Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə9/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

13 

 

dünyagörmüş  şəxs  kimi  aparırdılar.  Mədəndə  işləmək  bir  növ  onlar  üçün  mədəniyyətə,  biliyə  sahib  olmaq 



demək idi. 

Onlar  var  qüvvələri  ilə  işləyirdilər  ki,  kəndlərinə  qayıdanda  qazandıqları  və  qənaət  etdikləri  pulla 

nişanlanıb evlənsinlər. 

Şəhərlə  neft  mədənləri  arasında  orda-burda  kiçik  yaşayış  yerləri  salınmışdı,  onlarda  oğrular,  avara  və 

sərsərilər, təsnifatı mümkün olmayan daha çox insan qrupları yaşayırdı. Bu yerlərdə baş verənlər sanki heç kəsi 

maraqlandırmırdı. Heç kəsin ağlına gəlmirdi ki, bu nəm, palçıqlı xarabalıqlar içərisində naməlum şəxslər mətbəə 

yaradaraq, orada qəzet çap edirlər. Bu qəzet neft mədənlərindəki şərait, Gürcüstan, Dağıstan, İran və Rusiyadakı 

vəziyyət barədə şəhərdə çıxan iri qəzetlərdən daha yaxşı məlumat verirdi. Mətbəənin yanında balaca bir oyuqda, 

qəzetin  redaktoru  yaşayırdı.  Qəzetin  adı  "Bakı  fəhləsi"  idi.  Redaktoru  Tiflisdən  bir  gürcü  pinəçinin  oğlu  idi. 

İlahiyyat  fakültəsinin  tələbəsi  olmuş,  Sibirdə  həbsxanadan  qaçmışdı.  Həmin  adam  məşhur  terrorçu  İosif 

Cuqaşvili (gələcəyin İ.V. Stalini) idi. 

1905-ci  ilin  sentyabr-oktyabr  aylarında  Bakıda  yenidən  milli  zəmində  qırğınlar  başlandı.  Ermənilər 

azərbaycanlıları  qırır,  onların  sığınacaq  tapdığı  binaları  yandırır  və  azərbaycanlıların  əli  toxunan  hər  şeyi 

dağıdırdılar.  Sağ  qalanlardan  biri  yazırdı:  "Bu  günlər  yəqin  ki,  Pompeyin  son  günlərini  xatırladırdı.  Lakin 

Pompeydən  daha  dəhşətli  idi,  çünki  oddan  və  tüstüdən  sağ  çıxanlar  tüfəng  və  revolverlərlə  öldürülürdülər. 

Yandırılan  evlərdən  o  qədər  tüstü  qalxırdı  ki,  günorta  saat  2-də  belə  günəş  görsənmirdi.  Bizim  imdadımıza 

regionda baş vermiş dəhşətli zəlzələ çatdı". 

Bakı  xəbərləri  bütün  dünyaya  yayıldı.  İlk  dəfə  düşündülər  ki,  qoyulan  investisiyalar  əbəs  ola  bilər. 

"Standart  oyl"  şirkəti  Amerika  kerosini  üçün  Uzaq  Şərqdə  yeni  bazarlar axtarmağa  başladı.  Rusiyanın  özündə 

neft quyularının 2/3-si dağıdıldı, ixracat kəskin surətdə azaldı. 

1905-ci  il  inqilabı  başa  çatsa  da,  neft  regionu  narahatlıq  içindəydi.  Bakı  neftçilərinin  nümayəndələri 

bolşevik deputatlar kimi Dumaya üzv seçildilər. Nobelin işlər müdiri Batumda küçədə öldürüldü. 1907-ci ildə 

Bakıda yenidən tətillər başladı. Bu tətillərin ümumi tətilə çevrilmək qorxusu vardı. 

 

 




14 

 

AZƏRBAYCAN  NEFT  SƏNAYESĠNĠN  ĠNKĠġAFI 



(1872-1920-ci illər) 

 

Bakı regionu həmişə dünya neft sənayesinin mərkəzlərindən biri olmuşdur. Hələ XVIII əsrin axırlarında 



tətbiq  olunan  əmək  bölgüsü  —  quyuların  qazılması,  neftin  çıxarılması  və  nəqli  neft  hasilatı  sənayesinin 

manifaktura istehsalı keyfiyyətləri kəsb etməsinə doğru aparırdı. 

Təhkimçilik  sisteminin  ləğv  edilməsi  ilə  1872-ci  ildə  manufaktura  sənayesi  fabrik-zavod  istehsalı 

mərhələsinə keçdi. XIX  əsrin 70-90-cı illərində neft sənayesinin intensiv inkişaf dövrü, şəxsi sahibkarlıq erası 

başlandı. Məhz həmin illərdə neft istehsalında sənaye çevrilişi baş verdi —  adi üsulla qazılan quyular, neftin 

sənaye üsulu ilə çıxarıldığı quyularla əvəz edildi. 

Əgər  XIX  əsrin  axırlarında  təbii  qazla  birlikdə  neft  energetikanın  tələbatının  cəmi  3,9%-ini  təmin 

edirdisə,  XX  əsrin  70-ci  illərinin  ortalarına  yaxın  o,  Yer  kürəsinin  energetikasında  həlledici  rol  oynamağa 

başlamışdır (63,2%). Bu dövrdə daş kömürün rolu xeyli azalmışdır (23,5%-ədək). 1900-cü ildən 1904-cü ilədək 

dünya  neft  hasilatı  126  dəfə,  təbii  qaz  hasilatı  197  dəfə,  daş  kömür  hasilatı  isə  təqribən  3  dəfə  artmışdır.  Bu 

faktlar  göstərir  ki,  neft  əsrin  yanacağına  çevrilmişdir.  Onun  dünya  siyasətində  rolu  məhz  bununla  müəyyən 

edilirdi.  Zəngin  neft  regionlarına,  əsas  nəqletmə  yollarına,  yeni  neft  kəmərlərinin  tikintisinə  və  marşrutlarına 

nəzarət məsələləri iri dövlətlərin xarici siyasətində üstün yer tutmuşdur və tutmaqdadır. 

Quyuların mexanizmlə qazılması nəticəsində adi üsulla qazılan quyuların sayı durmadan azalırdı. 1879-cu 

ildə daha belə quyu qazılmırdı. Mədənlərdə buxar maşınlarından getdikcə daha geniş istifadə edilirdi. 1872-ci 

ildə  1,4  milyon  pud  neft  çıxarıldığı  halda,  1894-cü  ildə  neft  hasilatı  340  milyon  puda,  ABŞ-dakı  səviyyəyə 

çatmışdı.  Sonralar  (1901-ci  ilədək)  Bakı  neft  hasilatına  görə  dünyada  birinci  yerə  çıxmışdı.  Lakin  dünya 

bazarında birincilik xammalın həcmi ilə deyil, bu bazarda başlıca məhsul sayılan kerosinin həcmi ilə müəyyən 

edilirdi.  Bu  cəhətdən  üstünlük  Amerika  sənayesinə  məxsus  olaraq  qalırdı.  Bakı  neftayırma  sənayesində 

müvəffəqiyyətlərin  ən  böyük  göstəricisi  burada  istehsal  edilən  kerosinin  xaricə  daşınması  (1883-cü  il)  oldu. 

Amerika kerosini Rusiyanın bazarlarından sıxışdırılıb çıxarıldı. 

Bu minvalla neftin və neft məhsullarının Qara dəniz limanlarına, oradan da Avropa bazarlarına ucuz başa 

gələn  yolla  —  dəmir  yolu  vasitəsi  ilə  daşınmasının  təmin  olunduğundan  istehsalı  genişləndirməyə  meyllər 

artırdı. 1877-ci ildən 1882-ci ilədək olan dövrdə neft hasilatı 11,6 milyon puddan artıb 50 milyon puda çatmışdı 

və ya dörd dəfə çoxalmışdı, neftin və neft məhsullarının daşınması isə 6 milyon puddan artıb 31 milyon puda 

çatmışdır, yəni 5 dəfə çoxalmışdı. 1883-cü ildən 1890-cı ilədək həm neft hasilatını, həm də onun daşınmasının 

səviyyəsi  xeyli  artmışdı.  Hasilat  60,4  milyon  puddan  artıb  603,8  milyon  puda  çatmışdı  və  ya  10  dəfə 

çoxalmışdı; neftin və neft məhsullarının daşınması 34,2 milyon puddan artıb 443,1 milyon puda çatmış və ya 13 

dəfə  çoxalmışdı.  XIX  əsrin  axırlarına  yaxın  neftin  və  neft  məhsullarının  ümumi  daşınmasının  20%-i  dəmir 

yolunun  payına  düşürdü.  Bu  onu  göstərir  ki,  neft  məhsullarının  dəniz  vasitəsi  ilə  daşınması  ucuz  başa 

gəldiyindən Bakı limanında daşınmaların həcmi xeyli artmışdı. 

1873-1880-ci  illərdə  Bakı  neft  sənayesi  nə  qədər  tərəqqi  etsə  də,  o  bütün  sahələrdə  1881-1890-cı  illər 

arasındakı inkişaf ilə müqayisə edilə bilməz. Xam və emal olunan neft hasilatı, onun daxili bazara daşınması və 

xarici  ticarət  hətta  1883-cü  ildə  ağlagəlməz  dərəcədə  artmışdı.  Yerli  sahibkarların  və  rusların  narazılıqlarına 

baxmayaraq,  xarici  şirkətlər  özlərini  göstərməkdə  idi.  Əvvəlki  dövrün  son  ipində  neft  hasilatı  25000000  pud 

olduğu  halda,  1881-ci  ildə  bu  rəqəm  4000000  puda  çatmışdı.  Neft  məhsullarının  ixracı  bu  müddət  ərzində 

23400000 puddan 176300000 puda qalxmışdı. Aşağıdakı cədvəl bu dövrdə sənayenin inkişafını göstərir. 

Neft emalı mərkəzinin Bakıda yox, Rusiyanın içərilərində yaradılmasının tərəfdarı olan Raqozin 1881-ci 

ildə maliyyə nazirinə memorandum təqdim edərək xam neftin ixracı üçün vergi qoymaq fikrini irəli sürdü. Mə- 

sələnin yoxlanılması məqsədilə Bunjun sədrliyi ilə komissiya təşkil olundu (bundan bir az sonra Bunj maliyyə 

naziri  təyin  edildi).  Müzakirələrdə  aparıcı  sahibkarlardan  yeddisi,  yaxud  səkkizi  öz  şöbə  müdirləri  ilə,  bir  də 

professorlar  Mendeleyev  və  Lısenko  iştirak  edirdilər.  Raqozin  təklif  edirdi  ki,  hər  pud  ixrac  olunan  xam  neft 

üçün bir rubl vergi qoyulsun, professor Mendeleyevin fikrincə isə 30 qəpik də kifayət idi. İstehsalçılar vergiyə 

qarşı ciddi etiraz etdilər. Kokorev məsələni dərindən öyrənmək üçün vaxt istədi. Müzakirəni saxlamaq ümidilə 

burada  iştirak  edən  sahibkarlar  onun  təklifini  dəstəklədilər.  Birinci  müzakirə  dayandırıldı,  sahibkarlara  vaxt 

verildi ki, öz rəylərini yazılı şəkildə təqdim etsinlər. 

 

Çədvəl 1 

 



Hasilat  Lampa 

nefti 


Sürtkü 

yağları 


mln. 

pudla 


Qalıqlar  Xam 

neft 


Cəmi  İstehsalın 

ixraca 


nisbəti 

880  25 


7,8 

7,0 



0,4 

15,2 


60,8 

881  40 


11,6 

9,3 



2,5 

23,4 


58,5 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə