Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
12
Bakı xanlığının bayrağı
1806-cı il oktyabrın 3-də general Bulqakovun komandanlıq etdiyi rus qoşunları Dərbəndi ələ keçirdikdən
sonra Bakıya hücum etdilər. Artıq I neçə illərdən bəri davam edən qanlı mübarizənin uğursuzluğunu anlayan
Bakı xanı Hüseynqulu xan şəhəri və onun əhalisini qorumaq məqsədilə öz nümayəndə heyətini xanlığın bayrağı,
qalanın açarları və duz-çörəklə Bulqakovun yanına göndərir, özü isə ailəsi ilə birlikdə əvvəl Qubaya, sonra isə
İrana qaçır (Azərbaycan tarixi, 7 cilddə, Bakı, 2000, c.IV, s.27). Bakı işğal olunur, Bakı xanlığı isə ləğv edilir.
Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin yeni tarix fondunda 455 №-li inventar altında mühafizə edilən Bakı
xanlığının bayrağı, eləcə də Bakı qalasının gümüş açarları 1924-cü ildə Qafqaz Hərbi Tarix Muzeyindən
verilmişdir. (Путеводитель по Кавказскому Военно-Историческому Музею. Тифлис, Типография штаба
Кавказского военного округа, 1913.)
Bayrağın dördkünc qumaşı (ölçüləri 220 x 122 sm) dörd parça açıq moruğu və bir parça açıq xaradan əl
ilə tikilmişdilər. Uzununa yerləşdirilmiş yaşıl parça (eni 31 sm) ona möhkəm tikilmiş qırmızı atlas köbə (eni 6
sm) vasitəsilə bayraq ağacına taxılmışdır.
Yaşıl parçanın üstündə
hər biri eni 2,7 sm olan xırda
nəbati naxışlı üç zolağın
arasında içərisində tünd yaşıl
saplarla
daha
iri
nəbati
ornamentlər salınmış iki enli
zolaq (12,5 və 10 sm enində)
vardır. Birinci zolaqda yan-
yana baş-ayaq yerləşdirilmiş
biri tünd, ö biri açıq yaşıl
rəngli zambağa oxşar butaların
içində altıləçəkli güllər və
şişuclu, dalğavari yarpağa
oxşar naxışlar salınmışdır.
Daha enli ikinci zolağın içində
ucları birləşdirilmiş, biri tünd,
o biri isə yaşıl rəngli iki aypara
çəkilmiş, bu ayparaların və onların birləşməsindən yaranmış çevrənin içində altı və səkkizləçəkli güllər
tikilmişdir. Ayparalarla zolağın arasında içərisində tünd yaşıl saplarla xallar vurulmuş butavari yarpaqlardan
yaradılmış ornament salınmışdır. Bütün gül və naxışların üzərində artıq solmuş güləbətin saplarının izləri
qalmışdır.
Bayraq qumaşının biri-birinə tikilmiş dörd parçadan ibarət açıq moruğu rəngli hissələrinin hər biri
müxtəlif ornament və naxışlarla bəzədilmişdir. Yaşıl parçaya yaxın
yuxan sol hissədə yerləşən parçanın üstündə tünd moruğu konturlu
ucları birləşdirilmiş üç aypara (onların əmələ gətirdiyi ellipsin
diametri 43 x 48 sm-dir) təsvir edilmişdir. Birinci ən böyük
ayparanın içində ortadan başlayaraq əks istiqamətlərdə tünd
moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli
orta ayparanın içində tünd moruğu saplarla iki sünbül çəkilmişdir.
Nisbətən enli yaşıl yerlikli ayparanın içində tünd moruğu saplarla ərəb dilində "Ya v Məhəmməd, möminləri
müjdələ" və "Allahdan kömək və yaxın qələbə" sözləri yazılmışdır. Birinci ayparanın kiçildilmiş şəklində
verilmiş üçüncü ayparada eyni naxışlar təkrar olunsa da birincidən fərqli olaraq onun yerliyi yaşıl, sünbülləri isə
tünd moruğu saplarla çəkilmişdir. Bu ayparanın uclarının birləşməsindən əmələ gələn çevrənin içində yaşıl
fonda tünd moruğu saplarla ərəb dilində "Allah kömək edəndir və
allah qoruyandır" sözləri yazılmışdır. Bayraq parçasının bu
hissəsinin üç kənarı (yaşıl parçaya tikilən kənar istisna olmaqla)
nazik yaşıl xətt ilə biri digərindən ayrılmış nargülü, yarpaq və
budaqlardan ibarət 5,5 sm enində haşiyə ilə əhatələnmişdir.
Bayraq parçasının aşağı sol hissəsində tünd moruğu yerlikdə
yaşıl saplarla çəkilmiş, kənarında yarpaq və üçləçəkli güllərdən
ibarət ensiz (təqribən 2 sm) haşiyənin ortasında iki kvadratın üst-
üstə qoyulması ilə əmələ gətirilmiş səkkizguşə xonçanın olduğu
mürəkkəb naxışlı ellips formalı (diametri 38 və 32 sm) ornament
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
13
salınmışdır.
Bayrağın altbaalt tikilmiş bu iki hissəsi digər iki hissədən yaşıl konturlu tünd moruğu gül, buta və digər
nəbati naxışları olan 8,5 sm enində haşiyə ilə ayrılmışdır. Yuxarı sağ hissədə sarı qızılı, yaşıl, tünd moruğu və
mavi saplarla toxunmuş dörd, aşağıda isə altı dekorativ element təsvir edilmişdir. Yuxarıda haşiyəyə yaxın
hissədə, içərisinə iç-içə iki aypara, kənarlarına müxtəlif formalı yarpaqlardan düzəldilmiş gül ləçəklərinə bənzər
naxış salınmış ellips (diametrləri 18 və 14,5 sm) çəkilmişdir. Ellipsdaxili naxışlar mavi konturlu tünd moruğu
rəngli sünbülvari yarpaqlardan ibarətdir; iki ayparanın (birinci aypara naxışlı, ikincisi isə sayadır) uclarının
birləşməsindən yaranmış dairədə mavi və tünd moruğu saplarla səkkizgüşəli ornament, aypara ilə ellipsin
dairəsi arasında konusvari naxışlar salınmışdır.
Bayrağın üstündəki bütün naxışlarda olduğu kimi burada da güləbətin sapların izləri qalmışdır. Bayrağın
bu hissəsinin ortasına yaxın, biri digərindən təqribən 13-14 sm aralı, üs-üstə, eyni ölçüdə, içərisində ərəb dilində
yazısı, ətrafında yarpaq və gül ləçəklərindən naxışları olan iki ellipsvari dairə salınmışdır. Tünd moruğu saplarla
toxunmuş hərflər sarı-qızılı saplardan olan fon üzərindədir. Bayrağın yuxarı sağ hissəsinin kənarında mürəkkəb
quruluşlu dolçaya bənzər dekorativ element salınmışdır. Onun uzunsov səkkizləçəkli gül formasında olan aşağı
hissəsi ərəb qrafikası elementlərini ("bismillah" və ya "Bakuyə") xatırladan mürəkkəb naxışlarla örtülmüşdür;
dolçanın "boğaz" hissəsi nəbati naxışlarla bəzənmiş, "qapaq" hissəsi içərisində yenə də nəbati naxışlar salınmış
gümbəzvari formada toxunmuşdur. Dolçanın nəbati və həndəsi naxışlarla
bəzənmiş iki əyilmiş qulpu ağızlarından alovun şöləsini əks etdirən ləçəkli
güllər çıxan əjdaha başları ilə tamamlanır. Əjdahanın gözləri qızılı-sarı və açıq
qəhvəyi rəngli saplarla tikilmişdir.
Bayrağın aşağı sağ hissəsində, orta ayırıcı haşiyəyə yaxın, tünd moruğu
saplarla biri digərindən təqribən 20 sm aralı, üzbəüz, içərisində altıləçəkli və
nar güllərindən, yarpaq və budaqlardan naxışlar salınan yarpaq formalı iki
element toxunmuşdur. Naxışların üstü güləbətin saplarla işlənmişdir. Üstdəki
yarpaqdan solda ortasında səkkizguşə ulduz, ətrafında isə nəbati naxışlar
salınmış uzunsov formalı səkkizləçək element toxunmuşdur. Bütün naxışlar
tünd-moruğu saplarla mavi yerlik üzərinə salınmışdır. Ondan bir qədər aşağıda,
ətrafı üçləçək gül naxışları ilə bəzənmiş ellipsvari dairə (diametrləri 17 və 21
sm) içərisində yaşıl-qızılı fon üzərində tünd-moruğu saplarla "Məhəmməd"
sözü toxunmuşdur. Bu sözün ətrafında nəbati naxışlar arasında ərəb hərfləri
(görünür "Allah" və "Məhəmməd) salınmışdır.
Bayrağın aşağı sağ hissəsinin kənarında daha iki dekorativ element ayparalardan alınmış ellips formalı
elementin təkrarı olsa da özünün daha kiçik ölçüləri (diametrləri 22 və 18,5 sm) və saplarının rəngi ilə fərqlənir;
ərəb dilindəki yazılar eyni ilə təkrar olunur.
Aşağıdakı element sarı-qızılı fonda moruğu rəngli saplarla toxunmuş kiçik ölçülü dolça içərisində yelpazə
formalı gül dəstəsindən ibarətdir. Gül dəstəsinin ətrafında, onu halələmiş ləçəklər içərisində, nəbati naxışlar
toxunmuşdur. Bayrağın astar hissəsinə onun üzlüyündə toxunmuş bütün naxışların tərsi düşmüşdür.
Bayraq ağacı (uzunluğu 280 sm, kəsikdə diametri 4 sm) açıq boya ilə boyanmışdır, bəzi yerlərdə altdakı
mavi boya üzə çıxır. Bayraq ağacına taxılmış ucluq (uzunluğu 61 sm) üç hissədən ibarətdir. Onun dəmirdən
düzəldilmiş konusvarı boru hissəsinə başına üçtilli süngüvari ucluq (uzunluğu 40 sm) taxılan içi boş mis kürə
bərkidilmişdir. Ucluğun boru hissəsindən sarıya çalan açıq qəhvəyi-qızılı iplərdən hörülmüş, biri digərindən
kiçik dörd qotaz asılmışdır. Böyük qotazın uzunluğu 36 sm, orta qotazınkı - 21 sm, kiçik qotazlarınkı -14 sm-
dir.