Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə24/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

36 

 

ancaq  buna  baxmayaraq,  bu  uyğunlaşdırılmış  qurğunu  quraşdırmaq  üçün  ona  icazə  verilmədi.  Digər  tərəfdən 



etiraf  etmək  lazımdır  ki,  neftayırma  ilə  məşğul  olanların  özlərində  də  müəyyən  qədər  günah  vardı.  Əksər 

sənayeçilər  sürtkü  yağlarının  istehsalını  ancaq  aksiz  vergisindən  yan  keçmək  üçün  modernləşdirirdilər.  Məhz 

buna  görə  aksiz  vergisi  ləğv  olunanda,  cəmi  üç  sürtkü  yağı  emal  edən  zavod  vardı  ki,  onlardan  da  heç  biri 

Bakıda  yerləşmirdi.  Faktiki  olaraq  Bakıda  sürtkü  yağları  sənayesinin  yaranması  və  inkişafı  80-ci  illərin 

əvvəllərindən başlanır. 

1880-ci ildə Abşeron yarımadasında 195 neftayırma sexi var idi. Bakının özündə isə cəmi bir sex vardı, 

32  sex  şəhərlə  qara  şəhər  arasında  səpələnmişdi.  Qara  şəhərdə  əksəriyyəti  dəniz  sahilində  yerləşən  118  sex 

işləyirdi. 44 sex isə şəhərdən kənarda, Bakının kəndləri ərazisində idi. 39 sex Qara şəhərdən şərqə sahil boyu 

düzülmüşdü.  Biri  lap  şərqdə  Sultan  buxtasında,  ikisi  Suraxanıda,  ikisi  də  Bibiheybətdə  idi.  Bütün  bu  kiçikli-

böyüklü  neftayırma  zavod  və  sexlərində  505  distilyator  var  idi  ki,  bunlar  da  bir  dəfəyə  89000  pud  xam  neft 

qəbul edir və gündə minimum 204000, maksimum 300000 pud neft emal edirdilər. 

 

 



37 

 

NEFT  TĠCARƏTĠNĠN  ĠNKĠġAFI  VƏ  



BAKI NEFTĠNĠN NƏQLĠ 

 

Bakıda  neft  istehsalı  başlayandan  sonra  birinci  səkkiz  ildə,  yəni  müqavilə  sisteminin  ləğv  olunduğu 



vaxtdan  1880-cı  ilin  sonunadək  neftin  nəqli  və  qazma  işlərində  bir  çox  yeniliklər  edilmişdi.  Bu  dövr  əsasən 

onunla səciyyələnir ki, neft quyularının primitiv şəkildə əl ilə qazılması üsulu buxarla işləyən maşınlar vasitəsilə 

qazılması üsulu ilə əvəz olundu. 1872-ci ildə, yəni mexanizmlərlə quyu qazılmasının başlandığı dövrdən bir il 

əvvəl  Bakıda  ancaq  iki  quyu  və  bir  neçə  yüz  əl  ilə  qazılmış  çala  (bunların  sayı  təxminən  415  idi,  bir  çoxu 

nəzarətsiz atılıb qalmışdı) var idi. Maşınla quyu qazmaq sahəsindəki irəliləyişi aşağıdakı cədvəldə yaxşı görmək 

olar: 


 

Cədvəl 1 

İllər 


Maşınla qazılan quyuların 

sayı 


Əl  ilə  qazılan  quyuların 

sayı 


1873 

17 


158 

1874 


50 

185 


1875 

65 


170 

1876 


101 

 62 


1878 

301 


  - 

 

Nobel  qardaşları  neft  istehsalı  işinə  başlayan  kimi  qazma  metodunu  təkmilləşdirmək  qərarına  gəldilər. 



Amerikada  geniş  istifadə  olunan  tros  sistemini  tətbiq  etmək  və  sınaqdan  keçirmək  üçün  altı  nəfər  amerikalı 

qazmaçını  Bakıya  gətirtdilər.  Bu  üsul  Bakıdakı  tələblərə  tam  cavab  vermirdi,  ancaq  Nobel  qardaşları  bir  sıra 

modifnkasnyalar  aparmaqla  mürəkkəb  bir  sistem  yaradaraq  tezliklə  geniş  şəkildə  tətbiq  etməyə  başladılar.  Bu 

üsul indi də öz populyarlığını itirməyib. Neft istehsalçılarının üzləşdikləri ikinci çətinlik quyulardan çıxarılan 

məhsulun  neftayırma  zavodlarına  daşınması  və  sonradan  hazır  məhsulun,  yaxud  xam  neftin  istehsalçılara 

çatdırılması idi. Əvvəllər xam neft və neft məhsulları qoyun-keçi dərisindən hazırlanmış 2-3 pudluq tuluqlarda 

at, yaxud dəvə ilə daşınırdı. Bu cür tuluqlarla yüklənmiş dəvə karvanları Bakıdan Zaqafqaziyanın uzaq yerlərinə 

və İrana yollanırdılar. Yetmişinci illərdə bu tuluqlar oval şəkilli dörd pudluq çəlləklərlə əvəz olundu, hər dəvəyə 

onlardan  ikisini  yükləyirdilər.  Yaxın  məsafələrə  yük  arabalarla  daşınırdı  (yerli  arabaların  təkəri  6-7  fut 

hündürlükdə  idi).  Araba  torpaq  yollarda  asanlıqla  hərəkət  edir  və  ortabab  bir  at  20-25  pud  yükü  çəkib  apara 

bilirdi.  Çəllək  arabanın  üstünə  qoyulmurdu,  arabanın önünə  və  yanlarına  iplə  möhkəm  sarınırdı.  Bu  nəqliyyat 

növünün hələ də işlənildiyi bir dövrdə tuluq ilə daşınmanı artıq 1877-ci ildə ləğv edib, nefti boru kəmərləri və 

dəmir yolu vasitəsi ilə nəql etməyə başladılar. 

Arnold  özünün  yol  qeydlərində  (1875)  İrandan  karvanla  necə  keçdiyini,  bu  nəqletmə  sisteminin 

mahiyyətini  çox  gözəl  təsvir  etmişdir.  O  yazırdı:  "Bütün  günü  neft  hər  cür  arabalarda  Bakıya  daşınır.  Neapol 

küçələrindəki kimi tək at qoşulmuş on beş nəfərlik iki təkərli arabaya Bakıda çox nadir halda rast gəlmək olar, 

ancaq  neft  arabaları  adi  haldır.  Çox  az  adam  cürət  edər  ki,  belə  bir  araba  alıb  lap  yüksək  muzda  belə  Rekent 

Stritdə,  yaxud  Pol  Molda  sürdürsün.  Görürsən,  bir  barrel  neft  tutan  çəlləkli  arabanın  üstündə,  təkərlərinin 

diametri 7 fut olan hündürlükdə sürücü quş budağa qonan kimi oturub, arabanı idarə edirdi. Arabanın oxundan 

palçıq  sallanır,  çəlləyin  üstündə  qövsi-quzeyin  bütün  rəngləri  var.  Arıq  bir  at  qoşulmuş  araba  dartıldıqca 

cırıldayır.  At  o  qədər  balacadır  ki,  arxası  elə  ox  səviyyəsinə  güclə  çatır.  Lakin  bütün  bunlara  baxmayaraq, 

istehsalçılar deyirlər ki, onlar hamısı birlikdə neftin araba ilə bu cür daşınması üçün ildə 100000 funt-sterlinqdən 

çox pul vermirlər". 

Birinci boru kəməri və mədənlərdə ilk dəmiryolu çəkilib işə düşməmişdən, arabalar gündə bir neçə dəfə 

mədənlərə  gedib  qayıdardı.  Ancaq  hava  pis  olanda  sürücülər  işləmək  istəmirdilər,  çünki  yağış  yağanda  yollar 

palçıq gölünə dönür, hətta at belində belə mədənlərdən şəhərə və əksinə gedib-gəlmək olmurdu. Neftçıxaranlar 

tamamilə  hava  şəraitindən  asılı  idilər,  havanın  pis  keçməsi  xüsusilə  aksiz  vergiləri  şəraitində  tez-tez  onlara 

çoxlu ziyan vururdu. Çox vaxt elə olurdu ki, altı gün aksiz vergisini qabaqcadan ödəmiş zavod sahibi xam neftin 

daşınmaması üzündən distilyatoru dayandırmalı olurdu. Bundan əlavə, araba sürücüləri tez-tez nefti daşımaqdan 

imtina edir, haqqın artırılmasını tələb edirdilər. Belə ki, hər pud neftin daşınması üçün tədricən qiymətləri beş 

qəpikdən  səkkiz  qəpiyə  qaldırırdılar.  Belə  vəziyyət  1875-ci  ilədək  davam  etdi.  Neftayıranlar  bu  işin  bütün 

ağırlığını  hiss  etsələr  də,  şikayətlənsələr  də,  ancaq  Nobel  qardaşları  Bakıda  neftayırma  sənayesi  meydanında 

görünənədək,  bu  çətinlikləri  aradan  qaldırmaq  üçün  heç  nə  edilməmişdi.  Məsrəfləri  azaltmaq  və  xam  neft 

təchizatını  artırmaq  və  sürətləndirmək  üçün  Nobel  qardaşları  digər  şirkətləri  müştərək  boru  kəməri  çəkməyə 

inandırmağa  çalışırdılar.  Çox  vaxt  sağlam  düşüncəyə  qalib  gələn  paxıllıq,  hərislik,  mənəm-mənəmlik 

xüsusiyyəti  başqa  şirkətlərə  bu  layihədə  iştirak  etməyə  imkan  vermədi.  Buna  alternativ  bir  layihə  kimi,  onlar 

1877-ci  ildə  hökumətə  müraciət  etdilər  ki,  onların  öz  riski  və  maliyyə  vəsaiti  hesabına  mədənlərlə  neftayırma 

zavodlarının yerləşdiyi ərazini birləşdirən dəmir yolunun tikintisinə icazə verilsin. Yerli hakimiyyət orqanları bu 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə