Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 mart 2010-cu IL tarixli



Yüklə 224,21 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix20.01.2018
ölçüsü224,21 Kb.
#21708
1   2   3   4   5   6   7   8   9

 

27

Daha böyük ölçülü quş eritrositlərindən istifadə etdikdə daha 



dəqiq şəkil almaq olur və reaksiyanın nəticəsi erkən müddətdə – 

45-60 dəqiqə sonra əldə edilir. 

 

İmmun anticisimlərin miqdarından asılı olaraq, tədqiq olunan 



nümunədə “çevrilmiş çətir” təsviri, U-şəkilli oyuğun bütün dibini 

örtən maksimal görüntüdən oyuğun mərkəzindəki – orta 

hissəsində işıqlanma, periferiyasında isə  çökmüş eritrositlər qeyd 

edilən – kiçik sahəyə qədər dəyişir. 

 

Tədqiq  olunan bioloji materialda spesifik anticisimlər olmadıqda 



və ya reaksiyaya sınaq eritrositləri  əlavə edildikdə immun 

komplekslərin yaranması baş vermir və eritrositlər tədricən 

oyuğun lap dibində kiçik ləkə, bəzən isə mərkəzində azacıq işıqlı 

zolaq olan “düymə” formasında toplanır. 

 

İmmunoloji planşeti ehtiyatla yan tərəfdən vurmaqla oyuqdakı 



möhtəviyyat qarışdırılır. Planşet qapaqla bağlanır, otaq 

temperaturunda hərəkətsiz vəziyyətdə saxlanılır və reaksiyanın 

nəticəsi 60 dəqiqə sonra qiymətləndirilir. 

Nəticələrin qiymətləndirilməsi 

Nəticə 

Təsvir 

Kəskin  müsbət 

nəticə (4+) 

Eritrositlər bərabər təbəqə  şəklində oyuğun bütün 

dibini örtür, nümunədə spesifik anticisimlərin 

miqdarı yüksəlir. 

Müsbət nəticə (3+)  

Eritrositlər oyuğun dibinin çox qismində yerləşir, bu 

zaman çöküntünün periferiyasında eritrositlərdən 

ibarət halqa formalaşır. 

Zəif müsbət (2+)  

Eritrositlər oyuğun dibinin kiçik bir hissəsində 

yerləşir. Oyuğun mərkəzi hissəsində eritrositlərin 

çöküntüsündən təşkil olunmuş  və orta qismində 

nəzərə çarpan işıqlanma zolağı qeyd edilən həlqə 

formalaşır. 

Qeyri-müəyyən 

nəticə (1+ və 

±)  

Müəyyən qədər pıxtalaşmış, kənarları qeyri-



müəyyən eritrosit çöküntüsü, mərkəzində işıq zolağı 

görünür. Belə nümunələr təkrar müayinə 

olunmalıdır. 

Mənfi nəticə  

Oyuğun dibinin mərkəzində  təmiz fonla əhatə 

olunmuş yığcam çöküntü qeyd olunur. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

28

TPHA reaksiyasının diaqnostik qiymətləndirilməsi 

TPHA metodikasının yerinə yetirilməsi sadədir, xüsusi avadanlıq 

və uzun zaman tələb etmir, həssaslıq və spesifikliyi yüksək olan 

reaksiyadır. Reaksiyanın nəticəsi bərk  şankr yarandıqdan 3-4 həftə 

sonra müsbət olur. Sifilisin dövründən asılı olaraq TPHA 

reaksiyasının həssaslığı dəyişir: birinci dövrdə – 76%, ikinci dövrdə 

– 100%-ə  qədər, xəstəliyin gizli gedişə malik formalarında isə 94-

97% təşkil edir. 

Anticisim-aqqlütininlər sifilislə  xəstələnmiş insanların qanında 

uzun müddət ərzində aşkar olunur, ona görə də TPHA reinfeksiyanın 

diferensial diaqnostikası  və ya infeksion prosesin kəskinlik 

dərəcəsinin müəyyən olunması üçün tövsiyə edilə bilməz.  

SİFİLİSƏ GÖRƏ SKRİNİNQ 

Aşağıdakı risk qruplarının sifilisə görə skrininqi üçün ucuz, sadə, 

icrası tez başa gələn qeyri-treponem testlərdən istifadə olunur. 

 



Hamilə qadınlar 

 



Qan və orqan donorları  

 



Bəzi peşə kontingentləri (qida ilə əlaqəli işçilər və s.) 

 



Hərbiçilər 

 



Azadlıqdan məhrum edilmişlər 

 



Seks-biznes işçiləri 

 



Narkomanlar 

 



Homoseksuallar 

Seroloji reaksiyaların tətbiqinə göstərişlər 

Əhalinin sifilisə görə skrininq müayinəsi epidemioloji 

vəziyyətdən və yerli laboratoriyanın imkanlarından asılı olaraq MPR, 

İFA  (C)  və ya TPHA (D) testlərinin biri ilə aparılmalıdır. 

İnfeksiyanın az yayılmış olduğu populyasiyalarda (somatik 

stasionarlarda, poliklinikalarda, tibbi baxış kabinetlərində) müayinəni 

treponem testləri ilə aparmaq daha məqsədə uyğundur. Bu zaman 

xəstələr və ya keçmişdə sifilis keçirmiş şəxslər müəyyən olunur.  

İnfeksiyaya yoluxma təhlükəsi yüksək olan qrupların (seks-

biznes işçiləri, məhbuslar) skrininq müayinəsini qeyri-treponem testi 

ilə başlamaq tövsiyə edilir. Bu zaman hər bir müsbət cavab alındığı 

təqdirdə onun təsdiqi üçün treponem testi aparılmalıdır. Sifilisin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

29

gecikmiş formalarını göz, psixonevroloji, kardioloji stasionarlarda 



müəyyən etmək üçün MPR testi İFA və ya TPHA ilə birgə 

qoyulmalıdır. Bu zaman müalicə-profilaktika müəssisəsinin klinik-

diaqnostik laboratoriyasının imkanları nəzərə alınmalıdır. 

Respublikamızda gizli sifilisin çox olması ilə əlaqədar hamilələr 

sifilisə görə profilaktik müayinədən 3 dəfə: qeydiyyata götürüldükdə, 

18-20 və 32 həftəlikdə yoxlanılmalıdırlar.  

Klinik  əlamətləri olan və birincili sifilisə  şübhəli olan şəxslər 

MPR (kəmiyyət və keyfiyyət analizi), imkan daxilində İFA-İgM (C) 

(əgər test-sistem qeydiyyata götürülmüşdürsə) ilə müayinə oluna 

bilər. 


İkincili sifilisə  şübhə olduqda MPR (kəmiyyət və keyfiyyət 

analizi) ilə birlikdə İFA və ya TPHA müayinəsi aparılmalıdır. 

Gecikmiş sifilisə  şübhəli olan şəxslərdə (üçüncülü, visseral və 

xüsusilə  də ürək-damar, dayaq-hərəkət sisteminin zədələnməsi ilə) 

qeyri-treponem testi və 2 treponem testi – İFA və ya İFR və ya 

TPHA – yerinə yetirilməlidir. 

Klinik  əlamətləri olmayan, lakin sifilisin yoluxucu formaları ilə 

sıx kontaktda olmuş  şəxslər birincili sifilisli xəstələr kimi müayinə 

olunmalıdırlar. Klinik əlamətləri olmayan, gizli sifilisə  şübhəli olan 

şəxslərə qeyri-treponem testi və  həmçinin 2 treponem testi (İFA + 

TPHA) qoyulmalıdır. 

Sifilis keçirmiş, lakin adekvat müalicə almamış  və ya hamiləlik 

dövründə sifilisə görə müalicə olunmuş analardan doğulan 

yenidoğulmuş  uşaqlar qeyri-treponem testlə  və  həmçinin  İFA-İgM 

testlə müayinə olunmalıdırlar. Sifilis keçirmiş  və tam müalicə 

olunmuş analardan doğulan yenidoğulmuş uşaqlar MPR-lə müayinə 

olunmalıdırlar. Müsbət nəticə alındıqda İFA-İgG və ya İFA-İgM testi 

aparılmalıdır.  

Gecikmiş anadangəlmə sifilisli xəstələr MPR və 2 treponem testi 

(İFA+TPHA) ilə müayinə olunmalıdırlar. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

30

SİFİLİSİN DİAQNOSTİK MEYARLARI VƏ 



ALQORİTMLƏRİ 

Sifilisin erkən dövrlərinin diaqnostikasında klinik simptomların 

mövcudluğu  şərti ilə yeganə etibarlı laborator meyar olaraq solğun 

treponemin qaranlıq sahə mikroskopunda aşkar edilməsi, düz 

immunoflüoressensiya və PZR metodları qəbul edilir.  

Əgər pasiyentdə klinik simptomlar yoxdursa, seroloji 

reaksiyaların nəticəsinə ehtiyatla yanaşmaq lazımdır. 

Əgər pasiyentdə xəstəliyin ilkin əlamətləri varsa, qaranlıq sahəli 

mikroskopda və ya düz immunoflüoressensiya və ya PZR metodla 

solğun treponem yoxlanılmalıdır. Nəticə müsbət olduqda sifilis 

diaqnozu qoyulur, mənfi olduqda müayinə  təkrar olunur. Əgər 

skrininq metod (MPR və ya treponem test) müsbət nəticə verərsə, 

onda təsdiqləyici treponem və ya qeyri-treponem seroloji müayinə 

aparılır və pasiyent dermatoveneroloqun qəbuluna göndərilir. 

Əgər pasiyentdə sifilisin gecikmiş forması varsa, o zaman 

diaqnoz seroloji müayinələr  əsasında qoyulur. Belə pasiyentdə 

birinci mərhələdə kəmiyyət qeyri-treponem testi qoyulur və pasiyent 

sonrakı müayinə və müalicə üçün dermatoveneroloqa göndərilir.  

Əgər pasiyentdə skrininq müayinə zamanı gizli sifilis müəyyən 

olunmuşdursa, pasiyentə qeyri-treponem kəmiyyət testi qoyulmalı, 

titr ambulator karta qeyd edilməli və müalicə  təyin olunmalıdır. 

Seroloji reaksiyaların kəmiyyətcə titri müalicədən 3, 6, 9 və 12 ay 

sonra  aparılmalıdır.  

Sifilisin erkən dövründə olan pasiyentlər (birincili, ikincili və ya 

erkən gizli) aparılmış müalicədən sonra treponem testlərlə müayinə 

olunduqda müsbət nəticə, qeyri-treponem testlərlə isə  mənfi nəticə 

alınarsa, bu, müalicənin effektiv olmasını göstərir.  

Xəstəliyin residiv verməsi qeyri-treponem testlərin titrinin 

artması fonunda dəri və ya selikli qişalarda səpgilərin əmələ gəlməsi 

ilə özünü göstərmiş olur. 

Reinfeksiyalarda qeyri-treponem testlərin artması (dörd dəfə) 

müəyyən edilir. Treponem testlərin təkrar aparılması diaqnostik 

əhəmiyyət kəsb etmir, belə ki, onlar birinci infeksiyadan sonra 

müsbət olurlar. 

Yenidoğulmuşda erkən anadangəlmə sifilisə  şübhə olduqda ana 

və  uşaq müayinə olunmalıdır. Erkən anadangəlmə sifilisin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

31

təsdiqlənmiş meyarı solğun treponemin qaranlıq sahə mikroskopunda 



nümunələrdən tapılmasına  əsaslanır (dəridəki səpgilərdən, burunun 

selikli qişasından, göbəkdən və  həmçinin plasentadan material 

götürülərək qaranlıq sahə mikroskopunda baxılır).  

Sifilisə görə müalicə başa çatdıqdan sonra (adətən 3, 6, 9 və 12 

aydan sonra) kəmiyyət variantında MPR aparılır. Müalicənin 

effektivlik meyarını qeyri-treponem testlərin bu müddət  ərzində 

neqativləşməsi və ya onların titrinin 4 dəfə azalması  təşkil edir. 

Yadda saxlamaq lazımdır ki, sifilisin gecikmiş formalarında 

aparılmış tam müalicədən 12 ay sonra da anticisimlərin titri yüksək 

qala bilər. Belə halda əlavə müalicə yalnız həmin dövrdə qeyri-

treponem testlərin titrinin artması zamanı tətbiq edilir.  

Sifilisin müalicəsi başa çatdıqdan sonra pasiyent qeyri-treponem 

kəmiyyət testi vasitəsilə müayinə olunmalıdır. Aparılmış terapiya o 

vaxt effektli hesab edilir ki, titr bir il ərzində 4 dəfə  və daha çox 

düşmüş olsun.  

İlk dəfə müraciət etmiş pasiyentlərin sifilisin müayinəsi üçün 

aparılan seroloji testlərin nəticələrinin interpretasiyası 

Seroloji testin nəticəsi 

Yekun rəy 

Qeyri-treponem test (+) 

Treponem test (-)  

Qeyri-treponem skrininq testin yalançı 

müsbət nəticəsi 

Qeyri-treponem test (+)  

Treponem test (+) 

Müalicə olunmamış sifilis  

Əvvəl müalicə olunmuş gecikmiş sifilis 

Qeyri-treponem test (-)  

Treponem test (+ )  

Müalicə olunmamış çox erkən sifilis  

Əvvəl müalicə olunmuş erkən sifilis  

Qeyri-treponem test (-)  

Treponem test (-)  

Sağlam pasiyent  

Sifilisin inkubasiya dövrü  

Sifilisin çox gec dövrü  

HİV infeksiyalı və ya immunosupressiya 

vəziyyətində olan pasiyentlərdə sifilis  

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

32

Ədəbiyyat: 

1.

 

Lewis DA, Young H. Syphilis. In: Sexually transmitted infections: 



UK national screening and testing guidelines. London (UK): 

British Association for Sexual Health and HIV (BASHH); 2006 

Aug. 

2.

 



Noni MacDonald and Tom Wong. Canadian guidelines on 

sexually transmitted infections, 2006. Canadian Medical 

Association Journal - Volume 176, Issue 2 (January 2007) 

3.

 



Review of Current Evidence and Comparison of Guidelines for 

Effective Syphilis Treatment in Europe. © World Health 

Organization 2003 

4.

 



SI Egglestone and AJL Turner for the PHLS Syphilis Serology 

Working Group. Serological diagnosis of syphilis. Commun Dis 

Public Health 2000; 3: 158-62. 

5.

 



Sokolovskiy E,  Frigo N,  Rotanov S,  Savicheva A,  Dolia O

Kitajeva N, Hallén A, Unemo M, Domeika M, Ballard R; EESRH 

Network. Guidelines for the laboratory diagnosis of syphilis in 

East European countries. J Eur Acad Dermatol Venereol. 2009 

Jun; 23(6):623-32. 

6.

 

United States Preventive Services Task Force. Screening for 



syphilis infection: recommendation statement. Rockville (MD): 

Agency for Healthcare Research and Quality (AHRQ); 2004 Jul. 

 

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Document Outline

  • Сифилис2.jpg
  • 38 Syphilis A5 for web.doc
    • MPR 
      • Təsviri
      • Treponem reaksiyalara bunlar aiddir: 
      • ► immunoferment analiz (İFA) 
      • ► passiv hemaqlütinasiya reaksiyası (PHA) və ya onun modifikasiyası TPHA (D) 
      • ► solğun treponemin immobilizasiya reaksiyası 
      • ► İFR (immunoflüoressensiya reaksiyası)  
      • ► immunoblottinq və yeni test – xromotoqrafik zolaqlardan istifadə (müalicə yerində analiz)  
      • Treponem testlərin şəksiz üstünlüyü onların yüksək həssaslığı və xüsusilə də spesifikliyidir. Lakin bu reaksiyalardan aparılan müalicənin effektivliyinə nəzarət üçün istifadə edilmir, çünki adekvat müalicədən sonra da bu reaksiyalar ömür boyu müsbət qalır. Treponem və qeyri-treponem testlər frambeziya və pinta kimi qeyri-zöhrəvi treponematozlarda da müsbət nəticə verə bilər. 
      • Hətta müalicə düzgün aparıldıqda belə treponem anticisimlər qan zərdabında uzun illər qalır. Titrin uzun aylar və ya illər ərzində qalxıb-düşməsi xəstəliyin aktivliyini əks etdirmir. Buna görə də spesifik anticisimlərin titrinin təyini diaqnostik əhəmiyyət kəsb etmir. Belə qəbul edilmişdir ki, sensiblizə olunmuş eritrositlər 1:80 durulaşmasında aqqlütinasiya etdikdə TPHA müsbət hesab olunur. Aqqlütinasiya daha kiçik durulaşdırmalarda müşahidə edildikdə, testin nəticəsi mənfi sayılır. 
      • Nəticə
      • Təsvir
      • Kəskin  müsbət nəticə (4+)
      • Eritrositlər bərabər təbəqə şəklində oyuğun bütün dibini örtür, nümunədə spesifik anticisimlərin miqdarı yüksəlir.
      • Müsbət nəticə (3+) 
      • Eritrositlər oyuğun dibinin çox qismində yerləşir, bu zaman çöküntünün periferiyasında eritrositlərdən ibarət halqa formalaşır.
      • Zəif müsbət (2+) 
      • Eritrositlər oyuğun dibinin kiçik bir hissəsində yerləşir. Oyuğun mərkəzi hissəsində eritrositlərin çöküntüsündən təşkil olunmuş və orta qismində nəzərə çarpan işıqlanma zolağı qeyd edilən həlqə formalaşır.
      • Qeyri-müəyyən nəticə (1+ və () 
      • Müəyyən qədər pıxtalaşmış, kənarları qeyri-müəyyən eritrosit çöküntüsü, mərkəzində işıq zolağı görünür. Belə nümunələr təkrar müayinə olunmalıdır.
      • Mənfi nəticə 
      • Oyuğun dibinin mərkəzində təmiz fonla əhatə olunmuş yığcam çöküntü qeyd olunur.

Yüklə 224,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə