Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
14
Şəki xanlığının bayraqları
1805-ci ilin mayında Qarabağ və Şəki xanlıqları ilə Rusiya imperiyası arasında imzalanmış Kürəkçay
müqavilələrinə görə. Şəki xanlığı da Rusiya təbəəliyini qəbul etdi. Lakin bir il sonra Qarabağ xanı İbrahimxəlil
xan öz ailəsi, o cümlədən Şəki xanı Səlim xanın bacısı olan həyat yoldaşı ilə birlikdə qətlə yetirildikdə, Səlim
xan itaətdən çıxaraq, Şəkidə yerləşdirilmiş rus qarnizonunu xanlığın hüdudlarından çıxara bildi(Azərbaycan
tarixi. c. IV, s. 22.) 1806-cı il oktyabrın 22-də Nuxa (Şəki) yaxınlığında baş verən həlledici döyüşdə Səlim xanın
qoşunu məğlub edildi. Rus general-mayoru Nebolsinin başçılıq etdiyi dəstənin ələ keçirdiyi qənimətlər
içərisində xanlığın altı bayrağı da olmuşdur. Onlardan üçü (inv. sayları 451, 452, 455) hazırda Milli Azərbaycan
Tarixi Muzeyində saxlanılır.
451 №-li inventar altında saxlanılan, ölçülərinə görə
Şəki xanlığına məxsus bayraqların ən böyüyü olan bayraq
(245 x 237 sm) beşbucaqlı formasındadır. Moruq rəngli orta
hissəsi sarı ipək saplarla və güləbətinlə işlənmiş
ornamentlərlə örtülmüşdür. Bayraq qumaşı xara (zərxara)
parçadandır. Bayrağın kənarlarına yaşıl xara parçadan enli
haşiyə salınmışdır. Ortada, güləbətin saplarla işlənmiş şaquli
istiqamətli xətlər arasında, sarı ipək saplarla cərgə-cərgə
səkkizguşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları
çəkilmiş, onların arasında isə, dəyirmi, rombvarı və
üçbucağa oxşar kiçik fiqurlar salınmışdır.
Bayrağın yaşıl xaradan olan haşiyəsi üzərində sarı ipək
saplarla şahmat qaydasında səkkizguşə ulduzlar çəkilmişdir.
Eyni təsvirlər bayrağın astar tərəfində də mövcuddur.
Bayrağın parça hissəsinin bəzi yerləri zədəlidir. Açıq-
qəhvəyi boya ilə rənglənmiş bayraq sapı (uzunluğu 289 sm,
kəsikdə diametri 3,8 sm) bir çox yerlərdə çatlamışdır. Dəmir ucluq (uzunluğu 52 sm) üç hissədən ibarətdir.
Konusvari borunun üst tərəfində qabarıq kəmərlik qoyulmuş, başına içi boş "alma" taxılmışdır. "Alma"nın üst
hissəsinə dəmirdən dördtilli süngü keçirilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyində 452 №-li
inventar altında saxlanılan Düzbucaqlı üçbucaq
formasında olan bayrağın (ölçüləri 143 x 105 x 93,5
sm) üz və astar tərəfləri müxtəlif növ parçalardan
tikilmiş, 1926-cı ildə bərpa zamanı üz astardan
ayrılmışdır. "Qafqaz Hərbi Tarix Muzeyi üzrə bələdçi"
kitabında verilmiş qısa məlumata görə, məğlub
edildikdən sonra xan adından məhrum edilmiş şəkili
Səlim xana mənsub olan bu döyüş bayrağı, yuxanda
qeyd edildiyi kimi, 1806-cı ildə baş verən hücum
zamanı düşmənin əlinə keçmişdi. Yenə həmin
mənbəyə görə, bayraq 1606-cı ildə hindistanlı Hacı
Hüseyn tərəfindən hazırlanmış , Nadir şahın Hindistan
yürüşündə əldə etdiyi qənimətlərdən olmuşdur.
Tarixən məlumdur ki, Nadir şahın bir qədər əvvəl Şəki
valisi təyin etdiyi Hacı Çələbi Şəki vilayətini müstəqil
xanlıq, özünü isə xan elan etmişdi. Yalnız uzun müddət (1744-1746) davam edən qanlı döyüşlərdən sonra
"Gələsən-görəsən" qalasında mühasirəyə alınmış Hacı Çələbi Nadir şah hakimiyyətini tanıdığını bildirdi. Nadir
şaha məxsus bayraq elə həmin dövrdən Şəki xanlığının bayraqlarından biri oldu (bu bayrağın hədiyyə və ya
döyüş qəniməti kimi əldə edilməsi haqqında məlumat yoxdur).
Bayrağın üz tərəfində sarıya çalan açıq qəhvəyi (bej) tirmə parçanın yerliyində cərgə ilə butalar
salınmışdır. Qırmızı çiçək və yaşıl yarpaqlardan tərtib edilmiş butaların bir cərgəsi sola, digəri isə sağa tərəfdir.
Bayrağın açıq qəhvəyi (bej) rəngli saya parçadan olan astar hissəsinin üzərində əvvəldən olan sanskrit yazılarla
yanaşı, sonradan ərəb və fars dillərində əlavələr edilmiş, Quranın müxtəlif surələrindən ayələr, eləcə də həmin
ayələrin başlanğıcında mənası, məqsəd və mahiyyəti bu gün də alimlər üçün anlaşılmaz qalan, "Allahın sirri"
hesab edilən bir və ya bir neçə hərf verilmişdir ( mim, ha, mim, dəl; dəl, mim, ha və s.). Bayraq qumaşı
üzərindəki yazılar onu üç hissəyə - ortada yerləşən böyük kvadrata və kənarlarda yerləşən iki düzbucağa bölür.
Böyük kvadrat hər birində Quran ayələrindən ayrı-ayrı sözlər olan kiçik kvadrat xanalara (100 x 100) bölünüb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
15
Böyük kvadratın aşağı haşiyələrində və bütövlükdə bayrağın kənarlarında da Quran ayələri verilmişdir.
Düzbucaqlı üçbucaqlarda da içərisində Quran yazıları olan kvadrat xanalar, müxtəlif ayə və kiçik surələr
yerləşdirilmiş, Allahın epitetləri qeyd edilmiş, sağ düzbucaqlıda, həmçinin, döyüşdə qələbəyə inam və ümid
yaradan Quran ayəsi "Kömək allahdandır və yaxın qələbə" - verilmişdir.
Bayrağın üz tərəfində demək olar heç bir zədə olmasa da, astar hissəsindəki yazıların bir hissəsi muzeydə
saxlanma şəraitinin qənaətbəxş olmaması üzündən pozulmuş, hətta oxunmaz hala düşmüşdür. Bununla belə,
bəzi silinmiş, lakin çox mühüm olan yazılar muzeyə təhvil verilərkən tj onun elmi pasportunda (görünür,
muzeyin o illər əməkdaşı olan İsa Əzimbəyov tərəfindən) ərəb əlifbasında (bayraqda olduğu kimi) qeydə
alınmışdın "Böyük sultan, ən böyük xaqan, insanların başlarının ağası Nadir şah, Allah onun hakimiyyətini
əbədi etsin, 1155/1742-43-cü il".
Bayraq sapı (uzunluğu 297 sm, kəsikdə diametri 3,8 sm) qara
və yaşıl rənglərə boyanmışdır. Mis ucluq (uzunluğu 29 sm) üç
hissədən ibarətdir. Konusvari borunun başına əzilmiş kürə formasında
olan "alma" taxılmışdır. Üst hissə ortası qabarıq, yarpaq formasında
kəsilmiş içi boş ucluqdan ibarətdir. Bütün ucluq qızıl suyuna
salınmışdır. Yarpağı uzunluğu 26 sm, eni 16 sm, qalınlığı 16 sm-dir.
Düzbucaqlı üçbucaq formasında ikiqat ipək parçadan əl ilə
tikilmiş bayrağın (ölçüləri 224 x 178 x 137sm) zamanın təsirindən
çox solmuş naxışlı çəhrayı qanovuzdan olan bir üzündə mavi və qızılı
saplarla gül budağı üstündə oturmuş və dimdik-dimdiyə dayanmış quş
və balıq təsvirləri toxunmuşdur (453 №-li inventar altında saxlanılır).
Bayrağın göy xara ipəkdən olan o biri üzünə, qızılı ipək saplarla
toxunmuş
uzunsov
yarpaqvari damaların
içinə qızılı və yaşıl
saplarla gül ornamenti
salınmışdır. Bayrağın
iki
tərəfdən
kənarlarına
saçaq
çevrilmiş, nazik zərxara köbə üzərində quş, dovşan, gül və
yarpaq təsvirlərindən ibarət ornament salınmış, köbənin qırağına
güləbətin saplardan saçağı olan ensiz qızılı lent tikilmişdir.
Qumaşın bayraq ağacına taxılması üçün tikilmiş üst sapı qara, alt
sapı qəhvəyi rəngdə olan nazik ipək (liberti) torbacıq zamanın
təsiri ilə demək olar tamam üzülərək sap halına düşmüşdür.
Bayraq ağacının sapı (uzunluğu 228 sm, kəsikdə diametri
3,6 sm-dir) qara boya ilə örtülmüşdür. Qızıl suyuna salınmış üç
hissəli mis ucluq (uzunluğu 52 sm, eni 12 sm) konusvari
borudan, ona taxılmış içi boş "alma"dan və "alma"nın üst
hissəsinə birləşdirilmiş ortası qabarıq, kənarları qırçınlı içi boş
yarpaqdan ibarətdir.