Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 mart 2010-cu IL tarixli



Yüklə 224,21 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix20.01.2018
ölçüsü224,21 Kb.
#21708
1   2   3   4   5   6   7   8   9

 

15

Likvor aşağıdakı metodlardan istifadə edilməklə müayinə olunur: 



 

Sitoloji metodlar  

 

Zülala görə analiz 



 

Seroloji reaksiyalar (MPR, VDRL və ya İFR)  



Beyin-onurğa beyni mayesinin saxlanması və daşınması 

Likvorlu sınaq  şüşəsi ehtiyatla laboratoriyaya daşınır və orada 

təcili seroloji müayinə və zülala görə analiz aparılır. Dondurulma və 

əridilmə bir dəfə aparılmalıdır. 



Son diaqnozun qoyulması üçün istifadə olunan metodlar 

Xəstəliyin törədicisi  T.pallidumun bilavasitə tapılması sifilis 

diaqnozunun qoyulması üçün mütləq meyarlardandır.  T.pallidum 

infeksiyalaşmış nümunələrdən, limfa düyünlərindən aşağıdakı 

metodlarla təyin edilir: 

 

Qaranlıq görmə sahəsində mikroskopiya (C) 



 

Düz immunoflüoressensiya 

 

PZR (D) 



Qaranlıq görmə sahəsində mikroskopiya (C) 

Solğun treponemin qaranlıq görmə sahəsində  tədqiqi qaranlıq 

sahəli kondensorla  təchiz olunmuş standart mikroskopda aparılır. 

Qaranlıq sahəli mikroskop metodu Tindal fenomeninə – dar yarıqdan 

otağa daxil olan çəpəki günəş  şüasında işıqlanan toz zərrəciklərinin 

görünməsi hadisəsinə – əsaslanır. Mikroskopun adi kondensoru, 

mərkəzi hissəsində  işıq  şüalarının keçdiyi dar yarıq olan xüsusi 

kondensorla  əvəz edilir. Solğun treponemlər qaranlıq sahədə yan 

tərəfdən gələn güclü işıq selində aydın görünürlər. Qaranlıq sahənin 

alınması üçün güclü işıq mənbəyi olmalıdır. 



Qaranlıq sahə mikroskopiyasının aparılmasına göstərişlər 

Qaranlıq sahəli mikroskopiyadan birincili və ikincili sifilisin

erkən anadangəlmə sifilisin və  bəzən üçüncülü sifilisin (material 

infiltratın dərinliyindən götürülərsə) diaqnostikasında istifadə edilir. 

Bundan  əlavə, mikroskopiya üçün preparat regional limfa 

düyünlərinin punktatlarından, likvordan, amniotik mayedən götürülə 

bilər. Qeyri-patogen treponem-kommensalların mövcud olması 

(T.refringes, T.phagedenis sidik-cinsiyyət yolunda, T.dentiqola  ağız 

boşluğunda) müayinəni çətinləşdirir. Bu treponemlər morfoloji 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

16

cəhətdən T.palliduma çox oxşayır. Belə vəziyyətlərdə çıxış yolu kimi 



PZR müayinəsindən istifadə etmək olar. 

Preparatların hazırlanması: 

 

Dəri və selikli qişalardan alınmış material fizioloji məhlul 



damcısı ilə əşya şüşəsi üzərində otaq temperaturunda qarışdırılır; 

 



Örtük şüşəsi ilə örtülür və mikroskopda tədqiq edilir. 

Qeyd: Limfa düyününün punktatı durulaşdırılmır. 

Mikroskopiya 

 



Kondensorun üst linzasına mikroskopiya üçün yağ damcısı 

damızdırılır; 

 

Preparat mikroskopun masasına yerləşdirilir



 

Qovuqcuqların  əmələ  gəlməsinin qarşısını almaq üçün 



kondensoru qaldırıb, kondensorla preparat arasında həmcins 

mühit yaratmaq lazımdır, belə olduqda işıq  şüalarının 

yayılmasının qarşısı alınır; 

 



Tədqiqat quru sistemlə, obyektiv 40, okulyar 10-12 olmaqla 

aparılır.  



Nəticənin qiymətləndirilməsi 

 



Qaranlıq sahə mikroskopunda solğun treponem çox incə, 

hərəkətli, gümüşü rəngdə zəif işıq verən spiral şəklində görünür. 

Qaranlıq fonda aşağıdakıları görmək olar:  

 



Parlaq işıqlanan, dənəli, dairəvi törəmələr şəklində olan neytrofil 

leykositlər 

 

Azacıq işıqlanan, dairəvi formalı boz-tutqun hüceyrələr – 



limfositlər 

 



Leykositlərdən xeyli böyük olan və parlaq işıqlanan, dairəvi və 

ya qeyri-düzgün formalı epitel hüceyrələri 

 

Leykositlərdən bir qədər kiçik ölçüdə olan, parlaq halqa ilə əhatə 



edilmiş dairəvi formalı tünd elementlər şəklində eritrositlər. 

Qeyd: Əgər eritrositlər çox olarsa, sahə çox işıqlı olur, treponemlər pis 

görünür, eritrositlərin altında qala bilir. Belə halda analiz üçün material 

təkrar götürülməlidir. 

T.pallidum preparatda uzunluğu 6-20 mkn, qalınlığı 0,13-0,15 

mkn, bərabər yerləşmiş  qıvrımları (təqribən 10-13) olan çox nazik 

spiral formasında görünür və asanlıqla kommensal 

mikroorqanizmlərlə dəyişik salına bilər.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

17

T.pallidum  müxtəlif hərəkətlər edir, onların arasında patogen 

treponem üçün xarakterik olan bükülmə  (ən çox ortadan) və saat 

rəqqasına bənzər hərəkətləri xüsusi ayırd etmək lazımdır. T.pallidum 

üçün xarakterik olan morfoloji xüsusiyyətlər və  hərəkətlər onun 

diaqnostik əlamətlərinə aiddir. 



Qeyd:  Əgər bir dəfə müayinədən sonra treponem tapılmırsa, 

zədələnmə elementləri fizioloji məhlulla yuyulmalı və götürülmüş material 

təkrar müayinə olunmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, solğun 

treponemin müayinəsinin bir neçə dəfə mənfi nəticə verməsi sifilisi istisna 

edə bilməz. Belə hallarda sifilisə görə seroloji müayinə aparmaq zəruridir. 

Keyfiyyətə nəzarət 

Müayinədən  əvvəl qaranlıq sahənin tənzimlənməsi aparılır. 

Bunun üçün fizioloji məhlul damcısı  tərkibində potensial qeyri-

patogen treponemlər olan sağlam adamın diş  ərpinin qaşıntısı ilə 

qarışdırılır. Materiala qaranlıq sahədə, okulyar x10, obyektiv x40 

olmaqla baxılır. Qaranlıq sahə düzgün tənzimləndikdə, qaranlıq 

fonda yan işıqda broun hərəkətində olan kiçik hissəciklər, həmçinin 

qeyri-patogen treponemlər yaxşı görünürlər.  



Düz immunoflüoressensiya metodu 

İmmunolüminessent diaqnostika metodları xlamidiya, 1-ci və 2-

ci tip sadə herpes virusları, adenovirus, T.pallidum  və digər 

mikroorqanizmlərin antigenlərinin aşkara çıxarılmasında istifadə edilir.  

Düz immunoflüoressensiya metodu materialın spesifik 

monoklonal anticisimlərlə 

işlənməsi vasitəsilə nümunədə 

T.pallidumun aşkar edilməsinə əsaslanır. Bu metodun qaranlıq sahəli 

mikroskopdan üstünlüyü T.pallidumun qeyri-patogen formalardan 

differensiasiya edilməsinin mümkünlüyündədir. Müayinə üçün material 

biopsiya və autopsiya zamanı götürülə bilər. Materialın götürülmə 

qaydası qaranlıq sahə mikroskopiyasındakı ilə eynidir. 

Ləvazimatlar 

Testin qoyulması zamanı qaranlıq sahə mikroskopiyasındakı 

ləvazimatlardan istifadə edilir. Əlavə olaraq: 

 

Fiksator kimi aseton və ya metanol 



 

Patogen solğun treponemə qarşı monoklonal anticisimlər 

 

Lüminessent mikroskop 



 

Preparatlar üçün montaj edici məhlul  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 224,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə