Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə18/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

28 

 

mədən sahibinin   



 

 

 



 

 

 



 

məlumatına görə  338300  537100  122000  200500 

12000  120990



 

dağ-mədən nəz-in  

 

 

 



 

 

 



 

məlumatına görə  382000  556400  119500  184400 

4000 

124630




 

 

 



 

Emalatxanalar 

 

 

 



 

mədən sahibinin   

 

 

 



 

 

 



 

məlumatına görə  28000  130500  3500 

13700 



175700  - 



dağ-mədən nəz-in  

 

 

 



 

 

 



 

məlumatına görə  21600  28500  3400 

16200 

4700 


74400  - 

 



 

 

 



Qazanxanalar 

 

 



 

 

mədən sahibinin   



 

 

 



 

 

 



 

məlumatına görə  16000  80600  10900  3100 

110600  - 



dağ-mədən nəz-in  

 

 

 



 

 

 



 

məlumatına görə  5400 

12400  2800 

3400 


24000  - 

 

 



 

 

Yaşayış binaları 



 

 

 



 

mədən sahibinin   

 

 

 



 

 

 



 

məlumatına görə  69300  179400  3300 

20000 



272000  - 



dağ-mədən nəz-in  

 

 

 



 

 

 



 

məlumatına görə  69400  68800  15500  34900 

5400 

194000  - 



 

 



 

 

Sisternlərin sayı 



 

 

 



 

mədən sahibinin   

 

 

 



 

 

 



 

məlumatına görə  19200  120700  3800 

14600 



158300  - 



dağ-mədən nəz-in  

 

 

 



 

 

 



 

məlumatına görə  19000  47700  7200 

23000 



96900  - 



 

 



 

 

Anbarlar 



 

 

 



 

mədən sahibinin   

 

 

 



 

 

 



 

məlumatına görə  60800  167000  9400 

13400 



250600  - 



dağ-mədən nəz-in  

 

 

 



 

 

 



 

məlumatına görə  18600  20600  5200 

11200 

1900 


57500  - 

 



 

 

 



Boru kəməri 

 

 



 

 

mədən sahibinin   



 

 

 



 

 

 



məlumatına görə  26800  148500  8200            15200 - 

108700  - 

dağ-mədən nəz-in  



 

 

 



 

 

 



məlumatına görə  31800  40700  8800            11600  

 

Müxtəlif qurumlar 



400 

93300  - 

mədən sahibinin   



 

 

 



 

 

 



məlumatına görə  28500  41100  9500           2100  - 

81200  - 

dağ-mədən nəz-in  



 

 

 



 

 

 



məlumatına görə  19500  20200  4400        10500 

 

 Cəmi 



1000 

55600  - 

mədən sahibinin   



 

 

 



 

 

 



məlumatına görə  586900  140490

170600      282600 12000  245700



134600  259160

dağ-mədən nəz-in  



 

 

 



 

 

 



məlumatına gərə  567300  795300  166800        

295200 


17400  184200

134600  197660






29 

 

 



XX  əsrin  əvvəllərində  Bakıya  xarici  kapital  axını  gücləndi  və  o,  neft  sənayesində  artıq  aparıcı  mövqe 

tutdu. Həmin vaxt öz caynaqlarını Bakı neftinə uzadan ingilis şirkətləri xüsusi fəallıq göstərdilər. 1893-1903-cü 

illərdə ingilis sənayeçiləri Bakı rayonu müəssisələrinə 47 mln. rubldan artıq məsrəf qoymuşdular. 1902-ci ildə 

Bakıda  39,4  mln.rubl  kapitalı olan  11 ingilis  müəssisəsi  vardı.  Neft sənayesinin  inhisarlaşması  və  Abşeronun 

neft  ehtiyatlarının  kapitalistlər,  xüsusilə  də  əcnəbi  kapitalistlər  tərəfindən  vəhşicəsinə  istismarı  kapitalist 

sisteminin çürüməsinə, texniki tərəqqinin ləngiməsinə gətirib çıxartdı. 

XX əsrin əvvəllərində Azərbaycanda neft çıxarılması həcminin kəskin enməsi səbəbləri aşağıdakılardır: 

Birincisi  —  neft  sənayeçiləri,  xüsusilə  də  əcnəbilər  neft  ehtiyatlarının  düzgün  istismarında  qətiyyən 

maraqlı deyildilər. Hasilatın əsas üsulu fontan üsulu idi. Nəticədə demək olar ki, bütün sahələrdəki çoxsaylı açıq 

fontanlar lay enerjisinin tükənməsinə və deməli, quyuların debitinin enməsinə səbəb oldu. 

Məsələn, 1893-1902-ci illərdə açıq fontan üsulu ilə 924 mln. puddan artıq neft alınmışdı. 

Neftlə  birlikdə  çıxan  qazın  miqdarı  ümumiyyətlə  heç  yerdə  qeydə  alınmırdı.  O,  sadəcə  neft  hasilatına 

əngəl kimi atmosferə buraxılırdı. 

İkincisi — müasir qazma texnologiyası olmadığından kifayət qədər neft ehtiyatına malik olan quyularda 

aşağı horizontlaradək qazımağa imkan yox idi. 

Üçüncüsü  —  istismar  sisteminin  özü  bu  və  ya  digər  üsulla  yer  səthinə  çıxarılan  neft  ehtiyatlarının 

mütəşəkkil utilizasiyasına imkan vermirdi. 

Nəhayət,  sonuncu  və  ən  başlıca  səbəb  —  neft  sənayeçiləri  (yerli  və  əcnəbi)  arasında  xüsusilə  1905-ci 

ildən sonra başlanmış amansız rəqabət idi. 

Bəzi neft şirkətlərinin neft hasilatını bərpa etmək cəhdləri nəticə vermədi. Təkcə 1910-cu ildə, 1909-cu ilə 

nisbətən  bütün  Rusiya  üzrə  neftin  ümumi  hasilatının  cüzi  artması  müşahidə  edildi  ki,  bu da  Yeni  Suraxanı və 

digər rayonlarda neft hasilatının sürətlə artması sayəsində mümkün olmuşdu. 

Neft  sənayeçilərinin  Abşeronda  quyuların  sayını  və  onların  dərinliyini  artırmaq  yolu  ilə  neft  hasilatını 

yüksəltmək cəhdi ona gətirib çıxartdı ki, quyuların orta dərinliyi və onların debiti bəzi hallarda artdı, həmçinin 

ayrı-ayrı sahələr üzrə bütövlükdə hasilat da yüksəldi. Lakin quyuların debitinin bu artımı müəyyən həddə qədər 

davam etdi, bundan sonra daha dərin quyuların qazılması sahəsindəki tədbirlərin heç biri müsbət nəticə vermədi. 

hərçənd orta hesabla ildə 22-23 quyu qazılır, quyuların dərinliyi isə 133,0 sajendən artıq olmurdu. 

Abşeronda neft hasilatının kəskin azalmasına gətirib çıxaran əsas səbəbləri sadalayarkən, biz mədənlərdə 

açıq fontanların olmasını göstərmişdik. Neft sənayeçiləri maksimum fontan hasilatına nail olmağa can atırdılar, 

çünki bu, qısa müddət ərzində çox böyük  miqdarda, daha ucuz neft əldə etməyə imkan verir, həmçinin rəqib 

üzərində asan qələbəni təmin edirdi. Daha sonra, hər bir açıq fontan neft sənayeçiləri və səhmdar şirkətlərinə 

sərfəli  birja  əməliyyatları  aparılmasına  imkan  verirdi.  Buna  görə  də,  ucuz  neftdən  və  birja  fırıldaqlarından 

kapital toplayan neft sənayesi şirkətlərinin sahibkarları yataqların istismarında texniki rejimin ardıcıl təminatına 

əhəmiyyət vermirdilər. 

XIX əsrin 90-cı illərinin əvvəllərində digər ölkələrdə neft sənayesinin coşqun inkişafı və Rusiyada onun 

qeyri-qənaətbəxş  təşkili  nəticəsində  1904-cü  ildən  sonra  neft  məhsullarının  ölkədən  ixracı  xeyli  aşağı  düşdü. 

Buna  görə  də  xarici  bazarlar  uğrunda  mübarizədə  uğur  qazanmaq  şansları  zəiflədi.  Bütün  bu  amillər  hamısı 

birlikdə Bakıdan neft və neft məhsulları ixracatının məhdudlaşmasına gətirib çıxartdı. 

Qeyd  etmək  lazımdır  ki,  neft  sənayeçiləri  bir-birinin  sahəsindən  nefti  sormaq  üsulundan  geniş  istifadə 

edirdilər.  Bu  məqsədlə  qonşu  sahələrin  sərhədlərində  qazma  quyuları  arasında  məsafə  kiçik  olmaqla  quyular 

yerləşdirirdilər.  Yer təkinin  sərvətlərindən  yalnız  öz  maraqları  üçün  istifadə  etməyə  can  atan  neft  sənayeçiləri 

quyuların  sementləşdirilməsi  üsullarını  bir-birindən  gizlədir,  quyuların  dərinliyi,  qazma  zamanı  rast  gəlinən 

süxurlar  barədə  yanlış  məlumat  verirdilər.  hətta  Abşeron  neft  yataqlarının  geoloji  xüsusiyyətlərini  hərtərəfli 

öyrənmiş,  Sankt-Peterburq  Dağ-Mədən  institutunun  tələbəsi  N.Sokolovskinin  1877-ci  ildə  təklif  etdiyi  yeni 

jelonka  konstruksiyası  qazma  alətini  çıxarmadan  quyuların  dibinin  təmizlənməsinə  imkan  verdiyi  halda,  bu 

yenilik  bir  çox  neftçıxarma  firma  və  cəmiyyətlərindən  gizli  saxlanılmışdı.  Sahibkarlar  quyuların  mexaniki 

qazılmasının yeni, artezian quyuların qazılmasına oxşar üsuluna o qədər etibarsız yanaşırdılar ki, bu mütərəqqi 

metod bir müddət tamamilə unuduldu. Qazma texnikasını bilən adamlar demək olar ki, yox idi və buna görə də 

hamı eyni cür işləyir, yalnız öz iş təcrübəsinə əsaslanırdı. Eksperimentlərə xeyli əmək  və vəsait sərf edirdilər. 

Kapitalistlər,  xüsusilə  də  əcnəbilər  yerli  azərbaycanlı  ustalara  saymazyana  və  inamsız  yanaşırdılar.  "Nobel 

qardaşları  şirkəti"  və  digər  kapitalistlər  başqa  ölkələrdən  qazma  ustaları  dəvət  edirdilər.  Çox  vaxt  bu  ustalar 

Bakıya  gəldikdən  sonra,  onların  hazırlıqsız  olduqları  aşkara  çıxırdı,  lakin  bu  onların  yerli  ustalardan 

öyrənməsinə və təcrübə qazanmasına mane olmurdu. 

Akademik İ.M.Qubkin Bakı mədənlərinin 1920-ci ilədək olan texniki vəziyyətindən bəhs edərək yazırdı: 

"İri,  ləng  və  baha  başa  gələn  ştanq  qazması,  quyuların  nuh  əyyamından  qalma  jelonka  ilə  istismarı,  faydalı  iş 

əmsalı  son  dərəcə  aşağı  olan  buxar  maşınının  hökmranlığı,  neftin  saxlanılması  üçün  açıq  torpaq  anbarların 

sonsuz  sayda  olması,  qaz  və  yüngül  neft  fraksiyalarının  çox  böyük  miqdarda  itkiləri,  fontanların  öhdəsindən 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə