Azərbaycan neftġ


AZƏRBAYCAN  NEFT SƏNAYESĠNĠN



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə31/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

47 

 

AZƏRBAYCAN  NEFT SƏNAYESĠNĠN  



ĠNHĠSARLARI 

 

Azərbaycanda başlanan sosial-iqtisadi və ictimai dəyişikliklər zərurətindən irəli gələn kapitalist cəmiyyəti 



quruculuğu prosesi sənayenin və ticarətin inkişafı üçün əlverişli şərait yaratdı. Bu, Azərbaycan sahibkarlarının 

nümayəndələrinə  imkan  verdi  ki,  çarizmin  siyasəti  ilə  bağlı  məhdudiyyətlərə,  rus  və  əcnəbi  kapitalistlərinin 

kəskin  rəqabətinə  baxmayaraq,  sənaye,  ticarət  və  nəqliyyat  sahələrində  Azərbaycan  iqtisadiyyatının  inkişafı, 

mədəniyyəti ocaqlarının yaradılması, Azərbaycan milli cəmiyyətinin intellektual potensialının yüksəlişi, xalqın 

milli  mənlik  şüurunun  inkişafı  üçün  obyektiv  surətdə  ümummilli  əhəmiyyəti  olan  bir  sıra  müəssisələr 

yaratsınlar.  Rusiyanın  iri  burjuaziyası  çoxmillətli  idi.  Onun  tərkibində  ruslardan  başqa,  azərbaycanlı  kapi- 

talistlər — H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov kimiləri də var idi. 

Nisbətən qısa müddət ərzində milli kapital iqtisadiyyatın bir sıra mühüm sahələrində və xüsusən də neft 

sənayesində kifayət qədər möhkəm mövqe tutmağa başladı. 

Əgər  milli  sahibkarlar  əvvəllər  ticarət  evi  formasında  ənənəvi  və  adi  müəssisələrin  təşkilini  üstün 

tuturdularsa,  sonradan  səhmdar  cəmiyyətləri  yaratmaq  yolunu  tutaraq,  XIX  əsrin  70-ci  illərinin  əvvəllərində 

məhsuldar  neft  quyularının  80%-ini  öz  əllərində  cəmləşdirdilər.  Milli  kapitalın  nümayəndələri  getdikcə  neft 

emalı sənayesində də çox möhkəm mövqe tutmağa başladılar. Bakı rayonunda fəaliyyət göstərən 46 zavoddan 

25-i və ya 54%-i azərbaycanlılara məxsus idi. Bu onu sübut edir ki, islahatlardan sonrakı dövrdə Azərbaycanın 

neft  sənayesinin  inkişafı,  bütün  ölkə  miqyasında  kapitalist  sisteminin  yaranması  prosesinə  ümumrusiya 

zəminində  təkan  verdi.  Lakin  istehsalatın  yüksəlişi  onun  bütün  sahələrini  texniki  cəhətdən  təkmilləşdirmədən 

mümkün deyildi. Xarici sahibkarlardan müəssisə və şirkətlərin təşkilini, idarəetməsini, neft hasilatı və emalını, 

eləcə  də  nəqlinin  müasir formalarını  öyrənən  milli  sahibkarlar  bununla  öz  şirkətlərinin  inkişafına  nail  oldular. 

Bunun  nəticəsində  həmin  şirkətlər  çox  tezliklə  o  dövrün  ən  sabit  və  kifayət  qədər  əhəmiyyətli  neft  şirkətləri 

sırasına  çıxdılar.  Düzdür,  belə  müəssisələrin  sayı  çox  deyildi.  Məsələn,  1883-cü  ildə  neft  sənayesi 

müəssisələrinin 135 sahibi sırasında 17 azərbaycanlı var idi. Əsrin axırlarında 167 neft sənayesi şirkətindən və 

müəssisəsindən  49-u  və  ya  29,3%-  i  azərbaycanlılara  məxsus  idi.  İstehsal  gücü  10  milyon  rubldan  çox  olan 

müəssisələr qrupunda milli kapitalı yalnız H.Z.Tağıyev, M.Nağıyev və Ş.Əsədullayev təmsil edirdilər. XX əsrin 

əvvəllərində  milli  sahibkarların  mövqeyi  bir  qədər  möhkəmləndi.  1914-cü  ilin  məlumatlarına  görə,  58  nəfər 

azərbaycanlı sahibkara 83 şirkət məxsus idi. 

Hacı  Zeynalabdin  Tağıyev  Azərbaycanın  ən  iri  sahibkarı  və  sənaye-maliyyə  və  ticarət  sahəsində  milli 

sahibkarların  yuxarı  təbəqələrinin  ən  nüfuzlu  simalarından  biri  idi.  O,  hökumətin  Azərbaycanın  iqtisadi  və 

ictimai-siyasi həyatına aid bütün məsələlərin müzakirəsində çox fəal iştirak edirdi. 

1878-ci ildə Tağıyevin mədənində neft quyusu fontan vurdu. Mədən iri bir müəssisəyə, Tağıyevin özü isə 

Azərbaycanın  ən  varlı  adamlarından  birinə  çevrilərək  bir  sıra  sənaye  sahələrində,  nəqliyyatda  və  ticarətdə 

mühüm mövqe tutdu. 

1897-ci  ilin  axırlarında  Tağıyev  özünün  neft  mədənlərini,  kerosin-yağ  zavodunu,  habelə  Xəzərdə  neft 

məhsulları  daşıyan  gəmilərini  İngiltərə  bankının  direktorlarından  biri  olan  E.Qubbardonun  başçılıq  etdiyi 

Britaniyanın  ən  iri  sahibkar  şirkətinə  5  milyon  rubla  satdı.  H.Z.Tağıyev  puldan  savayı,  təsis  edilmiş  ingilis 

şirkətinin 100 min funt-sterlinq (o vaxt təxminən 1 milyon rubl) məbləğində səhmdar paketini də aldı və onun 

direktorlarından  birinə  çevrildi.  İngilis  kapitalı  ilə  sıx  bağlı  olan  H.Z.Tağıyev  Britaniya  sahibkarlarının  və 

maliyyəçilərinin  Bakıda  təsis  etdikləri  başqa  şirkətlərdə  də  iştirak  edirdi.  Sonralar  o,  1896-cı  ildə  Londonda 

yaradılmış ingilis şirkətinin — "Bakı Rus Nefti Cəmiyyətinin direktorlarından biri oldu. Bu cəmiyyət Bakıda 

Arafelovun  və  Budaqov  qardaşlarının  mədənlərini  də  aldı.  Müəyyən  dövr  ərzində  ingilis  kapitalistləri  çar 

qanunvericiliyinin  hətta  son  dərəcə  yumşaq  məhdudiyyətlərindən  yan  keçərək,  Bakı  neft  mədənlərini  almaq 

üçün H.Z.Tağıyevin adından pərdə kimi istifadə edirdilər. H.Z.Tağıyev Azərbaycan neft sənayesi inkişafının bir 

çox  mühüm  məsələlərinin  həllində  iştirak  edirdi.  O,  Bakı  neft  sənayeçilərinin  bir  sıra  birliklərinin 

yaradılmasının, "Bakı standartı", "Bakı kerosin zavodları sahiblərinin ittifaqı", "Xəzər gəmi sahiblərinin ittifaqı" 

kimi  iri sazişlərin təşəbbüsçüsü idi.  Bu  qrupların  məqsədi  Rusiyanın  daxili  bazarında iri  şirkətlərə  müqavimət 

göstərmək və Vətənin neft məhsullarını dünya bazarına çıxarmaq idi. 

1913-cü  ilədək  neft  sənayesində  milli  kapitalın  mövqeyi  xeyli  gücləndi.  Qeyd  etmək  lazımdır  ki,  artıq 

səkkiz  milli  şirkət  bir  milyon  puddan  çox  neft  hasil  edirdi,  o  cümlədən  Musa  Nağıyev  —  6,8,  Şəmsi 

Əsədullayev  —  6,7,  "Naftalan  Neft  Sənayesi  Cəmiyyəti"  —  4,9  milyon  pud.  Bakının  milyonçu  şirkətləri 

arasında ümumi neft hasilatının 30%-ə qədəri həmin müəssisələrə məxsus idi. 

Musa Hacıəli oğlu Nağıyev öz sahibkarlıq fəaliyyətinə manufaktura ticarətindən başlayaraq 1862-ci ildə 

kiçik bir dükan açmışdır. XIX əsrin son illərində o, Balaxanıda, Sabunçuda, Əmircanda, Ramanada neft çıxan 

torpaq sahələrini icarəyə götürdü. Əvvəllər onun mədən fəaliyyəti çox da uğurlu deyildi, lakin artıq XX əsrin ilk 

illərində  onun  mədənlərindəki  quyular  fontan  vurdu.  Məhz  bu  hadisə  1887-ci  ildə  yaradılmış  "M.Nağıyev" 

şirkətinin istehsalat fəaliyyətinin xarakterinə təsir göstərdi. Artıq 1913-cü ildə bu şirkət Bakının ən sabit işləyən 

şirkətləri sırasına daxil idi . 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə