Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   ...   19   20   21   22   23   24   25   26   27

 

 

74 



  Ən kiçik kvadratlar metodu ilə reqresiya modelinin parametirlərini hesablayaq.  

6

.



28

6

8



.

171


=

=

x

,  

8

.



18

6

8



.

112


=

=

y

 , 

3

.



858

6

66



.

5149


2

=

=



x

4



.

716


6

12

.



4298

=

=



y

x

0



.

569


6

06

.



3414

2

=



=

y

 

  Hesablamaların  nəticələrinə  görə  reqresiya  modelinin 



1

a

 parametrinin  qiyməti 

4.43,

0

a



parametrinin  qiyməti  isə  -107.9  olacaqdır..  Deməli,  faktiki  son  istehlakla  

ə

halinin gəlirləri arasındakı əlaqənin reqressiya modeli 



x

y

+



=

43



.

4

9



.

107


ˆ

 olacaqdır.  

Deməli, əhalinin gəlrlərini 1 manat artırdıqda faktiki son istehlak orta hesabla 4 

manat  artacaqdır.  Daha  sonra  bir  sıra  zəruri  göstəricilərin  (qalıqların  orta  kvadratik 

uzaqlaşması,  determinasiya  əmsalı  və  s.)  hesablanması  əsasında  əhəmiyyətlilik 

səviyyəsi  yoxlanılmışdır.  Başqa  cözlə  desək,  t  kriteriyasının  cədvəl  qiyməti  ilə  he-

sablanmış qiyməti müqayisə edilmiş və reqressiya modelinin adekvatlığı qiymətlən-

dirilmişdir. Hesablanmış determinasiya əmsalı nəticə əlamətinin variasiyasının, yəni 

faktiki  son  istehlakın  variasiyasının  68.9%  -  nin  faktor  əlaməti,  yəni  əhalinin 

gəlirlərinin həcmi ilə şərtləndiyini göstərir. 

Beləliklə,  reqressiya-korrelyasiya  metodu əsasında  aparılan  araşdırma    faktiki 

son  istehlakın    və dövlət  büdcəsi gəlirlərinin  səviyyəsinə təsir edən  əsas  amillərdən  

birinin  əhalinin  gəlirlərinin  həcmi  olduğunu  göstərir.    Bu  göstəricilərin  rolunun 

sosial-iqtisadi  inkişafın  bütün  mərhələlərində    qiymətləndirilməsi  və  onun  digər 

iqtisadi göstəricilərlə əlaqəli şəkildə uzlaşdırılması  vacibdir və statistikanın öyrəndiyi 

mühüm məsələlərdən biridir. 

 

 

                                                   

 

 

 



 

 

75 



 

                                                  NƏT CƏ 

Magistr  dissertasiya  işində  əhalinin  həyat  səviyyəsi,  onun  mühüm  göstəricisi 

olan  gəlirlərin  səviyyə  və  dinamikası    statistik  qiymətləndirilmiş,  nəzəri  və  praktiki 

ə

həmiyyəti olan  aşagıdakı nəticələr  formalaşdırılmışdır: 



 

1)  Dövlət  statistika  xidməti  modelində  statistik  məlumat  sektoru  mühüm 

yerlərdən  birini  tutur.  Statistik  məlumat  sektorunun  əsas  vəzifəsi  informasiya 

istehlakçılarını  keyfiyyətli  və  operativ  statistik  məlumatlarla  təmin  etməkdən 

ibarətdir. Bu vəzifəni yerinə yetirmək üçün regional və inzibati informasiya sistemləri 

və şəbəkələri yaradılmalı, inzibati registr əsasında statistik registr formalaşdırılmalı, 

bu  informasiya  resurslarının  vahid  informasiya  məkanına  inteqrasiyası  təmin 

edilməlidir.  

 

2) 


Ölkədə 

statistika 

xidmətinin 

beynəlxalq 

standartlara 

uyğun 


təkmilləşdirilməsi  bütün  sivil  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  seçmə 

müşahidəsinin  həyata  keçirilməsinin  əsası  kimi  çıxış  edən  statistik  registrin 

formalaşdırılması  və  onun  statistik  vahidlərin  Dövlət  registri  ilə  əlaqə  sisteminin 

yaradılması prosesi gedir. 

  3)  Həyat  səviyyəsi  əhalinin  maddi,  mənəvi  və  sosial  tələbatlarının  təmin 

edilməsini xarakterizə edən iqtisadi kateqoriya və sosial standartdır. Həyat səviyyəsi 

standartının  əsas  komponentləri  sağlamlıq,  qida,  əhalinin  gəlirləri  və  xərcləri, 

yaşayışı,  ev  əmlakı,  pullu  xidmətləri,  əhalinin  mədəni  səviyyəsi,  əmək  şəraiti  və 

istirahəti,  sosial  təminatıdır  və  s.  Başqa  sözlə  desək,  əhalinin  həyat  səviyyəsi  ilk 

növbədə  əhalinin  zəruri  maddi  nemət  və  xidmətlərlə  təmin  edilməsi,  onların 

istehlakının  lazımi  səviyyəsi  və  tələbatlarının  səmərəli  ödənilməsi  dərəcəsi  kimi 

müəyyən edilir.  

4)  Təcrübədə  əhalinin  həyat  səviyyəsinin  əsas  sosial-iqtisadi  göstəricilərinə 

aşağıdakılar  aid  edilir:  pul  gəlirləri  (əhalinin  hər  nəfərinə  orta  aylıq  gəlir); 

sərəncamda qalan real pul gəlirləri ; iqtisadiyyatda məşğul olanlara hesablanmış orta 



 

 

76 



aylıq əmək haqqı; təyin olunmuş aylıq pensiyaların həcmi; yaşayış minimunun həcmi 

(əhalinin  hər  nəfərinə  orta  aylıq  məbləğ);  pul  gəlirləri  yaşayış  minimunun 

kəmiyyətindən aşağı olan əhalinin sayı; əhalinin müvafiq sosial qrupları üzrə yaşayış 

minimunun kəmiyyəti ilə digər göstəricilərin müqayisəsi. 

5).  Ölkədə  sosial-iqtisadi  islahatların  faktiki  həyata  keçirilməsinə  başlanıldığı 

1995-ci  ildən  etibarən  əhalinin  gəlirlərinin  həcmində  və  dinamikasında  artım 

yönümündə mühüm meyllər müşahidə olunur . Belə ki, 1995-ci ilə nisbətən 2011-ci 

ildə  əhalinin  pul  gəlirləri  22.8  dəfə,  2005-ci  illə  müqayisədə  3.8  dəfə,  2010-ci  illə 

müqayisədə isə 19.6% artmışdır.  

Təhlil edilən dövrdə adambaşına düşən pul gəlirlərinin həcm və dinamikasında 

nəzərəçarpacaq dərəcədə artmışdır. Belə ki, 1995-ci ilə nisbətən 2011-cu ildə əhalinin 

hər nəfərinə düşən pul gəlirləri mütləq istifadədə 3206.6 manat yaxud təxminən 18.1 

dəfə, 2005-ci illə müqayisədə 2408.9 manat, yaxud 2.5 dəfə, 2010-ci illə müqayisədə 

isə bu artım müvafiq olaraq 517.7 manat və 18.1% təşkil etmişdir.  

Ə

halinin  pul  gəlirlərinin  mühüm  tərkib  hissələrindən  birini  əmək  haqqı  təşkil  edir. 



1995-ci  ildə  Azərbaycanda  orta  aylıq  əmək  haqqı  12.5  manat,  2000-ci  ildə  44.3 

manat,  2004-cu  ildə  99.4  manat,  2010-cu  ildə  331.5  manat,  2011-ci  ildə  isə  364.2 

manat olmuşdur.  

 

6)



 

Onu  da  qeyd  edək  ki,  Azərbaycan  dövləti  əhalinin  yoxsulluq  səviyyəsinin 

minimuma endirilməsi istiqamətində xeyli müddətdir ki, əsaslandırılmış və beynəxalq 

təcrübədə qəbul edilmiş standartlara uyğun olaraq tədbirlər həyata keçirir. Elə bunun 

nəticəsidir  ki,  2001-ci  ildə  ölkədə  yoxsulluq  həddi  24  manat  qəbul  edilmişdirsə, 

2005-ci ildə bu hədd 42.6 manat, 2009-cu ildə isə 89.5 səviyyəsində qərarlaşmışdır. 

Bununla yanaşı bu dövrdə yoxsul əhalinin xüsusi çəkisi də xeyli azalmışdır. Belə ki, 

ə

gər 2001-ci ildə yoxsulluq səviyyəsi 49% idisə, 2011-ci ildə 7,1 % olmuşdur.  



 

7)  Ölkə  əhalisinin  sosial-iqtisadi  vəziyyətinin  yaxşılaşdırılmasının  əsas 

amillərindən  biri  də  bazar  iqtisadiyyatı  mexanizmlərinin  daha  da  dərinləşməsi  və 

inkişafıdır.  Son  illərdə  özəl  sektorun  və  sahibkarlığın  inkişaf  etdirilməsi  sahəsində 

həyata  keçirilən  ardıcıl  işlər  nəticəsində  əhalinin  gəlirlərinin  quruluşunda  mühüm 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə