Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 mart 2010-cu IL tarixli


Mikropresipitasiya reaksiyası (MPR)



Yüklə 224,21 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix20.01.2018
ölçüsü224,21 Kb.
#21708
1   2   3   4   5   6   7   8   9

 

21

Mikropresipitasiya reaksiyası (MPR) 



MPR-in keyfiyyət analizi 

 



Müayinə üçün plazma və ya inaktivləşdirilmiş zərdabdan istifadə 

edilir. Sifilisli xəstənin plazmasına, qan zərdabına və ya likvora 

kardiolipin antigeni emulsiyası (xolesterin - kardiolipin - lesitin 

kompleksi)  əlavə etdikdə aqqlütinasiya baş verir, ağ  rəngli lopa 

şəklində dibə çökən presipitat (antigen-anticism kompleksi) 

yaranır.  

 

MPR üçün dəstlərə kardiolipin antigeninin spirtli məhlulu daxil 



olur (xolesterin 0,98%, kardiolipin 0,03%, lesitin 0,27%, təmiz 

etil spirtində). 

 

MPR, makrotitrləmə üçün bakterioloji planşetin yumru dibli 



oyuqlarında və ya 0,8-1,0 sm qalınlıqlı üzvi şüşədən (pleksiqlas) 

hazırlanmış, yastı dibli cilalanmış oyuqları olan planşetlərdə 

yerinə yetirilir. 

 



Planşetin nişanlanmış oyuqlarına tədqiq olunan zərdab və ya 

plazma ilə antigen suspenziyası əlavə edilir. 

 

Reaksiya, planşeti  əllə, ya da orbital rotator vasitəsilə 



çalxalamaqla məhlulun qarışdırılması  nəticəsində baş verir. 

Anticisimlər olmadıqda müayinə olunan nümunədə reaksiya 

mühiti dəyişmir. 

Müayinənin aparılmasına hazırlıq 

 



İş gününün əvvəlində müayinəni aparmaq üçün kardiolipin 

antigeninin emulsiyası hazırlanır. Bu vaxt kardiolipin antigeninin 

şəffaflığına fikir verilir. Çöküntü olduqda emulsiyanı termostatda 

37°C-yə qədər qızdırırlar. 

 

Bakterioloji sınaq şüşəsinə 2 ml təzə hazırlanmış fizioloji məhlul 



əlavə edilir, sonra quru pipetka vasitəsi ilə eyni miqdarda MPR 

üçün kardiolipin antigeni əlavə olunaraq tez qarışdırılır. 

 

Qarışdırıldıqda məhlul qeyri-şəffaf olub, ağ lopalar əmələ gətirir. 



Daha kiçik lopaların formalaşması üçün antigeni sınaq şüşəsinin 

divarı ilə deyil, birbaşa fizioloji məhlulun üzərinə  əlavə etmək 

lazımdır.  

 



Antigenli sınaq şüşəsini “yetişdirmək” üçün otaq temperaturunda 

30 dəqiqə  ərzində saxlayırlar, bundan sonra 10-15 dəqiqə 

sentrifuqada fırlatmaqla çöküntü üzərində şəffaf maye alır və onu 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

22

sınaq  şüşəsindən kənar edirlər. Alınmış çöküntüyə 7 ml 10%-li 



xolin-xlorid məhlulu əlavə olunur. 

Müayinə prosedurası 

 



Pipetkalı dozator vasitəsilə sınaq şüşəsindən azacıq zərdab və ya 

qan plazması götürülür və 3 damcı planşetin uyğun oyuğuna 

əlavə edilir. 

 



Hər bir nümunə üçün fərdi ucluqdan istifadə edilir. 

 



Fərdi ucluq istifadədən sonra dezinfeksiya məhlullu qaba 

qoyulur. 

 

Planşetin oyuqlarına bioloji materiallar yerləşdirildikdən sonra



hər bir oyuğa 1 damcı kardiolipin antigeninin 

resuspenziyalaşdırılmış işçi emulsiyası əlavə edilir. 

 

Planşet horizontal çalxalayıcının platformasına yerləşdirilir və 8-



10 dəq müddətində qarışdırılır. 

 



10 dəqiqədən sonra bütün oyuqlara 3 damcı fizioloji məhlul əlavə 

edilir və  rəvan hərəkətlərlə reaksiya mühiti qarışdırılır, bu vaxt 

məhlulun qonşu oyuğa keçməsinə imkan verilməməlidir. 

 



Sonra planşeti 3-5 dəq sakit vəziyyətdə saxlayır, bunun ardınca 

nəticələrin qeydiyyatına başlayırlar. 



Mikropresipitasiya reaksiyasının nəticələrinin qiymətləndirilməsi 

Nəticə 

Təsviri 

Kəskin 

müsbət (4+)  

Presipitatın iri lopaları ağ rəngli olub oyuğun həcmi 

boyu bərabər yayılır və ya oyuğun periferiyasında 

yerləşir, reaksiya mühiti isə praktiki olaraq şəffaf olur. 



Müsbət 

Lopalar orta ölçüdə olub, oyuğun bütün həcmi boyu 

yayılır, reaksiya mühiti ağımtıl çalarlı olur. 

Zəif müsbət 

(2+ və 1+) 

Kiçik lopacıqlar oyuğun bütün həcmi boyu yayılır, 

reaksiya mühiti ağımtıl çalarlı olur. 

Şübhəli (=) 

Çox kiçik lopaların mövcudluğu presipitatın 

olmasına şübhə yaradır, çalxaladıqda bəzi antigen 

hissəcikləri parlaq çalarlı olur. Belə bir nəticə 

alındıqda təkrar müayinə aparılması məsləhət görülür. 

Mənfi 

Presipitat yoxdur, reaksiya mühiti qeyri-şəffafdır, 

planşeti çalxaladıqda kardiolipin antigeni 

hissəcikləri qatışır və oyuğun mərkəzində ağ parlaq 

çalarlılıq formalaşır.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

23

MPR-in yarı-kəmiyyət analizi 

Skrininqdə müsbət nəticə vermiş bioloji materialların bütün 

nümunələri MPR-in yarı-kəmiyyət variantında analiz edilməlidir. 

Anticisimlərin kəmiyyət müayinəsi patoloji prosesin retrospektiv 

dinamik qiymətləndirilməsi, aparılan spesifik müalicənin 

effektivliyini dəyərləndirilməsi məqsədilə aparılır. Seroloji 

diaqnostika hər bir pasiyentdə eyni metodla aparılmalıdır, həm də 

yaxşı olar ki, eyni laboratoriyada yerinə yetirilsin. İki müxtəlif testin 

kəmiyyət nəticələri müqayisə oluna bilməz, məs: RPR titri bir qayda 

olaraq VDRL titrindən yüksək olur. 

Müayinə prosedurası 

 



Planşetin oyuqlarında bioloji materialın ardıcıl olaraq ikiqat 

durulaşdırılması aparılır. Reagentlərin hazırlanması standart 

metodika üzrə yerinə yetirilir, onlar 30 dəqiqə müddətində otaq 

temperaturunda isidilir. 

 

Planşetin oyuqlarına 3 damcı (90 mkl) təzə hazırlanmış fizioloji 



məhlul əlavə edilir. 

 



Birinci və ikinci oyuqlara 3 damcı (90 mkl) müayinə olunan 

bioloji material nümunəsi  əlavə edilir. Çoxsaylı pipetləmə 

vasitəsilə ikinci oyuğun möhtəviyyatı qarışdırılır, sonra 1:2 

nisbətində durulaşdırılmış qarışıqdan 3 damcı (90 mkl) 3-cü 

oyuğa əlavə olunur. 

 



Bu 

əməliyyat cərgənin bütün oyuqlarında aparılır, 

durulaşdırmanın sonunda axırıncı oyuqdan 3 damcı (90 mkl) 

artıq qalmış material kənar edilir. Beləliklə, təmiz bioloji 

materialdan 1:2, 1:4, . . . . və 1:128 (8 dəfə durulaşma) və ya 

1:512 (10 dəfə durulaşma) durulaşma  sırası  alınır. 

 

Hər bir oyuğa 1 damcı (30 mkl) yaxşı resuspenziya edilmiş 



kardiolipin antigeninin emulsiyası  əlavə edilir. Horizontal 

istiqamətdə 5-8 dəqiqə müddətində çalxalanır. Prosedura 

bitdikdən sonra bütün oyuqlara 3 damcı (90 mkl) fizioloji məhlul 

əlavə edilir və 5 dəqiqədən sonra nəticələr müəyyən edilir. 



Nəticələrin qiymətləndirilməsi 

Qeydiyyat standart metodika üzrə aparılır. Anticisimlərin titri 

kimi presipitat aşkar edilmiş son durulaşma hesab olunur. 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 224,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə