Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə29/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

43 

 

gəmilərin ən yaxşı nümunəsi idi. 334 fut uzunluğu, 3000 ton tutumu olan bu tanker əsasən Atlantik okeanında 



üzürdü.  "Oka"  tangeri  "Era"dan  böyük  idi.  "Era",  "Oka"  və  "Çarlz"  ("Rassel  və  şirkəti"  və  "Qrinok"  şirkəti 

tərəfindən  inşa  edilmişdi)  gəmiləri  tankerlə  neft  daşımaq  məsələsini  həll  etdilər.  "Roklayt"  (1888-ci  ildə 

Sauthatrtonda  "Leyn  və  Makandu"  şirkəti  tərəfindən  inşa  olunub),  "Tankervil"  ("Kreyq,  Teylor  və  şirkəti", 

Stokton  tərəfindən  1889-cu  ildə  Stüart  üçün  inşa  edilmişdi)  gəmiləri  Amerika  ilə  Qara  dəniz  arasında 

işləyirdilər. Alfred Stüart üçün tikilmiş konteynerli birinci gəmi iki səfərdən sonra sıradan çıxdı. 1887-ci ildə 

"Şell" şirkətinə məxsus olan "Robert Dikson" gəmisi "Lesli" şirkəti tərəfindən Stüart üçün tankerə çevrilmişdi, 

həmin il artıq daşımaq üçün 25-30 saz tanker var idi. 

80-ci  illərdə  tikilmiş  neft  daşıyan  gəmilər  tonnajına  görə  bu  son  zamanda  inşa  edilmiş  iri  həcmli 

tankerlərin 1/3-i böyüklüyündə idi. Tankerlərin təhlükəsizliyi, sürəti və səmərəliliyi ilə bağlı lazım olan bütün 

əsas biliklər demək olar ki, 1886-1889-cu illərdə toplanmışdı. 1890-cı ildən sonra tankerlərin görünüşü çox az 

dəyişikliyə  məruz  qalmışdı.  İlk  tankerlərin inşaatçıları  o  qədər diqqət  və  ehtiyatla  işləyirdilər  ki,  həmin  illərin 

tankerlərində  çox  az  qəza  baş  verirdi.  Dənizçilər  tamamilə  yeni  tipli  yük  daşıyırdılar,  bu  da  ona  münasibətdə 

barıtdan da çox ehtiyatlı olmağı tələb edirdi. Təcrübəsizlik üzündən onlar bilmirdilər ki, partlayıcı qazın gücü nə 

qədərdir.  Sonradan  tankerə  çevrilmiş  gəmilərdə  elektrik  sistemi  qeyri-kamil,  qeyri-mükəmməl  idi  və 

mühəndislər onlardan o qədər xəbərsiz idilər ki, birinci 2-3 ilə heç gəmilərdə elektrik işığını yandırmırdılar. 

1880-cı ildə cəmi 8 neft daşıyan paroxod və yelkənli gəmi vardı (4-ü motorlu, 4-ü yelkənli idi) bunlardan 

da  ancaq  yerli  xətlərdə  istifadə  olunurdu.  1887-ci  ilə  yaxın  daha  14  paroxod  və  2  yelkənli  gəmi  inşa  edildi. 

Onların  ümumi  yük  tutumu  42047  ton  idi.  həmin  ildə  bir  dənə  də  tutumu  1254  ton  olan  yelkənli  gəmi  inşa 

edilmişdi. 1893-cü il bu sahədə gəmi inşası ili oldu, həmin il ümumi tutumu 94568 ton olan ən azı 30 paroxod 

inşa edilmişdi. Bu həmin il idi ki,"Şell Transport və Treydinq" şirkəti "Qrey və şirkəti" üçün "Bulmout", Ceyms 

Laynq  üçün "Trokas", "Qrey  və  şirkəti"  üçün  "Elaks"  və  digər  gəmiləri inşa  etmişdi.  Bu ildə ingilis-amerikan 

neft şirkətinin "Potomak" gəmisi Qlazqoda yaşayan ingilislər A. və C. tərəfindən uğurla tankerə çevrildi. Eyni 

ildə  "Danlar  və  şirkəti"  Qlazqo  limanında  "Lakovanna"  gəmisini,  Atlantik  okeanında  üzən  məşhur  "Çesapik" 

gəmisini (sonralar ingilis-amerikan neft şirkətinə məxsus idi) tankerə çevirdilər. 

1898-ci  ildə  neft daşıyan  150  paroxod  və  15  yelkənli  gəmi  var  idi.  Bunlardan  ancaq  bir paroxod  və  bir 

yelkənli gəmi Nyu-Yorkda qeydiyyatdan keçmişdi, 70 paroxod və iki yelkənli gəmi  İngiltərənin limanlarında, 

hər  birində  10-12  gəmi  Hamburq,  Rotterdam,  Həştərxan  və  Bakının  gəmi  tərsanələrində  idi.  Həmin  illərdə 

İngiltərə tərsanələrindən çıxmış 121 neft daşıyan paroxodun 70-i Nyu-Kastl-on-Taynda, 10-u Sanderlendə, 8-i 

isə çay tankerləri ilə məşhur olan Klaydda inşa edilmişdi. 

Ümumi  tutumu  1000000  fut

3

  olan  160  yelkənli  gəmidən  başqa,  əlavə  olaraq  daha  140  paroxod  da  neft 



daşımaqla məşğul idi. Bu gəmilərin ümumi yük tutumu 5500000 fut

idi. 1892-ci ildən sonra Xəzər dənizində 



tankerlərin artımı aşağıdakı cədvəldə öz əksini tapmışdır: 

 

Cədvəl 5 

İl 


Paroxodların sayı 

Cəmi tutumu, fut

3

-la 


1892 

58 


1720825 

1893 


59 

1758463 


1894 

66 


1992947 

1895 


87 

2728217 


1896 

92 


2942327 

1897 


93 

2998447 


1898 

112 


3804746 

1899 


129 

4616702 


1900 

134 


48846992 

1901 


126 

4690312 


1902 

126 


4753658 

1903 


127 

4917259 


1904 

134 


5328094 

1907 


137 

5428112 


1910 

138 


5449113 

1914 


138 

5449113 


1918 

140 


5500000 

 

Havalar  yaxşı  keçəndə  bəzi  gəmilər  Volqa  çayı  ilə  60-a  qədər  səfər  edirdilər.  Daha  çox  reysə  tələbat 



olduğundan  gəmi  sahibləri  hökumət  dairələrindən Xəzərdən  Həştərxanadək  olan  keçid  yolunu  dərinləşdirmək 

üçün tədbirlər görülməsini tələb edirdilər. Əgər bu məsafə dərinləşdirilərdisə, tankerlər bir başa Həştərxana girə 

bilər,  onda  Volqanın  Xəzərə  tökülən  yerində  (buranın  dərinliyi  14  fut  idi)  tankerlərdən  nefti  baraklara 

boşaltmağa lüzum qalmazdı. 




44 

 

Əgər biz Xəzərdəki tankerləri də saysaq (bunlardan bəziləri iri, "Ç.M.Taffey", "Polkovnik Dreyk" kimi 



güclü gəmilər idi, bunlardan biri "Standart oyl" şirkətinə məxsus barjı dartaraq Atlantik okeanından keçmişdi) 

bu dövrdə dünyada təxminən 5000-dək neft daşıyan paroxod olmalı idi. Uzaq Şərqdə "Şell" və "Royyal Datç" 

şirkətlərinə məxsus çoxlu kiçik tanker var idi. Bundan əlavə yelkənli, hər cür avadanlıqla tam təchiz olunmuş 

gəmilər,  sahilyanı  sularda üzən  çoxlu  gəmilər  və  "Standart  oyl"  şirkətinin  Meksika  körfəzindən  neft  daşımaq 

üçün  istifadə  etdiyi  dəniz  barjları  mövcud  idi.  Dünya  tankerlərinin  böyük  bir  hissəsi,  həm  də  iri  tonnajlı 

tankerlərin  təqribən  150-yə  qədəri  İngiltərənin  bayrağı  altında  üzürdü.  Bu  siyahıya  daxil  olan  iri  gəmilərdən 

"Qafqaz",  "Oriflam",  "Rossiya",  ingilis-amerikan  şirkətinə  məxsus  "Bulisis",  "Pinna",  "Kardium",  "Pektan", 

"Qoldmaut"  və  "Silverlie"  tankerlərinin,  "Prins"  və  "Moss"  laynerlərin  və  digər  çoxlu  neft  daşıyan  gəmilərin 

adını çəkmək olar . 

20-ə qədər şirkətin özlərinə məxsus tankerləri vardı. Çoxlu rus gəmi sahiblərini, "C.M.Qufarey" şirkətini, 

"Standart oyl" şirkətini (bu şirkət özünün şimal donanmasının hamısını tankerləşdirib, Texasda neft daşınmasına 

qoşulmuşdu), daha bir çoxlarını, o cümlədən Sakit okeanında sahilyanı sularda üzən gəmiləri demirik. Tez-tez 

Nyu-York və Batuma laynerlər göndərən məşhur Prins xətti ilə də bağlı dörd-beş tanker var idi, onlardan biri — 

"Çərkəz şahzadəsi" 

Sakit okeanın sahilyanı sularında neft daşıyırdı. Avropada "Standart oyl" şirkəti ilə əlaqəli bəzi şirkətlərin 

də öz tankerləri vardı. Bəzi holland konsernləri, xüsusilə "Royal Datç" öz tankerlərindən Uzaq Şərqdə istifadə 

edirdi.  "Burmah  neft"  şirkətinin  (London  və  Qlazqoya  məxsus  idi)  bir  donanma  əla  tankerləri,  eləcə  də  çox 

gözəl  layihələşdirilmiş  və  inşa  edilmiş,  sürətlə  üzən  yelkənli  gəmiləri  var  idi.  Dörd  maçtlı  "Brilliant"  və 

"Deylayt"  yelkənli  gəmiləri  də  onlara  məxsus  idi.  Bu  yelkənli  gəmilərdə  yerləşdirilmiş  çənlər  onlardan  dərhal 

tanker kimi istifadə etməyə imkan verirdi. 

Heç 2-3 il keçməmiş Bakı və Batum limanlarından neft daşıyan gəmilərin bütöv bir flotiliyası Abşeron ağ 

neftini  dünyanın  bir  sıra  limanlarına  çatdırmağa  başladı.  Əcnəbilər  —  amerikalılar,  ingilislər,  almanlar  da  bu 

böyük kəşfdən istifadə edərək, ağ nefti daşımaq üçün xüsusi gəmilər inşa etməyə başladılar. 

Bakıdan  Londona  qayıtdıqdan  sonra  tanınmış  ingilis  səyyahı,  1886-cı  ildə  nəşr  edilmiş  "Bakı  — 

Avropanın  nefti"  ("Baku—The  Petrolium  of  Europe")  kitabının  müəllifi  Karl  Marvin  ingilis  neft  şirkətlərinə 

təklif etmişdi ki, İngiltərədə neftin xüsusi paroxodlarla daşınmasını təşkil etsinlər. Lakin ona etiraz etmişdilər ki, 

belə  paroxodpar  Atlantik  okeanı  və  Biskay  körfəzi  küləklərinə  tab  gətirə  bilməzlər.  Onlar  Xəzəri  sakit  dəniz 

hesab edirdilər. O zaman bütün Avropa üçün bu məsələ — neftin və neft məhsullarının dünya magistralları ilə 

gəmilərlə  daşınması  məsələsi  yalnız  "Qara  dəniz  gəmiçiliyi"  şirkətinin  "Svet"  gəmisi  1886-cı  ilin  iyununda 

tezalışan yanacaq materiallarının daşınması üzrə dünya təcrübəsində ilk dəfə olaraq Bakıdan Londona 1700 ton 

Bakı ağ neftini nəql etdikdən sonra həll edildi. 

Bir  çox  ölkələrdə  neftdaşıyan  gəmilər  yaradıldı,  neft  və  neft  məhsullarının  dəniz  nəqli  erası  başladı. 

Neftdaşıyan tankerlərin tətbiqi Xəzərdə donanmanın inkişafına böyük təsir göstərdi. Yük, sərnişin və neftdaşıma 

gəmilərinin miqdarı ildən-ilə artırdı. Keniş Bakı buxtasında müxtəlif növlü və təyinatlı gəmilər dayanırdı. Onlar 

dünyanın  40-a  yaxın  ölkəsini  təmsil  edirdi.  Həmin  ölkələrlə  canlı  ticarət  əlaqələri  yaradılmışdı.  Əmtəə,  neft 

məhsulları və sərnişin daşıyan gəmilərin sayına görə Bakı limanı 1900-cü ildə dünyada birinci yerə çıxmışdı. 

Bakıdan  Həştərxana  qədər dəniz  yolu  595  milə  yaxındır.  İlk  490  mil  məsafə  rahat idi,  ondan sonra isə 

gəmilərin hərəkəti çox çətinləşirdi. Çaylarda suyun çoxaldığı dövrün 50 günü ərzində Volqa 1.000.000 tondan 

çox qumu yuxarılardan öz mənsəbinə gətirirdi. Bu qum 8.000 m

2

 sahədə nəhəng bir delta yaradır, çayı qollara 



bölürdü.  hətta  ən  dərin  qollarda  da  çox  dayaz  yerlər  var  idi  ki,  gəmi  üzüb  keçə  bilmirdi.  Bunun  nəticəsində 

Xəzərin şimal-şərq tərəfi çayın mənsəbindən xeyli məsafədə xeyli dayaz olub dərinliyi 112 futa çatırdı. Sahildən 

dənizə doğru yolun 42 milinin dərinliyi ancaq 15 fut idi, çayın ağzında dərinlik 9 futa çatırdı, bəzi yerlərdə su 

lap  dayazlaşırdı.  Ona  görə də  Volqa  və  onun  mənsəbi  iri  gəmilərin  hərəkətinə  imkan  vermirdi.  Möhkəm  əsən 

şimal (xəzri) küləyi də gəmiçiliyə mane olurdu. Külək suyu çayın mənsəbi tərəfdən dənizə qovur, dərinlik 10-12 

futdan  2-4  futa  enirdi.  Bu  vaxtlar  çayın  mənsəbində  və  sahilə  yaxın  yerlərdə  naviqasiya  tamamilə  dayanır, 

gəmilər  cənub  küləyi  əsənə  qədər  lövbər  atıb  dayanmalı  olurdular.  Bu,  Xəzər  dənizindəki  neft  donanmasının 

üzləşdiyi təbii çətinlik idi. Gəmilər birinci 495 mili keçəndən sonra 12 fut dərinliyə çatıb lövbər atırdılar. 80-ci 

illərin  ortalarınadək  neftin  gəmidən  gəmiyə  daşınma  yeri  Həştərxana  yaxın  idi.  Sonralar  həmin  vasitədən  adi 

yük  gəmiləri  də  istifadə  edirdi.  Lap  dəqiq  desək,  Volqadakı  Baxtemir  kanalı  Birutziya  Kosa  adasının 

yaxınlığında qurtarırdı. Buradan Həştərxana 60 mil idi. Bəzi gəmilər su 15 fut dərinliyə çatanda lövbər atırdı. 

Burada  Bakıdan  gələn  tankerləri  Həştərxanın  çay  gəmiləri  gözləyirdi.  Gündə  bura  orta  hesabla  70-100  gəmi 

gəlirdi. Bəzi şirkətlərin həmin yerdə xüsusi gəmiləri var idi. Burada gömrükxana, teleqraf, ərzaq mağazası, kiçik 

bir xəstəxana fəaliyyət göstərirdi. Bir sözlə, bu 12 fut dərinlik başlayan yerdə əsl bir yaşayış məntəqəsi fəaliyyət 

göstərirdi.  Naviqasiyanın  başlanması  ilə  burda  həyat  da  qaynayır,  gediş-gəliş  qurtaranda  isə,  lövbər  atmış 

gəmilər Həştərxana çəkilirdi. 

Bakı neft sənayesindəki son dərəcə böyük yüksəliş Bakı limanından daşımaların miqdarını kəskin surət- 

də  artırdı.  Belə  ki,  1893-cü  ildən  1901-ci  ilədək  Xəzər  dənizində  yük  dövriyyəsi  2  dəfədən  artıq  çoxalmışdı. 

Gəmiçilik genişləndikcə Petrovsk, Krasnovodsk, Həştərxan və Bakı kimi ticarət limanları da inkişaf edirdi. XX 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə