Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə20/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

31 

 

sisternlərin dəmir yollarına təhkim olunması məsələsi həll olunmuş, hasilat yerlərində neft inspeksiyaları tətbiq 



edilmişdi və s. Duru yanacaq bölgüsünün tənzimlənməsi təkcə mərkəzdə deyil, həm də yerlərdə yanacaq üzrə 

Xüsusi Müşavirənin planlarının yerinə yetirilməsinə nəzarət edən xüsusi aparatın yaradılmasını tələb edirdi. 

Dövlətə  məxsus  neftli  torpaqlar  uğrunda  mübarizə  müharibə  dövründə  də  davam  etmişdi.  Bir  qrup 

kapitalist dövlətin 33% həcmində iştirakı ilə Pay şirkəti layihəsini hazırlamışdı. Əvvəlcə 250-300 desyatin neftli 

torpağın şirkətə verilməsi nəzərdə tutulmuşdu. 

Pay  şirkəti  layihəsinin  sənaye  və  ticarət  nümayəndələri  qurultayları  Şurası  tərəfindən  hazırlanmış  so- 

nuncu redaksiyasında artıq Suraxanıdakı torpaqların, yəni ən az toxunulmuş və "ən çox vəd verən" torpaqların 

alınması  nəzərdə  tutulmuşdu.  Əslində,  layihə  Bakının  köhnə  şirkətlərinə  yeni,  ən  çox  neftli  torpaqların 

işlənməsini  təhkim  etməyi  nəzərdə  tuturdu.  Məhz  buna  görə  də  layihə  inhisarçılar  qrupuna  mənsub  olmayan 

burjuaziya  tərəfindən  etirazlar  doğurmuşdu.  Burjuaziyanın  geniş  dairələrinin  mənafeyini  ifadə  edən  İ.İlyinski 

adlı birisi bu məsələyə həsr etdiyi xüsusi məqaləsində belə bir sual qoymuşdu: "Dövlət yeni kəşf olunmuş, neftlə 

zəngin sahənin işlənməsi üçün bu cür imtiyazlarla nəyin naminə razılaşmalıdır?". 

İri neft istehlakçıları olan bir çox burjua nümayəndələri — Volqaboyu gəmi sahibləri, dəmir yollarının, 

zavod  və  fabriklərin  sahibləri  "mədən  azadlığı"  prinsipinə  əsaslanaraq,  geniş  şirkət  yaratmağa  çalışırdılar  ki, 

bunun  tərkibinə  daxil  olub,  ucuz  neft  əldə  etsinlər.  İlyinski  onların  mənafelərini  ifadə  edərək,  açıq  şəkildə 

deyirdi ki, torpağın Pay şirkətinə verilməsi "neft hasil edən inhisarçıların xüsusi tipini təşviq etmək" cəhdidir. 

Pay  şirkətinin  ilk  layihələri  xüsusi dəstək  qazanmadı və  yanacaq  üzrə  Xüsusi Müşavirənin neft  bölməsi 

105  desyatin  sahədə  dövlət  tərəfindən  neft  hasilatının  təşkilinə  tərəfdar  olduğunu  bildirmişdi.  Deməli,  Pay 

şirkətinin yeni layihəsi onun dövlət tərəfindən neft hasilatı ilə paralel surətdə mövcudluğunu nəzərdə tuturdu. 

Güman  edilirdi  ki,  dövlət  tərəfindən  neft  hasilatı  təşkil  edilərsə,  Yollar  Nazirliyi  ildə  27  milyon  puddan  34 

milyon pudadək, Ticarət və Sənaye Nazirliyi isə 50 milyon pud neft çıxara bilər. Mədənlərin təşkili ilə əlaqədar 

məsrəflər 49 milyon rubl məbləğində planlaşdırılırdı. 

Əvvəllər olduğu kimi, yenə də neft inhisarları, əlbəttə ki, dövlət tərəfindən neft hasilatına qarşı çıxaraq, 

bunu neft sənayesinin dövlət tərəfindən inhisarlaşdırılmasının ilk addımı kimi qiymətləndirirdilər. Buna görə də 

onlar nəzərdə tutulan işlərin faydasızlığı haqqında hesablamalarla bu ideyanı gözdən salmağa çalışırdılar. Xeyli 

şübhə doğuran cürbəcür hesablamalar yolu ilə sübuta yetirilirdi ki, özəl neft hasilatı ilə müqayisədə dövlət neft 

hasilatının  maya  dəyəri  xeyli  yüksəkdir;  bununla  yanaşı  neft  sənayeçiləri  iddia  edirdilər  ki,  dövlətə  məxsus 

mədənlərin  təşkilinə  ümumiyyətlə,  heç  bir  ehtiyac  yoxdur,  çünki  dövlət  əgər  istəsə  (yəni,  neft  inhisarlarına 

neftçıxan  yeni  sahələri  versə),  bunsuz  da  əlavə  olaraq  100-115  milyon  pud  "ucuz  neft"  əldə  edə  bilər.  Lakin 

Fevral  inqilabı  ərəfəsində  neft  sənayesi  sahəsində  neft  inhisarlarının  və  hökumətin  siyasətindəki  meylləri 

səciyyələndirən bütün bu layihələr kağız üzərində qaldı. 

 

 



32 

 

AZƏRBAYCANDA  NEFT  EMALI 



SƏNAYESĠNĠN YARANMASI 

 

Almaniyada  fotogenlə  bağlı  hay-küy  XIX  əsrin  50-ci  illərində  özünün  zirvəsinə  çatanda,  baron  Tornau 



Rusiyada  bir  fotogen  zavodu  tikdirmək  qərarına  gəldi.  Bunun  üçün  o,  Bakını  seçdi,  çünki  bilirdi  ki,  burada 

bituminoz materiallara oxşayan bir maye çıxarılır ki, ondan Almaniyada fotogen alınır. Yerli əhali bu mayeyə 

"qır" deyirdi, özü də onu çox ucuz almaq mümkün idi. Bundan əlavə, o istəyirdi ki, zavodu Afəşgahın yanında 

tiksin  və  orda  çıxan  təbii  qazdan  yanacaq  kimi  istifadə  etsin.  Elə  bu  vaxtlarda  Kokorev  və  Qubonin  Sankt-

Peterburqda  "Transkaspi  ticarət  şirkəti"  adlı  bir  nüfuzlu  müəssisənin  təməlini  qoydular.  Şirkətin  məqsədi 

Rusiyanın İranla və Xəzər dənizinin şərqindəki türk dilli dövlətlərlə ticarət əlaqələrini genişləndirmək idi. 

Məlum  olduğu  kimi,  təmizlənməmiş  Suraxanı  ağ  neftindən  lap  qədimlərdən  işıqlandırma  vasitəsi  kimi 

istifadə  edirdilər.  Lakin  tez  alışdığına,  əlverişli  çənlər  olmadığından  və  daşıma  zamanı  qəza  baş  verəcəyindən 

qorxduqlarına  görə  gəmi  sahibləri  onu  su  yolu  ilə  daşımaqdan  imtina  edir,  ya  da  nəqli  üçün  görünməmiş 

məbləğdə böyük haqq tələb edirdilər. 1834-cü ildə N.Voskoboynikov Suraxanı neftinin satışı qayğısına qalaraq, 

baş  komandan  Rozenə  müraciətlə  xahiş  etdi  ki,  həm  Suraxanı  quyularından  hasil  edilən  ağ  neftin,  həm  də 

Balaxanı quyularından qara neftin bir hissəsinin emalına icazə versin. Ağ neftin emalına və 1000 pud qara neftin 

emalına  icazə  alan  Voskoboynikov  1837-ci  ildə  "neftayırma  məqsədi  ilə  xüsusi  mərmi  yaratdı  və  neftli 

daşınması  üçün  dəmirdən  kiçik  çənlər  hazırladı.  Lakin  Voskoboynikov  işdən  uzaqlaşdırıldıqına  görə  bu 

sahədəki işini sona çatdıra bilmədi. 

Sonrakı  ildə  Moldenhauer  zavodun  tikintisinə  başladı.  Lakin  avadanlıq  xaricdə  istehsal  olduğundan  və 

buna görə də onların daşınması ilə əlaqədar çətinliklərə görə zavodun tikintisi ancaq 1860-cı ildə sona yetdi və 

onun istehsal etdiyi məhsul yalnız 1861-ci ildə bazar üzü gördü. Təhkim olunduğu işlərdən başqa Moldenhauer 

öz  sınaqlarını  və  təcrübələrini  davam  etdirməkdə  idi.  İnşaat  işləri  qurtarana  yaxın,  yəni  1859-cu  ilin  sonunda 

onun  araşdırmaları  nəticəsində  məlum  oldu  ki,  qırdan  alınan  fotogenin  şistdən  alınan  fotogendən  keyfiyyətli 

olmasına baxmayaraq, onun spesifik ağırlığı həddindən artıqdır, bundan əlavə emal olunan xammaldan on beş 

—  iyirmi  faizdən  artıq  fotogen  almaq  mümkün  deyildir.  1859-cu  ildə  bütün  il  boyu  aparılan  tədqiqatlar 

Moldenhauerin laboratoriyasından kənara çıxmamış və qırdan alınan fotogen də heç vaxt bazara kifayət qədər 

daxil  olmamışdı.  Sonradan  Moldenhauer  Balaxanıdan  və  digər  yataqlardan  çıxan  bol  xam  neftdən  fotogen 

almaq  üçün  təcrübələr  aparmaq  barədə  fikirləşməyə  başladı.  Həmin  yataqların  nefti  o  vaxt  keyfiyyətcə  çox 

yüksək sayılırdı. Nəticə gözlənildiyindən də qat-qat müsbət oldu. Distilədən keçmiş fotogen təmiz və işlədilmək 

üçün  hazır  idi.  Ən  mühüm  məsələ  isə  o  idi  ki,  xammal  kimi  xam  neft  qırdan  daha  çox  fotogen  verirdi. 

Afəşgahdan  çıxan  təbii  qazın  toplanması  üçün  xüsusi  kollektor  tikdirəndən  sonra,  1860-cı  ildə  Moldenhauer 

Almaniyaya qayıtdı. 

1860-cı  ildə  Eyxler  Suraxanıda  tikilmiş  zavoda  baxmaq  üçün  Bakıya  gəldi.  Şirkət  bu  müəssisədən 

səmərəli istifadə edə bilmədiyindən onu ləğv etmək məqamında idi ki, Eyxler şirkətin meneceri baron Tornauya 

qırdan fotogen almaqdan əl çəkməyi və Moldenhauerin laboratoriya sınaqlarının üstünlüklərindən istifadə edib 

neftdən fotogen almağa başlamağı təklif etdi. Eyxler keyfiyyətli və ucuz fotogen alana qədər xammaldan sərbəst 

istifadə etməkdə baron Tornauya tam sərbəstlik verdi. Almaniyaya qayıtmazdan bir az əvvəl Moldenhauer onun 

təklif etdiyi üsulla alınmış məhsulu görəndə həddindən artıq fərəh duydu. Onun fikrincə, bu cür foto- genin artıq 

əlavə  emala  ehtiyacı  yox  idi.  O,  həmin  fotogeni  dəmir  çəlləklərdə  doldurtdurub,  pudu  səkkiz  rubla  satılmaq 

üçün  Tiflisə  göndərtdirirdi.  Lakin,  fotogen  Tiflisə  çatanda  aşkar  oldu  ki,  rəngdə  yola  salınan  bu  malı  yolda 

olduğu müddətdə tədricən qaralmış və nəticədə bozumtul-qara bir mayeyə çevrilmişdi. Bu hadisə Bakı lampa 

neftinin  elmi  cəhətdən  birinci  dəfə  olaraq  tədqiqata  cəlb  edilməsinə  səbəb  oldu.  Tiflisdən  zavoda  qaytarılmış 

mal  Eyxlerin  əlinə  keçdi,  çünki  bu  zaman  Moldenhauer  artıq  Almaniyaya  qayıtmışdı.  Eyxler  bu  fotogenin 

tərkibində üzvü turşularla, xüsusilə formiat, asetat və doymuş sıradan olan başqa homoloji turşularla birləşmiş 

çoxlu miqdarda dəmirin olduğunu aşkar etdi. Onun tədqiqatları sübut etdi ki, təmizlənmiş fotogendə olan üzvü 

turşular  dəmirlə  reaksiyaya  girdiyindən,  onların  neytrallaşdırılması  zəruridir.  Bu  turşuları  neytrallaşdırandan 

sonra fotogenin keyfiyyəti yaxşılaşdı, indi artıq o, dəmirlə reaksiyaya girmir, rəngini də dəyişmirdi, lakin onun 

bir  qüsuru  var  idi  ki,  yanarkən  piltəni  kömürləşdirirdi.  Bu  da  onun  tərkibində  sərbəst  qələvilərin  olduğundan 

xəbər verirdi. Zərif xlorid turşusunun məhsulu ilə qarışdırmaqla Eyxler bu maneəni də aradan qaldırdı. 

Eyxlerin əldə etdiyi bu maye lampada  yaxşı yanırdı, ancaq sarı rəngdə idi. Rəqabət olmadığı vaxtlarda, 

yəni  Amerikada  istehsal  olunmuş  lampa  nefti  1863-cü  ildə  gəmi  ilə  Rusiyaya  gətirilənə  qədər  bunun  rənginə 

fikir verən yox idi. Amerika fotogeni açıq rəngdə, tamamilə şəffaf idi və lampada çox yaxşı yanırdı. Suraxanı 

fotogeni  onunla  rəqabət  apara  bilməzdi.  Eyxler  onun  təmizlənməsi  və  rənginin  dəyişməsi  üçün  yeni  bir  üsul 

tapmalı  idi.  Bir  çox  kimyəvi  maddələrlə  sınaqlardan  sonra  nəhayət  sulfat  turşusunu  seçdi.  Bu,  lampa  neftinə 

rəng verən maddələri məhv etməkdən əlavə təmizlənməmiş lampa neftinin məxsus qoxunu da aradan götürürdü. 

Lakin,  tələb  olunan  sulfat  turşusunu  Bakıya  daşıtdırmaq  olduqca  çətin  iş  idi.  Onu  Həştərxandan  gətir- 

mək  mümkün  deyildi,  çünki  gəmi  sahibləri  belə  təhlükəli  yükü  daşımaqdan  imtina  edirdilər.  Buna  görə  də 

Eyxler məcbur oldu ki, onu İngiltərədən Qara dəniz limanı Potiyə gəmi ilə, oradan 530 millik məsafədən araba 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə