Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


Atalığın müəyyən edİlməsİnİn qeydə alınması



Yüklə 487 Kb.
səhifə16/17
tarix12.10.2018
ölçüsü487 Kb.
#73459
1   ...   9   10   11   12   13   14   15   16   17

Atalığın müəyyən edİlməsİnİn qeydə alınması


Maddə 186. Atalığın müəyyən edilməsinin qeydə alınması yeri

Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə , atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır.58



Maddə 187. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası

187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır.

187.2. Yetkinlik yaşına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir.

Maddə 188. Uşağın doğulması haqqında qeydə ata barəsində məlumatın yazılması

Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir.


27-ci fəsil

Adın, ata adının və soyadın dəyİşdİrİlməsİnİn qeydə alınması


Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ

Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.



Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması qaydası

Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır.



Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması

191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar.

191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir.

Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.


28-ci fəsil

Ölümün qeydə alınması


Maddə 193. Ölümün qeydə alınması qaydası

193.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır.

193.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Maddə 194. Ölüm haqqında məlumat vermə

Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.



Maddə 195. Ölüm haqqında məlumatın verilməsi müddətləri

Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir.59


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

28 dekabr 1999-cu il tarixli 781-IQ nömrəli “Azərbaycan Respublikasi Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağli hüquqi tənzimləmə məsələləri haqqinda” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2000-ci il, № 3, maddə 126) ilə təsdiq edilmişdir.

  1. 22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasinin Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqinda” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2002-ci il, № 12, Maddə 702)


  2. 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 7, maddə 505 )

  3. 23 dekabr 2005-ci il tarixli 34-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 66)

  4. 10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923)

  5. 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)

  6. 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006)

  7. 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4)

  8. 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)

  9. 9 oktyabr 2007-ci il tarixli 430-:IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1053)

  10. 7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218)

  11. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

  12. 4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 70)

  13. 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171)

  14. 20 aprel 2010-cu il tarixli 992-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 380)

  15. 31 may 2010-cu il tarixli 1016-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 578)

  16. 17 may 2011-ci il tarixli 114-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 585)

  17. 24 iyun 2011-ci il tarixli 181-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci il, № 159, “Azərbaycan” qəzeti, 02 avqust 2011-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 620)

  18. 15 noyabr 2011-ci il tarixli 255-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti, 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1110)




Yüklə 487 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə