Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



Yüklə 487 Kb.
səhifə17/17
tarix12.10.2018
ölçüsü487 Kb.
#73459
1   ...   9   10   11   12   13   14   15   16   17

1MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 28 dekabr 1999-cu il tarixli 779-IQ nömrəli “Azərbaycan Respublikasi Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağli hüquqi tənzimləmə məsələləri haqqinda” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2000-ci il, № 3, maddə 126) ilə təsdiq edilmişdir.



2 22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 9.1-ci maddənin mətnində “orqanında” sözü “orqanı tərəfindən” sözləri ilə əvəz edilmişdir.


3 22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 9.4-cü maddənin mətnində “orqanında” sözü “orqanı tərəfindən” sözləri ilə əvəz edilmişdir.


4 9 oktyabr 2007-ci il tarixli 430-:IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 9.5-ci maddədə “(onlardan biri)” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.


5 15 noyabr 2011-ci il tarixli 255-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti, 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1110) ilə 10.1-ci maddəsində “kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş” sözləri “18 yaş” sözləri ilə əvəz edilmişdir.


6 23 dekabr 2005-ci il tarixli 34-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 66) ilə 13.1-ci maddədə "tibbi-genetik" sözlərindən sonra ", tibbi-psixoloji" sözləri əlavə edilmişdir.


7 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 17.3-cü maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:



17.3. Nikahın pozulması və bu barədə şəhadətnamənin verilməsi ərizə verildiyi gündən 1 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.


8 10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923) ilə 31.3-cü maddəsində “Kəndli (fermer)” sözləri “Ailə kəndli” sözləri ilə əvəz edilmişdir.


9 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 33.2-ci maddədə "ümumi əmlakı" sözləri "rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı" sözləri ilə əvəz edilmişdir.


10 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 33.3-cü maddədə "ərin (arvadın) tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab oluna bilər" sözləri "ər (arvad) tərəfındən mübahisələndirilə bilər" sözləri ilə əvəz edilmişdir.


11 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 33.4-cü maddədə "o, əqdin həyata keçirildiyindən xəbər tutduğu və ya xəbər tutmaq imkanı olduğu gündən 1 il ərzində həmin əqdin etibarsız sayılmasını tələb etmək hüququna malikdir" sözləri "bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər" sözləri ilə əvəz edilmişdir.


12 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 40.6-cı maddənin birinci cümləsində "onun tələbi ilə nikah müqaviləsi məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız sayıla bilər" sözləri "nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər" sözləri ilə əvəz edilmişdir.


13 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 44.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



44.1. Uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda isə tibb sənədləri, şahid ifadələri və ya digər sübutlar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.


14 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 46.1-ci maddədən “onlardan birinin ərizəsi əsasında” sözləri çıxarılmışdır.


15 4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 70) ilə 51.6-cı maddənin birinci cümləsində “təhlükədə olması, onun” sözlərindən sonra “həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması,” sözləri əlavə edilmişdir.


16 4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 70) ilə Məcəlləyə 51.7-ci maddə əlavə edilmişdir.


17 31 may 2010-cu il tarixli 1016-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 578) ilə 53.3-cü maddəsinin birinci cümləsində "Uşağın soyadı" sözlərindən sonra ", bir qayda olaraq," sözləri əlavə olunmuşdır və bu maddəyə üçüncü cümlə əlavə edilmişdir.


18 24 iyun 2011-ci il tarixli 181-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci il, № 159, “Azərbaycan” qəzeti, 02 avqust 2011-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 620) ilə 64.0.5-ci maddəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



64.0.5. uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda;


19 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 84.2.3-cü maddədə “əlil” sözü “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir.


20 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 84.2.4-cü maddədə “I qrup əlil” sözlərindən əvvəl “18 yaşından yuxarı” sözləri əlavə edilmişdir.


21 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 85.1.2-ci maddədə “yetkinlik yaşına çatmamış əlil ümumi uşağa və ya uşaqlıqdan” sözləri “sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı” sözləri ilə əvəz edilmişdir.


22 7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218) ilə 87.0.1-ci maddəsində “narkotik vasitələrin” sözlərindən sonra “, psixotrop maddələrin” sözləri əlavə edilmişdir.


23 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 96.2-ci maddədə "sazişin etibarsız sayılması üçün" sözləri "saziş" sözü ilə, "məhkəmə qarşısında iddia qaldıra bilər" sözləri "tərəfındən mübahisələndirilə bilər" sözləri ilə əvəz edilmişdir.


24 17 may 2011-ci il tarixli 114-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 585) ilə 104.1-ci, 104.2-ci, 106.3-cü və 106.5-ci maddələrində ismin müvafiq hallarında “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilmişdir.


25 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171) ilə 104.2-ci maddəsində “işinə” sözü “işlərinə” sözü ilə əvəz edilmişdir.


26 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 114.2-ci maddədə “uçotunu aparır” sözləri “ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verir” sözləri ilə əvəz edilmişdir.


27 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 115.1-ci maddədə “məlumatlara malik” sözlərindən sonra “doğum evləri” sözləri əlavə edilmişdir.


28 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 115.4-cü maddədə “göndərir” sözü “göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir” sözləri ilə əvəz edilmişdir.


29 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 115.5-ci maddədə “uçota alır” sözləri “uçota alır, ümumi uçota alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir” sözləri ilə əvəz edilmişdir.


30 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 115.6-cı maddədən “mərkəzləşdirilmiş” sözü çıxarılmışdır.


31 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 117.1-ci maddədə “naminə” sözü “naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra” sözləri ilə əvəz edilmişdir.


32 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 117.5-ci maddədə “qohumları” sözü “qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları)” sözləri ilə əvəz edilmişdir.


33 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 117.6-ci maddədə “mərkəzləşdirilmiş uçota götürüldükdən sonra 3 ay müddətində” sözləri “ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra” sözləri ilə əvəz edilmişdir.


34 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 117.7-ci maddə əlavə edilmişdir.


35 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 118.7-ci və 118.8-ci maddələr əlavə edilmişdir.


36 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 122.4-cü maddədə “məhkəməyə” sözü “Azərbaycan Respublikasının vətəndaşı olan uşaq Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyü zaman məhkəməyə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənədlər əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilmişdir.


37 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 131.2-ci maddədə “orqanının” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının” sözləri əlavə edilmişdir.


38 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 131.4-cü maddədə “göndərməlidir” sözü “uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi hallarında eyni zamanda müvafiq icra hakimiyyəti orqanına göndərməlidir” sözləri ilə əvəz edilmişdir.


39 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 134.13-cü maddə əlavə edilmişdir.


40 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 155.2-ci maddədə “117-119-cu” sözləri “66.6-cı, 117-119-cu” sözləri ilə əvəz edilmişdir.


41 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 155.5-ci maddədə “müəyyən olunmuş qaydada əvvəlcədən müvafiq icazə” sözləri “müvafiq icra hakimiyyəti orqanından əvvəlcədən müvafiq razılıq” sözləri ilə əvəz edilmişdir.


42 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 156.2-ci maddəsində "vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı " sözləri "vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan" sözləri ilə əvəz edilmişdir.


43 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 158.1-ci maddəsinə ikinci və üçüncü cümlələr əlavə edilmişdir.


44 22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 158.3-ci maddə əlavə edilmişdir.


45 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 159.2-ci maddədə “təkrar” sözü “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında” sözləri ilə əvəz edilmişdir.


46 9 oktyabr 2007-ci il tarixli 430-:IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 161.2-ci maddədə “etməsindən” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.


47 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 7, maddə 505 ) ilə 165-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilmişdir.


48 20 aprel 2010-cu il tarixli 992-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 380) ilə 166.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



166.2. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onların biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir.


49 20 aprel 2010-cu il tarixli 992-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 380) ilə 166.3-cü və 166.4-cü maddələr əlavə edilmişdir, 166.3-cü maddə müvafiq olaraq 166.5-ci maddə hesab edilmişdir.


50 20 aprel 2010-cu il tarixli 992-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 380) ilə 167-ci maddədə "ən geci 3 ay" sözləri "ən geci 1 ay" sözləri ilə əvəz edilmişdir.


51 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 168.1-ci maddədə “50-ci” sözü “53-cü” sözü ilə əvəz edilmişdir.


52 22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 174-cü maddədə “orqanında” sözü “orqanı tərəfindən” sözləri ilə əvəz edilmişdir.


53 22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 176.1-ci maddədən “əsasən” sözündən sonra “bu barədə qətnamənin cıxarıldığı yer üzrə” sözləri əlavə edilmişdir.
22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 176.1-ci maddədən ikinci cümlə cıxarılmışdır. Cümlənin əvvəlki redaksiyasında deyilirdi:

Qətnamədən çıxarış 1 aydan gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.


54 22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 176.2 maddədə “çıxarıldığı” sözü “qanuni qüvvəyə mindiyi” sözləri ilə əvəz edilmişdir.


55 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 179-cu maddədə “Nikahın pozulmasını” sözləri “Ərizə əsasında nikahın pozulmasınısözləri ilə, “yerdə” sözü “yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə” sözləri ilə əvəz edilmişdir.


56 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 180.2-ci maddədə “, lakin nikahın pozulması haqqında şəhadətnamə alanadək onlardan heç biri yeni nikahı qeyd etdirə bilməz” sözləri “və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər” sözləri ilə əvəz edilmişdir.


57 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 182.2-ci maddə aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlkie redaksiyada deyilirdi:



182.2. Müvafiq icra hakimiyyəti orqanı azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənə ərizə haqqında bildiriş göndərir. Bildirişdə uşaqlar haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakı bölmək haqqında mübahisənin və ya fəaliyyət qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ərə (arvada) aliment verilməsi haqqında mübahisənin olub-olmadığı barədə məlumat vermək üçün vaxt müəyyən edilir. Cavab üçün müəyyən edilmiş müddət 1 aydan çox ola bilməz. Mübahisənin olmadığı haqqında məlumat alındıqda və ya bildirişdə müəyyən edilmiş müddətdə cavab alınmadıqda müvafiq icra hakimiyyəti orqanı nikahın pozulmasını qeydə alır.

58


 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 186-cı maddənin əvvəlinə “Ərizə əsasında” sözləri əlavə edilsin, maddədə “və ya atalığın müəyyən edilməsi haqqında” sözləri “, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə” sözləri ilə əvəz edilmişdir.


59 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 195-ci maddədə “3 gündən” sözləri “10 gündən” sözləri ilə əvəz edilmişdir.


Yüklə 487 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə