Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

26 



Üçrəngli bayrağın yenidən bərpası. 

 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutundan  sonrakı  tarixi  hadisələr  və  proseslər  göstərdi  ki, 



kommunist-sovet rejiminin hər cür təzyiq və məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan xalqını, Azərbaycan 

gəncliyini  milli  azadlıq,  müstəqillik,  istiqlal  idealları  və  arzuları  heç  vaxt  tərk  etməmişdir.  Azərbaycan  Xalq 

Cümhuriyyətini  «milli  sərvətimiz,  tariximizin  parlaq  səhifəsi»  kimi  dəyərləndirən  ümummilli  lider  Heydər 

Əliyevin  böyük  müdrikliklə  dediyi  kimi,  «Azərbaycan  Demokratik  Respublikası  ilk  dəfə  milli  azadlıq, 

müstəqillik  toxumlarını  bütün  Azərbaycana  səpdi.  Bu  toxumlar  uzun  müddətdən  sonra  cücərdi,  boy  atdı  və 

nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi». 

Lakin  Azərbaycan  Respublikasının  müstəqillik  əldə  etməsindən  xeyli  əvvəl,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  1920-ci  il  mayın  3-də  azadlıqsevər  xalqımızın  qəlbinə  endirilmiş  müqəddəs  istiqlal  rəmzi  – 

üçrəngli  milli,  dövlət bayrağımız  70  il  sonra  1990-cı  il  noyabrın  17-də  qədim  Azərbaycan  diyarı  Naxçıvanda 

XX  əsrin  böyük  siyasətçisi  və  dövlət  xadimi  Heydər  Əliyevin  təşəbbüsü  və  rəhbərliyi  ilə  Naxçıvan  Muxtar 

respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  vəsatəti  ilə  1991-ci  il  fevralın  5-də  Azərbaycan 

Respublikası  Ali  Soveti  «Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  haqqında  Azərbaycan  Respublikasının 

Qanunu»nu  qəbul  etdi.  Bu  Konstitusiya  Qanunu  ilə  (05.02.91,  №  217-XII)  ilə  üçrəngli  milli  bayrağımız 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  kimi  təsdiq  edildi  və  bu  müqəddəs  istiqlal  rəmzimiz  bütün 

Azərbaycan üzərində dalğalanmağa başladı... 

Az müddətdən sonra «Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» (18 

oktyabr  1991-ci  il)  ilə  Azərbaycan  Respublikası  özünün  dövlət  müstəqilliyini  elan  etdi.  İlk  olaraq  Türkiyə 

Cümhuriyyəti  ölkəmizin  müstəqilliyini  tanıdı.  Böyük  öndər  Qazi  Mustafa  Kamal  Atatürkün  vaxtilə  söylədiyi 

«Azərbaycan bayrağının Türkiyə bayrağı yanında Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz 

üçün  böyük  bir  bayramdır»  sözləri  artıq  həqiqətə  çevrildi...  İndi  təkcə  Türkiyənin  deyil,  dünyanın  bir  çox 

dövlətlərinin səmasında ölkəmizin səfirlikləri üzərində Azərbaycan bayrağı – müstəqilliyimizin müqəddəs rəmzi 

dalğalanır... 

Bu  da  sevindirici  haldır  ki,  Azərbaycan  Respublikası  1992-ci  il  martın  2-də  Birləşmiş  Millətlər 

Təşkilatının üzvlüyünə qəbul edildi və həmin təşkilatın Nyu-Yorkdakı iqamətgahının qarşısında dünyanın 180-

dən  artıq  müstəqil  dövlətinin  bayraqları  ilə  bir  sırada  Azərbaycan  Bayrağı  da  dalğalanmaqdadır.  Azərbaycan 

Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

27 



Bayrağın üzərindəki simvolların  

məna və funksiyaları 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  23-cü  maddəsinin  2-ci  bəndində  deyilir:  «Azərbaycan 



Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, 

aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli 

ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti l:2 dir». 

Göründüyü kimi, Konstitusiyaya görə dövlət bayrağımızdakı əsas simvollar bərabər ölçülü mavi, qırmızı, 

yaşıl  rəngli  zolaqlardan,  qırmızı  zolağın  hər  iki  üzündə  ağ  rəngli  aypara  və  ağ  rəngli  səkkizguşəli  ulduz 

təsvirindən  ibarətdir.  Hər  bir  simvolun  özünəməxsus  tarixi-siyasi,  mədəni  amillərlə  bağlı  olan  məna  və 

funksiyası vardır. Bayraq, onun mənşəyi, tarixi təkamülü və müasir vəziyyəti, bayraqda əks olunan simvolların 

məna  və  funksiyası,  bayrağın  qaldırılma  və  endirilmə  mexanizmi  və  s.  bu  kimi  sosial-siyasi,  milli-mənəvi, 

mədəni-tarixi və ideoloji məsələlərin şərhi ilə veksilologiya elmi məşğul olur. Həmin elmin son nailiyyətlərinə 

görə,  ən  qədim  bayraq  b.e.  əvvəl  üçüncü  minilliyə  aid  olub,  1972-ci  ildə  İranda  tapılmışdır.  Həmin  bayraq 

üzərində müxtəlif heyvan rəsmləri əks olunmuşdur ki, bu rəsmlər qədim insanların mifik görüşlərini əks etdirən 

simvollardan ibarətdir. Ümumiyyətlə, hər bir bayraq indi olduğu kimi, tarixən də müəyyən bir millətin (xalqın) 

və  onu  təmsil  edən  dövlətin  qüdrətini  təcəssüm  etdirən  atribut  sayılmışdır.  İstər  tarixən,  istərsə  də  müasir 

mərhələdə mövcud olan dövlət bayraqları rəng palitrası baxımından zənginliyi ilə seçilir. Müasir veksilologiya 

elminin  son  məlumatlarına  görə,  hazırda  dünyada  mövcud  olan  dövlət  bayraqları  içərisində  qırmızı  rəngli 

bayraqlar birinci yerdə olub, ümumən mövcud bayraqların üçdə ikisini təşkil edir. Onun ardınca ağ, mavi, qara 

və  yaşıl  rəngli  bayraqlar  gəlir.  Bayraqlar  rənglərin  sayına  görə  də  müxtəlif  növlərə  ayrılır  ki,  onlar  içərisində 

üçrəngli bayraqlar bizim üçün daha çox maraq doğurur. Belə bayraqlara trikolor («üçrəngli bayraq» mənasında 

termindir) deyilir. Dünyada ilk trikolor XVI əsrdə Hollandiyada yaradılmışdır ki, həmin bayraq qırmızı, ağ, və 

mavi  rəngli  üç  üfüqi  zolaqdan  ibarətdir.  Müasir  dövrdə  bir  çox  dövlətlərdə  mövcud  olan  trikolorlar  holland 

bayrağından  törəmişdir.  Məsələn,  Rusiya  Federasiyasının  dövlət  bayrağı  –  trikoloru  hələ  1690-cı  ildə  I  Pyotr 

tərəfindən  holland  bayrağındakı  rənglərin  yerdəyişməsi  yolu  ilə  (ağ,  mavi  və  qırmızı  rəngli  üfüqi  zolaqların 

sıralanması  ilə)  yaradılmış,  1917-ci  ilin  noyabrında  aradan  qaldırılsa  da,  1991-ci  il  dekabrın  26-da  yenidən 

bərpa edilmişdir. 

Eyni  mənşəli  Fransız  trikoloru  1789-cu  ildə  Bastiliyanın  alınmasından  sonra  qəbul  edilmişdir.  Həmin 

trikolor başqalarından fərqli olaraq şaquli istiqamətdə olan mavi, ağ və qırmızı rəngli zolaqlardan ibarətdir və 

hazırda Fransa Respublikasının bayrağındakı üç rəng «azadlıq, bərabərlik və qardaşlıq» prinsiplərinin simvolu 

kimi qəbul edilmişdir. İtaliya və İrlandiya bayraqları da trikolordur. 

Lakin  həmin  bayraqlar  eyni  mənşəli  olsalar  da,  hər  birində  eyni  rəng  çox  hallarda  müxtəlif  mənalar 

bildirir.  Məsələn,  1848-ci  ildə  yaranmış  İrlandiya  trikolorundakı  yaşıl  rəng  katoliklərin,  narıncı  rəng 

protestantların rəmzi, ağ rəng isə həmin dini təriqətlər arasında sülh və barışıq simvolu kimi çıxış edir.

 

Vahid mənşəli və əsasən, eyni rənglərin müxtəlif ardıcıllıq və istiqamətdə sıralanması ayrı-ayrı xalqlarda 



özünəməxsus  simvolik,  rəmzi  məna  və  funksiya  daşıyır.  Buna  təbii  baxmaq  lazımdır.  Çünki  hər  bir  xalqın 

spesifik milli simvolikası, milli adət-ənənələri, mifik və dini görüşləri onun dövlət rəmzlərində bu və ya başqa 

şəkildə əks olunur. 

Azərbaycan Respublikasının dövlət bayrağı tipoloji baxımdan bayraqların trikolor növünə daxildir. Lakin 

üçrəngli  milli  bayrağımız  hazırda  dünyada  mövcud  olan  trikolorlardan  rənglərin  düzümü  ilə  yanaşı,  digər 

simvolların  (ağ  rəngli  aypara  və  səkkizguşəli  ulduz)  da  olması  ilə  başqalarından  seçilir.  Həmçinin  milli 

bayrağımızdakı  rənglər  yuxarıda  haqqında  danışılan  trikolorlardan  fərqli  məna  və  funksiya  daşıyırlar.  Nəzərə 

alınmalıdır ki, müxtəlif dövlətlərə məxsus trikolorlardakı eyni rəng müxtəlif məna və funksiya bildirə bilər. Bu 

mənada  Azərbaycan  bayrağındakı  rənglərin  məna  və  funksiyasını  başqa  trikolordakı  rəngin  simvollaşdırdığı 

məna  ilə  müqayisə  etmək,  yaxud  eyniləşdirmək  olmaz.  Çünki  müəyyən  rəng  bir  xalqda  bir,  başqalarında  isə 

tamam  başqa  mənada  ola bilər.  Buna  görə  də  bayraqlardakı  rənglərin  müxtəlif tarixi-siyasi  şəraitdə  bildirdiyi 

məna  şərti  olub,  simvolik,  rəmzi  xarakter  daşıyır.  Məsələn,  Azərbaycan  bayrağındakı  mavi  rəng  milli 

mənşəyimizi-türklüyümüzü  bildirdiyi  halda,  Fransa  bayrağında  «qardaşlıq»  simvolunu  ifadə  edir.  Yaxud  yaşıl 

rəng  milli  bayrağımızda  dini  mənsubiyyətimizi  –  islamlığı  bildirirsə,  İrlandiya  trikolorundakı  katolik  dini 

təriqətini təcəssüm etdirir və s. 

Bu baxımdan Azərbaycanın üçrəngli milli bayrağı - trikolorundakı rəng palitrasının, onun üzərindəki ağ 

rəngli  aypara  və  səkkizguşəli  ulduz  təsvirinin  məna  və  funksiyasının  şərhində,  açıqlanmasında  tarixi-siyasi, 

mədəni-ideoloji  faktorların  nəzərə  alınması  çox  vacibdir.  Çünki  Azərbaycan  trikolorunun  hələ  1918-ci  ildə 

qəbul edilməsini, həmin bayrağın qəbulunu şərtləndirən tarixi-siyasi və mədəni amillərini, xüsusən bayraqda əks 

olunan  milli ideoloji  prinsiplərin  formalaşması  və reallaşması  prosesinə  aparan milli azadlıq,  milli  müstəqillik 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə