Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə16/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

25 

 

sahələrində yaşayan gəlmələr idi. Lakin istər yerli, xüsusilə də Rusiya və İranın müxtəlif vilayətlərindən gəlmiş 



fəhlələrin mənzil-məişət şəraiti çox acınacaqlı idi. 

Bakı qubernatoru canişin İ.İ.Vorontsov-Daşkova yazdığı 11 mart 1905-ci il tarixli 23 saylı məktubunda 

bunu etiraf etməyə məcbur olmuşdu: "Fəhlə və qulluqçuların böyük əksəriyyəti — özü də bunların demək olar 

ki,  yarısı  ailəli  adamlardır  —  mədən  ərazisində,  qurğular  olmayan  sahələrdə  darısqal  tikililərdə  yerləşməyə 

məcburdur.  İşçilərin  bir  hissəsi  kazarmalarda  yaşayır.  Bəzən  kiçik  bir  otaqda  hər  iki  cinsdən  olan  10  nəfərə 

yaxın böyük və uşaq qalır". 

Rus yazıçısı A.M.Qorki Bakıda 2 dəfə — 1892 və 1897-ci illərdə olmuş və Sabunçudakı fəhlə kazarmala- 

rına baş çəkdikdən sonra yazmışdı: "... Qarmaqarışıq buruq meşəsi içərisində yerə yapışan, sarımtıl və bom-boz 

yonulmamış daşdan tələm-tələsik tikilmiş alçaq fəhlə qəsəbələri yerləşirdi. Bunlar qədim insan məskəninə çox 

bənzəyirdi.  Mən  heç  vaxt  insan  yaşayan  yerin  ətrafında  bu  qədər  müxtəlif  çirkab  və  tullantı,  sınıq  pəncərə 

şüşələri və mağaraya bənzəyən otaqlarda belə miskin yoxsulluq görməmişəm". 

Təkcə 1907-ci il ərzində Bakıda neft hasilatından 49,9 mln. rubl xalis gəlir əldə etmiş Rusiya hökuməti 

1902-1907-ci illər ərzində 40 min fəhlə üçün bircə yaşayış binası və ya yataqxana, xəstəxana, məktəb, ictimai- 

mədəni tikili inşa etməmişdi. 

Peterburqda  çıxan  "Novaya  raboçaya  qazeta"  mədənlərdə  fəhlələrin  ağır  iş  şəraitini  göstərərək  yazırdı: 

"Azərbaycan kəndləri Sabunçu, Balaxanı, Ramana və Zabrat vaxtilə bir-birindən tarlalar, üzüm bağları ilə ayrı- 

lırdı.  İndi  bu  sahə  minlərlə  quyu  ilə  qazıq-qazıq  edilmiş,  bütün  mədənlərdən  və  yaşayış  evlərindən  axıdılan 

çirkab  sularının  əmələ  gətirdiyi  açıq  arxlarla,  iylənmiş  su  və  neft  çalaları  ilə  dolmuşdur...  Gündüzlər  günəş 

yandırır, səs-küy,  gurultu  eşidilir, gecələr isə üfunətdən nəfəs almaq olmur.  İşini qurtarmısansa, evdə də eyni 

mənzərə ilə qarşılaşacaqsan." 

Bakı  neft  sənayeçilərinin  XXXIV  qurultayında  fəhlə  rayonlarının  nümayəndələri  tələb  edirdilər:  "...  e) 

Mədən sahələrində həqiqi sanitar nəzarəti təsis etmək zəruridir.... Biz hamamsız, içməli susuz, mənzilsiz, yaxşı 

çörək  və  ətsiz  zülm  çəkir, küçə  və  həyətlərdəki çirkab  və  tullantı içində boğuluruq; j)  Neçə  aydan  bəridir ki, 

Balaxanı rayonu fəhlələrinin səyyar həkimi yoxdur və bu da ona görədir ki, şura çox az haqq verir; d) Qara şə- 

hər rayonunda doğum məntəqəsi açmaq lazımdır, çünki zövcələrimizin hamiləlikdən azad olmaları üçün Qara 

və Ağ şəhərlərdə xüsusi yer yoxdur". 

Nəhəng gəlir əldə edən hökumət və neft sənayeçiləri neftçi fəhlələrin balalarının təhsil alması üçün mək- 

təblər açmaq qayğısına qalmırdılar. XIX yüzilliyin sonunadək Bakıda neft sənayeçiləri və dövlət hesabına sax- 

lanılan bircə məktəb belə yox idi. Varlı azərbaycanlıların barmaqla sayıla biləcək sayda uşaqları dini və ya pullu 

məktəblərdə oxuyurdu. Balaxanıda ilk pullu ibtidai məktəb yalnız 1882-ci ildə açılmışdır. Qeyd edək ki, orada 

şərq dillərini körkəmli Azərbaycan şairi M.Ə.Sabir Tahirzadə tədris edirdi. Bakıda ilk qız gimnaziyası (1895) və 

Mərdəkanda sənət məktəbi (1892) öz xərcini ödəmə prinsipi bazasında H.Z.Tağıyevin təşəbbüsü ilə açılmışdı. 

Hakimiyyət  dairələri  və  neft  sənayeçiləri  fəhlələrin  iş  şəraitini  yaxşılaşdırmaq,  əmək  haqqını  artırmaq, 

yaşayış evləri, xəstəxana və ambulatoriyalar, məktəblər, mədəni-maarif məntəqələri, qadın məsləhətxanaları və 

doğum evləri tikmək əvəzinə, fəhlə sinfinin öz siyasi və iqtisadi hüquqları uğrunda arası kəsilməyən çıxışlarını 

qarşısını almaq üçün Bakının neft rayonlarında polis xidmətini gücləndirirdilər. Bakı neft sənayeçiləri qurultayı 

şurasının 1915-çi il üçün hesabatında aşağıdakı xərclər nəzərdə tutulurdu: 

1.

 



Fəhlə qəsəbələri üçün torpağın icarəyə götürülmə- si 1000 rubl; 

2.

 



Neft mədənləri ərazilərinin qurudulması — 30284 rubl; 

3.

 



Polis xərcləri — 593440 rubl; 

4.

 



Kitabxanalar — 220 rubl. 

Qafqaz canişininin təsdiq etdiyi bu smetadan görünür ki, neft rayonlarında polis xidmətinin saxlanılması 

üçün xərclər şuranın ümumi məsrəflərinin 94%-ni təşkil edirmiş. Bundan əlavə hər il şəhər Duması büdcəsinin 

40%-i  (2,4  milyondan  0,94  milyon  rubl)  1906-cı  il  oktyabrın  28-də  çar  fərmanı  ilə  təsis  edilmiş  Bakı  şəhər 

bələdiyyəsinin  saxlanılmasına  sərf  olunurdu.  Şəhərdə  Salyan  alayından  və  2  plastun  batalyonundan  (2400 

sünkü) və 480 sünkü çıxara bilən 3 kazak polkundan ibarət qarnizon da vardı. 

Kapitalizm dövründə Azərbaycan neft sənayesinin tarixini 3 əsas dövrə bölmək olar. 

Birinci dövr — 1873-1898-ci illər. Bu vaxt yaranmaqda olan kapitalist istehsal münasibətləri Azərbaycan 

neft sənayesinin inkişafını sürətləndirdi və o, Amerika neft sənayesinə çatdı. 

İkinci dövr — 1899-1901-ci illər. Azərbaycan neft sənayesi və neft emalı sahəsində birinci yeri tutaraq 

dünyada  neft  hasilatının  yarıdan  çoxunu  təmin  edirdi.  Bu  dövr  neftin  çıxarılma  və  emalı  prosesinin  iri  neft 

maqnatlarının əlində cəmləşməsi və xarici kapitalın Azərbaycan neft sənayesinə daha sürətlə nüfuz etməsi ilə 

səciyyələnir. 

Üçüncü  dövr  —  1902-1920-ci  illər.  Bu  vaxt  əcnəbilərin  neft  mədənlərinin  vəhşicəsinə  istismarı 

nəticəsində  Azərbaycan  neft  sənayesi  Amerika  neft  sənayesindən  geridə  qalmağa  başladı,  ancaq  bununla  belə 

dünya  bazarında  əsas  neft  təchizatçılarından  biri  olaraq  qaldı.  Rus  və  yerli  sahibkarlar  tədricən  Azərbaycanın 

neft və digər sahələrindən sıxışdırılırdı. 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə