Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə19/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

30 

 

gələ bilməmək, yer təkinin vəhşicəsinə istismarı, geoloji xidmətin olmaması, əməyin mühafizəsi sahəsində heç 



bir iş görülməməsi — kapitalizmin mütləq hakimiyyəti dövründə Azərbaycan mədənlərinin mənzərəsi belə idi". 

Azərbaycan neftçiləri sərt rəqabət şəraitində qazma texnikası və neftin emalı texnologiyasına bir çox ye- 

niliklər  gətirmişdilər.  Məsələn,  1905-ci  ildə  Balaxanıda  dünya  neft  sənayesində  ilk  dəfə  olaraq  kompressor 

istismarı tətbiq edildi. 1911-ci ildə Suraxanıda Qaver ilk dəfə hərlənən qazma üsulundan istifadə etdi. Rama- 

nada ilk dərinlik nasosları işə salındı, qazlift sınaqdan çıxarıldı və i.a. 

Bütün bu yeniliklər 1915-1916-cı illərdə yer qabığının daha dərin qatlarında yeni neft mənbələrinin kəşfi 

üçün şərait yaratdı. 

1917-ci il yanvarın 4-də neftin qiyməti məsələsi yanacaq üzrə Xüsusi Müşavirədə müzakirə olunmuşdu. 

Müşavirədə neftin hər pudunun qiymətini 10 qəpik artırmaq barədə səs çoxluğu ilə qərar qəbul edilmişdi. Neft 

bölməsi  bürosuna  daxil  olan  neft  işbazları  "Xüsusi  Müşavirənin  öz  qərarını  dəyişməsi  üçün  bütün  tədbirləri 

görməyi  və  Xüsusi  Müşavirənin  göstərilən  qərarı  ilə  əlaqədar  öz  fikirlərini  təcili  qaydada  nazirə  çatdırmağı" 

qərarı almışdılar. Onlar bu fikirdə idilər ki, neftin qiymətini bir pud üçün 15 qəpik artırmaq lazımdır. 1917-ci il 

yanvarın 20-də neftin qiyməti məsələsinə Nazirlər Şurası da baxmış və burada da yekdillik olmamışdı: Şuradakı 

azlıq qiymətlərin 10 qəpik, çoxluq isə, o cümlədən də, Ticarət və Sənaye naziri Şaxovski 15 qəpik artırılmasına 

tərəfdar  çıxmışdı.  Azlıq  neft  müəssisələrinin  böyük  mənfəət  qazanmasına  dair  nümunələr  gətirərək,  göstərirdi 

ki,  neftin  ən  iri  istehlakçısı  dövlətdir  və  qiymətlərin  çox  artırılması  əlavə  xərclərə  səbəb  olacaqdır.  Nəhayət 

göstərilmişdir ki, neftin qiymətlərinin artırılması labüd surətdə kömürün və metalın qiymətlərinin artırılmasına 

səbəb  olacaqdır.  Bu  dəlillərə  baxmayaraq,  Nazirlər  Şurası  üzvlərinin  əksəriyyəti  və  xüsusən  də,  Ticarət  və 

Sənaye naziri 15 qəpiklik əlavə haqq üzərində təkid etməkdə idilər. Yeri gəlmişkən qeyd edək ki, yuxarı hədd 

qiymətləri  ilə  heç  kəs  ciddi  surətdə  hesablaşmırdı.  Bunlar  kifayət  qədər  xəyali  tənzimləmə  vasitəsi  idi,  çünki 

duru yanacağın bölüşdürülməsi əslində neft sənayeçilərinin əlində idi. 

Neft məhsulları sabit qiymətlərə bəzən yuxarı hədd qiymətlərinin 75%-i qədər əlavə "mükafat ilə" satılır- 

dı.  1917-ci  ildə  elə  bir  vəziyyət  yaranmışdı  ki,  "neft  kəməri  stansiyalarının  fevralın  əvvəlində  24,5  qəpiklik 

əlavə  haqq  ilə  qiymətləndirilən  ordenləri  ayın  15-də  artıq  31  qəpik  məbləğinə  çatmışdı.  Bundan  sonra  neftin 

qiyməti bir qədər aşağı düşmüş, ayın 20-dən etibarən, yenidən qalxmağa başlamışdı; ayın son günlərində birjada 

müəyyən edilmiş yeni yuxarı hədd qiymətləri sayəsində mükafat qiymətin artımı məbləğində aşağı düşmüş və 

bir pud üçün cəmi 14 qəpik olmuşdu". 

Sabit  qiymətlərin  vəziyyəti  belə  idi.  Əslində,  onlar  heç  də  sabit  deyildi  və  neft  sənayeçiləri  üçün  çox 

əlverişli idi. 

1916-cı  ilin  axırlarında  neft  sənayesi  xeyli  dərəcədə  dağılmışdı.  Bunun  əsas  səbəbi  ümumiyyətlə, 

sənayenin  dağılması  idi.  Bakıda  fəhlələrin  və  xırda  qulluqçuların  əmək  haqqının  artımı  qiymətlərin 

bahalaşmasından  70%  geridə  qalırdı  və  deməli, əmək  haqqının  artırılması  barədə  fəhlələrin  tələbləri  tamamilə 

ədalətli  idi.  Mədənlər  üçün  lazımi  materiallar  bazarda  yoxa  çıxmışdı.  Neft  sənayesi  1916-cı  il  üçün  nəzərdə 

tutulmuş 10 milyon pud metal əvəzinə yalnız 5 milyon puddan 6 milyon pudadək, yəni normanın 50%-i qədər 

metal almışdı; 5500 vaqon həcmində planlaşdırılmış dəmir təbəqəsi əvəzinə 250 vaqon material alınmışdı. Neft 

mədənlərində hazırlıq işləri təxminən 50% azaldılmışdı. 

Donetsk  hövzəsinin  inhisarçıları  kimi,  neft  sənayeçiləri  də  neft  istehsalının  artımı  barədə  deyil,  onun 

gələcəkdə azaldılmasının mümkünlüyü barədə danışırdılar. Neft sahibkarlarından biri deyirdi: "Belə bir şəraitdə 

işlərin sürətini artırmaq, ya da mövcud sürəti qoruyub saxlamaq mümkün deyildir... Neft sənayesi indi elə bir 

vəziyyətə düşmüşdür ki, onu iflasdan başqa heç bir şey gözləmir". 

Neft  sənayeçiləri  öz  mənfəətlərinin  azalmasına  razılıq  vermir  və  metal  çatışmazlığını  bəhanə  gətirərək, 

qazmanı davam etdirmək istəmirdilər. Bu qıtlıq o dərəcədə deyildi ki, lazım gələrsə, neft sənayesinin tələbatını 

ödəmək  mümkün  olmasın.  Lakin  aydın  idi  ki,  hökumət  neftçilərə  "kömək  etmək",  yəni  neft  inhisarlarının 

mənfəətinin  azalmaması  üçün  kömək  etmək  "istəmirdi".  Duru  yanacaq  bölgüsünün  tənzimlənməsi  məsələsi 

hərbi sənayenin mənafeyi naminə son dərəcə zəruri idi, çünki sabit qiymətlərdən istifadə edən və Donetsk yana- 

cağının qıtlığından əziyyət çəkən istehlakçı məmnuniyyətlə neft alırdı. Bunun nəticəsində də bazarda neftə və 

mazuta tələbat duyulmağa başlamışdı. "Mühüm istehlakçılar ilə neft şirkətləri" arasında vasitəçi rolunu oynayan 

Xüsusi Müşavirə yanında xüsusi müvəqqəti komitə bu cür təzahürlərə qarşı mübarizə aparırdı. 1916-cı il mayın 

4-də  təsdiq  olunmuş  qaydalara  əsasən,  istər  hasilat  yerindən,  istərsə  də  naviqasiya  dövründə  neftin  gətirildiyi 

Volqa  körpülərindən  duru  yanacağın  daşınmasına  icazə  sistemi  tətbiq  olunmuşdu.  Bu  qaydalara  əməl  olun- 

masına nəzarət neft istehlakçılarının təminatı üzrə baş müvəkkilə tapşırılmışdı. 

Eyni zamanda Dəmir Yolu İdarəsi yanında Neft Komitəsi yaradılmışdı. Komitə baş müvəkkilin tapşırıqla- 

rı əsasında plan üzrə daşınmaların yerinə yetirilməsi- nə nəzarət edirdi. Yanacaq üzrə Xüsusi Müşavirə həmçi-

nin su yolları ilə də böyük miqdarda neft yüklərinin daşınması üçün bir sıra tədbirlər görmüşdü ki, bu da dəmir 

yollarının yükünün azalmasına səbəb olmuşdu. 

Duru  yanacaq  daşınmasının  aylıq  planlarından  başqa 1916-cı  ilin iyununda  ilk  dəfə olaraq  onun Xüsusi 

Müşavirə tərəfindən təsdiq olunmuş illik bölgüsü planı da hazırlanmışdı. 1916-cı ilin sentyabrından etibarən neft 

məhsullarının  daşınması  yalnız  naryadlar  üzrə  həyata  keçirilirdi.  Həmçinin  su  daşımaları  planı  tərtib  edilmiş, 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə