Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 mart 2010-cu IL tarixli



Yüklə 224,21 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix20.01.2018
ölçüsü224,21 Kb.
#21708
1   2   3   4   5   6   7   8   9

 

9

Birincili sifilisi təyin etmək üçün laborator testlər: 



 

Zədələnmə yerlərindən, limfa düyünlərindən, amniotik 

mayedən, likvordan götürülmüş materialda T.pallidum 

qaranlıq sahəli mikroskopla təyin olunur. 

 

Polimeraz-zəncir reaksiyası (D) 



 

Birincili seroneqativ sifilisdə İFR və İg-İFA (C) daha həssas 

seroloji reaksiya hesab edilir. 

İkincili sifilis 

İkincili sifilis xəstəliyin kontagioz dövrü olub, dəri və selikli 

qişalarda müxtəlif səpgilərlə xarakterizə olunur. 

 



Dəri və selikli qişalarda yayılmış  səpgilər meydana çıxır: 

rozeolyoz, papulyoz, vezikulyoz, pustulyoz sifilidlər. Səpgi 

adətən bütün bədənə yayılır, ovuc və pəncədə də rast gəlinir. 

 



Səpgi adətən ilkin şankrın sorulmasından sonra yaranır. 

 



Büküşlərdə, nəmlik çox olan nahiyələrdə (məs. qasıq, aralıq) 

yastı vegetəedici səpgilər, enli kandilomalar yarana bilər. 

 

Bəzi hallarda selikli qişalarda maserasiyalaşmış  ağ südvarı 



səpgilər yaranır. 

 



Səpgilər çox yoluxucu olur, istənilən fiziki təmas – cinsi və ya 

qeyri-cinsi, yoluxma ilə nəticələnə bilər. 

 

Səpgi adətən bir neçə  həftə  və ya aydan sonra müalicəsiz ötüb 



keçir. 

 



Səpgidən başqa saçların tökülməsi (ocaqlı  və ya diffuz), 

piqmentasiyanın pozulması (leykoderma) müşahidə edilə bilər. 

İkincili sifilis zamanı digər simptomlar – temperaturun  qalxması, 

yorğunluq, baş  ağrısı  və limfa düyünlərinin  böyüməsi, həmçinin 

daxili orqanların və sinir sisteminin zədələnmə  əlamətləri də qeyd 

oluna bilər. 

İkincili təzə sifilisdə standart seroloji reaksiyaların nəticələri 

kəskin müsbət olur. MPR, İFA, TPHA müsbət olur. 



Gizli sifilis 

Əgər pasiyent ikincili dövrdə müalicə  qəbul etməzsə, onda 

xəstəliyin görünən bütün əlamətləri reqressiya edəcək və sifilis erkən 

gizli dövrə keçəcəkdir. Bu dövrdə pasiyent potensial yoluxucu olaraq 

qalır, belə ki, qanda böyük miqdarda treponemlər sirkulyasiya edir. 

Bir ildən sonra treponemlər orqanizmdə azalır, pasiyent sifilisin digər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

10

dövrünə, gecikmiş gizli sifilis adlanan dövrə keçir. Bu dövrlərin 



ayırd edilməsi sifilisin diaqnostika və müalicəsində böyük əhəmiyyət 

kəsb edir.  

Bununla bərabər, çox vaxt xəstəliyin dəqiq davametmə müddətini 

təyin etmək mümkün olmur, ona görə  də ilkin əlamətlərin dəqiq 

yaranma vaxtı ilə bağlı  şübhələr varsa, pasiyentə gecikmiş gizli 

sifilisli xəstə kimi yanaşmaq lazımdır.  

Standart seroloji reaksiyalar müsbət olur. 

Üçüncülü sifilis 

Uzun illər gizli gedişdən sonra, müalicə aparılmadıqda xəstəlik 

özünün destruktiv dövrünə – üçüncülü sifilisə keçə bilər. Bu zaman 

morfoloji əsasını qranulyomatoz iltihab təşkil edən, klinik olaraq isə 

qabarıq və qummoz səpgilərlə xarakterizə edilən dəri və selikli 

qişaların zədələnmələri müşahidə oluna bilər. Dəri və selikli 

qişalardan əlavə, ürək, qaraciyər, sinir sistemi, dayaq-hərəkət aparatı 

zədələnə bilər. Bu isə psixi pozğunluğa, korluğa, nevroloji 

problemlərə, hətta ölümə  gətirib çıxara bilər. Neyrosifilis 

simptomsuz keçə bilər, eyni zamanda onun meninqo-vaskulyar 

sifilis, bel quruluğu və ya proqressiv iflic kimi təzahür etməsi 

mümkündür. Kardiovaskulyar sifilis mezaortit şəklində özünü büruzə 

verir, çox zaman simptomsuz getməklə yanaşı, koronar arteriyaların 

stenozu, aortal klapanların çatışmazlığı, qalxan aortanın anevrizması 

kimi ağırlaşmalar verir. Üçüncülü sifilisin diaqnozu klinik əlamətlər 

və seroloji reaksiyaların nəticələrinə əsasən təsdiqlənir. 

Üçüncülü sifilisdə standart seroloji reaksiyalar 50-90% hallarda 

müsbət nəticə verir. 



Hamilələrin sifilisi 

Sifilis müalicə olunmadıqda  hamilə qadından dölə keçə bilər. 

25% hallarda hamiləlik ölü doğuşla nəticələnir. 40-70% hallarda  

uşaqlar anadangəlmə sifilislə doğulur, hansı ki simptomlu və ya 

simptomsuz gedişə malik ola bilər. 

Hamilələri qeydiyyata götürdükdə, həmçinin təkrar olaraq 

hamiləliyin 2-ci və 3-cü trimestrində mütləq sifilisə görə skrininq 

müayinəsi aparılmalıdır. Sifilisə görə analizlərin nəticəsi alınmadan 

yenidoğulmuş uşaq doğum evindən evə yazılmamalıdır (xüsusilə də 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

11

antenatal müayinə zamanı ananın seroloji statusu şübhəli olarsa, buna 



ciddi riayət edilməlidir). 

ANADANGƏLMƏ SİFİLİSİN KLİNİK XÜSUSİYYƏTLƏRİ 

Anadangəlmə sifilis hamiləlik zamanı sifilisli anadan 

transplasentar yolla dölün yoluxması  nəticəsində meydana çıxır. 

Adətən dölün bətndaxili zədələnməsi hamiləliyin 4-5-ci ayında baş 

verir. Solğun treponemlər dölün orqanizminə göbək venasından, 

göbəyin limfatik yarıqlarından və ya zədələnmiş ciftdən keçirlər. 

Hamiləlik ölü doğuşla və ya xəstəlik əlamətləri ilə doğulmuş uşaqla 

nəticələnə bilər. 

Qazanılmış infeksiya kimi, anadangəlmə sifilis də erkən və 

gecikmiş olaraq təsnif edilir. 

Anadangəlmə sifilisli uşaqlarda klinik əlamətlər doğulduqdan 

sonra müşahidə edilə bilər, lakin əksər hallarda əlamətlər doğuşdan 

sonrakı 2 həftədən 3 aya qədər müddət  ərzində yaranır. Bəzi 

yenidoğulmuşlarda infeksiyanın gizli gedişi də mümkündür. 



Erkən anadangəlmə sifilisin əlamətləri 

Dəri büzüşmüş, boz-sarımtıl rəngdə olur, spesifik səpgilər, o 

cümlədən anadangəlmə sifilis üçün xarakterik olan əlamətlər (sifilitik 

pemfiqus, diffuz papulyoz infiltrasiya) müşahidə edilir. Erkən 

anadangəlmə sifilisin digər  əlamətlərinə Vegenerin sifilitik 

osteoxondriti, qızdırma, dalaq və qaraciyərin böyüməsi, anemiya və 

ya müxtəlif inkişaf qüsurları aiddir.  

Gecikmiş anadangəlmə sifilisin əlamətləri 

Sonrakı illərdə (1 yaşdan sonra) gecikmiş anadangəlmə sifilisin 

simptomları – sümüklərin, dişlərin, görmə, eşitmə orqanlarının və 

beynin zədələnməsi inkişaf edə bilər. Gecikmiş anadangəlmə sifilis 

üçün patoqnomik əlamətlərə Hetçinson üçlüyü aid edilir: 

parenximatoz keratit, spesifik labirintit (labirintit  karlığı) və 

Hetçinson dişləri. 

Anadangəlmə sifilisdə birinci 2 ay müddətində seroloji 

reaksiyalar təyin olunmur. Bəzi hallarda onlar müsbət ola bilər, bu da 

reaginlərin plasentadan passiv keçməsi ilə izah olunur. 70-80% 

hallarda anadangəlmə sifilisdə TPHA müsbət olur. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


Yüklə 224,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə