Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə23/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

35 

 

həmin dövr üçün ölkənin və xaricin qabaqcıl texnikası və emal texnologiyası bazası əsasında təkmilləşdirilmiş 



qurğuların sayı 180-ə çatdı. Qədim ənənələr — neftayırma zavodlarını bilavasitə xammalın çıxarıldığı ərazidə, 

yəni Abşeronda tikmək ənənəsi ölkə sənayesində amiranə mövqe tutmaq iddiasında olan çar Rusiyasının güclü 

və  hərtərəfli  hücumuna  uzun  müddət  dözə  bilməzdi.  Rusiyanın  iri  şəhərlərində  neft  emalı  zavodlarının 

tikintisinə  başlandı.  Bu  da  həmin  zavodlara  Bakıdan  gətirilən  xam  neftin  və  neft  tullantılarının  həcmini  xeyli 

artırmağı tələb edirdi. 

Kerosin əla qiymətə satılırdı, bu sahədəki işbazların hamısı böyük var-dövlət qazanmaq ümidində idilər. 

Yüksək qiymətlərin təsiri altında tezliklə hasilat fotogenə olan tələbi ötüb keçdi. Yeni zavod və sexlərin tikintisi 

sürətlə gedirdi və qısa vaxtda Bakıdan kənarda yerləşən bu sahədə zavod, sex, mağaza, yaşayış evlərindən ibarət 

böyük bir konqlomerasiya əmələ gəlmişdi. Sonradan bu sahə Qara şəhər adı ilə məşhurlaşdı. Aksiz vergilərinin 

qoyulması  qaydalarında  zavod  və  sex  yerləri  tapmaq  üçün  o  qədər  də  çox  vaxt  lazım  deyildi.  Aksiz  vergisi 

istehsal  olunan  məhsula  görə  yox,  distilyatorun  istehsal  gücünə  görə  müəyyənləşdirilirdi.  Buna  görə  də 

sahibkarlar  məhsulun  keyfiyyətinə  məhəl  qoymadan  bacardıqca  daha  çox  fotogen  istehsal  etməyə  çalışırdılar. 

Emaldan sonrakı alınmış qalıqlar qazılmış yerlərə axıdılaraq yandırılır, soda və turşu qalıqları isə küçələrdə iri 

gölməçələr əmələ gətirirdi. 

Bakıda  neftayırma  sənayesinin  yarandığı  ilk  illərdə  aksiz  vergisi  qoyulmasının  bu  sahənin  inkişafında 

oynadığı rolla tanış olmaq maraqlıdır. Vergi qoyan qurumlar sənayeçiləri təkmilləşdirilmiş avadanlıq və emal 

üsullarını  tətbiq  etməyə  ruhlandırmaq  əvəzinə  daha  uğurlu  istehsalçıların  təkidi  ilə  onları  ruhdan  salırdılar. 

Rusiyanın mərkəzində və cənubunda neft tullantıları və qalıqlarından sürtkü yağları, duda, koks və ağır lampa 

nefti  istehsalı  ilə  məşğul  olan  iki  zavodun  sahibləri  vergi  orqanlarını  inandırırdılar  ki,  onlar  aksiz  vergisi 

ödəməməlidir, çünki işlətdikləri xammal üçün vergi artıq bir dəfə neftdən tutulmuşdur. 1872-ci il noyabrın 3-də 

xüsusi  qərarla,  1872-ci  il  fevralın  1-dən  qəbul  edilmiş  fotogen  istehsalını  tənzimləyən  qaydalarda  dəyişiklik 

edilərək,  Mərkəzi  Rusiyadakı  neftayırma  zavodu  aksiz  vergisindən  azad  edildi.  Sonra  isə  cənubdakı  zavod  da 

vergidən  azad  olundu.  Çünki  onlar  qapalı  distilyator yox,  açıq  çənlərdən istifadə  edirdilər.  Bakıda  sürtkü yağı 

istehsal  edən  zavodun  sahibi  Veyzer  və  asfalt  istehsalı  ilə  məşğul  olan  Bağırov  da  çalışırdılar  ki,  bu  qayda 

onlara da şamil olunsun. Lakin, Zaqafqaziya aksiz vergisi idarəsi onlara vergidən azad olunmağa icazə vermədi. 

Buna görə də həmin iki zavodun sahibləri müəssisələrini bağlamağa məcbur oldular. 

Bundan  bir xeyli sonra  Raqozin  xam  neftdən  yeni  emal  üsulu ilə lampa  nefti və  xüsusən  sürtkü  yağları 

almağı sınaqdan keçirmək üçün müvəqqəti neftayırma zavodu inşa edilməsinə icazə istədi. Maliyyə naziri onun 

ərizəsini  imperatora  çatdırdı.  Bunun  nəticəsində  1874-cü  il  noyabrın  6-da  qəbul  olunmuş  qərarla  Maliyyə 

Nazirliyinə  səlahiyyət  verildi  ki,  yeni  neftayırma  zavodlarında  sınaqlar  keçirmək  üçün  üç  il  müddətinə  icazə 

verilsin və bu sınaqlar zamanı istehsal olunmuş lampa neftinin hər pudu üçün 25 qəpik vergi tutulsun. 

1874-cü  ilin  ortalarına  yaxın  Bakıda  tikilmiş  yeni  zavodlardan  birinin  meneceri  vergidən  azad  olunmaq 

üçün Qafqaz aksiz vergisi idarəsinə müraciət etdi, lakin rədd cavabı aldı. Bakı neft şirkətinin ərizəsinin də taleyi 

eyni cür oldu. Bu şirkət ayrıca bir destilyator tikib, özünün tullantılarını emal edirdi. İstehsal olunmuş hər pud 

lampa  nefti  üçün  29  qəpik  vergi  ödəyirdi. Tullantı  və  qalıqlardan  lampa  neftinin  emalına,  xam  neftdən sürtkü 

yağının alınmasından çox vaxt sərf olunmasına baxmayaraq, qalıq və tullantıların hər puduna 40 qəpiyə yaxın 

vergi tutulurdu. Başqa sözlə, üç pud xam neft emal edib, ondan bir pud lampa nefti və bir pud sürtkü yağı almaq 

üçün şirkət 69 qəpik aksiz vergisi ödəyirdi, halbuki qanuna görə aksiz vergisi 25 qəpikdən artıq olmamalı idi. 

Sürtkü  yağlarının  istehsalı  ilə  məşğul  olmaq  istəyən  Robert  Nobel  öz  neftayırma  zavodunda  sınaqlar 

aparmaq məqsədilə icazə almaq üçün müraciət etdisə də, lakin rədd cavabı aldı. Aksiz vergisi idarəsinin işçiləri 

onu  narahat  etməmələri,  narazılıq  yaranmaması  üçün,  Nobel  bir  distilyatorun  altı  aylıq  aksiz  vergisini 

qabaqcadan ödəyərək bu distilyatorda qalıq və tullantıları emal etməyə başladı. 

Aksiz vergisi idarəsi distilyatorun konstruksiyasında dəyişikliklər edib, ilkin sınağa başlamaq məsələsinə 

açıq düşmən münasibət bəsləyirdi. Təklif olunan hər bir təkmilləşdirmə cəhdi qanunu pozmaq, qanundan yan 

keçmək  kimi  qiymətləndirilir  və  sınaqları  lap  ilkin  mərhələdə  pozmaq,  ona  icazə  verməmək  üçün  bütün 

vasitələrdən istifadə edilirdi. 

Sahibkar  Çakeli  Marseldən  bir  distilyator  gətirmişdi.  Ona  ekonomayzer  qoşub  xam  neftdən  daha  tez 

buxarlanan  məhsullar  almaq  niyyətində  idi.  Aksiz  idarəsi  belə  hesab  edirdi  ki,  ekonomayzer  də  ayrıca 

distilyatordu və təklif edirdi ki, ya ikiqat vergi ödənsin, ya da bu köməkçi qurğu oradan sökülüb çıxarılsın, xam 

neft əvvəlki adi qayda ilə, yəni bir destilyatorda emal edilsin. Çakeli məcbur olub nefti hamı kimi bir distilya- 

torda emal etməyə başladı. 

Fasiləsiz distilə prosesinin tarixi rəsmi orqanların daha bir kütlüyünü üzə çıxarır. həmin dövrün şəraitinə 

görə  neftayırma  üçün  vaxt  hər  şey  demək  idi.  Adi  (periodik)  distilyator  işlədildikdə  çox  vaxt  və  xərc  sərf 

olunurdu.  Çünki  həm  distilyator,  həm  də  qalıq  soyumaq  üçün  dayandırılırdı.  Emalçılara  öyrədilmişdi  ki,  bu 

prosesdən  yan  keçmək  mümkün  deyil.  Çünki  qızmar  halda  distilyatorun  qapağı  açılsa  idi,  dərhal  alışma  və 

böyük  yanğın  baş  verə  bilərdi.  Bakının  neftayırma  sənayeçilərindən  Təvrizov  adlı  birisi  1875-ci  ildə  fasiləsiz 

emal  prosesi  üçün  patent  aldı.  Bu  əslində  araq  çəkən  zavodda  işlədilən  distilyatorun  neftin  ayrılması  üçün 

uyğunlaşdırılmış forması idi. Qəbul edilmiş 1872-ci il qaydalarında fasiləsiz emal barədə heç bir maddə yox idi, 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə