Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə28/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

42 

 

neftdaşıyan  gəmilər  inşa  etdirsinlər.  Məhz  bu  minvalla  gəmi  sahibləri,  neft  sənayeçiləri  və  tacirləri  Bakı 



mədənlərindən çıxan neftin Avropa bazarlarına yola salınması imkanının mümkün olduğunu dərk etdilər. 

Dünya neft ticarətində yeni bir mərhələ olan gəmi ilə yük daşınması üsulunun inkişafı onunla nəticələndi 

ki, neft istehsalçıları özləri məhsulun Avropanın və Uzaq Şərqin ən kiçik nöqtələrdə yerləşən kiçik istehlakçılara 

belə  çatdırmağa  başladılar.  Rusların  bu  sahədə  birinciliyi  amerikalıları  da  bu  üsuldan  istifadə  etməyə 

ruhlandırdı. 

Bakıda məşhur neft şirkətinin təsisçisi L. Nobelin sifarişi ilə "Motalo" şirkətinin zavodunda inşa edilmiş 

ilk neft daşıyan "Zoroastr" paroxodu Xəzərdə 1877-ci ildə göründü. Onun polad korpusunun uzunluğu 184 fut, 

eni 27, suya oturma həcmi 9 fut idi. 

Çox keçməmiş Lyüdviq Nobel İsveçin "Motalo" şirkətində özü üçün "Svist" və "Lyüdviq Nobel" adlı iki 

gəmini  inşa  etdirdi.  Onların  hər  birinin  uzunluğu  286  fut  olmaqla,  on  bir  dəniz  mili  sürət  götürürdü.  "Svist" 

gəmisi birinci yükü — xam nefti Batumdan Londona gətirdi. Nobel qardaşları İsveç tərsanələrində ayrı gəmilər 

də  inşa  etdirmişdilər,  onlardan  biri,  "Blesk"  adlı  gəmi  1890-cı  ildə  inşa  olunmuşdu.  Bu  gəmilər  hissə-hissə 

kanallar vasitəsilə Həştərxana gətirilir, burada quraşdırılır və Bakıya yola salınırdı. Onlar uzun illər Xəzər neft 

donanmasını təşkil edən ilk və ən uqurlu gəmilər idi. "Lyüdviq Nobel" gəmisi uzun illər Baltik dənizində Sankt-

Peterburqla Finlandiya arasında müntəzəm olaraq neft daşımışdı. 

Atlantik  okeanında  ilk  neft  daşıyan  "Ferqusons"  gəmisi  1880-cı  ildə  Midlsboroda  "Kregerlər  və  oğlu" 

şirkəti tərəfindən inşa edilmiş, sonralar "Petram Kasuel və şirkəti" tərəfindən tanker halına salınmışdı. Bu gəmi 

1885-ci ildə "Lennard və oğlu" şirkətinin mülkiyyətinə keçdi. Gəmidə çənlər elə düzəldilmişdi ki, şey saxlanılan 

anbarı  xatırladırdı.  "Ferqussons"  Sena  çayında  lövbər  atıb  dayandığı  zaman  baş  vermiş  partlayış  nəticəsində 

məhv oldu. 

Atlantik  okeanında  üzən  neftdaşıyan  gəmilərindən  olan  "Qlukauf"  gəmisi  2600  ton  təmizlənməli  nefti 

Nyu-Yorkdan  Bremenə  daşıyırdı.  Bu  gəmi  həmin  vaxtlarda  iri  tankerlərin  inşası  ilə  dərindən  maraqlanan 

H.F.Suenin layihəsi əsasında Nyu-Kaslda "Armstronq və Mitçel" şirkəti tərəfindən tikilmişdi. 

Çən  qoyulmuş  gəmi  ilə  İngiltərəyə  ilk  dəfə neft "Müqəddəs  helen"  gəmisi  ilə, ikinci  dəfə isə  sonradan 

tanker halına salınmış "Petrnana" gəmisi ilə gətirilmişdi. Bu gəmi 1880-cı il dekabrın 11-də Liverpulda 2000 ton 

neft  boşaltdı.  həmin  gəmi  İngiltərəyə  çatmamışdan  bir  həftə  qabaq,  "Markiz  Sikluna"  (sonralar  "Atlant" 

adlandırılıb)  gəmisi  Avstriyanın  Fiuls  şəhərinə  kerosin  gətirmişdi.  Foksa  məxsus  birinci  tankerlər  arasında 

"Çiquel", "Çarlz harvard" (sonralar "Mineralo" adı verilib) və "Titian" da var idi. Bunlar hamısı sonradan tanker 

halına salınmışdı. 

Leyn  və  Makendru  buxarla  işləyən  və  çənlərlə  təchiz  olunmuş  gəmilər  üçün  müqavilələr  bağlanmasını 

təşkil etdilər. Həmin dövrdən Bakının lampa nefti Avropa bazarlarında tez bir zamanda özünə yer tapdı. 

Bu vaxt amerikalılar dünyanın digər bazarlarında da inhisarı ələ keçirmişdilər, ancaq 1886-cı ildə Leyn və 

Makendru  Rotşildin  nəzarət  etdiyi  şirkətlə,  daha  dəqiq  desək,  Xəzər  neft  sənayesi  ticarəti  cəmiyyəti  ilə 

danışıqlar apararaq Bakı neftini şərq bazarlarına çıxarmağa başladılar. Tezliklə, 1886-cı ilin noyabrında gətirilən 

böyük  miqdarlı  neft  və  neft  məhsullarını  Şərq  ticarətində  ən  böyük  şirkətlərdən  sayılan  Uollis  qardaşları 

şirkətinə satmağa nail oldular. Bundan sonra Leyn və Makendru Uollis qardaşları və Xəzər neft sənayesi ticarəti 

cəmiyyəti  ilə  müştərək  olaraq,  Bakı  neftinin  metal  dördkünc  qablarda  Uzaq  Şərq  ölkələrinə  ixracını  xeyli 

artırdılar. 

1887-ci  ildə  onların  neft  və  neft  məhsullarını  gəmi  ilə  Birləşmiş  Krallığa  gətirdikdən  sonra  Uollis 

qardaşları ilə birlikdə tədricən "Kerosin" şirkətinin yaranmasına və neft biznesinin qərarlaşmasına nail oldular. 

Bakı  neftinin  İngiltərədə  satışı  sürətləndi,  əgər  1886-cı  ildə  Bakı  neftinin  idxalı  46.814  barrelə  və  "Kerosin" 

şirkətinin təsis olunduğu 1888-ci ildə isə 549.126 barrelə çatdı. Bakı ilə Batum arasında dəmir yolunun çəkilişi 

başa  çatandan  sonra  Bakıdan  sürtkü  yağlarının  ixracını  parisli  Avqust  Andrey,  antverpenli  Çarlz  Qud, 

hamburqlu  doktor  Albrext  ələ  keçirdilər.  Onlar  bu  işin  başlanğıcından  Bakıda  sürtkü  yağlarının  satışı  və 

distribusiyası  sahəsində  aparıcı  yeri  tutmuş,  bu  ticarət  sahəsini  elə  inkişaf  etdirmişdilər  ki,  hazırda  sürtkü 

yağlarının ticarətinin təxminən əlli faizini təşkil edirdi. 

1886-cı ildə hartpulda "VII Qrey və şirkəti" tərəfindən Alfred Stüart üçün inşa olunmuş "Bakuin" gəmisi 

İngiltərə tərsanəsindən çıxan ilk tanker idi. O, sürtkü yağları daşıyan gəmilər arasında tanker halına daha yaxşı 

salınmış gəmi sayılırdı. Gəmidə elektrikdən istifadə olunur, kayutlar kömür əvəzinə buxarla qızdırılır, yemək də 

buxar vasitəsilə hazırlanırdı. Bu tanker Perunun Sallao limanında yanğın nəticəsində məhv oldu. Həmin vaxt o, 

Talaradakı "London və Sakit okean" neft şirkəti üçün müntəzəm çarter reysləri edirdi. 

"Petriana" gəmisi işə düşəndən bir neçə həftə sonra tankerləşdirilmiş "Çiquil" gəmisi Batumdan Fiumeyə 

neft  daşımağa  başladı.  Sanderlenddə  "R.Tompson  və  oğlu"  şirkətinin  tərsanəsində  1889-cu  ildə  inşa  edilmiş 

gəmilər arasında birincilərdən olan "Yayflauer" gəmisi Filadelfiyadan çıxandan sonra bütün heyəti ilə yox oldu. 

Hebburn-on-Taynda "Hotorn, Lesli və şirkəti" tərəfindən 1886-cı ildə inşa edilmiş "hafiz" tangeri öz dövrünün 

uğurlu  gəmilərindən  idi.  1887-ci  ildə  gəmi  inşası  sahəsində  tanınmış  mütəxəssis  E.C.Ridin  layihəsi  əsasında 

"Palmer" şirkəti tərəfindən "Era" (sonra "Abşeron" adını daşımağa başladı) tangeri istifadəyə verildi. Ondan 15 

ay  sonra  həmin  şirkət  tərəfindən  inşa  edilmiş  "Oka"  (sonrakı  adı  "Broudmayn"dır)  tangeri  kimi,  o  da  bu  tipli 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə