Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   ...   19   20   21   22   23   24   25   26   27

 

 

68 



 

Korrelyasiya  nisbətinin  kök  altındakı  ifadə  determinasiya  əmsalını 

səciyyələndirir.  Determinasiya  əmsalı  nəticə  əlamətinin  variasiyasında  faktor 

ə

lamətinin variasiyasının payını göstərir [ 29, 37].  



Ümumiyyətlə,  reqressiya-korrelyasiya  təhlili  bir  neçə  ardıcıl  mərhələlərlə 

həyata keçirilir. Bu mərhələlərə aşağıdakıları aid etmək olar.  

Birinci mərhələni məlumatların toplanması təşkil edir. Məlumdur ki, hər hansı 

bir  hesablamanı  və  təhlili  həyata  keçirmək  üçün  ilk  növbədə  zəruri  məlumatları 

toplamaq  lazımdır.  Əhalinin  həyat  səviyyəsinin  cari  vəziyyətini  və  onun 

yüksəldilməsi  istiqamətlərinin  statistik  təhlil  etmək  üçün  zəruri  məlumatlar  

Azərbaycan  Dövlət  Statistika  Komitəsinin  məlumatları  və  seçmə  tədqiqatı  əsasında 

ə

ldə edilən  məlumatlar çıxış edir.  



kinci  mərhələdə  asılılığını  aşkar  etmək  istədiyimiz  dəyişənlər  sırası  vaxt 

etibarilə  müqayisəyə  gətirilir.  Bu  onunla  şərtlənir  ki,  birincisi,  vizual  müqayisə 

müvafiq düzəlişlərin aparılmasına şərait yaradır, ikincisi trend uyğun əlaqə modelinin 

seçilməsinə kömək edir.  

Üçüncü  mərhələdə  kənarlaşma  qrafikinin  qurulması  həyata  keçirilir.  lk 

növbədə nəticə və amil əlamətinin orta qiyməti hesablanır və qrafik təsvirdə onların  

kəsişdiyi  nöqtə  tapılır.  Bundan  sonra  faktiki  məlumatlar  həmin  orta  səviyyələrin 

kəsişmə nöqtəsindən keçən reqressiya xəttinin ətrafında necə yerləşdiyi öyrənilir.  

Dördüncü  mərhələ  reqressiya  xəttinin  qiymətləndirilməsini  nəzərdə  tutur. 

Bunun  üçün  ən  kiçik  kvadratlar  üsulundan  istifadə  edilir.  Bu  zaman  əsas  prinsip 

reqressiya modeli üzrə hesablanmış göstəricilərlə faktiki göstəricilər arasındakı fərqin 

kvadratlarının cəmi minimum olmasıdır. Reqressiya  modelinin parametrləri standart 

qayda əsasında qiymətləndirilir və daha sonra nəzəri model formalaşdırılır.  

Beşinci  mərhələdə  reqressiya  modeli  əsasında  hesablanmış  məlumatların  

faktiki  məlumatlarla  müqayisə  edilməsi  həyata  keçirilir.  Bu  zaman  nəzəri  model 

ə

sasında  nəticə  əlamətinin  hesablanmış  göstəricilərin  faktiki  göstəricilərə  nə  qədər 



yaxın  və  yaxud  uzaq  olduğu  öyrənilir.  Hesablanmış  göstəricilərin  faktiki 


 

 

69 



göstəricilərdən kənarlaşması faktı nəticə əlamətinə öyrənilən amil əlamətindən başqa 

digər amillərin də təsir göstərdiyini deməyə əsas verir. 

Altıncı mərhələ reqressiya modelinin parametrlərinin şərh edilməsi ilə bağlıdır.  

Parametrin müsbət olması əlamətlərin eyni istiqamətdə dəyişməsini göstərir. 

Növbəti  məsələ  nəticə  əlamətinin  nəzəri  səviyyəsinin,  yəni  model  əsasında 

hesablanmış qiymətləri nə qədər informasiyalı yaxud dəqiq olmasıdır. Bu suala cavab 

vermək  üçün  reqressiya  modelinin  qiymətləndirilməsi  həyata  keçirilir.  Sadə  xətti 

reqressiya  təhlilində  iki  statistik  göstəricini  hesablamaqla  həmin  məsələ 

cavablandırılır.  Bu  statistik  göstəricilərdən  biri  qiymətləndirmənin  orta  kvadratik 

xətasıdır,  ikincisi,  reqressiya  əmsalının  orta  kvadratik  xətası,  üçüncüsü  isə    deter-

minasiya  əmsalıdır.  Qiymətləndirmənin  orta  kvadratik  xətası  təsadüfi  kəmiyyətin 

normal bölgüsünün parametridir və eksperiment aparılan nöqtələrin qiymətləndirilən 

reqressiya  xəttindən  kənarlaşmanı  xarakterizə  edir.  Başqa  sözlə  desək, 

qiymətləndirmənin  orta  kvadratik  xətası  statistik  əminliyin  müxtəlif  dərəcələrində 

reqressiya modeli əsasında nəticə əlamətinin müəyyənlik intervalıdır.  

Reqressiya  əmsalının  orta  kvadratik  xətası  reqressiya  əmsalının  etibarlılıq 

ölçüsü kimi çıxış edir.  

Determinasiya  əmsalı  reqressiya  modelinin  asılı  dəyişənlərin  variasiyasını  nə 

qədər  yaxşı  təsvir  etdiyini  göstərən  statistik  göstəricidir.  Bu  göstərici  asılı  və  asılı 

olmayan dəyişənlər arasındakı qarşılıqlı asılılığın riyazi ifadəsidir və onun dərəcəsini 

xarakterizə edir. Determinasiya əmsalının statistik mənasını şərh etmək üçün ümumi 

variasiya, izah edilə bilən və izah edilə bilməyən variasiyalar qiymətləndirilir. 

Nəhayət,  sonuncu  mərhələdə  hipotezlərin  yoxlanması  prosesi  aparılır.  Qeyd 

etdiyimiz  kimi,  nəzəri  modelin  nəticələri  ilə  müşahidə  edilən  kəmiyyətlər  arasında 

kənarlaşma  vardır.  Reqressiya  təhlili  asılı  olmayan  dəyişənin  qiymətlərindəki  sap-

maların  məlum  olmayan  kənarlaşmalar  qrupundan  təsadüfi  seçilənlərdən  ibarət 

olması  fərziyyəsinə  əsaslanaraq həyata  keçirilir.  Bu  zaman  amil  əlamətinin  mövcud 

hər bir qiyməti üçün kənarlaşmaların bölgüsü haqqında üç əsas fərziyyə qəbul edilir. 




 

 

70 



1.Onların bölgüsü normaldır; 

2. Orta qiymətə və sıfıra nisbətən onların bölgüsü təsadüfidir; 

3. Hər bir bölgü eyni dispersiyaya və orta kvadratik kənarlaşmaya malikdir. Bu 

fərziyyə  amil  əlamətinin  bütün  qiymətləri  üçün  eyni  olan  qiymətləndirmənin  orta 

kvadratik  xətasını  hesablamaq  üçün  lazımdır.  Əgər  bu  fərziyyə  doğru  deyilsə  onda 

reqressiya  xəttinin  bir  nöqtəsində  orta  kvadratik  xəta  digər  nöqtədə  orta  kvadratik 

xətadan  fərqlənəcəkdir.  Əgər  bu  fərziyyələrdən  hər  hansı  biri  yerinə  yetirilməzsə 

reqressiya  təhlilinin  qanunauyğunluğu  şübhə  altında  olar.  Bu  qeyd  edilənlərdən 

görünür  ki,  reqressiya  -  korrelyasiya  metodu  hadisə  və  proseslər  arasındakı  səbəb-

nəticə  asılılğının  öyrənilməsində  geniş  imkanlara  malikdir.  Ona  görə  də  bazar 

iqtisadiyyatı  şəraitində  əhalinin  həyat  səviyyəsinin  yaxşılaşdırılması  sahəsində 

düzgün  idarəetmə  qərarları  qəbul  edilməsi  üçün  statistik  -  riyazi  metodların  im-

kanlarından  maksimum  istifadə  edilməlidir.  Azərbaycanda  həyata  keçirilən  sosial 

siyasətin nəticələrini, əhalinin həyat səviyyəsini və gəlirlərinin həcmini və dinamika-

sını,  ev  təsərrüfatlarının  gəlirlərinin  quruluşunu  onların  sosial-iqtisadi  inkişafa  təsir 

və perspektiv inkişaf imkanlarını müəyyən edən bir sıra göstəricilərin əlaqəsini və bu 

ə

sasda  onların  formalaşma  xüsusiyyətlərini  aşkar  etmək  üçün  reqressiya  -  korrel-



yasiya təhlili həyata keçirilmişdir [36, 37, 40].  

Məlumdur  ki,  əhalinin  istehlakının  səviyyəsinə  təsir  edən  amillərdən  biri 

gəlirin həcmidir. Gəlir və istehlak axını iqtisadi dövriyyədə mühüm rol oynayır. Ona 

görə də onlar arasındakı əlaqənin müəyyənləşdirilməsi iqtisadi və sosial proqnozların 

həyata  keçirilməsi  prosesində  önəmli  məsələlərdən  hesab  edilir.  Bunlar  arasındakı 

ə

laqənin  xarakterini  və  səviyyəsini  öyrənmək  üçün  bir  amilli  reqressiya  modelini 



quraq. Bunun üçün zəruri olan məlumatlar 8 saylı cədvəldə əks olunmuşdur.  

8  saylı  cədvəlin  məlumatları  əsasında  dövlət  büdcəsinin  gəlirləri  ilə  əhalinin 

gəlirləri  arasındakı  əlaqənin  reqressiya  modelini  qurmaq  üçün  zəruri  məlumatları  9 

saylı cədvəldə verək. 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə