Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə15/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

24 

 

Tanınmış dağ-mədən mühəndisi Q.D.Romanovski yazırdı: "İndi — Amerika petrol sahələri, xüsusilə də 



Pensilvaniya mədənləri öz sənaye əhəmiyyətini itirdiyi bir vaxtda bizim Bakı, heç şübhəsiz, dünyanın ən zəngin 

neft ölkəsi kimi ön plana çıxacaq". 

"Neft  sənayesi  və  fotogen  istehsalından  aksizlər  haqqında  qaydalar"  layihəsi  1872-ci  ilin  fevralın  1-də 

Sankt-Peterburqda imperatorun təsdiqinə verildi və II Aleksandr bunun üzərində belə bir dərkənar qoydu: "Ol- 

sun". 

Beləliklə, rus, xarici və yerli kapital maqnatları üçün Azərbaycan neftinə doğru geniş yol açıldı. 1872-ci il 



fevralın 17-də Sankt-Peterburq, Moskva, Tiflis və Bakı qəzetlərində Azərbaycan neft mədənlərinin dekabrın 7-

si,  14-ü,  21-i  və  28-nə  nəzərdə  tutulmuş  qarşıdakı  hərracları  haqqında  Qafqaz  canişinliyi  baş  idarəsinin  elanı 

dərc  edildi.  Bakı  quberniyası,  Quba,  Şamaxı  və  Lənkəran  qəzalarındakı  bütün  neft  mədənləri  48  qrupa 

bölünmüşdü. Onların hər birində 10 desyatindən artıq sahə yox idi, burada bütün neft quyularının vəziyyəti və 

hər  bir  sahənin  təxmini  dəyəri  göstərilirdi.  Hərraclarda  bir  sıra  rus  və  əcnəbi  kapitalistlər  iştirak  edirdi.  Bakı 

qəzetləri  Almaniya,  İngiltərə  və  İsveçdən  iri  kapitalistlərin  ölkəmizə  gəlməsi  barədə  xəbərlər  verirdilər.  V  və 

XVI  qruplara  daxil  olan  mədənlər  istisna  edilməklə,  bütün  neft  mədənləri  satıldı.  Yaranmış  mübahisələr 

nəticəsində  yerdə  qalan  sahə  qrupları  isə  bir  qədər  gec  alındı.  Təkcə  Bakı  qəzasında  olan  neft  quyularını 

komissiya  rubl  məbləğində  dəyərləndirmişdi.  Hərraclar  zamanı  Balaxanıdakı  güclü  "Vermişevski"  fontanı  ilə 

bağlı ayrı-ayrı sahələrin qiymətləri həddən artıq şişirdilmişdi. Hərraclar nəticəsində nəzərdə tutulduğundan 51/3 

dəfə artıq məbləğ, yəni 2939137 rubl əldə edildi. 

Abşeron neft mədənlərini hərraclarda əsasən iri kapitalistlər aldılar. 

Deyilənə görə, xan öz xanlığında demək olar ki, bütün torpaqların sahibi idi. Bakı xanlığının Rusiya tərki- 

binə daxil olmasından sonra (1806) əvvəlcə şəxsən Hüseynqulu xana məxsus olan torpaqlar (xassə) və keçmiş 

dövlət  torpaqları  fondu  (divani)  Rusiya  dövlət  xəzinəsinin  mülkiyyəti  elan  edildi.  Qeyd  etmək  lazımdır  ki, 

əkinçi  kəndlinin  öz  pay  torpağı  üzərində  qeyd-şərtsiz  hüquqa  malik  olması  prinsipi  dünyanın  bir  çox  ölkələ- 

rinin qanunvericiliyində təsbit edildiyi halda, çar üsul-idarəsi dövründə, eləcə də Azərbaycanın Rusiya tərkibi- 

nə daxil olmasından sonra Azərbaycana şamil edilmirdi. Eynilə, ən mühüm faydalı qazıntı yataqları da torpaq 

sahibinin  deyil  (Rusiyada  feodal  mülkədarlar,  Azərbaycanda  bəy-mülkədarlar  istisna  olmaqla),  dövlət 

hakimiyyətinin  tabeliyində  idi.  Bu  torpaqları,  torpaq  sahibinin  iradəsindən  asılı  olmayaraq  arzu  edənlərə  belə 

verə  bilərdilər.  Yerli  sakinlər  belə  özbaşınalıqlara  qarşı  qəti  narazılıqlarını  bildirdilər.  Ona  görə  də  Nazirlər 

Şurasının xüsusi jurnalının 1907-ci il 17 mart sayında da göstərilirdi: "Qafqazın kənd əhalisi kəndlilərə məxsus 

neftli  torpaqların  1891-ci  il  20  fevral  qaydalarına  uyğun  olaraq  xəzinə  üçün  müsadirəsinə  son  dərəcə  mənfi 

yanaşır". 

Ticarət və sənaye naziri neft sənayeçilərindən çoxsaylı şikayətlər aldıqdan sonra canişinə məktub yazaraq 

"neft  kəşfiyyatı  işində  kəndlərin  sakinlərinin  yaratdığı  maneələrə  qarşı  özündən  asılı  olan  tədbirləri  görməyi" 

xahiş  etdi.  Qafqaz  canişininin  sərəncamına  əsasən,  Şuranın  üzvü  N.F.Cunkovski  Bakı  şəhər  qubernatoru 

Martınova təklif etdi ki, Bakı şəhəri kəndləri əhalisinin bu cür çıxışlarına qarşı ən ciddi tədbirlər görsün. 

Abşeronun neftlə zəngin torpaqlarını çar öz yaxın adamlarına, xüsusilə də əyyanlarına səxavətlə paylayır- 

dı. 1879-cu ildə çar fərmanına əsasən general-leytenant İ.D.Lazarev, knyaz F.Z.Vitrqenşteyn, general-leytenant 

D.M.Staroselski,  general  D.Çavçavadze,  Kutaisinin  sabiq  general-qubernatoru  A.Qaqarinin  arvadı  və  bir  çox 

başqalarına  da  hərraclarsız  torpaq  bağışlanmışdı.  General-mayor  A.P.Şuvalovun  Suraxanıdakı  sahəsi  37,5 

desyatin  olan  neftli  sahələri  icarəyə  verilməsi  barədə  ərizəsinin  üzərində  çarın  dərkənarı  var:  "Göstərilən  sa- 

hələri dərhal qraf Şuvalovun mülkiyyətinə verməli". 

Azərbaycan  tarixi  arxivində  saxlanılan  sənədlər  Abşeronun  və  Azərbaycanın  digər  bölkələrinin 

(Yelizavetpol,  Xıdırzindan  və  s.)  kəndli  torpaqları  fondunun  talan  edilməsini  təsdiqləyir.  1872-73-cü  illərdə 

çarın 1872-ci il 1 fevral tarixli fərmanına əsasən 5325 desyatin kəndli və icma torpağı satılmışdı. 

"Kaspi" qəzeti 1908-ci il 28 oktyabr tarixli sayındakı "Rasxişenie boqatstva" ("Sərvətin talan edilməsi") 

məqaləsində  ölənin  təbii  sərvətlərinin  işlədilməsi  və  Abşeronun  neftli  torpaqlarının  hərraca  çıxarılmadan 

paylanılması zamanı yol verilən fırıldaqları təsvir edərək istefaya çıxmış Ticarət və sənaye nazirinin, həmçinin 

gizli müşavir Timiryazevin məsuliyyətə cəlb olunmasını tələb edirdi. 

"Baku" qəzetinin 1909-cu il 14 oktyabr tarixli sayındakı "Maxinaçiya s neftlnımi uçastkami" məqaləsində 

oxuyuruq: "Senyavindən və kameryünker Mamontovdan başqa üstəlik pristav köməkçisi Asribekov da hərracsız 

və qanunu pozmaqla neftli sahələr ələ keçirməyə müvəffəq olmuşdur. Sonuncu şəxs 3 nəfərin adından vəsadət 

verir, özü də onlardan biri 3 il öncə vəfat etmişdir". 

Xüsusilə  1907—1908-ci  illərdə,  Abşeronun  neftlə  zəngin  torpaqlarının  sürətlə  talan  edilməsi  və  kəndli- 

lərin  narazılığı  barədə  belə  məqalələrlə  Peterburq,  Moskva,  Bakı  və  Tiflisdə  çıxan  "Reç",  "Qolos  Moskvı", 

"Nova Rus", "Zakavkazska reç" və s. qəzetləri də çıxış edirdilər. 

Neft  sənayeçiləri  qurultayı  Şurasının  bir  sənədindən  görünür  ki,  Abşeronun  əsas  neft  rayonlarında  (Ba- 

laxanı, Sabunçu, Ramana, Zabrat) XIX yüzilliyin sonlarında neftlə və Azərbaycanın sənayesinin digər sahələri 

ilə əlaqəsi olan 67467 adam yaşayırdı. Bu əhalinin 83%-ə yaxını Bakıya pul qazanmaq üçün köçmüş və mədən 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə