Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə30/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

45 

 

əsrin əvvəllərində Bakı ticarət limanı yük dövriyyəsinin həcminə görə Rusiyanın bütün ticarət limanları arasında 



1-ci  yeri  tuturdu.  Yük  daşınmalarında  emal  edilmiş  neft  məhsulları  üstünlük  təşkil  edirdi.  Bu,  iri  neft  sənaye 

şirkətlərinin — "Nobel qardaşları şirkəti"nin, "Xəzər — Qara dəniz cəmiyəti"nin, H.Z.Tağıyevin öz neftdaşıma 

donanmalarının yaratmasını şərtləndirdi. 

1907-ci  ildə  Bakı—Batum  neft  kəmərinin  istismara  verilməsi  Amerika  neft  sənayesi  ilə  uğurlu 

mübarizədə əvəzsiz rol oynadı. 

Bakı neft limanından Qara dəniz sahilindəki Batuma kerosin vurmaq məqsədilə rus mühəndisi və alimi 

V.T.Şukovun  rəhbərliyi  ilə  bu  iki  liman  arasında  860  km-lik  neft  kəməri  çəkilmişdi.  1889-cu  ildə  bu  kəmər 

vasitəsilə xarici bazarlara nasosla neft vurulmağa başlanmışdı. 

Batumu Batum edən Bakı idi. Yarım əsrə yaxşı bir müddətə neft Bakıdan Qafqaz dağlarını aşaraq Batuma 

gəlmiş,  Bakının  nefti  sayəsində  o,  Avropada  tanınmışdı.  Bu  iki  liman  neftin  gəmi  ilə  daşınması  və  neft 

sənayesinin bu sahəsinin inkişafı tarixində mühüm rol oynamışlar. Aşağıdakı rəqəmlər Batumda neft biznesinin 

miqyasını göstərir: 



 

Cədvəl 6 

illər 


pudla 

tonla 


1899 

71202200 

1148422 

1900 


65377000 

1054477 


1901 

77519700 

1250317 

1902 


84234000 

1358613 


1903 

82211500 

1325976 

1904 


79526900 

1282692 


1905 

43666803 

381723 

1906 


40501547 

653251 


 

Batum limanından dənizyanı dövlətlərin gəmiləri və iri tankerlər istifadə edərək, müntəzəm (yaxud qeyri-

müntəzəm)  şəkildə  neft  və  digər  məhsullar  daşıyırdılar.  Bu  limanın  müəyyən  üstünlükləri  olmasına  və  onun 

tikilməsi  üçün  böyük  məbləğdə  pul  sərf  edilməsinə  baxmayaraq,  gəmilərin  adicə  dayanma  yeri  təhlükəsizlik 

baxımından əlverişsiz idi. Belə ki, dənizdə qabarma baş verdikdə buxtada su qalxır və tankerlər üçün təhlükə 

yaradırdı. Təhlükəni aradan qaldırmaq məqsədilə limanın yenidən qurulması üçün layihələr işlənib hazırlandısa 

da, ancaq qəbul edilmədi. Çünki limanın müdiriyyəti belə hesab etdi ki, layihənin xərci bir neçə milyon rubla 

başa gəldiyindən məqsədə uyqun deyil. Belə hesab olundu ki, limandan gələn gəlir kifayət qədər olmadığından, 

çəkilən xərclər özünü doğrultmayacaqdır. 

Kerosin daşıyan tankerlər üçün yüklənmə yeri dalğaqıranın içində idi. Bütün nasos stansiyalarından boru 

kəmərləri  bu  dalğaqırana  gəlib  çıxırdı  və  hamısı  dörd  ayrı-ayrı  yüklənmə  körpüsündə  qurtarırdı.  Burda  eyni 

zamanda dörd gəmi yüklənə bilirdi. Çəllək və konteyner daşınarkən isə dalğaqıranın içərisində eyni vaxtda altı 

gəminin yük götürməsi mümkün idi. 

1903-cü ildə 241 tanker 642194 ton qeyri-neft məhsulları daşımışdısa, 157 gəmi də 318871 ton xam neft 

daşımışdı. 1903-cü ildə limana 5226 gəmi daxil olmuşdu, Sahilyanı ticarət gəmilərinin sayı isə 723 paroxod və 

1763 yelkənli gəmidən ibarət idi. 

Bizim fikrimizcə, dünyada elə bir qeydalma sənədi qalmayıb ki, neft daşıyan gəmilərin sayını müəyyən- 

ləşdirə  bilsin,  yəni  gəmilərin  adını,  yükdaşıma  gücünü,  gəmi  həyəti  haqqında  məlumatı,  Rusiyaya  hansı 

dövlətlərin  bayrağı  altında  üzdüyünü  göstərsin.  Neftdaşıyan  gəmilər  sayına  və  yükdaşıma  qabiliyyətinə  görə 

böyük  bir  donanma  təşkil  edirdi.  həm  neft  istehsalı,  həm  də  istehlakı  ilə  bağlı  fəaliyyət  sahələrinin  sürətlə 

artması,  gəmiçinin  maliyyə  və  naviqasiya  baxımından  böyük  sərmayəyə  malik  olması,  neft  sənayesinin 

özünəməxsus tələblərinə həddindən tez bir müddətdə uyğunlaşması dünya ticarətinin ən böyük uğurlarından idi. 

1891-ci  ildə  "Markus  Semyuel  və  şirkəti"  Bakı  neftinin  qablaşdırılmadan  Uzaq  Şərq  ölkələrinə  nəqli 

sistemini  genişləndirmək  planını  ortaya  atdı.  Bu  planı  həyata  keçirmək  üçün  Leyn  və  Makendru  Markus 

Semyuel və Rotşildin şirkətləri ilə müqavilə bağlayıb, lazımi qədər neft təchizatına təminat verdilər və bu yolla 

Bakı  neftinin  qablaşdırılmadan  şərqə  ixracı  inkişaf  etməyə  başladı.  1891-ci  ildə  Bakı  neftinin  Uzaq  Şərq 

ölkələrinə qablaşdırılmadan ixracı, dördkünc metal qablarda ixrac olunanlar da əlavə olunmaqla, 9.000.000 qaba 

çatdı. 


1904-cü  ildə İngiltərəyə qablaşdırılmadan Batumdan — 13.304.835 pud, Novorossiyskdən — 5.456.087 

pud həcmində təmizlənmiş Bakı nefti göndərilmişdi. 

1905-ci  ilin birinci yarısında Bakıdan təmizlənmiş və qablaşdırılmadan Böyük Britaniyaya göndərilən 

neft  aşağıdakı  miqdarda  olmuşdu:  Batumdan  —  2.455.334  pud,  Novorossiyskdən  —  2.604.272  pud,  1906-cı 

ildə isə müvafiq olaraq 8.093.655 və 3.217.487 pud. 



46 

 

Bütün  Avropa  və  İngiltərə  bazarlarında  neft  barrellə  satılırdı.  Hamburq  və  Bremendə  isə  bu  qaydadan 



istifadə olunmurdu. Bazar qiymətləri aşağıdakı kimi idi: 

İngiltərədə 1 qallon — penslə, Almaniyada 50 kq — marka ilə, Fransa, Belçika, İspaniyada 100 kq — 

frankla, İtaliyada 100 kq — lirə ilə, Avstriyada 100 kq — Avstriya quldeni ilə satılırdı. 

Bakı  neftayırma  zavodlarının  yeganə  narahatçılıq  mənbəyi  qablaşdırılmadan  satılan  neftin  Batumdan 

gəmi ilə (FOB), Bakıdan isə dəmir yolu ilə daşınma (FOR) qiymətləri idi. Ona görə də Bakı qiymətlərinin xarici 

qiymətlərlə ekvivalentini tapmaq məqsədilə neftin bir pudu üçün qəpiklə qiymətdən aşağıdakılar çıxılmalı idi: 

a) 

Batuma  qədər  nəqliyyat  xərci  (hər  pud  üçün  19  qəpik),  liman  və  gəminin  dayanma  xərci  (hər  pud 



üçün təxminən 3 qəpik); 

b) 


Batumdan son məntəqəyədək nəqliyyat, sığorta və baş verə biləcək sızıntı xərci. Yük həmişə brutqo 

ilə, hər ton üçün 1 şillinq hesablanırdı. 1 funt - sterlinqin orta mübadilə kursu 940 qəpik idi. Beləliklə hər pud 

üçün 0,7577 qəpik alınırdı. Neftin qablaşdırılmadan gəmi ilə daşınması üçün ümumiyyətlə üç qiymət vardı. Ən 

yüksək  daşınma  haqqı  İngiltərə  və  Almaniyanın  okeana  çıxan  limanlarında,  nisbətən  ucuzu  Fransanın 

limanlarında, lap ucuzu isə İtaliya və Fransanın Aralıq dənizi limanlarında idi. 

Bir qayda olaraq gəmi sığortası yükün dəyərinin 1/2%-inə bərabər idi, sızıntı vasitəsilə itki adətən 1%-lə 

hesablanırdı. 

v)  Qiymətlər  çəlləklər  doldurulmuş  neft  üçün  hesablandıqda,  onda  bura  gəminin  dayanma,  nefti 

qəbuletmə,  gəmidə  çəlləklərin  tərpənməməsi  üçün  onların  bağlanması,  çəlləyin  üstünə  etiget  yapışdırılması, 

üstünün  rənglənməsi,  çəlləyin  doldurulması  və  bağlanması,  taraya  görə  çəkinin  itkisinə  əlavə  azalma  (yerli 

istifadəyə  görə),  komission  haqqı,  nağd  ödəmə  zamanı  güzəşt,  kapitala  görə  faiz  daxil  edilirdi.  Bütün  bunlar 

hamısı birlikdə yuvarlaq şəkildə hər pud yük üçün 11 qəpik edirdi. 

Taraşsız neftin daşınmasından söhbət gedəndə qiyməti təşkil edən əvvəl dediyimiz elementlərdən bəziləri 

çıxılırdı, onda hər pud neftin daşınma haqqı yuvarlaq şəkildə 5 qəpiyə enirdi. 

q)  Boş çəlləklərin qiyməti. Bu haqda heç yerdə deyilmir, ancaq hər pud üçün 24 qəpikdən 25,05 qəpiyə 

qədər hesablanırdı. 

d) 

Amerika  və  Bakı  neftinin  qiymətləri  arasındakı  fərq.  Neftin  daşınması  zamanı  gəmilər  arasında 



rəqabət olmadıqda Bakı ilə London qiymətləri arasında fərq hər pud üçün 2 qəpiyə qalxır. Digər bazarlarda bu 

fərq əksər hallar- da 10 qəpikdən də yuxarı qalxırdı. 



 

 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə