Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

17 

 

nəbi tacirlər, almanlar və başqaları özləri öz işlərini görür, işlərini lazımi qaydada aparır və yaxşı pul qazanırlar. 



Fikrimcə,  Batum,  yaxud  Potiya  neft  kəməri  çəkilsə,  ingilis  tacirləri  üçün  yaxşı  bir  yol  açılar.  Batumda  neft 

anbarları tikməklə yaxşı gəlir verən bir işə başlamaq, emal müəssisələrindən məhsul almaq olar. Məncə, Bakıda 

ingilis  şirkəti  yaradıb  neft  emal  etməyə  dəyməz,  çünki  orada  onsuz  da  emal  müəssisələri  həddindən  artıq 

çoxdur. Biznesin tərəqqisi üçün emal müəssisələrinin Qara dəniz sahilinə köçürülməsi lazımdır". 

Neft kəmərinin praktik üstünlükləri olsa da, istehsalçıları buna tələsmirdilər. Lakin elə bu vaxt Batuma və 

İran körfəzinə neft kəmərlərinin çəkilişi ideyası ortaya atıldı. 

1886-cı  ilin  ortalarınadək  hökumət  belə  təkliflərin  əleyhinə  çıxırdı,  çünki  boru  kəməri  onun 

sərmayəçilərinə divident təminatı verməli idi, bir də ki, digər nəqliyyat növləri arasında rəqabətə son qoyulurdu. 

Layihəni irəli sürənlər sübut edirdilər ki, boru kəməri neftin nəqlində inhisar yaratsa belə, yenə də onun böyük 

əhəmiyyəti var. Buna görə də hökumət təklifin diqqətlə öyrənilməsi və razılığa gəlinməsi üçün bir komissiya ya- 

ratdı. Burada yeni bir məsələ ortaya çıxdı — boru kəməri xam, yaxud emal olunmuş neft üçün çəkilsin. Nəti- 

çədə  məsələ  yenidən  öyrənilməyə  başlandı.  Əsas  neftayırma  zavodlarının  sahibləri  buna  heç  razı  olmurdular, 

çünki xam neftin nəqli Batumda yeni bir neftayırma mərkəzinin yaranması demək idi. Kəmərin inşası başlayana 

qədər bir müddət keçdi. Nəzərdə tutulmuş kəmərin birinci — Mixalkovo-Batum hissəsinin çəkilişi yalnız 1900-

cü ilin iyulunda başlandı, qalan hissəsi isə ancaq ilin sonunda işə düşdü. 

Neftin  müştərisi  çox  idi,  lakin  dəmir  yol  şirkətinin  bunun  üçün  kifayət  qədər  sisterni  yox  idi.  Sistern 

çatışmazlığı və Suram keçidinə qoyulmuş məhdudiyyət neft ticarətinin sərbəst və tam inkişafına mane olurdu. 

1887-ci ildə hökumət bu maneələri aradan qaldırmaq üçün bir təklif irəli sürdü. Onun mahiyyəti bundan ibarət 

idi  ki,  neft  ixrac  edənlərə  icazə  verilirdi  ki,  neft  boru  kəmərinin  bu  başından  o  başına  nasos  ilə  vurulsun.  O 

başdan isə sisternlərə doldurub Batuma yola salınsın. 

Sistern şirkəti sisternlərin lazımi qədər hazırlanıb verilməsindən inadkarlıqla imtina edirdi. Buna görə də 

1888-ci  ildə  hökumət  neftayıranlara  icazə  verdi  ki,  bu  işin  təşkili  ilə  özləri  məşğul  olsunlar.  İri  neftayırma 

müəssisələrinin  sahibləri  bundan  dərhal  istifadə  etdilər.  Təkcə  Nobel  qardaşları  özləri  üçün  465  sistern 

düzəltdirdilər. 

Bütün bunlar Suram keçidində nəqliyyatın ümidsiz bir vəziyyətdə gərginləşməsi ilə nəticələndi. Bundan 

sonra  hökumət  neftayıranlara  Qafqazın  Bakı  istiqamətində  Batumdan  75  mil  aralıda  yerləşən  Karşlla 

stansiyasına qədər boru kəməri çəkdirmələrinə icazə verdi. 

1886-cı  ildə  Bakıda  birinci  sindikat  yarandı.  Bu  ideyanın  təşəbbüsçüləri  Nobel  qardaşları  idi.  Sindikata 

Hacı Zeynalabdin Tağıyevin və Arafelovun şirkətləri, eləcə də Kaspi şirkəti, Batum neft konsernləri daxil idi. 

Batum  neft  konserni  əsasən  Rotşildin  əlində  idi.  Sindikatda  Nobel  qardaşları  ağalıq  edirdilər.  1888-ci  ildə 

hökumət  belə  fikirləşirdi  ki,  neft  sənayesi  kifayət  qədər  inkişaf  etdiyindən  daxili  istehlak  üçün  kerosinin  hər 

puduna  qırx  qəpik  vergi  qoymağın  vaxtı  çatmışdır.  Bu  vergi  1892-ci  il  artırılıb  hər  pud  üçün  altmış  qəpiyə 

çatdırıldı. 

1888-ci  ilə  qədər  neft  mədənlərində,  neft  emalı  müəssisələrində  istehsalın,  boru  kəmərləri  sisteminin 

inkişafı,  məhsul  ixracatı  haqqında  məlumatlar  sadəcə  olaraq  proqnoz  və  ayrı-ayrı  şəxslərin  verdiyi 

hesablamalardan ibarət idi. 1889-cu ildə Neft İstehsalçıları Assosiasiyasının statistika bürosu yaradıldı. Həmin 

ildən də neft sənayesinin durmadan inkişaf etməsini statistik rəqəmlərdən izləyə bilərik. Eyni zamanda borunun 

göstəricilərinə  nəzər  salanda  neftçıxarma  mərkəzinin  tədricən  Balaxanı  və  Sabunçunun  qərb  hissəsindən 

Ramanaya doğru hərəkət etdiyini, Nobel qardaşlarının dərin qazma üsulunun tətbiqi ilə Bibiheybət və Ramana 

mədənlərinin yüksək sürətlə irəlilədiyinin şahidi olarıq. 

Bu  dövrdə  üç  qazma  sistemindən  istifadə  olunurdu.  Bunlardan  ən  çox  tətbiq  olunanı  və  müsbət  nəticə 

verəni  ştanq  qazma  üsulu  idi.  Həmin  üsul  qazmaçılar  yüksək  peşə  qabiliyyətinə  malik  olmadığı  halda  daha 

sərfəli  idi.  Bakı  mədənlərindəki  quyuların  əksəriyyətində  bu  üsuldan  istifadə  etməyə  başladılar.  Nəzərdə 

tutulmuş vaxt ərzində bu  qayda ilə çox iş görmək  mümkün idi. Ancaq  mövcud  sistem qazmaçılardan yüksək 

bacarıq və ustalıq tələb edirdi. Belə deyirdilər ki, Amerika qazmaçıları gün ərzində digər əcnəbilərdən daha çox 

qazma  işi  görürdülər.  Ancaq  onlar  çox  vaxt  tələsdiklərindən  qazma  alətlərini  itirirdilər.  Lakin  o  qədər  də 

cəldlikləri  ilə  fərqlənməyən  İsveç,  Danimarka,  Almaniya  qazmaçıları  belə  hallarda  gün  ərzində  daha  çox  iş 

görürdülər. 

Üçüncü qazma üsulundan Bakıda ancaq Nobel qardaşları istifadə edirdilər. Bu üsul fauvel, yaxud su ilə 

qazma üsulu kimi tanınırdı. Deyilən qayda ştanqla qazma üsuluna müəyyən qədər bənzəyirdi, lakin burada ştanq 

əvəzinə  borunun  özünün  uzunluğundan  istifadə  olunurdu.  Su  nasosla  boruya  hər  kvadrat  düymə  50"  təzyiqlə 

vurulurdu.  Möhkəmləndirmə  kiçik  diametrli  borularla  həyata  keçirilirdi.  Qazma  ştanq  üsulu  ilə  olduğu  kimi 

aparılırdı, ancaq quyuya enən borunun içinə su böyük təzyiqlə vurulurdu. Su qazma zamanı çıxan bütün torpağı, 

gili və s. təmizləyib çıxarırdı. Nobel qardaşları bu üsulla Balaxanıda dörd dərin quyu, Zığda isə bir sınaq quyusu 

qazdılar.  Polkovnik  Stüart  Zığdakı  bu  quyuya  baxmağa  gələndə  dərinlik  1946  futa  çatmışdı,  ancaq  qazma 

davam  edirdi.  Hər  dəfə  iki  fut  qazandan  sonra,  qazmaçılar  gözləyirdilər  ki,  su  quyunun  dibini  təmizləyib 

çıxarsın. Burada qazma ustası işləyən bir fin deyir ki, dayaz quyularda bu üsulla kanat o qədər sürətlə işləyə 

bilməməsinə  baxmayaraq,  fauvel  sistemi  dərin  quyular  üçün  əvəzsiz  idi.  Bunun  üçün  ancaq  kiçik  qazma 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə