Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

34 

 

üçün  neftayırma  zavodu  tikdirdi.  Buralarda  "ingilis  potaşı"  kimi  tanınan  kaustik  soda  ilk  dəfə  İngiltərədən 



Bakıya  gətirildi.  Bununla  da  əvvəlkilərdən  fərqli  və  keyfiyyətli  fotogen  istehsalı  başlandı.  Çox  keçmədən 

fotogen istehsalının sirləri bütün  dünyaya  yayıldı,  1869-cu  ildə  Bakıda artıq  23  fotogen  zavodu  var  idi.  Onlar 

birlikdə gündə 100 pud fotogen ayıra bilirdilər. 

Müqavilə sistemi ləğv ediləndən iki-üç ay sonra Bakıda fotogenayıran zavodların, sexlərinin sayı sürətlə 

artmağa başladı. Çox vaxt belə sexləri bəziləri öz yaşayış evlərində açırdılar. Sexlərin hamısında yanacaq üçün 

xam  neftdən  istifadə  edirdilər,  o  da  yaxşı  yanmadığından  bütün  şəhəri  his  təbəqəsi  örtmüşdü.  Şəhər  sakinləri 

belə vəziyyətə qarşı etiraz bildirdiklərindən, hökumət yeni fotogenayıran zavod və sexlərin tikilməsini qadağan 

edir,  mövcud  olanları  bağlayırdı.  Yeni  zavodların  tikintisinə  şəhərdən  1,5  mil  aralıda  bu  məqsədlə  ayrılmış 

sahədə icazə verilirdi. 1873-cü ilin yazında həmin sahədə iş qaynayırdı. Yarım il ərzində səksən fotogen zavodu 

və sexi tikildi və işə salındı. 

Bakı  nefti  başlıca  olaraq,  əksərən  (hasil  edilən  neftin  9/10  hissəsinədək)  İranda  satılırdı.  İlk  baxışdan 

qəribə görünən bu vəziyyət onunla şərtlənirdi ki, satışa daxil olan xam, emal edilməmiş neft işıqlandırma üçün 

(o vaxt neftdən yalnız bu məqsədlə istifadə olunur, yanacaq kimi qətiyyən işlədilmirdi) əlverişli deyildi. Bu cür 

neft  yalnız  ən  az tələbkar istehlakçıları qane  edə  bilərdi,  çünki  yandırılarkən  həddən  artıq tüstü  və  his  verirdi. 

Parlaq, rəvan və uzun müddət işıq verən ağ neft isə işıqlandırıcı material kimi bütün Avropada çox tezliklə geniş 

yayıldı.  Bundan  əlavə,  xam  neftdən  ağ  neft  alınması  prosesinin  özü  sonradan  bütöv  bir  sıra  yeni  neft 

məhsullarının  kəşfinə  və  isitmə  məqsədləri,  eləcə  də  texnikanın  ən  müxtəlif  ehtiyacları  üçün  istehsalına  təkan 

verdi.  Xam  neftdən  ağ  neft  alındıqdan  sonra,  yerdə  qalan  neft  tullantılarının  utilizasiyası  nəticəsində  mazut, 

maşınlar üçün müxtəlif sürtkü yağları, benzin və s. istehsal olunmağa başlandı. 

Peterburqda  çıxan  "Qolos"  qəzeti  1880-ci  ildə  D.İ.  Mendeleyevin  Bakıdan  məktubunu  dərc  etmişdi. 

Məktubda deyilirdi: "Uca səslə söylənməli olan başlıca həqiqət budur: burada olan neft qədər zəngin neft hələ 

indiyədək heç yerdə yoxdur. Mən Pensilvaniyanı və oradakı mədənləri görmüşəm və tam qətiyyətlə bildirirəm 

ki,  burada  heç  şübhəsiz,  daha  çox  neft  var  və  onun  çıxarılması  daha  asandır...  Bu  günlərdə  Beybətdə 

(Bibiheybətdə-red.)  dənizin  lap  yaxınlığında  Tağıyev  cənablarının  mədənlərində  yeni  fontan  vurmuş  və  o, 

mənim  oğlumun  adı  ilə  adlandırılmışdır.  50  sajenlik  həmin  quyunu  orada  olan  mahir  texnik  cənab  Lents 

qazmışdır. Onun üsulları son dərəcə diqqətəlayiqdir və yerli torpaq şəratinə uyğunlaşmışdır. Biz orada olarkən 

qazma quyusunu tamam təmizlədilər və o, 10-15 dəqiqədən sonra elə bir fontan vurdu ki, neft, çəkisi 20-30 fut 

olan daşları kənara tullayırdı. Həm də burada fontanları dayandırmağı və onların işini tənzimləməyi bacarırlar. 

Məsələn, cənab Kokorevin 1 fontanı var, o hər yarım saatdan bir açılır. Neft olduqca çoxdur... İndi bu nefti işə 

cəlb  etmək,  onunla  Rusiyanı,  Şərq  ilə  Qərbi  işıqlandırmaq  və  yağlamaq  gərəkdir.  Təkcə  bakılılar  bunun 

öhdəsindən gələ bilməzlər. Onlar öz işlərini görmüş və bunun öhdəsindən şərəflə gəlmişlər. Yeni qüvvə və ağıl, 

uzaqgörənlik və cəsarət gərəkdir...". 

4 ildən sonra Suraxanı zavodu artıq ildə 100000 pud ağ neft hasil edirdi ki, bununla da Bakı, Tiflis və bir 

sıra digər şəhərlər işıqlandırılırdı. 

D.İ.Mendeleyev  bu  tövsiyələri  ilə  işini  bitirmədi.  O,  Bakı  neft  mədənlərinin  iqtisadiyyatını  və  texniki 

təchizat vəziyyətini diqqətlə öyrənmişdi. Onun rayonlardan nefti vurmaq üçün neft emalı zavodlarına, eləcə də 

dəniz  gəmilərinə  nefti  doldurmaq  üçün  neft  zavodlarından  limanlara  xüsusi  borular  çəkilməsi  barədəki  tək- 

lifləri daha diqqətəlayiq idi. 

Mendeleyevin  Bakıya  sonrakı  üç  səfərinin  dünyada  neft  elminin  müxtəlif  sahələrinə  dair  biliklərin  tək- 

milləşməsi  və  genişlənməsində  çox  böyük  əhəmiyyəti  olmuşdur.  Dahi  rus  alimi  D.İ.Mendeleyev  ötən  yüz  ilin 

70-ci  illərdə  neftin  mənşəyinin  karbid  nəzəriyyəsini  yaratmış  və  neftin  fasiləsiz  emalı  prosesini  işləyib 

hazırlamışdı. 

O,  özünün  "Bakinskoe  neftmnoe  delo"  kitabında  1886-cı  ildə  yazırdı:  "Bakıda  gördüklərim  və 

öyrəndiklərim məndə belə bir fikir oyatdı ki, Rusiyanın mərkəzində zavodlar yaradılması barədə daha ucadan və 

daha təkidlə danışmaq hər şeydən mühümdür — bunun vaxtı çatmışdır". 

Hələ  Rusiyada  sahibkarlıq  inkişaf  etməmişdən  öncə,  onun  iri  manufaktura  müəssisələri  başqa  etibarlı 

enerji  mənbəyinə  malik  olmadıqlarından,  Azərbaycan  neftinə  və  neft  məhsullarına  kəskin  ehtiyac  duyulurdu. 

Azərbaycan neft sənayesinin inkişafının ilk dövrlərində Bakıda rus, xarici və yerli kapitalın hesabına yaradılmış 

(V.A.Kokorev,  Libix,  N.İ.Vitte,  Veyzer,  D.Məlikov  və  H.Z.Tağıyevin  zavodları)  iri  neftayırma  zavodlarının 

meydana  çıxması  məhz  bununla  izah  olunurdu.  Rusiyanın  hər  yerində  sənaye  müəssisələrində  qazanların 

qızdırılması  üçün,  parovoz,  paroxod,  maşın  və  daxiliyanma  mühərriklərində  onlardan istifadə,  demək  olar  ki, 

təxminən 

1865-ci  ildən  başlandı  —  Qafqaz  Dağ-mədən  idarəsi  rəisinin  yazdığı  kimi,  qısa  müddət  ərzində  böyük 

uğur  qazanaraq  elə  bir  mərhələyə  çatdı  ki,  bunu  təkcə  Qərbi  Avropada  deyil,  hətta  Şimali  Amerikada  da 

görmürük. Neftlə qızdırma işində Rusiya bütün digər dövlətləri özündən geridə qoydu. 

1877-çi  ildə  xam  neftdən  ağ  neft  alınması  üçün  aksiz  vergilərinin  ləğvi,  Bakının  və  bütün  Rusiyanın 

zavodlarında  neft  emalının  nəzərə  çarpacaq  yüksəlişinə  səbəb  oldu.  Bakıda  və  Rusiyanın  digər  şəhərlərində 

neftayırma  zavodlarının  və  neftdən  alınan  məhsulların  miqdarı  sürətlə  artırdı.  1879-cu  ildə  yeni  inşa  edilmiş, 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə