Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə25/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

38 

 

fikri  dəstəkləsələr  də,  yuxarı  orqanlar  bu  müraciəti  siyirmələrinə  atıb  saxladılar.  Bütün  bunlara  baxmayaraq, 



sonrakı il (1878) hökumət dəmir yolunun çəkilməsinə başladı və 1879-çu ilin aprelində onun açılışı oldu. Dəmir 

yolunun  son  stansiyalarından  biri  Sabunçu  ərazisində  idi.  Bunun  üçün  göl  əvvəlcədən  torpaqla  doldurulub 

qurudulmuşdu.  Dəmir  yolu  burada  haçalanır,  bir  qol  Suraxanıyadək,  ikinci  qol  isə  on  ikinci  sahə  boyu 

Balaxanıyadək  uzanırdı.  O  biri  stansiya  isə  Bakı  ilə  Qara  şəhər  arasında  tikilmişdi.  Neft  dəmir  yolu  ilə  ya 

çəlləklərlə,  ya  da  sisternlərlə  daşınırdı.  Neft  istehsalçılarından  birinin  xahişi  ilə  dəmir  yolu  idarəsi  Sabunçu 

stansiyası  ilə  onun  mədəni  arasında  boru  kəməri  çəkdi.  Nasos  stansiyası  dəmir  yolu  stansiyasından  hündürdə 

yerləşdiyindən,  neft  öz  ətaləti  ilə  boru  ilə  axaraq  sisternlərə  doldurulurdu.  Nobel  qardaşları  1877-çi  ildə 

özlərinin xüsusi boru kəmərinin çəkilişinə başladılar, 100000 funt-sterlinqə başa gələn bu kəmər işə düşdüyünün 

birinci ili ona qoyulan xərci çıxartdı. Sənayenin bu sahəsinin bugünki əhəmiyyətini nəzərə alaraq, bu ilk boru 

kəməri haqqında bəzi məlumatları oxucuya çatdırmaq maraqlı olar. 108000 pud neft tutan çənlərin quraşdırıldığı 

mərkəzi dəmir yol stansiyası Balaxanıda, 15-ci sahənin yanında Qara şəhər səviyyəsindən 210 fut hündürlükdə 

tikilmişdi. Neft mədənindən 27 at gücündə olan buxarla işləyən nasosun köməyi ilə xam neft 5 düymlük boru ilə 

saniyədə 3,5 fuq sürətilə bu stansiyaya vurulurdu. Boru kəmərinin maksimum gücü gündə 80000 pud idi. Xam 

neft  Balaxanıdakı  əsas  çənlərə  ayrı-ayrı  mədənlərdə  quraşdırılmış  kiçik  nasosların  köməyi  ilə  vurulurdu. 

Mərkəzi  stansiyada  neft  dəmir  çənlərə  yığılır,  buradan  da  az  həcmli  boru  kəmərləri  vasitəsilə  bəzi  neftayırma 

zavodlarına  ötürülürdü,  çünki  artıq  bu  zavodların  sahibləri  neftin  belə  nəqlinin  əhəmiyyətini  və  üstünlüyünü 

başa  düşmüşdülər.  Zavodlara  neft  Balaxanıdakı  böyük  və  güclü  nasos  vasitəsilə  vurulurdu.  Neftayıranlar  bir 

neçə il Nobel qardaşlarına 6,25 mil məsafəyə nəql olunan neftin hər pudu üçün beş qəpik ödəyirdilər. Bir neçə 

ildən sonra onun qiyməti 1,5 qəpiyə düşdü. İlk boru kəmərinin inşası və neftin onunla nəqli araba sürücülərinin 

işinə son qoydu. Qəzəblənmiş arabaçılar gəlirli işləri əllərindən çıxdığı üçün bu kəmərə çoxlu ziyan vururdular. 

Buna görə də Nobel qardaşları müəyyən məsafədə gözətçi postları qoymaqla öz ilk neft kəmərlərini qorumağa 

məcbur  oldular.  Nobel  qardaşlarının  boru  kəməri  tikilib  başa  çatandan  çox  keçməmiş,  Bakı  neft  şirkəti  onun 

nümunəsini  təkrar  etdi,  özünün  15-ci  sahəsini  boru  kəməri  ilə  Suraxanı  neftayırma  zavoduna,  ordan  da  Zıq 

burnundakı limana birləşdirdi. Bu boru kəmərinin ümumi uzunluğu 9-11 milə qədər idi. 

1878-ci  ilin  sonuna  yaxın  daha  3  yeni  kəmərin  inşasına  başlandı.  Sahibkar  Mirzəyev  9-cu  sahə  ilə 

Bakıdakı neftayırma zavodu arasında 4 düymlük borudan 9 mil məsafəlik kəmər çəkdirdi. Bu kəmər hər gün 

50000 xam neft nəql etməyə qadir idi. Ondan sonra Lianozov özünün 7-ci sahəsindən Qara şəhərə boru çəkdirdi, 

kəmərin uzunluğu 9,3 mil, borunun diametri 3 düym, gündəlik nəqletmə gücü 25000 pud idi. "Kaspi" şirkətinin 

çəkdirdiyi  üçüncü  boru  kəməri  sonra  davam  etdirilməyib.  Bu  kəmər  vasitəsilə  quyulardan  neft  Sabunçu 

dəmiryolu  stansiyasına  vurulur,  buradan  da  sisternlərlə  Kapsıla  daşınır,  sonra  yenə  boru  vasitəsilə  şirkətin 

yaxınlığındakı neftayırma zavoduna nəql olunurdu. Bu boru kəmərinin ümumi uzunluğu 60 mil idi. 

Mexanizmlərlə  quyu  qazılmasının  ikinci  ili  Xəzər  dənizi  ilə  neftin  daşınması  yaxşılaşdı.  O  vaxta  qədər 

neft  çəlləklərdə  gəmilərlə  daşınırdı.  25  pud  neft  tutan  çəllək  Bakıda  10-12  rubl  idi,  istifadə  olunandan  sonra 

Rusiyada  3  rubla  satılırdı.  Beləliklə,  emaldan  sonrakı  qalığın  qiyməti  Bakıda  1  pud  üçün  5  qəpik  olanda,  o 

Nijniyə 83 qəpikdən ucuz daşına bilməzdi. həmin dövr üçün qiymətlər aşağıdakı şəkildə idi: 

 

Cədvəl 2 

 

Rubl 



Qəpik 

Bakıda 25 pud 

 

 

qalığın qiyməti



 

 



25 

Çəlləyə görə 

 

 

çəkilən xərc 



Nijniyədək daşınma 



 

 

və boşaltma hər pud 



 

 

üçün 42 qəpik 



10 

50 


Cəmi 

20 


75 

 

Çəlləyin  və  daşınma  qiymətinin  yüksəkliyi  Amerikadan  idxal  olunan  lampa  nefti  ilə  müvəffəqiyyətlə 



rəqabət aparmağa imkan vermirdi. Belə ki, neftayırma sənayesinə tətbiq olunan aksiz vergisinin ləğvindən sonra 

bir neçə il Amerikadan idxal olunan lampa neftinin həcmi Rusiyanın bu məhsulla təchizatını ötüb keçmişdi. İlk 

dəfə  Xəzər  dənizi  ilə  nefti  tankerlə  daşımaqa  1874-çü  ildə  həştərxanlı  tacir  Artimiyev,  sonra  isə  Raqozin  və 

Şipov cəhd etdilər. Bu taxta gəmilərin bir xüsusiyyəti ondan ibarət idi ki, neft birbaşa gəmiyə doldurulmurdu. 

Dəniz  suyunun  təzyiqi  gəminin  gövdəsini  sıxdığından,  gəmidəki  neftin  kənara  təzyiqi  gövdəni  dağılmağa 

qoymurdu. Ancaq neft elə doldurulmalı idi ki, neftin səviyyəsi dəniz suyunun səviyyəsindən aşağı olsun. Ancaq 

bu gəmilər elə tikilmişdi ki, dibləri dəniz suyu səviyyəsində idi. Buna görə də göyərtəyə əlavə çən qoyulur və 

qalan  yerlərə  də çəllək  yerləşdirilirdi.  Neftin tankerlə  Volqa çayı ilə  daşınması hər  pud  üçün  qiyməti  hətta  30 

qəpiyə endirdi. 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə