Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
18
Cənubi Azərbaycan xanlıqlarına (Təbriz və Xoy) aid bayraqlar
1804-cü ilin yayında, I Rusiya-İran müharibəsinin başlanğıcında, general P.Sisianovun başçılıq etdiyi rus
qoşunları İrəvan qalasını mühasirəyə aldı. Şahzadə Abbas Mirzə qoşunu ilə xanlığın köməyinə gəlsə də,
vəziyyətin gərginliyi İrəvan xanlığının başçısı Məhəmməd xanla
müttəfiqlik edən naxçıvanlı Kalbalı xanı İran hökmdarı Fətəli
şah Qacara müraciət etmək məcburiyyətində qoydu. Fətəli şahın
əmri ilə Xoy və Təbriz xanlıqlarından göndərilmiş qoşun
dəstələri irəvanlıların köməyinə gəldi. İyulun 15-də başa çatan
döyüş heç bir tərəfə qələbə gətirməmiş, böyük itkilər verən rus
ordusu iki zəmburək və iki bayraq ələ keçirə bilmişdi. Hər iki
bayraq "nepcидские знамена" (İran bayraqları) adı ilə Qafqaz
Hərbi Tarix Muzeyinə təhvil verilmiş, onları müşayiət edən
sənədlərdə konkret mənsubiyyətləri göstərilməmişdir. Lakin İran
qoşunları tərkibində şahzadə Abbas Mirzənin sərbazlarının,
İrəvan, Təbriz və Xoy xanlıqlarının dəstələrinin və çox güman
ki, Fətəli şahın özünün xüsusi mühafizə dəstəsinin olduğunu,
bayraqların Tiflis yeqer alayının döyüşçüləri tərəfindən əldə
edildiyini, həmin alay ilə sol cinahda, mənbənin verdiyi
məlumata görə, məhz Təbriz və Xoy süvarilərinin vuruşduğunu
nəzərə alsaq, döyüş meydanından qənimət kimi əldə edilən bu iki
bayrağın Təbriz və Xoy xanlıqlarına aidliyini təsdiq etmək
olar.(M.Süleymanov. İrəvan xanlığının Rusiyaya birləşdirilməsi
tarixindən. Bakı, 1997)
1803-cü il iyulun 15-də İrəvan yaxınlığındakı döyüşdə P.Sisianovun başçılıq etdiyi rus ordusunun qənimət
kimi əldə etdiyi iki bayraqdan biri 445 №-li inventar altında saxlanılır. Qafqaz Hərbi Tarix Muzeyinin "Bələdçi
kitabındakı məlumata görə, bu bayraq 9-cu Yeger alayının poruçiki Savranov tərəfindən əldə edilmişdi.
(Путеводитель по Кавказскому Военно-Историческому Музею. Тифлис, Типография штаба Кавказского
военного округа, 1913.)
Bayrağın xara ipəkdən olan qumaşı (ölçüləri: 167 x 151 sm) moruğu rəngdədir. Bayraq sapının yanındakı
hissədə yuxarıdan aşağıya doğru qızılı saplarla çəkilmiş düzbucaqlıların içərisində həmin saplarla Quran ayələri
və ifadələri verilmişdir. İki cərgədə düzülmüş (10x2) hər birinin içərisində "Allahdan başqa ilahi yoxdur",
"Məhəmməd allahın elçisidir" ifadələri bir neçə dəfə təkrar olunmuşdur. Bu yazılar elə toxunmuşdur ki, onların
bir hissəsini bayrağın üz, bir hissəsini isə astar tərəfindən oxumaq olur. Düzbucaqlıların əmələ gətirdiyi sütun
boyunca yuxarıdan aşağıya, nəbati naxışlı kiçik xonçalarla biri-birindən ayrılan həmin ifadələr yerləşdirilmişdir.
Bayraq sapına paralel olan hissənin kənarında da bir cərgədə nəbati naxışlı medalyonlarla ayrılan "bismillahir-
rəhmanir-rəhim" ifadəsi beş dəfə təkrar olunmuşdur. Bayrağın orta hissəsində biri-birinin içərisində
yerləşdirilmiş üç ayparanın təşkil etdiyi dördü bütöv və görünür, ikisi yarımçıq olan ellipsvari, onların arasında
isə ikisi bütöv və biri yarımçıq olan dairəvi medalyonlar verilmişdir. Qızılı saplardan tikilmiş bu medalyonların
içərisində nəbati ornament və ərəb yazılan salınmışdır. Nəstəliq xətti ilə yazılmış bu yazılarda "Bismillahır-
rəhmanir-rəhim", "Lə ilahə illəllah və Muhəmməd rəsulillah", "Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli", "Ya
fəttah" sözləri bir neçə dəfə təkrarlanır.
Bayraq qumaşı əl ilə iki parçadan tikilib. Parçanın xüsusi olaraq bayraq üçün toxunduğu görünür.
Bayrağın sapa taxılan torbacığı sarı-qızılı rəngli atlasdan tikilmişdir. Hər iki üzündəki təsvirləri eynidir.
Bayrağın sağ tərəfdən alt hissəsi başdan-başa süzülmüşdür. Ortasındakı süzülmənin qarşısını almağa
çalışan bərpaçı həmin hissəyə kobud yamaq salmışdır.
Bayraq sapı (uzunluğu 260 sm, kəsikdə diametri 3,8 sm) sarı boya ilə rənglənmişdir. Ucluq (uzunluğu 37
sm, eni 9 sm) qızıl suyuna salınmış misdəndir. Qısa boru parçasına iki yarımkürədən ibarət içi boş "alma"
taxılmışdır. Alma"nın başına konus şəkilli borusu və zambağa bənzər naxışı olan neştərə oxşar yastı ucluq
salınmışdır. Ucluğun həndəsi naxışlarla bəzənmiş "alma" hissəsinin iki halqası var. Bu halqalara 89 sm
uzunluğu olan ipək burma saplardan toxunmuş qaytan vasitəsilə hər birinin uzunluğu 24 sm olan iki qotaz
asılmışdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
19
449 №-li inventar altında saxlanılan beşguşə formalı
bayrağın xara ipəkdən olan moruğu yerlikli qumaşı (160 x 157
sm) əl ilə bir-birinə tikilmiş müxtəlif həndəsi və nəbati
ornamentli beş parça zolağından və bu zolaqları dörd tərəfdən
əhatə edən enli haşiyədən ibarətdir. Haşiyənin moruğu yerliyi
üzərində içərisində romb olan səkkizləçəkli gül və içərisində
səkkizguşəli ulduz olan səkkizləçəkli başqa bir gül salınmışdır.
Bayraq muzeyə təhvil verilərkən tərtib edilmiş elmi pasportda
"nepcидское знамя" kimi qeydə alınmış, onun İrəvan
yanındakı döyüşdə əldə edildiyi bildirilmişdir. Qafqaz Hərbi
Tarix Muzeyinin "Bələdçi" kitabında olan qeydə əsasən bu
bayraq Fətəli şahın özünün başçılıq etdiyi İran ordusunun
hücumunun dəf edilməsi zamanı Tiflis alayı tərəf indən döyüş
meydanından götürülmüşdür.
Bayrağın yuxarıdan ikinci və beşinci zolaqları yaşıl və
qızılı-sarı saplardan toxunmuş müxtəlif formalı (kvadrat,
üçbucaq, romb, səkkizguşə) həndəsi və nəbati fiqurlardan
ibarətdir. Fiqurlar biri-birinə oxşasa da hər bir parça zolağı özünəməxsus görünüşə malikdir. Bayrağın
yuxarıdan birinci zolağı yerliyi yaşıl, üstündə qızılı-sarı saplarla toxunmuş iki müxtəlif formalı medalyonlar
salınmış xara ipəkdəndir. Kiçik medalyonun üçbucağabənzər aşağı hissəsində çox çətinliklə "Allah",
"Məhəmməd", "Əli" ifadələri kimi oxunan yazıların olduğunu ehtimal etmək olur. Bayrağın yuxarıdan üçüncü,
yerliyi moruğu olan zolağının üstündə qızılı və qəhvəyi saplarla nəbati və həndəsi naxışlı fiqurlar salınmışdır.
Onun yanındakı parça zolağının çox hissəsi bərpanın düzgün yerinə yetirilməməsi nəticəsində demək olar
tamamilə dağılmışdır. Bayrağın muzeyə təqdimatı dövründən qalan foto-şəkildən və "Bələdçi" kitabındakı
məlumatdan göründüyü kimi, bayraqda döyüş prosesində əmələ gələn güllə yerləri olmuşdur. (Путеводитель
по Кавказскому Военно-Историческому Музею. Тифлис, Типография штаба Кавказского военного
округа, 1913.) Bayraq ağacına (uzunluğu 260 sm, kəsikdə diametri 3,8 sm) taxılan torbacığın rəngi zamanın
təsirindən dəyişərək, yaşılımtıl-sarı rəng almışdır. Bayraq sapı və ucluğu (uzunluğu 37 sm, eni 9 sm) həmin
döyüş meydanından götürülmüş digər bayraqda (inventar 445) olduğu kimidir. Hazırda yenidən bərpaya böyük
ehtiyacı olan bu bayraq ilk, qeyri-professional bərpa zamanı nazik tül parçası üzərinə jelatin vasitəsilə
yapışdırılmış, nəticədə bayrağın astar hissəsindəki naxışlar örtülmüş, həm də parçası çox yerlərdə tamamilə
süzülmüş və cırılmışdır.