Azərbaycan rəHBƏRLİYİNDƏ İXTİlaflar və daxiLİ Sİyasi ÇƏKİŞMƏLƏR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/48
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26544
1   ...   40   41   42   43   44   45   46   47   48

çıxarmışdır.  Mərkəzdən  yalnız  onun  mənafeyini  müdafiə  edən  kadrların 
respublikaya  göndərilməsi,  qeyri  millətlərin,  eləcə  də  daim  intiqam  hissi  ilə 
yaşayan  erməni  kommunistlərinin  yüksək  vəzifə  tutaraq,  Bakı  Komitəsində 
yerləşdirilməsi Mərkəzi Komitə, İnqilab Komitəsi ilə BK arasında dərin uçurumun 
yaranmasına qətirib çıxarmışdı.  Qeyri  millətlərdən olan bolşeviklərin  yerli  xalqın 
dilinə,  dininə  və  başqa  adət-ənənələrinə  qarşı  laqeydliyi,  hörmətsizliyi,  hər  şeyin 
Rusiyadakı  kimi  aparılması,  milli  mənafe  və  yerli  xüsusiyyətlərin  nəzərə 
alınmaması ilə nəticələnirdi. 
Hakim  partiya  daxilində  birlik  və  yekdilliyin  olmaması,  qeyri  sağlam 
şərait,  xüsusən  də  rəhbər  işçilər  arasında  qruplaşmalar  və  çəkişmələrin  baş  alıb 
getməsi ölkəni və əhalini çox ağır vəziyyətə salırdı. Fikir müxtəlifliyi işin xeyrinə 
deyil, daha da cılızlaşaraq şəxsi intriqalara çevrilmişdi. 
N. Nərimanov və onun əleyhdarları arasında mübarizə elə kəskin xarakter 
almışdı ki, hətta V. Lenin özü işə qarışmış, «Bakı məsələsi» adlı məlum qərar və 
direktivlər  məhz  bundan  sonra  qəbul  edilmişdi.  «Azərbaycan  kommunistləri 
arasında ixtilaflar» haqqında ayrıca məsələ müzakirə edilmişdi. 
Lakin o zaman heç kim, heç nə ilə hesablaşmayan və bilavasitə Stalin və 
Orconikidzeyə  arxalanan  Bakı  Komitəsinin  rəhbərliyi  qəbul  edilən  qərarlara  və 
direktivlərə  çox  məsuliyyətsizliklə  yanaşdı  və  məhəl  qoymadı.  Bunu  görən  bəzi 
gənc  partiya  üzvləri  tutduqları  vəzifələri  itirmək  qorxusundan  N.  Nərimanovdan 
uzaqlaşdılar. N. Nərimanov belələrini «alverçi kommunistlər» adlandırırdı. 
N.  Nərimanovun  böyük  səyi  və  təkidi  ilə  respublikanın  xeyrinə  mühüm 
qərarlar qəbul edilməsinə baxmayaraq, Mirzoyan-Kirov kompaniyası bu qərarların 
yerinə  yetirilməsinə  nəzarət  əvəzinə  maneçilik  törədirdilər.  A.  Serebrovski 
Azərbaycan  nefti  məsələsində  tam  sərbəst,  özü  istədiyi  kimi  hərəkət  edirdi. 
Çevrilişdən  sonrakı  hadisələr  aydın  göstərirdi  ki,  sovetlərin  hakimiyyəti 
möhkəmləndikcə,  bolşeviklərin  xalqlara  vəd  etdikləri  azadlıqlar  unudulur,  əsrlər 
boyu  saxlanılan  və  nəsildən-nəslə  ötürülən  milli-mənəvi  dəyərlərin  üstündən  xətt 
çəkilir, amirlik, avtoritar tədbirlər həyata keçirilirdi. Müsəlmanlığın müqəddəs ayı 
sayılan  məhərrəmliyə,  orucluğa,  qurban  və  novruz  bayramlarına,  din  xadimlərinə 
qarşı  başlanan  mübarizə  kompaniyasında  xalqın  milli  adət-ənənələri  çox  kobud 
şəkildə  pozulurdu.  Bu  o  qədər  kəskin  xarakter  almışdı  ki,  bunu  artıq  rəhbərlikdə 
oturan qeyri millətlərin nümayəndələri belə, özləri etiraf etməli olurdular. 
-  Ərazi  məsələsi  də  tədqiq  olunan  illərdə  rəhbər  dairələrdə  çox  ciddi 
mübahisələr  doğuran  problem  olmuşdur.  Mərkəz  bir  çox  hallarda  Azərbaycanın 
milli mənafeyi ilə hesablaşmırdı. Bu zəmində N. Nərimanovla G. Çiçerin, erməni 
kommunistləri  arasında  ciddi  ixtilaflar  yaranırdı.  Sovet  hökuməti  qurulduqdan 
sonra  Ermənistanın  torpaq  iddiaları,  Azərbaycanın  ərazi  bütövlüyünə  qəsd, 
Zəngəzur qəzasının böyük bir hissəsinin Ermənistana verilməsi ilə xalqımız üçün 
sonrakı  faciələrin  əsası  qoyuldu.  Beləliklə  də,  Ermənistanın  sonrakı  ərazi 
iddialarına şərait yaradıldı. 


1922-ci il  martın 12-də  ZSFSR-in  yaradılması, bununla da  Azərbaycanın 
formal  müstəqilliyinin  itirilməsi,  dekabrda  SSRİ-nin  təşkili  ilə  Azərbaycanın 
əyalətə  çevrilməsi,  1923-cü  ildə  Qarabağa  vilayət  muxtariyyətinin  verilməsi, 
Azərbaycanın  siyasi-iqtisadi  müstəqilliyinin  itirilməsi,  Azərbaycan  xalqına  qarşı 
sonrakı bədbəxtliklərin əsasının qoyulması ilə nəticələndi. 
-
 
1922-ci  ilin  martında  N.  Nərimanov  Azərbaycandan  uzaqlaşdırıldıqdan 
sonra, onun əleyhdarları tam arxayın bir şəraitdə Azərbaycana və azərbaycanlılara 
qarşı öz fəaliyyətlərini daha da genişləndirdilər. N. Nərimanov tərəfdarlarına ciddi 
divan  tutuldu.  Bəziləri  partiya  sıralarından  çıxarıldı,  digərləri  isə  öz  mövqelərini 
gizlətməyə məcbur oldular. 
-
 
Azərbaycan  rəhbərliyində  olan  ixtilaflara,  çəkişmələrə  və  mübarizə 
aparan  tərəflərə  münasibətdə  mərkəz  antiazərbaycan  mövqeyi  ilə  birtərəfli 
yanaşırdı.  N.  Nərimanov  və  başqa  milli  ruhlu  kommunistlərin  ədalətli  mübarizəsi 
partiyaya zidd, millətçilik və ziddiyyətləri törədən çəkişmə kimi qəbul edilirdi. 
-
 
Artıq  20-ci  illərin  ortalarında  milli  məsələ  ətrafında  antiazərbaycan 
qüvvələrə qarşı mübarizədə özünəməxsus milli baxışları olan Əyyub Xanbudaqov 
tək  qalmışdı.  Ə.  Xanbudaqov  əvvəllər  N.  Nərimanova  deyil,  Mırzoyana 
arxalanırdı,  çünki  milli  ruhlu  cavanları  N.  Nərimanova  qarşı  qoyurdular.  Ə. 
Xanbudaqova,  R.  Axundova  və  b.  kommunistlərə  də  bu  cür  yanaşılmış,  sonra  da 
gözdən  salınmışdılar.  Digər  tərəfdən  gənc  kommunistlər  arasında  da  ziddiyyət 
salınaraq  siyasi  səhnədən  uzaqlaşdırıldılar.  Vaxtilə  kommunizm  ideyalarına 
inanaraq, xalqın xoşbəxtliyini də görən və bu yolda vicdanla mübarizə aparanların 
taleyi son dərəcə acınacaqlı qurtardı. 
-
 
1920 - 1925-ci illərdəki sənədlərin araşdırılması, rəhbərlikdəki ixtilaf və 
çəkişmələrin  təhlili,  həm  də  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  aprel 
çevrilişindən sonra hakimiyyətə gələn, xalqın xoşbəxtlik və azadlıqlarını sosializm 
ideyalarında  görən  milli ruhlu  kommunistlərin, eləcə də  xalqın  xeyli  hissəsi artıq 
mövcud  üsul-idarədən  çox  narazı  və  bədgüman  olmuş  və  aldadılmış  olduqlarını 
başa düşmüşdülər. 
N. Nənmanovun, M. Qədirlinin, Ə. Əhmədovun, B. Talıblının 20-ci illərin 
ortalarında siyasi baxışlarının dəyişməsi, Mərkəzin Azərbaycanda, eləcə də Şərqdə 
siyasətinin  iflasa  uğraması  və  bu  siyasətin  Azərbaycan  xalqının  mənafeyinə  zidd 
olması  artıq  şəksiz  idi.  Onlar  artıq bu  siyasət  haqqında  deyil,  bu  siyasətdən  xilas 
olmaq haqqında düşünürdülər. 
Beləliklə də, 20-ci illərdə rəhbər dairələrdə baş verən ixtilaflar və daxili-
siyasi  çəkişmələr  Azərbaycanın  siyasi  tarixində  öz  mənfı  nəticələrini  vermiş, 
inzibati-amirlik sisteminin və totalitar rejimin formalaşmasına zəmin yaratmışdı. 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə