Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 mart 2010-cu IL tarixli



Yüklə 224,21 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix20.01.2018
ölçüsü224,21 Kb.
#21708
1   2   3   4   5   6   7   8   9

 

12

LABORATOR DİAQNOSTİKA 



Sifilisin diaqnostikasının laborator meyarları 

Diaqnoz 

İstifadə olunan metodlar 

Son 

T.pallidumun klinik materialda qaranlıq görmə 

sahəli mikroskop vasitəsilə aşkar edilməsi, düz 

immunoflüoressensiya metodu, PZR. 

İlkin 

İki növ seroloji testlərdən istifadə etmək olar: 

Treponem testlə (TPHA, İFA, İFR) təsdiqlənmiş, 

pozitiv qeyri- treponem test (RPR, MPR, VDRL). 



T.pallidumu təyin etmək üçün klinik materialın götürülmə 

qaydası 

Qaranlıq görmə sahəli mikroskopiya üçün material eroziyadan, 

xoradan, maserasiyalaşmış  və ya ekskoriasiyalı eroziv papuladan 

götürülə bilər. 

Materialın götürülməsi, klinik elementlərin səthi fizioloji 

məhlulda isladılmış cuna tamponu ilə ehtiyatla, diqqətlə  və 

zədələmədən təmizləndikdən sonra aparılmalıdır. Təmizləmə o 

məqsədlə aparılır ki, digər floralar T.pallidumun  təyin edilməsinə 

maneçilik törətməsin. Səthin zədələnməməsi və qanaxmanın 

olmaması vacib şərtdir. Preparatda leykositlərin və ya hüceyrə 

detritinin, eritrositlərin olması tədqiqatı xeyli çətinləşdirir. 

Toxuma mayesinin alınması üçün bir neçə üsul mövcuddur: 

 

Qıcıqlandırma üsulu 



Tədqiq olunan səpgi (bərk şankr, sulanan papula, enli kandiloma 

və s.) fizioloji məhlulla isladılmış pambıq tamponla təmizlənir. Steril 

Folkman qaşığı və ya ilmə vasitəsi ilə səpginin üzərindən ehtiyatla, 

qanaxma yaratmadan sığallayıcı  hərəkətlər edilir. Bir müddətdən 

sonra səth parlaqlaşır və toxuma mayesi ifraz olunur. Toxuma 

mayesi parlaq olur.  

Qanaxma olduqda onu dayandırmaq lazımdır, bunun üçün 

pambıq tampon səpginin səthinə  sıxılmalıdır. Seruma  azacıq qanın 

qarışmasına yol verilə bilər. 

 



Təzyiq üsulu 

Eroziya və ya xora təmizlənərək,  əlcək taxılmış  əlin barmaqları 

və ya pinsetlə yanlardan sıxılır. Bakterioloji ilmə ilə seroz eksudat 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

13

yığılır, yaxud örtük şüşəsi ehtiyatla eroziya və ya xoranın səthinə 



qoyulur. Alınmış seroz ifrazat fizioloji məhlulla bərabər nisbətdə 

qarışdırılır və nativ preparat mikroskop altında baxılır. 

 

Skarifikasiya üsulu 



Bu metoddan quru səpgilərin (rozeolalar, lentikulyar papula, 

epitelləşmiş eroziya) tədqiq olunması zamanı istifadə edilir. Tədqiq 

edilən səpginin səthi skarifikasiyalaşdırılır, bu zaman kapilyar 

qanaxma baş verir, onu dayandıraraq, alınmış seroz maye tədqiq 

edilir. Bu üsul öz effektivliyinə görə digərlərindən geri qalır.  

Pasiyent yerli olaraq antiseptiklər, antibiotiklər tətbiq etdikdə və 

ya ikincili infeksiyanın qoşulması zamanı müayinə yalançı  mənfi 

nəticə verə bilər. Belə olduqda fizioloji məhlulla islatma təyin olunur 

və səhəri gün müayinə təkrarlanır. 

Bəzi hallarda mikroskopik diaqnostika üçün material böyümüş 

limfa düyünlərindən, çox zaman qasıq limfa düyünlərindən 

götürülür. 



Limfa düyününün punksiyası 

Hərəkətli, bərk, iltihab əlamətləri olmayan limfa düyünü 

punksiya olunur. Deşiləcək yer yodla silinir, düyün sol əlin 2 

barmağı vasitəsi ilə fiksə edilir, sağ  əllə içərisində az miqdarda 

fizioloji məhlul olan şprislə deşilir. Vəzinin bir ucundan o biri ucuna 

doğru iynə irəli hərəkət etdirilir və şprisdəki fizioloji məhlul vəziyə 

yeridilir. Sonra iynə  tədricən düyündən çıxarılır və eyni zamanda 

şprisin porşeni geri çəkilir. Punksiyanın düzgün aparıldığı punktatda 

limfositlərin alınması ilə təsdiqlənir. 

Müayinə olunan qanın saxlanması və daşınması 

İçərisində qan olan sınaq şüşələri laboratoriyaya ehtiyatla, xüsusi 

bağlı konteynerdə, otaq temperaturunda daşınır. Təcili istifadə 

mümkün olmadıqda soyuducuda 4-8°C temperaturda saxlanılması 

mümkündür.  

İdeal vəziyyətdə qan nümunələri fibrin laxtasının alınmasına 

qədər termostatda 37°C-də  və ya otaq temperaturunda saxlanılır, 

sonra isə 30 dəqiqə  ərzində 4°C temperaturda soyuducuya 

yerləşdirilir. 

Laboratoriyada içərisində venoz qan olan sınaq  şüşələri 10 

dəqiqə müddətində  dəqiqədə 3000 dövr fırlanma sürəti ilə 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

14

sentrifuqalaşdırılır. Bu zaman sınaq  şüşəsinin dibində olan gel 



laxtanın üzərinə qalxır və laxtanı  zərdabdan ayırır, bu da zərdabın 

alınmasını asanlaşdırır. 

-18-20°C-də dondurulmuş nümunələri 1-1,5 ay saxlamaq olur, 

daha aşağı temperaturda, -65-80°C-də onların saxlanılma müddəti 

məhdudlaşdırılmır. Nümunəni  əridib yenidən dondurmaq olmaz. 

Zərdabın  əridilərək müayinə olunması otaq temperaturunda yerinə 

yetirilməlidir. Müayinədən  əvvəl bütün təzə  zərdab nümunələri 

56°C-də 30 dəq müddətində inaktivləşdirilir. Zərdablar tədqiqat günü 

inaktivləşdirilməlidir. Təcili hallarda 7-10 dəq müddətində, 1000-

1500 dövr/dəq sürətlə sentrifuqalaşdırılır. Qan plazması paster 

pipetkası  və ya avtomatik pipetkalı dozator vasitəsi ilə  yığılır. Qan 

plazması götürülən gün tədqiq olunur. 



Beyin-onurğa beyni mayesinin tədqiqi 

Beyin-onurğa beyni mayesinin xüsusiyyətləri 

Normada likvor rəngsiz və şəffafdır. Sinir sisteminin xəstəlikləri 

zamanı  rəngin və  şəffaflığın dəyişməsi likvorda patoloji əlavələrin  

olması ilə əlaqələndirilir. Şəffaflığın müəyyən qədər pozulması zülal 

substansiyalarının, xüsusilə  də asanlıqla çöküntü verən iri 

dispersiyalı fraksiyaların artması ilə izah edilir. Şəffaflığın bu cür 

dəyişilməsi adətən likvorun havada qalmasından  sonra baş verir.  

Likvorun xeyli dərəcədə bulanıq olması eritrositlərin, 

leykositlərin, çoxlu miqdarda mikroorqanizmlərin olması ilə izah 

edilir. Qan qarışması epidural boşluğun punksiyası zamanı venaların 

zədələnməsi nəticəsində baş verə bilər. 

Nümunənin götürülməsi 

Punksiya həkim-nevroloq tərəfindən aparılır.  

Bu müayinənin aparılmasına göstərişlər aşağıdakılardır: 

 

Sifilisin istənilən dövründə olan nevroloji simptomlar 



 

Gözün və ürək-damar sisteminin sifilitik zədələnməsi 

 

Üçüncülü sifilis və ya anadangəlmə sifilis 



Lümbal punksiya aparılmalıdır: 

 

İİV infeksiyası  və sifilisə qarşı müsbət seroloji reaksiyaları 



olan bütün pasiyentlərdə; 

 

Nevroloji simptomları olan və bu simptomların yaranmasında 



sifilitik infeksiyanın etioloji roluna şübhə olan bütün 

pasiyentlərdə. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 224,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə