Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə10/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

15 

 

882  50 



12,6 

0,3 


12,6 

1,6 


27,3 

54,6 


883  60 

14,2 


1,2 

12,2 


1,9 

29,5 


49,2 

884  89 


21,7 

1,4 


28,5 

2,5 


54,1 

60,8 


885  115 

27,4 


1,6 

35,6 


2,8 

67,4 


58,6 

886  123 

32,4 

0,8 


35,7 

3,0 


71,9 

58,5 


887  155 

44,0 


2,3 

41,5 


3,4 

91,2 


58,8 

888  182 

50,0 

2,6 


58,5 

3,8 


114,9  63,1 

889  192 

61,1 

3,4 


88,6 

4,2 


157,3  81,9 

890  226 

67,8 

4,6 


97,1 

6,8 


176,3  78,0 

 

İkinci müzakirə 1882-ci ilin martında, bir günə keçirildi. Həmin vaxt çar II Aleksandr qətlə yetirildiyin- 



dən müzakirəyə son qoyuldu. Bundan sonra Raqozini dəstəkləyən olmadığından, məsələ əvvəlki kimi qaldı. 

Şübhəsiz ki, Bakıda sənayenin inkişafı dövründə tez-tez durğunluq halları da olurdu. Hətta bəzən əvvəlcə- 

dən açıq və qəti şəkildə bildirilirdi ki, sənaye dağılmaq üzrədir, lakin hər ilin sonunda məlum olurdu ki, sənaye 

irəliləməkdə  davam  edir  və  əvvəlcədən  deyilmiş  bəd  xəbərlərin  yalanlığı  üzə  çıxırdı.  Məlum  həqiqətdir  ki, 

böyük şirkətlərin inkişafı kiçik şirkətlərin məhvi ilə nəticələnir. Bu məsələ Bakıda da müstəsnalıq təşkil etmirdi. 

1880-ci  ildə  Bakı  yaxınlığında  195  neft  emalı  müəssisəsi  var  idi.  Bunlardan  ancaq  dördü  iri  müəssisə  idi 

(bunlardan ikisi Mirzəyevə, biri Bakı neft şirkətinə, biri də Sarkisova məxsus idi). 1885-ci ilin sonunda onların 

sayı  136-ya  enmiş  və  ancaq  100-ü  işləyirdi.  İldə  5000000  puddan  çox  kerosin  istehsal  edən  iri  zavodlardan 

ancaq 12-si, 100000-500000 pud istehsal edənlərdən 15-i, 1000000 puddan aşağı istehsal gücü olanlardan 109-u 

qalmışdı.  Həmin  109  müəssisə  əsasən  iranlıların  kiçik  və  köhnə  müəssisələrindən  ibarət  idi.  Hər  birinin  bir, 

yaxud iki distilyatoru olan zavodlar ildə ancaq bir neçə ay işləyirdilər. Altı ən iri zavod isə aşağıdakılar idi: 

 

Cədvəl 2 

 

Müəssisə sahibləri 



Kerosin tutumu 

(hər biri 10 ton 

olan sisternlərin sayı) 

Nobel qardaşları Kaspi 

 

şirkəti 


22.200 

(De Boer, menecer) 

 

Batumi neft şirkəti 



5.160 

Palaşkovski və şirkəti 

4.680 

Tağıyev və Sarkisov 



3.300 

Bakı neft şirkəti 

2.500 

Şibayev və şirkəti 



1.700 

 

Gəmiyə qoyulan 43.000 sisterndən 17.100-ü Nobel qardaşlarının idi. Onlar fəaliyyətə başlayandan 6.700-



dən ancaq 10-u onlara məxsus idi. 

Qara  şəhərdən  şərqdə  yerləşən  Ağ  şəhər  bu  dövr  ərzində  böyümüş,  sanitariya  qaydaları  və  təmizlik 

baxımından sahmana salınmışdı. Bakının bir neçə ən yaxşı neftayırma zavodu, məsələn Şibayev, Palaşkovski, 

Oelrix  və  Bulfroyun  müəssisələri,  ən  böyük  sulfat  turşusu  zavodu  burada  yerləşirdi.  Sulfat turşusu çox  böyük 

həcmdə İrandan gətirilirdi. 

1880-ci  ildə  Bakıda  143  neft emalı  müəssisəsi (o  cümlədən  15  iri  zavod  daxil olmaqla)  vardı,  onlardan 

yalnız 197-si işləyirdi. Bu müəssisələr 73.676.000 pud kerosin istehsal edirdi. 

Neftçıxarma  və  neftayırma  sənayesi  ilə  bərabər  neft  kəmərləri  sistemi,  neftin  nəqli,  qazma  üsulları  və 

sənayenin təşkilində inkişaf nəzərə çarpırdı. 1884-cü ildə neft mədənlərini emal müəssisələri ilə birləşdirən altı 

neft kəməri üç ildən də az müddət içərisində inkişaf edib on beşə, ümumi uzunluğu isə yüz milə çatmışdı. 

1886-cı  ildə  Xəzər  dənizində  neft  daşıyan  iyirmi  doqquz  tanker  var  idi  ki,  bundan  on  biri  Nobel 

qardaşlarına  məxsus  idi.  Onlar  bir  dəfəyə  985.000  pud  neft  daşıyır  və  Bakı  ilə  Volqa  arasında  yeddi  aylıq 

naviqasiya dövründə 28-30 səfər edirdi. 

1889-cu ildə gəmi ilə neft daşınması aşağıdakı kimi artmışdı: 

 

Cədvəl 3 

 

 



Sayı 

Minimum 


çəkisi,tonla 

Maksimum 

çəkisi,tonla 

Cəmi 



16 

 

Tankerlər 



50 

215 


1.129 

31.774 


Gəmi heyəti 

297 


96.034 



Tikilməkdə 

olan 


tankerlər 

11 


532 

1.209 


8.613 

 

1890-cı  ildə  tankerlərin  sayı  54-ə  çatmışdı,  onların  ümumi  tutumu  1.570.000  fut



3

  idi.  Neftin  Xəzər 

dənizində tankerlərlə nəqli 1880-ci ildə 15.000.000 pud idisə, 1890-cı ildə bu rəqəm 118.600.000 puda çatmışdı. 

Qəribə olsa da demək lazımdır ki, mümkün hasilatın lap bir hissəsinə tələbat olduğu, Bakı göllərində nef- 

tin  yandırıldığı,  quyuların  ağzı  bağlı  qaldığı  halda,  Rusiyanın  bir  çox  yerlərində  Amerika  neftini,  yaxud  Ra- 

qozinin  neftayırma  zavodunun  məhsulunu  Bakı  neftindən  ucuz  qiymətə  alırdılar.  Bundan  da  qəribəsi  odur  ki, 

Zaqafqaziya dəmir yolunun yenicə açılmış Bakı-Tiflis bölməsi lampa neftini 8.000 mil uzaqda olan Amerikadan 

alırdı. Halbuki Tiflisdən 341 mil aralı olan Bakıda isə neft seli hədər yerə axıb gedirdi. 

Sankt-Peterburq 1883-cü ildə Bakı neftinin ucuz qiymətə olmasına baxmayaraq, hələ də Amerika neftinə 

üstünlük verirdi (Amerika neftinin bir pudu 2,40 qəpik, Bakı neftinin bir pudu 1,30 qəpik idi). Səksəninci il- 

lərin əvvəllərində Rusiyanın qərb və cənub bölgələrində də Amerika nefti üstünlük təşkil edirdi. Ancaq Volqa 

çayı bölgəsində Bakının neft məhsullarının həddindən çox yığılıb qalması tədricən istehlakçıları özünə cəlb etdi. 

Burada  Odessa  vasitəsilə  Rusiya  bazarına  daxil  olan  Amerika  neftinin  idxalını  azaltdı.  Bu  təzə  yaranmış 

bazarların  yaradıcıları  Odessa  və  Kiyev  yəhudiləri  idilər.  Onlar  məhsulun  keyfiyyətinə  fikir  vermirdilər,  əsas 

məsələ malın ucuzluğu idi. Bu da bir sıra emal müəssisələrinə imkan verirdi ki, ən aşağı keyfiyyətli məhsulları 

bazara  çıxartsınlar.  Hətta  benzinə  solyar  yağı  qatıb  satırdılar.  Bu  hal  o  qədər  davam  etdi  ki,  axırda  hökumət 

1886-cı ildə alışma həddi 28"S-dən aşağı olan lampa neftinin satışını qadağan etdi. 

Zaqafqaziya dəmir yolunun Bakı-Tiflis bölməsinin çəkilişi uzanırdı. Nəhayət, məlum oldu ki, dəmir yolu- 

nu çəkmək üçün icazə almış Palaşkovski və Bunj böyük maliyyə çətinliyi ilə rastlaşmış və müflisləşmişlər. Bu 

iki nəfər həm də neftin çıxarılması və emalı ilə də məşğul idilər. 

Belə  bir  vəziyyət  Rotşildlərin  Bakıya  gəlməsinə  şərait  yaratdı.  Milyonların  sahibi  olan  Rotşildlər  bir 

müddət idi ki, Şimali Qafqazda neft sənayesi ilə məşğul idilər və Avropada kifayət qədər böyük neftayırma za- 

vodu  tikdirib  lampa  nefti  istehsal  edirdilər.  Onlar  1883-cü  ildə  Batumda  Xəzər  —  Qara  dəniz  şirkətini  qey- 

diyyatdan  keçirdilər.  Şirkətin  nizamnamə  kapitalı  600.000  funt-sterlinq,  məqsədi  isə  Bakı  neftinin  istehsalı, 

emalı və satışı idi. Zaqafqaziya dəmir yolunu çəkdirənlər Rotşildlərə müraciət edib maliyyə  köməyi istədilər. 

Rotşildlər Batum şirkətinə məxsus neft mədənlərini və neftayırma zavodunu girov götürüb qısa bir müddətdə 

2.000.000  funt-sterlinqdən  artıq  bir  məbləği  verdilər.  Digər  neft  istehsalçılarına  və  emalçılarına  gəldikdə  isə 

Rotşildlərin Bakıya dönmələri onlar üçün lap vaxtında oldu. Əgər Rotşildlər bu məqamda Bakıya gəlməsəydilər, 

bu  istehsalçı  və  emalçılar  Nobel  qardaşlarının  mühəndis  işi  və  maliyyə  vəsaiti  ilə  rəqabətə  davam  gətirə 

bilməyəcəkdilər. Rotşildlər kerosini çox asanlıqla alır və əksər hallarda pulunu qabaqcadan ödəyirdilər. Bununla 

onlar özlərindən asılı etdikləri istehsalçıları bir çox böhranlardan sürüyüb çıxartdılar. 

Zaqafqaziya dəmir yolunun tikintisi, nəhayət, 1883-cü ilin aprelində başa çatdı və may ayında işə düşdü. 

Bundan əvvəl Bakı nefti Avropaya çox cüzi miqdarda gedib çıxa bilirdi. Təəccüblü deyildi ki, bu neft Baltik də- 

nizində  tankerlərə  doldurulana  qədər  çox  uzun  məsafədə  su  və  quru  yolu  qət  etməli  idi.  Zaqafqaziya  dəmir 

yolunun tikilişi bu məsafəni azaldıb 560 milə endirdi və qısa yolla Bakı neftini Avropa istehsalçısına yaxın bir 

məsafəyə çatdırdı. Lakin bununla belə hələlik dəmir yolu ilə neftin daşınma haqqı da ucuz deyildi — 560 mil 

məsafəyə bir ton 20 şillinqə daşınırdı. Bu isə dəmir yolunun inşası işlərini o qədər də yaxşılaşdırmadı. Həmin 

dövrdə  çəkilmiş  bütün  dəmir  yollarında  olduğu  kimi,  burada  da  hökumət  səhmdarlara  əldə  olunacaq  gəlirdən 

sabit  bir  faiz  veriləcəyinə təminat  yaratmışdı.  Buna  görə  də  onlar  dəmir  yolunun  çəkilişinə  maya  qoysalar  da, 

sonralar  onun  inkişafı  üçün  narahatçılıq  keçirmirdilər.  Bu  zaman  Rusiya  dəmir  yol  xətlərində  Nobel 

qardaşlarının 1.500 sistern neft və neft məhsulları daşıdığı halda, Zaqafqaziya dəmir yolunda ancaq bir neçə yüz 

sistern var idi. Bundan əlavə Suram keçidində qatarların hərəkətinə də məhdudiyyət qoyulmuşdu. 

1886-cı  ildə  neft  sənayesi  sahibkarlarının  III  konfransında  London  Palatası  və  Neft  Assosiasiyası  adın- 

dan iştirak edən polkovnik Stüart yazırdı: "Nə Bakıda, nə də Batumda ingilis şirkəti yoxdur. Potidə yalnız bir 

ingilis şirkəti var ki, o da əsasən şümşad ağacı, qarğıdalı, manqan və digər yerli materialların istehsalı və emalı 

ilə  məşğuldur.  Bu  sahədə  işlər  yaxşı  gedir,  ancaq  neft  işi  ilə  məşğul  olan  ingilis  şirkəti  yoxdur.  Bakıda  neft 

emalçıları  və  istehsalçılarının  əksəriyyəti  iflasa  uğramaq  həddindədir.  Ancaq  bunlar  o  demək  deyil  ki,  orada 

yaxşı iş yapmaq olmaz. Dünyada hər hansı bir iş Bakıdakı sistem üzrə, yaxud olduğu kimi tam əksinə aparılsa, 

onda müflisləşməkdən yan keçmək qeyri-mümkündür. Bakıdakı şirkətlərin başçılarından demək olar ki, hamısı 

iş adamı deyil. Onlar çox vaxt burada olmurlar, əgər orada tapılsalar belə deyə bilməzlər ki, işlərinin vəziyyəti 

necədir,  gəlirəmi,  ziyanamı  işləyirlər?!  İşlərini  menecerlərinə  tapşırıblar.  Fəaliyyətləri  ancaq  pullar  lazımi 

qaydada  və  vaxtında  köçürülmədikdə  yoxlanılır  və  nöqsan  olduqda  işdən  birdəfəlik  çıxarılırlar.  Bakıda  bir  iri 

şirkət tanıyıram ki, iki il ərzində menecerini yeddi dəfə dəyişib. Şirkətlərin ofisləri ancaq səhər saat 8.30-dan 12-

dək, günortadan sonra da iki saata yaxın açıq olur. Qalan vaxtı kart oynayırlar. Hər yerdə biabırçı israfçılıq, hələ 

ehtikarlıq bir yana qalsın, baş alıb gedir. Belə bir şəraitdə mənfəətin əldə edilməsi özü təəccüb doğurur. Bəzi əc- 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə