Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə10/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   6   7   8   9   10   11   12   13   ...   102

19 
 
irəliləyiĢ  etmiĢ  (orta  MDB  ölkələrindən  daha  çox,  Qazaxıstanla  eyni  səviyyədə, 
Rusiyadan isə bir qədər çox), ikinci nəsil islahatların həyata keçirilməsində isə orta MDB 
göstəricisindən  daha  çox,  lakin  AB  namizəd,  Qazaxıstan  və  qonĢu  Qafqaz  ölkələri  ilə 
müqayisədə daha az inkiĢaf nümayiĢ etdirmiĢdir. Bununla yanaĢı, Azərbaycan irimiqyaslı 
neft gəlirlərinin idarə olunması məqsədi ilə müvafiq institutların yaradılması üçün çoxlu 
səylər göstərib (orta MDB ölkələrindən dəfələrlə çox). Bu sahədə əsas təĢəbbüslərdən biri 
beynəlxalq  diqqəti  cəlb  edən  və  gələcək  neft  gəlirlərinə  hazırlıq  kimi  Neft  Fondunun 
yaradılması  olmuĢdur  (Neft  Fondunun  aktivləri  2008-ci  ilin  sonunda  11.2  mlrd.$  təĢkil 
etmiĢdir).  Neft  Fondu  Hasilat  Sənayesində  ġəffaflıq  TəĢəbbüsündə  Azərbaycanı  təmsil 
edir  və  bu  təĢəbbüsdə  ölkə  lider  oyunçulardan  biridir.  Bu  yaxınlarda  Azərbaycan 
sahibkarlığın idarə olunmasını təkmilləĢdirmiĢdir. Lakin, onun bəhrəsini görmək üçün bir 
qədər vaxt lazımdır. 
6.
 
Hökumətin baxıĢlarının həyata keçirilməsi əsasən plana uyğun olmuĢdur. Lakin, bir 
sıra  vacib  iqtisadi  siqnallar  və  Ģəraitin  dəyiĢməsi  diversifikasiya  və  dayanıqlıq 
məqsədlərinə  çatmaq  üçün  planlara  düzəliĢ  etməyi  tələb  edəcək.  Hökumət,  yuxarıda  qeyd 
olunan nailiyyətləri irimiqyaslı neft gəlirləri hesabına həyata keçirmiĢdir ki, bu da 2003-2006-cı 
illərdən  baĢlayan  neft  qiymətlərinin  artması  və  sonrakı  illərdə  neft  hasilatının  (və  təbii  ki  neft 
qiymətlərinin)  geniĢlənməsi  nəticəsində  mümkün  olmuĢdur.  2004-2008-ci  illər  ərzində  dövlət 
xərcləri  qeyri-neft  ÜDM-in  37  faizindən  2008-ci  ildə  gözlənilən  83.8  faizə  qədər  artmıĢdır 
(2008-ci  ilin  büdcəsinə  əlavələr  nəzərə  alınmaqla).
4
 Azərbaycanın  qeyri-neft  büdcə  kəsirinin 
2008-ci  ildə  qeyri-neft  ÜDM-in  58  faizinə  çatması  gözlənilir.  Əvvəllər  həyata  keçirilən 
siyasətlərin və qeyri-müəyyən ümumi vəziyyətin nəticəsi olaraq aĢağıdakı problemlər yaranıb. 

 
Makroiqtisadi idarəçilik bir qədər çətinləĢib. 2004-2008-ci illər ərzində Azərbaycanın 
qeyri-neft ÜDM-ı əsasən fiskal stimul hesabına orta illik hesabla 12.6 faiz  artım nümayiĢ 
etdirirdi.  Azərbaycanın  sənaye,  tikinti  və  xidmət  sektorlarında  ikirəqəmli  artım  tempi 
qeydə  alınmıĢdır.  Həmin  dövr  ərzində  maaĢlar  üç  dəfə,  məhsuldarlıq  isə  aĢağı  bazadan 
olsa  da  iki  dəfə  artmıĢdır.  Absorbsiyanın  (istehlak  və  investisiya)  sürətli  artımı  2004-
2008-ci illər ərzində qeyri-ticari (burada geniĢ mənada xidmətlər kimi müəyyən olunmuĢ) 
sektorların  orta hesabla 12.6 faiz, ticari (burada daha çox geniĢ mənada kənd təsərrüfatı 
və sənaye, daha az isə tikinti və mədən sənayesi kimi müəyyən olunmuĢ) sektorların isə 
5.9  faiz  artmasına  töhfə  vermiĢdir.  Eyni  zamanda  iqtisadiyyat  ifrat  dərəcədə  qızmağa 
baĢladı.  2007-ci  ilin  sonunda  inflyasiya  19.7  faizə  çatmıĢ  və  2008-ci  ilin  sonunda  isə 
onun  səviyyəsi  15.8  faizə  çatdı(əsasən  büdcənin  dəstəklənməsi  üçün  irimiqyaslı  dollar 
axınları və dollara nisbətən idarə olunan məzənnə rejiminin həyata keçirilməsi hesabına). 
Qlobal böhran gücləndikcə 2008-ci ilin sonunda inflyasiya səviyyəsi azalmağa baĢladı.   

 
Diversifikasiya durğunluqdadır. Azərbaycanın qeyri-neft ixracının qeyri-neft ÜDM-də 
cəkisi 2001-ci ildən 5 faiz artaraq 2005-ci ildə 10 faizə çatmıĢdır. Lakin, 2008-ci ildə bu 
göstərici  8  faizə  qədər  azalmıĢdır.  Artım  əsasən  kənd  təsərrüfatı  və  qida  məhsullarının 
ixracı  hesabına  baĢ  vermiĢdir  (Rusiya  və  Türkiyə  istiqamətində).  2006-2007-ci  illər 
ərzində  Azərbaycanın  qeyri-neft  ixracı  əsasında  hesablanmıĢ  Real  Effektiv  Məzənnə 
(REM)  5  faiz  artmıĢdırsa,  həmin  dövr  ərzində  ticarət  dövriyyəsi  əsasında  hesablanmıĢ 
                                                 
4
 Azərbaycanın  neft  gəlirləri  məhdud  olduğu  üçün  (təxminən  20  illik)  təhlil  qeyri-neft  ÜDM  əsasında  aparılıb.  Bu 
ssenari  ilə  dövlət  xərclərinin  və  digər  müvafiq  göstəricilərin  qiymətləndirilməsi  neft  bumunun  əvvəlində  xüsusilə 
yaxĢı  görünür,  lakin  neft  bumunun  sonunda  göstəricilər  kəskin  pisləĢir.  Həmin  təhlil  ÜDM-ə  nisbətən  aparıldığı 
halda, dövlət xərclərinin həcmi 2008-ci ildə 31 faiz, qeyri-neft büdcə kəsiri isə 20 faiz səviyyəsində gözlənilir. 2008-
ci ildə Azərbaycanın icmal balansının ÜDM-in 24 faizinə, cari hesab balansının isə 36 faizə çatması gözlənilir. 


20 
 
REM  11  faiz  artmıĢdır.  2006-2008-ci  illər  ərzində  ümumi  ticarət  əsasında  hesablanmıĢ 
REM 41 faiz bahalĢmıĢdır ki, bu da qismən Azərbaycanın ticarət tərəfdaĢlarının böhran 
dövründə apardığı devalvasiya siyasətilə bağlıdır. Bununla yanaĢı ölkənin qeyri-neft özəl 
investisiyaları  və  BXĠ-ləri  2005-ci  ildə  pika  çataraq  2008-ci  ildə  2005-ci  ilin  yarısı 
səviyyəsində  olmuĢlar  (qeyri-neft  ÜDM-ə  nisbətdə).  Bu  kimi  vacib  göstəricilərin 
davranıĢında  mənfi  meyllər  və  qeyri-ticari  sektorların  qeyri-neft  ÜDM-də  xüsusi 
çəkisinin  artması  onu  deməyə  əsas  verir  ki,  Azərbaycanın  diversifikasiya  sahəsində 
göstərdiyi səylər kifayət deyil .  

 
Fiskal  dayanıqlıq  təhlükə  altındadır.  Azərbaycanda  geniĢ  iqtisadçılar  auditoriyası 
(QHT,  hökumətdə  fəaliyyət  göstərən  mütəxəssislər,  Bretton-Wood  institutları  və  digər 
donorlar) hesab edir ki, dövlət xərclərinin irimiqyaslı artımının davam etdirilməsi (2006-
2008-ci  illərdə  orta  illik  hesabla  təxminən  64.6  faiz)  nə  dayanıqlıdır,  nə  də  ki, 
məqsədəuyğundur.  Ehtiyatlılıq  nöqteyi-nəzərindən  xərclər  azaldılmalıdır.  Bir  tərəfdən 
Azərbaycanın  neft  gəlirlərinin  məhdud  olduğu,  digər  tərəfdən  isə  ĠƏĠT  ölkələrinin 
təcrübəsi onu deməyə əsas verir ki, uzun müddət baxımından dövlət xərcləri ÜDM-in 40 
faizinə qədər olmalıdır (Azərbaycanda neft bumundan öncə olduğu kimi). 

 
Ġqtisadi artımla bağlı risklər artmaqdadır - xüsusilə qlobal böhranı nəzərə alaraq. 
2010-cu  il  üçün  neft  hasilatının  pik  səviyyəsinə  (450  milyon  barel)  çatmasını  nəzərə 
alaraq  orta  müddət  baxımından  ÜDM-in  artım  tempinin  2011-ci  ildən  sonra  zəifləməsi 
gözlənilir.  2020-ci  ilə  qədər  neft  gəlirlərinin  kifayət  qədər  böyük  olacağına  və  bu 
gəlirlərin  xərclənməsinin  iqtisadiyyat  (xüsusilə  tikinti  və  xidmətlər  sektorları)  üçün 
stimul kimi qalacağına baxmayaraq, Azərbaycanın gələcək inkiĢafı qeyri-neft istehsalı və 
ixracla bağlıdır. Əgər həyata keçirilən siyasətlərdə və institutlarda müvafiq dəyiĢikliklər 
olunsa,  bu  kimi  artımın  potensialı  kifayət  qədər  böyükdür.  Lakin,  Azərbaycan  qlobal 
böhranın  mümkün  uzanmasına  (―V‖  Ģəkillinin  yerinə  ―U‖  Ģəkilli),  2009-2010-cu  illər 
ərzində neft qiymətlərinin aĢağı yaxud xüsusilə qeyri-sabit, Azərbaycanın qeyri-neft ixrac 
bazarlarının isə zəif olmasına hazır olmalıdır.  
7.
 
Əgər  Hökumət  tez  bir  zamanda  infrastrukturun  qurulması  üçün  qısa  müddət 
baxımından inflyasiyanın mövcudluğu və rəqabət qabiliyyətinin zəifləməsinə dözməyə razı 
idisə,  cari  vəziyyət  göstərir  ki,  diversifikasiyanın  həyata  keçirilməsində  gecikmələr  təkcə 
vaxtla  bağlı  deyil.    Diversifikasiyanı  həyata  keçirmək  üçün  bir  sıra  spesifik  islahatların 
sürətləndirilməsinə  ehtiyac  var.  Azərbaycan  hökuməti  neft  qiymətlərinin  yüksək  olmasından 
istifadə  edərək,  ambisioz  proqramı  həyata  keçirməyə  baĢladı.  Gözlənilirdi  ki,  dövlət 
investisiyalarından  qaynaqlanan  orta  müddət  baxımından  məhsuldarlığın  artımı  iqtisadiyyatın 
qısa  müddət  baxımından  çəkdiyi  xərcləri  və  məzənnənin  real  bahalaĢmasının  təsirini 
kompensasiya  edəcək.  Uzun  müddət  baxımından  isə  Hökumət  güman  edirdi  ki,  yeni  nisbi 
qiymətlər,  yeniləĢdirilmiĢ  infrastruktur və  struktur islahatlar ticari və qeyri-ticari sektorlar üçün 
yeni  fəaliyyət  imkanları  açacaq, iqtisadiyyatın diversifikasiyasına və  onun  dayanıqlığının təmin 
olunmasına  xidmət  edəcək.    Son  iki  ilin  təcrübəsi  göstərir  ki,  əksinə  olaraq,  həyata  keçirilən 
dövlət  xərclərinin  və  gözləntilərin  modeli  ola  bilər  ki,  dayanıqlı  olmasın  və  institusional 
islahatların  artım  tempi  və  fokusu  (xüsusilə  diversifikasiya  üçün  baza  yaradan)  qeyri 
müəyyəndir.  Hal-hazırda,  Hökumətin  tənzimləyici  islahatlar  üzrə  səyləri  təmərküzləĢməyib  və 
natamamdır  ki,  bu  da  onların  effektivliyini  azaldır.  Diversifikasiyaya  yönəldilmiĢ  tənzimləyici 
islahatların gücləndirilməsi hal-hazırda böyük əhəmiyyət kəsb edir.  


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə