Azərbaycan rəHBƏRLİYİNDƏ İXTİlaflar və daxiLİ Sİyasi ÇƏKİŞMƏLƏR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/48
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26544
1   ...   40   41   42   43   44   45   46   47   48

Balaxanıda  müxalifətçi  dərnəklər  təşkil  etmiş  və  diskussiya  zamanı  xüsusi 
canfəşanlıq göstərmişdilər (67, s. 111). 
Bakı  müxalifətçiləri  Moskvadan  gətirilən  sovet  hökuməti  əleyhinə 
ədəbiyyatı  geniş  yayır,  gizli  yığıncaqlar  keçirir,  mübahisəyə  hazırlaşır,  partiyaya 
yad olan, dövlət siyasətindən narazı olan adamlardan istifadə  edirdilər. 1927-ci  il 
dekabrın  1-də  AK(b)P  BK-da  keçirilən  müşavirədə  Bakıda  mübahisəyə  yekun 
vuruldu.  Mübahisə  noyabrın  12-dən  ayın  axırınadək  davam  etmişdi  (67,  s.116). 
AK(b)P-nin  VIII  qurultayında  (noyabr  1927-ci  il)  Azərbaycan  partiya  təşkilatı 
müxalifətə  qarşı  güclü  hücuma  keçdi.  Bakı  müxalifətçiləri  ideya  və  təşkilatca 
darmadağın edildi. 
Beləliklə  də,  hələ  20-ci  illərdə  Azərbaycanın  dövlətçilik  siyasətində 
aparılan  birmənalı  siyasət,  xalqın  və  bir  çox  azərbaycanlı  rəhbər  işçilərin 
mübarizəsinə səbəb olmasına  baxmayaraq, antiazərbaycan  qüvvələrin qələbəsi ilə 
başa  çatdı.  N.  Nərimanov,  Ə.  Xanbudaqov  və  b.  milli  ruhlu,  xalqını  düşünən 
kommunistlərin aqibəti təbii idi,  lakin vaxtilə onlara  qarşı  mirzoyanlar tərəfindən 
ələ  alınmış  R.  Axundovun,  Ə.  Qarayevin,  H.  Sultanovun  və  b.  «beynəlmiləlçi» 
kommunistlərin taleyi də son dərəcə acınacaqlı oldu.  «Pantürkist»,  «panislamist», 
«xarici  dövlətə  işləyən  casus»  və  sair  kimi  ağır  ittihamlarla  damğalanaraq  ya 
güllələndilər, ya da «millətçi» damğası vurularaq sürgün edildilər. 
 
NƏTİCƏ 
 
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələ təşkil edən XX 
yüzillik ictimai-siyasi məzmunu, dövlətçilik mahiyyəti və üç fərqli respublikaların 
mövcudluğu  baxımından  da  əlamətdardır.  Monoqrafiyanın  tədqiqat  obyekti  üçün 
seçilmiş dövr birinci və ikinci Azərbaycan respublikaları (AXC və ASSR) arasında 
keçid  mərhələsini  təşkil  edir.  İkinci  və  üçüncü  respublikaların  keçid  mərhələsi, 
çağdaş  Azərbaycan  Respublikasının  beynəlxalq  aləmin  tam  hüquqlu  subyekti 
olduğu  bir  zamanda  yaşanır,  göstərilən  iki  keçid  mərhələsi  arasında  paralellər 
axtarmaq  mümkün  olduğu  qədər  də  təzadlı  xarakter  daşıyır.  Müstəqil  (de-fakto 
tanınan),  sərbəst iqtisadiyyatlı, çoxpartiyalı, parlament quruluşlu, ərazi problemli, 
xarici  təhlükə  qarşısında  qalan  yeni  yaranmış  və  müsəlman  Şərqində  ilk  dəfə 
qurulan respublikadan birpartiyalı, ictimai mülkiyyətə əsaslanan (dövlət mülkiyyəti 
aparıcı olan), bəşəriyyət tarixində analoqu olmayan, vətəndaş müharibəsi, inqilabi 
dəyişiklikləri yaşayan yeni bir dövlətə keçidin spesifik xüsusiyyətləri, demək olar 
ki, 
bu 
prosesi 
iqtisadi-siyasi 
məzmunda 
əksinə 
yaşayan 
keçidin 
özünəməxsusluğundan  olduqca  fərqlı  məna  kəsb  etsə  də,  tarixi-siyasi  təhlil  üçün 
kifayət  qədər  paralel  məqamlar  vardır.  Tədqiqatın  məqsədi  bu  paralelləri  aşkara 
çıxarmaq  deyil.  Məqsəd  birinci  keçid  dövründə  Azərbaycan  rəhbərliyindəki 
mövcud problemlərə aydınlıq gətirməklə, ikinci - bu günümüzlə gələcəyimiz üçün 
olduqca 
aktual 
səciyyə  daşıyan  keçid  mərhələsində  dövlətçiliyimizin 


möhkəmlənməsi,  dövlət  idarəçiliyi  mexanizminin  kamilləşməsi və  artıq  yaşanmış 
problemlərin  yenidən  yaranmaması  üçün  tarixi  təcrübi  istiqaməti  elmi  cəhətdən 
əsəslandırmaqdır.  Bu  baxımdan  1920-1925-ci  illərdə  Azərbaycan  rəhbərliyindəki 
ixtilaflardan,  daxili  siyasi  çəkişmələrdən  bəhs  etmək  yalnız  münaqişə  tərəflərini 
aşkara  çıxarmaq,  onların  mövqe  və  motivlərini  təhlil  edib  münasibət  bildirməklə 
bitmir. Diqqət çəkən əsas məsələ münaqişəyə, ixtilaflara səbəb olan problemlərdir. 
Belə ki, bu problemlər iqtisadi, sosial, siyasi, mənəvi və s. məzmun daşımasından 
asılı  olmayaraq,  Azərbaycan  cəmiyyətinin,  xalqının  problemləri  olmuşdur  və 
həmin məsələlər zaman etibarı ilə fərqli səciyyə daşısa da bu günümüz üçün də öz 
aktuallığını  saxlamaqdadır.  Tədqiqat  işinin  ümdə  məqsədlərindən  biri  məhz  bu 
cəhətə  istiqamətlənmək  olmuşdur.  Problemlərin  mövcudluğu,  onlar  ətrafında 
ixtilafların  yaranması  səbəbsiz  olmadığından,  ilk  növbədə  ixtilaf  və  ziddiyyətləri 
yaradan şəraitə, zəminə müraciət edilmişdir. 
1920-ci  illərin  əvvəllərində  bolşevik  üsul-idarəsinin  yaradılmasından 
sonra  milli  mənafe  və  yerli  şəraitin  nəzərə  alınmaması  ətrafında  Azərbaycanın 
bolşevik  rəhbərliyində  gedən  ixtilaf  və  daxili-siyasi  çəkişmələr  son  dərəcə 
ziddiyyətli olan dövrün ağrılı problemlərindən idi. Bu ixtilafları yaradan şərait və 
doğuran səbəblər çox ciddi, labüd və o zamankı inkişafın obyektiv nəticəsi idi. 
Bu  dövrə  aid  sənədlərin  araşdırılması,  rəhbərlikdəki  ixtilaf  və 
çəkişmələrin elmi təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir: 
Aprel  çevrilişindən  sonra  diktaturanın  bərqərar  olması,  XI  Ordunun 
özbaşınalığı,  qarətçilik,  hərc-mərclik,  günahsız  adamların  güllələnməsi, 
ümumiyyətlə,  Azərbaycanda  yol  verilmiş  kütləvi  zorakılıqlar  və  ictimai-siyasi 
həyatın  gərginləşməsi  yeni  yaradılmış  hökumətin  iç  üzünü  tezliklə  xalqa  açıb 
göstərdi. 
Keçmiş aparat işçilərinə, həmçinin azərbaycanlı kommunistlərə birmənalı 
mənfi  münasibətin,  onlara  qarşı  etimadsızlığın  olması,  Rusiyada  və  Avropada 
təhsil  alan,  təcrübəli  işçilərin  vətəni  tərk  etməsi  və  cəzalandırılması,  bu  və  digər 
tədbirlərin  həyata  keçirilməsi  nəticəsində  köhnə  dövlət  aparatı  tamamilə 
dağıdılmışdı. 
Sovetləşmədən sonra həyata keçirilən siyasətin özbaşınalığı bolşeviklərin 
müsadirəçilik  siyasətində  və  partiyanın  təmizlənməsində  öz  əksini  tapmışdı. 
Müsadirələr zamanı milli ləyaqətin alçaldılması, təmiz, namuslu adamlara heç bir 
fərq  qoyulmadan  partiya  sıralarından  xaric  edilərək,  gözdən  salınması,  bütün  bu 
özbaşınalıqlar  xalqın  qəzəbinə  gətirib  çıxardı.  10  minlərlə  insan  tələfatı  ilə 
nəticələnən müqavimət hərəkatına səbəb oldu. Bu da yaranan dövlətin bünövrəsini 
möhkəm silkələdi. 
20-ci  illərdə  rəhbər  dairələrdə  ixtilafları  yaradan  başlıca  səbəblər  əmlak 
müsadirəsi,  kəndə  münasibət,  Azərbaycan  dilinə,  dinə,  ərazi  bütövlüyünə, 
qolçomaq  adlandırılanlara  münasibət  kimi  məsələlər  idi.  Xüsusən  milli  məsələ 
rəhbərlikdə  heç  zaman  birmənalı  qarşılanmamış,  daim  dərin  ixtilaflara  gətirib 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə