Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında



Yüklə 487 Kb.
səhifə15/17
tarix12.10.2018
ölçüsü487 Kb.
#73459
1   ...   9   10   11   12   13   14   15   16   17

Nİkahın qeydə alınması


Maddə 171. Nikaha daxil olmaq arzusu haqqında ərizə

Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir.



Maddə 172. Nikaha daxil olanların öz hüquq və vəzifələri ilə tanış edilməsi, nikahın qeyd gününün təyin olunması

172.1. Ərizəni qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməyə, bu şəxslərin bir-birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını yəqin etməyə, habelə gələcək ər-arvad və valideyn kimi onlara hüquqlarını və vəzifələrini izah etməyə, eləcə də nikaha daxil olmaqla maneələrin gizlədilməsi üçün məsuliyyət daşıdıqları haqqında onları xəbərdar etməyə borcludur.

172.2. Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq bu Məcəllənin 9-cu maddəsi ilə nəzərdə tutulmuş müddətlərə əməl etməklə ərizə verilən gündən 1 ay tez olmayaraq təyin edilir. Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olanlar nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-olmadıqlarını bildirirlər.

Maddə 173. Nikahın qeyd edilməsinə maneələr olduğu haqqında ərizənin yoxlanması

Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələr olduğu haqqında müvafiq icra hakimiyyəti orqanına ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, ərizə verənə isə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir. Müəyyən edilmiş müddətdə əsaslı sübutlar təqdim olunmazsa, nikah haqqında qeydiyyat aparıla bilər.



Maddə 174. Nikahın qeydə alınması

Nikahın qeydə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olan şəxslərin iştirakı ilə aparılır. 52



Maddə 175. Nikah haqqında şəhadətnamənin verilməsi

Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.


24-ci fəsil

Övladlığa götürmənİn qeydə alınması


Maddə 176. Övladlığa götürmənin qeydə alınmasının yeri və qaydası

176.1. Övladlığa götürmə barədə qeydiyyat övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən bu barədə qətnamənin cıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanında aparılır. 53

176.2. Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci 1 ay ərzində övladlığa götürməni müvafiq icra hakimiyyəti orqanında qeyd etdirməyə borcludurlar. 54

Maddə 177. Övladlığa götürülənin doğulması haqqında akt yazılarına dəyişikliklər edilməsi

Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğulması haqqında akt yazısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında yeni şəhadətnamə verilir.



Maddə 178. Akt yazılarının ləğv edilməsi və övladlığa götürmə haqqında yazılarda qeydlər

178.1. Məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmə haqqında qeydi ləğv edir, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə isə övladlığa götürmə haqqında yazılarda övladlığa götürmənin ləğvi haqqında qeydlər aparır. Belə hallarda övladlığa götürülənin doğulması haqqında qeydlərdə övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir.

178.2. Övladlığa götürmə uşağın valideynlərinin xahişi ilə ləğv edilmişsə, uşağın valideynləri, övladlığa götürmə müvafiq icra hakimiyyəti orqanının tələbi ilə ləğv edilmişsə, bu orqan övladlığa götürmə qeydini ləğv etmə haqqında məlumat verə bilər.


25-ci fəsil

Nİkahın pozulmasının qeydə alınması


Maddə 179. Nikahın pozulmasının qeydə alınma yeri

Ərizə əsasında nikahın pozulmasını ər-arvaddan və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır.55



Maddə 180. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması

180.1. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır.

180.2. Ər-arvaddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətm olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.56

Maddə 181. Ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması

181.1. Qarşılıqlı razılıq üzrə nikahın pozulması (bu Məcəllənin 17.1-ci maddəsi) haqqında ərizədə ər-arvad onların yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təsdiq etməyə borcludurlar.

181.2. Nikahın pozulması bu barədə ərizə verilən gündən 1 ay keçdikdən sonra qeydə alınır.

Maddə 182. Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması

182.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllılıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini, yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı əlavə etməlidir.

182.2. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, müvafiq icra hakimiyyəti orqanı nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır, 3 gün müddətində bu barədə azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakını idarə edənə məlumat göndərir. Müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsə qəyyum təyin edilməmişdirsə, məlumat fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin yaşadığı yerin qəyyumluq və himayə orqanına göndərilir. Məlumatda uşaqlar haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölgüsü haqqında və ya fəaliyyət qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ərə (arvada) aliment verilməsinə dair mübahisə olduğu halda onun həlli üçün məhkəməyə müraciət etmək hüququ izah edilir.57

Maddə 183. Nikahın pozulması qeydə alınarkən ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi

Ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır.



Maddə 184. Nikahın pozulması haqqında şəhadətnamə verilməsi

Nikahın pozulması haqqında qeyd aparıldıqda nikahın pozulması haqqında şəhadətnamələr verilir.



Maddə 185. Nikahın pozulmasının qeydə alınması haqqında ərə (arvada) və nikahın qeydə alındığı yerdə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi

Müvafiq icra hakimiyyəti orqanı ərin (arvadın) yaşayış yeri məlum olduqda ona, habelə nikahın qeydə alındığı yerdə müvafiq icra hakimiyyəti orqanına nikahın pozulmasının qeydə alınması haqqında məlumat verməyə borcludur.


26-ci fəsil


Yüklə 487 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə