Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə26/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

39 

 

Boru kəməri işlərini qurtarandan sonra Nobel qardaşları nəzərlərini dəniz nəqliyyatına yönəltdilər. Lakin 



onların  Xəzər  dənizində  tanker  xidməti  işinə  "Qafqaz  və  Merkuri"  şirkətini  sövq  etmək  cəhdləri  baş 

tutmayandan sonra özləri bir tanker inşa etdirib, 1879-cu ildən bu sahədə fəaliyyətə başladılar. 

Nəzərdən  keçirdiyimiz  bu  dövr  ərzində  neftə  olan  tələbatla  təchizat  bir-birinə  uyğun  gəlmirdi,  yəni 

təchizat tələbatdan qat-qat çox idi. Bəzi istehsalçılar işi dayandırmağa məcbur olur, depressiya baş verirdi. Əgər 

sənaye heç olmasa, bir az düzgün təşkil olunsa idi, istehsalçılar neft böhranı ilə üzləşməzdilər. Yeni erada, yəni 

mexanizmlərlə  quyuların  qazılmasına  başlanması  dövründə  tələbat  kimi  mühüm  bir  məsələyə  azacıq  da  olsun 

diqqət  yetirilməmişdi.  Çıxarılan  neftin  əsas  qismi  fotogen  istehsalı  üçün  istifadə  edilmirdi,  əgər  hər  hansı 

səbəbdən neftayırma zavodparı dayansa idi, neft sənayesi məhv olardı. Belə bir hadisə az qala 1874 və 1875-ci 

illərdə baş vermişdi. Neftayırma zavodlarında vəziyyət yaxşı deyildi. Bir-biri ilə rəqabət aparan çoxlu zavodlar 

olduğundan,  istehsal  edilən  məhsulun  həcmi  tələbatdan  qat-qat  artıq  idi.  Digər  tərəfdən  də  zavodlar  çıxarılan 

bütün nefti emal edə bilmirdilər. 1876-cı ildə qiymətlər qalxdı, neft çıxarma və emal müəssisələri 1878-ci ilədək 

adi qaydada işləməyə başladılar. Lakin çox keçməmiş üçüncü böhranla üzləşməli oldular. 

1883-cü ilin sonunda Bakı ilə Batum arasında Transqafqaz dəmir yolu açılanadək mədənlərdən çıxarılan 

neft,  emal  müəssisələri  arasında  qeyri-bərabər  bölünürdü.  Bu  da  ona  görə  belə  idi  ki,  neft  sənayesi  öz 

məhsullarının ixracı üçün yalnız bir marşrutundan — Xəzər dənizindən istifadə edirdi. Gəmi ilə yükdaşıma da 

ancaq  mart  ayından  oktyabradək  mümkün  olduğu  üçün  qalan  müddət  ərzində  istehsal  edilmiş  məhsul  yığılıb 

qalırdı. Qış aylarında ancaq anbarları olan emal müəssisələri işləməkdə davam edir, qalanları isə dayanırdı. 

Bakı  neft  sənayesinin  inkişafının  hələ  ilk  dövrlərində  mədənlərdən,  əsas  etibarı  ilə  Qara  şəhərdə 

toplanmış neft emalı zavodlarına xam neft daşınması ilə bağlı böyük çətinliklər ortaya çıxırdı. İkitəkərli arabalar 

o  vaxt  xam  neft  və  neft  məhsullarının  daşınması  üçün  başlıca  vasitə  olsalar  da,  milyonlarla  pud  neftin 

daşınmasına getdikcə artan mədəndaxili ehtiyacı, eləcə də çıxarılmış neftin neftayırma zavodparına daşınması 

tələbatını ödəyə bilmirdilər. 

1879-cu  ildə inşa  edilmiş  ilk  dəmir  yolu  —  neft  rayonlarını  neftayırma  sənayesi  mərkəzi  ilə birləşdirən 

Bakı—Sabunçu—Qara şəhər xətti neft hasilatı və emalının gələcək inkişafına əngəl törədən nəql problemini tam 

həll  edə  bilməzdi.  Mədənlərlə  Qara  şəhərin  zavodları  arasında  neft  boru  xətlərinin  inşası  birinci  dərəcəli 

məsələyə  çevrildi.  İlk  təşəbbüsü  "Nobel  qardaşları  şirkəti",  həmçinin  "Bakı  neft  cəmiyyəti",  Mirzəyev  və 

Lianozovun  şirkətləri  hələ  1877-ci  ildə  göstərdilər.  1890-cı  ildə  uzunluğu  260  verst  olan  25  neft  boru  xətti 

çəkilmişdi.  Bunlarla  sutka  ərzində  mədənlərdən  zavodlara  1,5  milyon  pud  neft  və  Qara  şəhərdən  mədən 

rayonlarına, buxar qazanlarını işlətmək üçün dəniz suyu vurmaq mümkün idi. 

Bununla belə xam neft və neft məhsullarının, xüsusilə də Avropa və Asiyanın bir çox şəhərlərində istifadə 

olunan Bakı ağ neftinin ixracını, ən qısa yolla — Qara dəniz vasitəsilə nəqlin yoxluğu çox ləngidirdi. Gəmilər 

Xəzərlə  neft  və  neft  məhsullarını  yalnız  6  ay  çəkən  naviqasiya  dövründə  Həştərxana daşıyaraq,  Rusiya  şəhər- 

lərində və xaricdə sata bilirdilər. Bu müddət isə kifayət deyildi. Rusiya və yetərincə xam neft ehtiyatına malik 

olmayan  xarici  neftayırma  zavodları  Abşeron  neftinin  daxil  olmaması  ilə  əlaqədar  payızın  sonlarından  başla- 

yaraq, bütün qış ərzində boş dayanırdılar. Eyni zamanda 1880-82-ci illərdə Bakıda o qədər böyük miqdarda xam 

neft toplanmışdı ki, neft sənayeçiləri bir müddətə neft hasilatını və zavodlarda neft emalını dayandıraraq, neft 

qalıqlarını dənizə  tökməyə,  yaxud  da  yandırmağa  məcbur  olmuşdular.  Neftin lazım  olandan  artıq istehsalı  ilə 

bağlı belə bir böhranlı vəziyyət ilk dəfə 1883-cü ildə baş vermiş və 4-5 il davam etmişdi. Daşımaq imkanı, eləcə 

də neftin və neft məhsullarının saxlanılması üçün tələb olunan miqdarda çən və saxlanc yerləri olmadığından, 

1886-cı ildə 25747520 pud neft qalığı yandırılmış və ya dənizə axıdılmışdı. 

Bakı rayonunun özündə isə 80-ci illərdə neftə olan tələbat onun istehsalının 5%-indən az idi. Buna görə 

də, Bakıdan neft məhsullarının daşınması problemi neft hasilatı və neft emalı sənayesinin gələcək mövcudluğu 

və gələcək inkişafının zəruri şərti kimi birinci dərəcəli iqtisadi əhəmiyyət kəsb edirdi və heç təsadüfi deyil ki, bu 

məsələ  Bakı  neft  sənayeçilərinin  və  müxtəlif  hökumət  instansiyalarının  diqqət  mərkəzində  idi.  Bu,  Bakının 

dünyada  neft  sənaye  mərkəzinə  çevrilməsi  prosesində  mühüm  amil  oldu.  Hələ  neft  sənayeçilərinin  I 

qurultayında göstərilirdi ki, regionda üstünlük təşkil edən Bakı sənayesi yalnız Avropaya nüfuz etməklə, nəinki 

milli,  həm  də  transmilli  ola  bilər.  Neft  Avropaya  daşınmadan,  heç  vaxt  sənayenin  mühüm  sahəsinə  çevrilə 

bilməz. Buna görə də, artıq iri sənaye mərkəzi sayılan (onunla artıq dünya bazarlarında hesablaşırdılar) Bakını 

dəmir yolları ilə Qara dənizlə birləşdirmək zəruri idi. 

1883-cü ildə Bakı ilə Tiflis arasında Zaqafqaziya dəmir yolunun çəkilişinin başa çatması və Poti vasitəsilə 

Qara  dənizin  gözəl  Batum  limanı  ilə  əlaqə  yaranması  neft  artıqlarının  satışı  sahəsində  dönüş  nöqtəsi  oldu, 

həmçinin  Bakı  neft  sənayesinin  Rusiya  və  dünya  bazarlarına  kütləvi  çıxışını  təmin  etdi.  Təkcə  1884-cü  ildə 

Zaqafqaziya dəmir yolu sistern və çəlləklərlə Bakıdan 5575018 pud müxtəlif neft yükləri daşımışdı. Görkəmli 

maarifçi-demokrat  Həsən  bəy  Zərdabi  Azərbaycanın  iqtisadi  həyatındakı  yeni  əlamətləri  həssaslıqla  duyaraq, 

belə  hesab  edirdi  ki,  Bakı—Tiflis  dəmir  yolunun  tikintisi  neft  sənayesindən  sonra  Azərbaycan  iqtisadiyyatına 

güclü təsir göstərən ən mühüm amildir. XIX əsrin 90-cı illərinin sonlarında Zaqafqaziya dəmir yolunun bütün 

yükdaşımaları  arasında  Bakı—Tiflis  xəttinin  payı  98%  idi.  Bakı  stansiyası  bu  xətdə  daha  intensiv  işləyirdi. 

Təkcə  1890-cı  ildə  buradan  qərb  istiqamətində  55,2  mln.  pud  yük  daşınmışdı.  Bakı  —  Tiflis  xəttinin  digər 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə