Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi


Müayinə olunandan sorğu yolu ilə  aşağıdakılar



Yüklə 237,8 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix26.03.2018
ölçüsü237,8 Kb.
#33967
1   2   3   4   5   6   7   8   9

 

33 


Müayinə olunandan sorğu yolu ilə  aşağıdakılar 

aydınlaşdırılır: 

- hamiləliyin gedişi və mayalanma müddətinə aid olan 

anamnestik məlumatlar; 

- dölün ilk tərpənməsi; 

- doğuş tarixini və onunla bağlı bütün şərait. 

Müayinə baxış yolu ilə, süd vəzilərini, qarın və onun dəri 

örtüyünü, aralığı, xarici və daxili cinsiyyət orqanlarını qeyd 

etməklə aparırlar.  



Zərərçəkmişin xarici cinsiyyət orqanlarına baxış  və 

müayinə zamanı aşağıdakılar müəyyən edilir: 

- cinsi yarığın vəziyyəti (bağlıdır, açılır); 

- cırılmaların olub-olmaması, onların müddəti; 

- rəngi, ödemliliyi, selikli qişada zədənin olması; 

- qızlıq pərdəsinin, cinsiyyət dodaqlarının arxa bitişməsinin 

zədələnmə-sinin xarakteri və ölçüləri; 

- ifrazatın olub-olmaması, onun xarakteri. 

Uşaqlıq yolunun müayinəsi zamanı  aşağıdakılar 

müəyyən edilir: 

- uşaqlıq yolunun, onun divarlarının, uşaqlıq boynunun 

vəziyyəti (uzunluğu, bərkliyi, konsistensiyası); 

- xarici əsnəyin (nöqtəvari, yarıqşəkilli), uşaqlıq cisminin 

(vəziyyəti, böyüklüyü, hərəkətliyi, həssaslığı) vəziyyəti; 

- ifrazatın olması  və xarakteri, səthinin xarakteri (hamar, 

qabarıq). 

Təkrar doğanlarda doğuş yollarının vəziyyətinə görə, 

keçirilmiş doğuş faktını, hamiləliyin müddətini və doğuşdan 

sonrakı dövrün müəyyən edilməsi 3-4 həftə hüdudunda 

mümkündür. Bu hüduddan sonrakı müddətdə (uşaqlıq boynu və 

aralıq nahiyəsində  təzə  cırılmaların olmadığı zamanı) keçmiş 

doğuş faktının və onun müddətinin təyin edilməsi çətindir.  İlk 

doğanlarda xarici uşaqlıq  əsnəyinin formasının müəyyən 




 

34 


edilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, doğuşdan sonra 

uşaqlığın əsnəyi yarığabənzər formada olur. 

Keçirilmiş doğuş faktının və müddətinin müəyyən edilməsi 

üçün süd vəzilərinin ifrazatının müayinəsinin böyük əhəmiyyəti 

var. Xüsusən də 6-8 həftədən sonra, belə ki, bu müddətdən 

sonra uşaqlığın involyusiyası nəticəsində artıq keçirilmiş doğuş 

əlamətləri saxlanılmır. 

Qanunvericiliyə görə, yalnız müvafiq profili ali tibbi təhsili 

olan  şəxs tərəfindən tibb müəssisəsində abort etməsinə icazə 

verilir. Qanunsuz edilmiş aborta görə AR CM-nin 141-ci 

maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Hazırki 

cinayətin subyekti müvafiq profili ali tibbi təhsili olmayan 

şəxslər, o cümlədən belə əməliyyatları yerinə yetirməyə icazəsi 

olmayan həkimlər hesab olunur. 



Hamiləliyin pozulması zamanı qadınların məhkəmə-

tibbi müayinəsinin təyin edilməsi üçün səbəblərə 

aşağıdakılar aiddir:  

- müalicə müəssisələrinə başlanmış  və ya tam abort olmuş 

qadınlar daxil olduqda;  

- ağır vəziyyətdə sepsis və ya güclü qanaxma əlamətləri ilə 

daxil olduqda;  

- müəyyən inkişaf müddəti olan ölmüş döl aşkar olunduqda;  

- hamiləliyin pozulmasında  şübhəli bilinən qadınlar 

müəyyən edildikdə. 

Qanunsuz abortun icra olunmasına  şübhə olduqda, 

məhkəmə  təbabəti sahəsindəki mütəxəssisin iştirakı ilə hadisə 

yerinin müayinəsi vaxtında aparılmalıdır. Belə ki, bu zaman 

abort üçün hazırlanmış alətlər (kateter, millər,  şırınqa), qan 

izləri, döl yumurtasının qalıqları, kimyəvi maddələr və üzərində 

qan izləri olan maddi sübutlar (kleyonka, mələfə, tənzif və s.) 

aşkar oluna bilər. Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər 

zamanı (kəskin infeksion xəstəliklər, müxtəlif kəskin və xroniki 

intoksikasiylar və s.) özbaşına abort ola bilər. 



 

35 


Abortun məhkəmə-tibbi ekspertizasının gedişində 

aşağıdakı hallar müəyyən edilir:  

- hamiləliyin pozulması faktı;  

- özbaşına və ya süni abortun olması; 

- pozulmuş hamiləliyin müddəti; 

- abortun edilmə üsulu; 

- hamiləliyin pozulmasından nə qədər vaxt keçdiyi; 

- hamiləliyin pozulmasının, müayinə olunanın göstərdiyi 

şəraitdə baş verə bilməsi; 

- hamiləliyin süni pozulması ilə bağlı yetirilmiş sağlamlığa 

zərərvurma dərəcəsi; 

- abortdan sonrakı ağırlaşmaları. 

Müayinə olunan şəxsin sorğusu ilə aşağıdakı məlumatlar 

aydınlaşdırılır: 

- hamiləliyin pozulması  səbəbi barədə sualın həllində 

əhəmiyyəti olan anamnestik (hamiləliyin pozulmasından az 

əvvəl və keçmişdə keçirdiyi xəstəliklər barədə) məlumatlar; 

-  əvvəl baş vermiş hamiləliyin sayı, onların gedişi və 

nəticələri; 

- hazırki hamiləliyin pozulmasına  şərait yaradan hallar 

barədə. 


Müayinə yolu ilə hamiləliyin pozulmasının obyektiv 

əlamətləri müəyyən edilir: uşaqlıq yolu, uşaqlıq boynu və 

kanalında zədələrin olması, onların lokalizasiyası, xarakteri 

(yanıqlar, sıyrıqlar, cırılmalar, sıxıcıların qoyulma izləri və s.). 

Əgər, müayinə zamanı cinsiyyət yollarında hər hansı bir yad 

maye (sabun məhlulu, yod, kalium permanqanat məhlulları  və 

s.) aşkar olunarsa, onlar, tənzif tamponla götürməli və Birliyin 

məhkəmə-kimya şöbəsinə göndərilməlidir. 

Ekspertizanın gedişində ifrazatın, qanın, süd vəzisi 

ifrazatının və digər obyektlərin bakterioloji, histoloji və 

kimyəvi müayinələri aparılır. Məhkəmə-kimyəvi müayinə 



 

36 


zamanı, hamiləliyin pozulması  məqsədilə  uşaqlıq boşluğuna 

vurulmuş və ya daxilə qəbul edilmiş maddələr aşkar oluna bilər. 

Travma nəticəsində hamiləliyin pozulması ilə bağlı qadın 

cinsli  şəxsin məhkəmə-tibbi müayinəsi, tibbi sənədlərin 

travmadan  əvvəl və sonra öyrənilməsi  əsasında həkim mama-

ginekoloqun iştirakı ilə komission qaydada aparılır. 



Zərərçəkmişi sorğu etməklə  aşağıdakılar müəyyən 

edilir: 

- travmanın tarixi; 

- zədələr bədənin hansı hissəsinə yetirilib və ya yıxılma 

zamanı bədənin hansı hissəsi dəymişdir; 

- hamiləliyin pozulma əlamətləri travmanı aldıqdan nə qədər 

müddət sonra başlamışdır və bu nə ilə biruzə olunmuşdur 

(məsələn, bel nahiyəsində, qarının aşağı hissəsində küt ağrılar, 

qarın nahiyəsində tutma şəkilli ağrılar), cinsiyyət orqanlarından 

ifrazatın olması  və onların xarakteri (rəngsiz, maye qan, qan 

laxtaları); 

-  əvvəl olmuş hamiləliyin sayı, onların gedişi və  nə ilə 

nəticələnməsi;  

- təcili doğuş, özbaşına düşük, hamİləliyin süni pozulması; 

- hazırki hamiləlikdən  əvvəl (və ya hamiləlik vaxtı) 

zərərçəkmiş  hər hansı bir ginekoloji, infeksion, endokrin və 

digər xəstəliklə  xəstələnmişdirmi, harada və necə müalicə 

olunmuşdur; 

- hazırki hamiləlik travma alınana qədər necə keçmişdir; 

- müayinə olunan şəxs travma alana qədər hamiləliyin 

saxlanması məqsədilə müalicədə olunlmuşdurmu; 

- hamiləlikdən  əvvəl və hamiləlik vaxtı  hər hansı bir 

laborator və ya xüsusi müayinələr aparılmışdırmı. 

Zərərçəkmişin məhkəmə-tibbi müayinəsi zamanı  bədəndə 

xəsarətin olması (və ya olmaması) və cinsiyyət orqanlarının 

vəziyyəti (uşaqlığın ölçüləri, vəziyyəti, konsistensiyası, 

hərəkətlliliyi və  həssaslığı, uşaqlıq  ətrafı toxumalarda 




 

37 


bitişmələrin olması, uşaqlıqda və artımlarında  şişlərin olması, 

cinsiyyət orqan-larında iltihabi dəyişiklər və s.) müəyyən edilir. 

Hamiləliyin pozulmasının səbəbi barədə 

nəticələr 

zərərçəkmişin müayinəsinin və tibbi sənədlərin təhlilinə 

əsaslanmalıdır. Nəzərə almaq lazımdır ki, hamiləliyin 

pozulması  səbəbi kimi travmadan başqa digər faktorlar da 

(uşaqlığın inkişaf etməməsi, uşaqlığın və  uşaqlıq artımlarının 

iltihabi xəstəlikləri, aparılan abortlar nəticəsində adəti düşüklər, 

rezus-konflikt, infeksion, endokrin və digər xəstəliklər) ola 

bilər. 

Hamiləliyin pozulmasının travma ilə  səbəbli  əlaqəsinin 



olması barədə sual, yalnız travmadan az sonra normal mamalıq 

anamnezi olan sağlam qadınlarda dölətrafı mayenin axması ilə 

döl kisəsinin cırılması, uşaqlıq qanaxması ilə müşayiət olunan 

ciftin ayrılması kimi şübhəsiz obyektiv göstəricilər  əsasında 

həll edilə bilər. 

Bu zaman hamiləliyin ikinci yarısı daha təhlükəli dövrdür. 

12 həftəyə qədər olan müddətdə travma nəticəsində hamiləliyin 

pozulması ehtimalı az olur. Belə ki, bu dövrdə  uşaqlıq çanaq 

boşluğunda yerləşir və çanaq sümükləri ilə xarici mexaniki 

təsirlərdən etibarlı qorunmuş olur. 

 



 

38 


6.  ZÖHRƏVİ  XƏSTƏLİKLƏRLƏ  

YOLUXDURULMA  HALLARINDA MƏHKƏMƏ-TİBBİ  

EKSPERTİZALAR.  

 

Şəxsin özündə zöhrəvi xəstəliyin olmasını bilərək, digər 

şəxsi zöhrəvi xəstəliklə yoluxdurmasına (sifilislə, süzənəklə, 

yumşaq  şankrla, Nikol-Favr xəstəliyi ilə) AR CM-nin 139-cu 

maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Yoluxma 

həm cinsi yolla (könüllü cinsi akt və cinsi cinayətlərdə), həm də 

qeyri-cinsi yolla şəxsi gigiyena qaydalarına  əməl olunmaması 

nəticəsində (məişət yoluxması) və digər hallar zamanı 

mümkündür.  

Məhkəmə-tibbi ekspertiza zamanı  şübhəli  şəxsdə  və 

zərərçəkmişdə zöhrəvi xəstəliyin olması  təyin olunur. Sonra 

xəstəliyin müddəti müəyyən edilir. Yoluxan şəxsdə bu 

xəstəliyin  əlamətləri daha təzə olur. Ekspert yoluxmanın cinsi 

əlaqədə olma vaxtını da təyin edir. Təhqiqat zamanı 

təqsirləndirilən şəxsin özündə olan xəstəliyi bilib-bilməməsi də 

müəyyən edilməlidir. Bu məqsədlə ekspert hər iki şəxsin tibbi 

sənədlərini tələb edir, uyğun mütəxəssislər cəlb edilməklə 

ekspertiza ekspert komissiyası tərəfindən aparılır.  

Yoluxdurmada təqsirləndirilən şəxs, yalnız, xəstə olduğunu 

əvvəlcədən bildiyi halda cinayət məsuliyyətinə  cəlb olunur. 

Qanunda yoluxma üsulu müəyyən edilmişdir. Bu təbii cinsi 

əlaqə, seksual xarakterli digər hərəkətlər, cinsi cinayətlər, 

şüurlu şəkildə şəxsi gigiyena qaydalarına əməl olunmaması və 

digər səbəblər ola bilər. Cinayət, zərərçəkmişin zöhrəvi 

xəstəliklə faktiki xəstələndiyi halda başa çatmış hesab olunur. 

 



 

39 


7.

 

HİV-İNFEKSİYASI  İLƏ   

YOLUXDURMA  HALLARINDA 

MƏHKƏMƏ-TİBBİ  EKSPERTİZALAR. 

 

Qazanılmış immunçatışmazlığı sindromu (QİÇS) letal 



sonluqla nəticələnən ağır gedişli infeksion xəstəlikdir.  

İnfeksiya əsasən cinsi yolla, qanla (infeksiya, qan köçürmə 

və s.) yoluxmuş anadan hamiləlik vaxtı dölə keçir. QİÇS 

xəstəliyi ilə yoluxmanın yüksək olduğu risk qruplarına 

homoseksualistlər, narkomanlar, fahişələr və biseksuallar 

daxildir. 

QİÇS-in inkubasiya dövrü 2-7 həftədən 10-15 ilə  qədərdir, 

kliniki əlamətləri olduqca müxtəlifdir və bir sıra qeyri-spesifik 

simptom və sindromlarla (uzunmüddətli qızdırma, uzanan və 

residivləşən pnevmoniyalar, diareya, limfoadenopatiya, bədən 

çəkisinin izah olunmayan azalması, dəri və selikli qişaların 

zədələnməsi və s.) xarakterizə olunur. 

İnsanın bu virusla yoluxması immun sisteminin mütləq və 

dərhal zədələnməsinə  səbəb olmur. Sağlamlığın pisləşməsi 

uzun müddətli vaxtdan sonra baş verə bilər, yaxud, 

ümumiyyətlə baş verməz və o, virusdaşıyıcı ola bilər.  Əgər 

xəstəlik aktivləşərsə, çətinliklə müalicə olunur. Bəzən xəstənin 

ölümünə səbəb olur. Bu hallar insanın həyat və sağlamlığı üçün 

təhlükə törətmiş olur. 

AR CM-nin 140-cı maddəsi aşağıdakı hallarda cinayət 

məsuliyyətini nəzərdə tutur: 

- bilərəkdən  şəxsi HİV-infeksiyası ilə yoluxma təhlükəsi 

qarşısında qoyma; 

- HİV-infeksiyası ilə yoluxmasını bilən  şəxsin, həmin 

xəstəliyi digər şəxsə yoluxdurması; 

- öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi 

nəticəsində başqa şəxsi HİV-infeksiya ilə yoluxdurma. 



 

40 


Əgər QİÇS-lə yoluxdurmaya şübhə ilə bağlı cinayət işi 

qaldırılmışsa, məhkəmə-tibbi ekspertizanın təyin olunması 

mütləqdir. Belə hallarda ekspertiza yalnız komission qaydada 

həkim-infeksionistin, zərurət yaranarsa epidemioloq və 

virusoloqun iştirakı ilə aparılır. 

Müayinə olunan şəxsdən qanın götürülməsi, qablaşdırılması 

və eksperti-zaya göndərilməsi, Səhiyyə Nazirliyinin xüsusi 

təlimatları və qaydalarına ciddi uyğun olaraq icra olunmalıdır.  

 



 

41 


8. MÜBAHİSƏLİ CİNSİ VƏZİYYƏTLƏRDƏ VƏ 

CİNSİ CİNAYƏTLƏRDƏ EKSPERT QARŞISINDA 

HƏLLİ ÜÇÜN QOYULAN SUALLARIN NÜMUNƏVİ 

SİYAHISI: 

 

1. Şəxsin həqiqi cinsi necədir? 

2. Şəxs hermafroditizmdən əziyyət çəkirmi?  

3.  Əgər  əziyyət çəkirsə, onda həqiqi, yoxsa yalançı 

hermofroditizmdən? 

4. Müayinə olunan şəxs cinsi yetkinliyə çatıbmı? 

5. Müayinə olunan şəxs cinsi əlaqədə ola bilmə 

qabiliyyətinə çatıbmı? 

6. Müayinə olunan şəxs nəsilartırma qabiliyyətinə 

malikdirmi? 

7. Müayinə olunan şəxs cinsi əlaqədə ola bilərmi? 

8. Əgər ola bilməzsə, onda hansı səbəbdən?  

9. Müayinə olunan şəxs mayalandırma qabiliyyətinə 

malikdirmi? 

10. Müayinə olunan şəxs döllənmə qabiiyyətinə malikdirmi? 

11. Müaynə olunan şəxsin uşaqbazlıqla məşğul olmasını 

göstərən tibbi xarakterli məlumatlar varmı?  

12.  Əgər varsa, onda bu aktiv, yoxsa passiv partnyorluğu 

göstərir? 

13. Zərərçəkmişin bədənində  xəsarətlər və zorakılıq izləri 

varmı?  

14. Onların xarakteri, lokalizasiyası, ağırlıq dərəcəsi, 

yetirilmə müddəti və mexanizmi necədir? 

15. Zərərçəkmiş bu xəsarətləri öz əli ilə yetirə bilərdimi? 

16. Zərərçəkmişin geyim əşyalarında qan, sperma izləri 

varmı? 


17. Əgər varsa onların qrup mənsubluğu necədir? 

18. Cinsiyyət üzvünün zərərçəkmişin arxa keçəcəyinə düz 

bağırsağa yeridilməsini göstərən əlamətlər varmı və hansılardır? 



 

42 


19. Zərərçəkmişin cinsiyyət orqanları nahiyəsində hər hansı 

bir dəyişiklik, zədələnmə varmı? 

20. Əgər varsa onların mənşəyi, xarakteri necədir? 

21. Zərərçəkmişlə  uşaqbazlıqla məşğul olma onun səhhəti 

üçün hər hansı zərərli nəticəyə səbəb olubmu və hansılardır? 

22. Müayinə olunan qadın cinsi toxunulmazlığı pozulana 

qədər cinsi həyat yaşayıbmı?  

23. Zərərçəkmişin uşaqlıq yoluna kişi cinsiyyət üzvünün 

daxil olması əlamətləri vardırmı?  

24. Varsa, bu hansı əlamətlərdir?  

25. Müayinə olunanın qızlıq pərdəsinin tamlığı pozulubmu? 

26. Əgər pozulubsa, bu müddəti nə qədərdir?  

27. Zərərçəkmişin qızlıq pərdəsi nəyin təsirindən 

pozulmuşdur?  

28. Müayinə olunanın qızlıq pərdəsinin quruluşu, onun 

tamlığını pozma-dan cinsi əlaqədə olmağa imkan verirmi?  

29. Alkohol təsirindən yaranmış süni yuxu vəziyyətində 

zorla cinsi əlaqədə olmaq mümkündürmü?  

30. Mümkündürsə, bu zərərçəkmişin köməksiz vəziyyəti 

hesab edilə bilərmi?  

31. Zərərçəkmiş belə vəziyyətdə olmuşdurmu?  

32. Zorlamada şübhəli hesab edilən  şəxsdə  hər hansı bir 

xəsarət vardırmı?  

33. Varsa onların xarakteri və mənşəyi müəyyən edilsin?  

34. Müayinə olunanın cinsiyyət yollarında, bədənində

geyim əşyalarında qan, sperma varmı?  

35. Onların qrup mənsubluğu necədir?  

36. Müayinə olunanla cinsi əlaqədə olma onun sağlamlığı 

üçün zərərli nəticələrə səbəb olubmu və hansılardır? 

37. Müayinə olunan uşaqdoğma qabiliyyətinə malikdirmi? 

38. Müayinə olunan doğmuşdurmu? 

39. Müayinə olunan hamilədirmi?  

40. Əgər belədirsə, hamiləliyin müddəti nə qədərdir? 



 

43 


41.Müayinə olunan hamilə olmasını bilərdimi? 

42. Müayinə olunanda hamiləliyin pozulma əlamətləri 

varmı?   

43. Əgər varsa, onda hamiləliyin hansı ayında pozulub? 

44.  Əgər hamiləlik pozulmuşsa, onda hansı üsulla 

pozulmuşdur? 

45. Müayinə olunan şəxsdə tez baş vermiş doğuş 

əlamətlərinin olmasını göstərən məlumatlar varmı? 

46. Hamiləliyin pozulmasının öz hərəkətləri nəticəsində baş 

verməsi (hündürlükdən yıxılma, ağır fiziki əmək) barədə 

müayinə olunanın ifadəsi həqiqətə uyğundurmu? 

47. Hamiləliyin pozulması, hər hansı bir xəsarətin 

nəticəsində baş vermişdir? 

48. Bu xəsarətlərin ağırlıq dərəcəsi necədir? 

49. Abort eyni üsulla bir neçə dəfə olmuşdurmu? 

50. Bir neçə qadında eyni üsulla aparılan abort əlamətləri 

vardırmı?  

51. Şəxsin hazırki dölünün vəziyyəti necədir? 

52. Hazırki döl (hazırki uşaq) müayinə olunan qadından 

(valideynindən) düşə bilərmi? 

53. Hamiləliyin pozulması hansı  ağırlaşmalara səbəb ola 

bilər? 


54. Hamiləliyin pozulması zamanı yetirilmiş  xəsarətin 

ağırlıq dərəcəsi necədir? 

55. Hamiləliyin pozulması ilə bağlı yaranmış ağırlaşmaların 

ağırlıq dərəcəsi necədir? 

56. Hamiləliyin pozulmasından yaranmış  ağırlaşmaların 

abortun edilmə üsulu və antisanitar şəraitlə əlaqəsi varmı? 

57. Aparılmış abortdan sonra qadında döllənmə qabiliyyəti 

saxlanılmışdırmı? 

58. Müayinə olunan şəxs zöhrəvi xəstəlikdən  əziyyət 

çəkirmi?  




 

44 


59.  Əgər  əziyyət çəkirsə, onda hansı  xəstəlikdən  əziyyət 

çəkir?  


60. Xəstəliyin başlama müddəti hansı tarixə təsadüf edir? 

61. Müayinə olunan şəxs zöhrəvi xəstəliyə yoluxmasından 

xəbərsiz ola bilərdimi?  

62. Təqdim olunan hər iki şəxsdən hansı cinsi əlaqə ilə 

deyil, digər hərəkətlərlə başqalarını yoluxma təhlükəsi 

qarşısında qoya bilərdi?  

63. Zöhrəvi xəstəlikdən  əziyyət çəkən  şəxs, cinsi əlaqəyə 

girmə ilə müşayiət olunmayan müəyyən hərəkətlərlə digər şəxsi 

yoluxma təhlükəsinə  məruz qoya bilərdimi və ya 

qoymuşdurmu?  

64. Müayinə olunan şəxs QİÇS-dən əziyyət çəkirmi? 

65.  Əgər  əziyyət çəkirsə, onda xəstəlik nə  qədər müddət 

əvvəl başlamışdır? 

66. QİÇS-ə yoluxmuş iki şəxsdən hansı biri əvvəl xəstəliyə 

tutulmuş və sonradan da o biri şəxsi yoluxdurmuşdur?  

67. Müayinə olunan şəxs onda bu xəstəliyin inkişaf 

etməsindən xəbərsiz ola bilərdimi? 

68. QİÇS-dən  əziyyət çəkən  şəxs cinsi əlaqəyə girmə ilə 

müşayiət olunmayan müəyyən hərəkətlərlə digər şəxsi yoluxma 

təhlükəsinə məruz qoymuşdurmu? 




 

 

MÜNDƏRİCAT

 

 



MÜBAHİSƏLİ  CİNSİ  VƏZİYYƏTLƏRDƏ  VƏ CİNSİ  

CİNAYƏTLƏRDƏ  APARILAN MƏHKƏMƏ-TİBBİ  

EKSPERTİZALAR.------------------------------------------------ 

 

 



 

1.  HƏQİQİ  CİNSİN  TƏYİNİNİN  MƏHKƏMƏ-TİBBİ  

EKSPERTİZASI.---------------------------------------------------- 

 

 



2.  CİNSİ  YETKİNLİYİN  TƏYİNİNİN  MƏHKƏMƏ-

TİBBİ  EKSPERTİZASI.------------------------------------------ 

 

 



3.  CİNSİ  VƏ  NƏSİLARTIRMA  QABİLİYYƏTİNİN  

TƏYİNİNİN MƏHKƏMƏ-TİBBİ  EKSPERTİZASI.--------- 

 

 



4.  CİNSİ  TOXUNULMAZLIĞIN  TƏYİNİNİN  

MƏHKƏMƏ-TİBBİ  EKSPERTİZASI.------------------------- 

 

 



16 

5.  HAMİLƏLİYİN,  DOĞUŞUN  VƏ  ABORTUN  

MƏHKƏMƏ-TİBBİ  EKSPERTİZASI.------------------------- 

 

 



30 

6.  ZÖHRƏVİ  XƏSTƏLİKLƏRLƏ  YOLUXDURULMA  

HALLARINDA MƏHKƏMƏ-TİBBİ  EKSPERTİZALAR.- 

 

 



38 

7.   HİV-İNFEKSİYASI  İLƏ  YOLUXDURMA  

HALLARINDA MƏHKƏMƏ-TİBBİ  EKSPERTİZALAR.- 

 

 



39 

8.  MÜBAHİSƏLİ CİNSİ VƏZİYYƏTLƏRDƏ VƏ 

CİNSİ CİNAYƏTLƏRDƏ EKSPERT QARŞISINDA 

HƏLLİ ÜÇÜN QOYULAN SUALLARIN NÜMUNƏVİ 

SİYAHISI:----------------------------------------------------------- 

 

 

 

41 

 

 

 

45 




 

 

Əziz Əliyev adına ADHTİ-nun 



 “Məhkəmə təbabəti və Patoloji anatomiya, 

hüququn əsasları kursu ilə” kafedrasının müdiri, 

 

 

Tibb elmləri doktoru, professor 

Şakir Məzlum oğlu Musayev 

 

 

 



ŞƏXSİYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ 

CİNSİ AZADLIĞI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏRLƏ 

BAĞLI MƏHKƏMƏ-TİBBİ EKSPERTİZALAR 

 

 

 

 

 

Bakı, “ ......... “ 2009 

 

 



46 

Yüklə 237,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə