanmaları var idi. 

Bakı  tacirlərinin  ticarət  əməliyyatlarında  neft  məhsullarının  ixracı  kifayət  qədər  mühüm  yer  tuturdu. 

Nəqliyyat vasitələrinə malik olan Bakı sahibkarları nəinki böyük miqdarda neft məhsulları apara bilirdilər, həm 

də  Rusiya  və  xarici  bazarlarda  onları  yaxşı  sata  bilirdilər.  Ş.Əsədullayevin,  M.Nağıyevin,  H.Z. Tağıyevin 

apardıqları  neft  məhsullarının  həcmi  ildə  10  milyon  puddan  çox  idi.  XX  əsrin  əvvəllərində  H.Z. Tağıyevin 

ticarət  şirkətinin  Rusiyanın  bir  çox  şəhərlərində  çoxsaylı  nümayəndəlikləri  var  idi.  O,  Moskvada  ticarət 

əməliyyatları  keçirmək  üçün  çoxmərtəbəli  mülk,  İranda  karvansaray  almışdı. Bakıda  Tağıyevin  pasajı  alıcılar 

arasında  böyük  populyarlıq  qazanmışdı.  Neft  məhsulları  ticarətində  onun  illik  dövriyyəsi  5  milyon  rubl 

məbləğində idi. XX əsrin əvvəllərində "Ş.Əsədullayev" şirkətinin ticarət istehsal əməliyyatları genişləndi. Onun 

müəssisələrinin  ticarət  dövriyyəsi  2  milyon  rubldan  çox  idi.  Rusiyanın  bir  çox  sənaye  mərkəzlərində  — 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə