Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
24
Azərbaycan SSR-in bayraqları
1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti quruldu və
Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan SSR) elan olundu.
Sovet bayraqşünaslarının fikrincə, ilk dövrlərdə inqilabi al bayraqlarla
yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz
və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu. Məsələn, 1921-ci
ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu.
Lakin Sovet hakimiyyətinin ilk illərində Azərbaycan özünün dövlət
atributlarını
Sovet
Rusiyasının
atributlarına
uyğunlaşdırmaq
məcburiyyətində qalmışdı.
1921-ci ilin may ayında RSFSR-in Konstitusiyasına uyğunlaşdırılmış şəkildə Sovet Azərbaycanının ilk
Konstitusiyası (Əsas Qanun) qəbul edilmişdi.. 104-cü maddədə dövlət bayrağının təsviri verilirdi: " Azərbaycan
İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarətdir, onun sol küncündə,
bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı "AİŞC" və ya "Azərbaycan
İctimai Şuralar Cümhuriyyəti" yazısı yerləşdirilmişdir. "
Yuxarıda verilən təsvir RSFSR-in 1918-ci il Konstitusiyasında
verilmiş RSFSR bayrağının təsvirini eyniliklə təkrar edirdi.
Fərqli cəhət bundan ibarət idi ki,
RSFSR bayrağında yazılı sahə qırmızı idi,
Azərbaycan SSR-in bayrağında isə yaşıl
verilmişdi, respublikaların adlarının abreviaturaları da həmin qaydada seçilirdi.
1921-ci Azərbaycan SSR-in dövlət dili əsasında türk dili, əlifbası isə ərəb
əlifbası idi, odur ki, "AİŞC.” abreviaturası da ərəb əlifbası ilə türk dilində
verilmişdi.
1922-ci ilin dekabrın 30-da SSRİ-ni tərkibinə daxil olduqdan sonra öz müstəqilliyini de fakto itirən
Azərbaycan SSR MİK (Mərkəzi İcraiyyə Komitəsi) yeni latın qrafikalı
əlifbanın (yeni əlifba adlanan) ərəb əlifbası əsasında olan köhnə əlifbası ilə
eyni hüquqa malik olması barədə dekret qəbul etdi. Bu amil bayrağın
təsvirinə də öz təsirini göstərmiş oldu, yəni "A.S.S.R" abreviaturası həm
latın, həm ərəb əlifbası ilə verildi.
1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK-in dördüncü çağırış
üçüncü sessiyası Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) yeni
redaksiyasını qəbul etdi. Azərbaycan SSR Sovetlər Qurultayı 1925-ci il
martın 14-də onu təsdiq etdi. Konstitusiyanın (Əsas Qanun) yeni redaksiyasının 104-cü maddəsində dövlət
bayrağı aşağıdakı qaydada təsvir edilirdi:
"AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir. Yuxarı sol küncündə, bayraq
sapı tərəfdə radiusu bayraq eninin
1
/
6
-nə bərabər olan ölçüdə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş
ucları sağ tərəfə yönəlmiş qızıl aypara və qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib;
ayparanın diametri bayraq eninin
1
/
10
-nə bərabərdir, oraq və çəkicdən sağda
yeni və əski türk əlifbası ilə "A.İ.Ş.C" yazısı verilib.
20-ci illərin axırında rus dilindəki"социалистическая" sözü əvvəlki
tək "ictimai" kimi deyil, "sosialist" kimi tərcümə edilməyə başlanıldı.
Bununla bağlı bayraq üzərindəki abreviatura yazısında da düzəlişlər edildi.
Azərbaycan SSR MİK-nin 1929-cu il 1 yanvar tarixli qərarı ilə latın
əlifbasına keçid başa çatdı, ona uyğun
olaraq Konstitusiyanın (Əsas Qanun)
104-cü maddəsindən "və əski" sözləri çıxarıldı. 1930-cu ildən başlayaraq
Azərbaycan SSR-in bayrağı üzərində "ASSR" abreviaturası yalnız latın
əlifbası ilə verilməyə başladı. Bu qayda VII Ümumazərbaycan Sovetlər
Qurultayının 1931-ci il fevralın 14-də qəbul etdiyi Azərbaycan SSR-in
Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasında təsbit edildi.
1937-ci il Konstitusiyasının 152-ci maddəsində isə dövlət bayrağının təsviri belə ifadə edilmişdi:
“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı, sol bucağında, bayraq ağacı yanında yuxarıda
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
25
qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində "Az SSR" sözləri yazılmış qırmızı qumaşdan
ibarətdir.”
1939-cu il 11 iyul tarixdə qəbul edilmiş "Azərbaycan əlifbasının latın
əlifbasından rus əlifbasına keçməsi" haqqında Azərbaycan SSR-in Qanununa
uyğun olaraq 1940-cı il yanvarın 1-dən
Azərbaycan əlifbası latın əlifbasından rus
əlifbasına keçirildi. Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1940-cı il 20 mart
tarixli fərmanı ilə Azərbaycan SSR Dövlət bayrağı üzərində "Az. SSR"
abreviaturası yeni əlifba ilə təsvir edildi.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr
tarixli Fərmanı ilə Azərbaycan SSR xalq rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət İncəsənət
Muzeyinin direktoru K.M. Kazımzadənin layihəsi əsasında Azərbaycan SSR-in yeni Dövlət bayrağı təsdiq olundu
və onun təsviri Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının
(Əsas Qanun) 152-ci maddəsinə daxil edildi:
"Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki
üfüqi yerləşən rəngli zolaqlardan ibarətdir: qırmızı rəngli üst zolaq
bayrağın eninin ¾-nə bərabər ölçüdədir, göy rəngli alt zolaq bayrağın
eninin ¼-nə bərabər ölçüdədir, qırmızı zolağın yuxarı sol küncündə bayraq
sapı tərəfdə qızılı oraq və çəkic, onlardan yuxarıda qızılı xətlə haşiyələnmiş
qırmızı beşguşəli ulduz yerləşdirilib. Eninin uzununa nisbəti 1:2-dir.
1956-cı il may ayının 5-də Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin Fərmanı ilə "Azərbaycan Sovet Sosialist Respublikasının
Dövlət bayrağı haqqında Əsasnamə" təsdiq edildi. Burada bayraq
üzərində oraq, çəkic və ulduzun mövqelərini təkrarlayan və onların
dəqiqləşdirilmiş təsvirləri aşağıdakı kimi verilirdi: "...Oraq və çəkic
tərəfi bayraq eninin ¼-nə bərabər olan kvadratın içərisinə
yerləşdirilir. Orağın şiş ucluğu kvadratın üst tərəfinin ortasına düşür,
orağın və çəkicin dəstəkləri kvadratın alt künclərinə dirənir. Çəkicin
dəstəyi ilə bir yerdə uzunluğu kvadratın diaqonalının uzunluğunun
¾-ni təşkil edir. Beşguşəli ulduz kvadratın yuxarı tərəfinə bitişik
diametri bayraq eninin
1
/
8
-nə bərabər olan çevrəyə yerləşdirilir. Ulduzu, orağı və çəkici ortadan bölən şaquli ox
bayraq sapından bayraq eninin
1
/
3
-i qədər məsafədə yerləşir.
Bayrağın yuxarı kənarından ulduzun mərkəzinə qədər məsafə bayraq eninin
1
/
8
-i qədərdir..."
Bu dəyişikliklərin nəticəsində oraq və çəkic təsvirlərinin ölçüsü SSRİ Dövlət bayrağı üzərindəki
təsvirlərlə uyğunlaşdırılmış, yəni kiçildilmişdir, 1952-1956-cı illərdəkinə nisbətən bayrağın sapından bir az
uzaqlaşdırıldı.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart
tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan SSR Dövlət bayrağı
haqqında Əsasnamə"nin yeni redaksiyasında Azərbaycan SSR Dövlət
bayrağının təsviri 1956-cı ildəki təsviri ilə müqayisədə dəyişilməz qalmış,
lakin bayraq haqqında Əsasnaməyə əlavədə Azərbaycan SSR Dövlət
bayrağının əks tərəfinin rəsmi təsdiq olunmuşdu, buradan oraq, çəkic və
ulduz təsvirləri çıxarılmışdı. SSRİ, müttəfiq və muxtar respublikalar üçün bu qayda həmin dövrdə təsbit
olunmuşdu.
5 fevral 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanunu ilə Azərbaycan
Respublikasının Dövlət bayrağının yeni təsviri təsdiq edilmişdir.
Mətnin hazırlanmasında http://www.vexillographia.ru/azerbaij/index.htm saytında
yerləşdirilən materiallardan istifadə edilmişdir.