Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə21/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

33 

 

ilə Bakıya daşıtdırsın. Nəqliyyat xərci həddindən artıq yüksək olduğundan, zavodda bu turşunun pudu heç vaxt 



10 rubldan aşağı düşmürdü. Lazım olunan sodanı isə Eyxler elə yerindəcə, dəniz otlarından alırdı. Əlavə heç bir 

durulaşdırma  aparmadan  kaustik  soda  məhlulundan  tarazlaşdırıcı  kimi  istifadə  edirdi.  Əvvəlcə  tünd  sulfat 

turşusu, sonra kaustik soda ilə təmizlənmiş fotogen yenidən zəif sulfat, yaxud xlorid turşusu ilə təmizlənir və 

çöküntü  vermək  üçün  saxlanılırdı.  Bu  üsulla  istehsal  olunmuş  fotogenin  ilk  kiçik  partiyası  Tiflisə  göndərildi; 

Rusiyaya isə böyük partiyalarla ancaq 1863-cü ildə, daha dəqiq desək, 1864-cü ildə göndərilməyə başlandı. 

Neftdən  alınmış  lampa  nefti  yeni  məhsul  olduğundan  Moldenhauer  və  Eyxler  qərara  gəldilər  ki,  qırdan 

alınan lampa yanacağından ayırmaq məqsədilə, bu yeni məhsula yeni bir ad versinlər. "Fotogen" yunan dilində 

işıq verən, işıq demək idi. Onlar öz yeni məhsullarına "fotonaftil" adı verdilər, bu da yunan dilində üç sözün 

("neft  maddəsinin  işığı")  birləşməsindən  ibarət  idi.  Bu  adla  onlar  məhsulu  Rusiyaya  nəql  etdilər,  ancaq  ilk 

vaxtlarda onun ticarətində çətinliyə rast gəldilər, çünki istehlakçılar fotogen və kerosinin (Amerikada yaradılmış 

ad)  mövcudluğundan  xəbərdar  idilər,  ancaq  "fotonaftilin"  nə  olduğunu  bilmədiklərindən  onu  almaqdan  imtina 

edirdilər. Məhsul bu yeni adla heç vaxt məşhurlaşmadı. 

Suraxanı fotonaftil zavodunun tikintisindən dərhal sonra Vitte və onun şirkəti Abşeron yarımadasının şərq 

qurtaracağında  Müqəddəs  adada  (Pirallahı)  geniş  ərazidə  yeni  bir  parafin  zavodu  tikdi.  Zavod  Çələkəndən 

daşınan  ozogeritdən  təmizlənmiş  parafin  istehsal  edirdi.  Emala  buraxılan  xammaldan  68%  məhsul  alınırdı, 

bunun  60%-i  parafin,  8%-i  açıq  bozumtul  rəngli  lampa  nefti  idi.  Emal  zamanı  maye  altmış  dərəcə  buxarla 

qızdırılır və sonra 1% sulfat turşusu ilə qarışdırılırdı. Qarışdırılma prosesi o qədər davam etdirilirdi ki, məhlul 

aqappaq  aqarır,  sonra  isə  ona  yanmış  əhəng  əlavə  olunur  və  yenidən  distilə  edilirdi.  Alınan  birinci  maddə 

tamamilə  şəffaf  rəngdə,  xüsusilə  çəkisi  0,750—0,810  idi  və  xoş  efir  qoxusu  verirdi.  Distilənin  sonuna  yaxın 

rəngi  şəffaflığını  itirirdi.  Alınan  məhsulun  ilk  10-13  qalonu  (bir  qalon  4.546  metrdir—tərcüməçi) 

təmizlənməmiş parafinin emalında həlledici kimi istifadə üçün ayrıca yığılıb saxlanılırdı. 

Suraxanıda və Müqəddəs adadakı zavodların sahibləri çox cəhd etsələr də, axırda onların texnoloji sirləri 

hardansa  sızıb  kənara  çıxdı  və  vaxtilə  Vittenin  zavodunda  işləmiş  təhsilsiz  və  şəhərdə  o  qədər  də  tanınmayan 

Cavad  Məlikov  adlı  bir  azərbaycanlı  1863-cü  ildə  ilk  neftayırma  zavodunu  tikdirdi.  Onun  benzin  distilə  edən 

zavod  tikmək  haqqındakı  təklifini  hamı  məsxərəyə  qoyur,  dostları  da, düşmənləri  də  onu  lunatik  kimi  qələmə 

verirdilər.  Bütün  bunlara  baxmayaraq,  Məlikov  tədricən,  inadkarlıqı  sayəsində  otuz  funtsterlinq  nizamnamə 

kapitalı olan və üç nəfərdən ibarət kiçik bir şirkət yaratmaqa nail oldu. Əlbəttə bu pulla böyük bir zavod tikmək 

mümkün deyildi, ona görə də açıq havada, soyuducu qurğusu olan kiçik bir sex inşa olundu. Bu primitiv sexin 

tamaşasına bir dəstə adam gəlmişdi. Kamı onu lağa qoyurdu, ancaq bir neçə saatdan sonra qurğudan təmiz şəffaf 

fotogenin süzülüb keçdiyini görəndə məsxərədən əl çəkdilər və Məlikov bu yerlərdə böyük hörmət qazandı. 

Bundan sonra səhm kapitalı 200 funt-sterlinq olan nisbətən böyük bir şirkət yaradıldı və onun idarə olun- 

ması  Məlikova  tapşırıldı.  Fotogen  istehsalının  sirlərini  öyrənəndən  sonra,  yaxud  belə  qənaətə  gələndən  sonra 

artıq  bu  sirləri  öyrəniblər  deyib,  ixtiraçıdan  yaxa  qurtarmaq  üçün  bəhanələr  axtarmağa  başladılar.  Amma 

Məlikov  yeni  qüvvə  ilə  ozokritdən  xam  parafin  almağa  girişdi.  Burada  əvvəlcə  müvəffəqiyyətsizliyə  uğradı, 

çünki Bakıda buz yox idi, bir də ki, belə bir iş üçün ona çoxlu pul lazım idi. Məlikov gələcəyi düşünmədən son 

pulunu da bu işə xərcləməyə hazır idi. Arzu və ideyalarının həyata keçməsini çox istədiyinə baxmayaraq, əksər 

ixtiraçıların sonu kimi onun da qisməti kasıbçılıq oldu. O, Mirzəyevi sövq etdi ki, Qroznıdakı neft yataqlarını 

alsın və orada bir neftayırma zavodu tikib, Şimali Qafqazı lampa neft ilə təmin etsin. O, zavodu tikdi, ancaq bu 

dəfə  də  aldadıldı  və  lazımınca  dəyərləndirilmədi.  Bakı  neftayırma  sənayesinin  bu  pioneri  kasıbçılıq  içində 

dünyasını dəyişdi. Ancaq onun şərikləri lampa neftinin istehsalı ilə böyük var-dövlət sahibi oldular. 

Fotogenin  çox  sadə  üsulla  alınmasına  baxmayaraq,  neft  sənayesinin  bu  sahəsi  çox  ləng  inkişaf  edirdi. 

Bunun da əsas səbəbi müqavilə sistemi və xam neftin qiymətinin bahalığı idi. Buna görə də 60-cı illərin birinci 

yarısında yalnız bir neçə neftayırma zavodu tikilmişdi. Sənayeçilərin əksəri zavodları necə gəldi, dəqiq çertyoj 

olmadan  tikirdilər,  onlar  adətən  çalışırdılar  ki,  Suraxanıdakı  neftayırma  zavodlarında  işləyənləri  öz 

müəssisələrinə cəlb edərək, bu fəhlələrdən qiymətli məlumatlar alsınlar. Çox keçmədən belə qənaətə gəldilər ki, 

fotogenin  təmizlənməsi  üçün  turşu  və  qələvi  lazımdır.  Turşunu  Moskvadan  gətirirdilər.  Ancaq  soda  barədə 

dəqiq təsəvvürləri olmadığından, onu nə iləsə əvəz etməyə çalışır, bunun üçün bəziləri dəniz suyu, bəziləri də 

adi duzlu su işlədirdilər. Bu vasitə ilə fotogenin keyfiyyəti yaxşılaşmışdı. 

Podratçılar arasında Mirzəyev adlı birisi bilavasitə fotogen istehsalı ilə yox, onun alqı-satqısı ilə məşğul 

idi.  Nijni  Novqorod  yarmarkasında  xam  neft  və  neft  məhsullarının  qiymətini  o  təyin  edir,  heç  bir  rəqabət 

yaranmağa  qoymurdu.  Fotogen  sənayesini  əlində  daha  möhkəm  saxlamaq  üçün,  o  böyük  bir  zavodun  tikin- 

tisinə  başladı.  Bu  məqsədlə  o,  Qrikurovdan  zavod  üçün  avadanlıq,  o  cümlədən,  70  pudluq  bir  distilyator  aldı. 

Qrikurov  özü  onu  70  funt-sterlinqə  almışdı.  Mirzəyev  Moskvada  on  ədəd  yeni  distilyator  sifariş  etdi.  Lakin 

onlar alınandan sonra məlum oldu ki, bu distilyatorlar nəzərdə tutulan məqsəd üçün yaramırlar, çünki onlar mis- 

dən hazırlanmış və qalay ilə qaynaqlanmışlar. Mirzəyev xaricdə hər biri əlli pudluq daha altı distilyator sifariş 

verdi,  bununla  eyni  vaxtda  Suraxanıda  özünün  fotogenayırma  zavodunun  inşasını  başladı.  Bu  zavodda  o, 

Afəşgahdan  çıxan  təbii  qazdan  yanacaq  kimi  istifadə  etmək  niyyətində  idi.  Bir  qədər  sonra,  əvvəllər  Vittenin 

zavodlarında mexanik işləmiş Veyzer müəyyən qədər yaxşılaşdırılmış və təkmilləşdirilmiş üsulla fotogen almaq 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə