Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi


 CİNSİ  YETKİNLİYİN  TƏYİNİNİN  MƏHKƏMƏ-



Yüklə 237,8 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix26.03.2018
ölçüsü237,8 Kb.
#33967
1   2   3   4   5   6   7   8   9

 



2.  CİNSİ  YETKİNLİYİN  TƏYİNİNİN  MƏHKƏMƏ-



TİBBİ  EKSPERTİZASI. 

 

Cinsi yetkinlik dedikdə, orqanizmin elə bir fiziki inkişaf 



dərəcəsi nəzərdə tutulur ki, bu zaman bütün cinsi funksiyalar 

(kişilərdə – cinsi əlaqədə olma, mayalandırma; qadınlarda – 

cinsi  əlaqədə olma, döllənmə, hamiləlik, doğuş  və  uşağı 

əmizdirmə), sağlamlıq üçün zərərli nəticələr vermədən yerinə 

yetirilə bilsin. Nəzərə almaq lazımdır ki, cinsi yetkinlik 

müəyyən yaşa çatma ilə  əlaqəli deyil. O, nigah yaşından həm 

erkən, həm də sonra başlaya bilər.  

Bir çox alimlərin fikrincə cinsi aparatın tam formalaşması 

və tənzimlən-məsi qızlarda oğlanlardan tez başlayır. Qızlarda 6-

9 yaşlarında hamiləliyə rast gəlinir, oğlanlarda isə 11-12 

yaşlarında sperma əmələ  gəlmə  və pollyusiya halları başlayır. 

Cinsiyyət üzvünün ereksiyası (gərginləşməsi) daha erkən 

yaşlarda müşahidə edilir. Bu məmnunluğun sadə sinir-psixi 

reaksiyası şəklində baş verir. 

Cinsi yetkinlik bir neçə il davam edir və coğrafi, irsi, sosial 

və digər faktorlardan asılıdır. Bir qayda olaraq, cinsi yetkinlik 

qızlarda 13-15 yaşla-rında, oğlanlarda isə 14-17 yaşlarında 

başlayır. Cinsi yetkinlik prosesi kişilərdə adətən 23-25 

yaşlarında başa çatır. 25 yaşdan 55 yaşa qədər olan dövr, 

davamlı seksual meyllikli və müntəzəm cinsi həyat stereotipləri 

ilə xarakterizə olunan cinsi yetkinliyə aid edilir. 55 yaşdan 

sonra seksual fəallıq zəifləməyə başlayır, bəzi hallarda isə 

pozğunluq formasında (homoseksualizm, pedofiliya, fetişizm 

və s.) müşayiət olunan psixoseksual stimulyasiyanın 

reduksiyası yaranır. 

Qızlarda cinsi yetkinliyin müəyyən edilməsi aşağıdakı 

hallara əsaslanır: 

- xarici cinsiyyət orqanlarının inkişaf dərəcəsi; 

- yumurtalıqların funksiyası; 



 

- ümumi fiziki inkişaf; 



- çanağın ölçüsü və s. 

Oğlanlarda cinsi yetkinliyin təyini nadir hallarda 

aparılır və bu zaman aşağıdakı hallar müəyyənləşdirilir:  

- orqanizmin sonrakı inkişafına zərər vurmadan, cinsi 

fəaliyyətə (cinsi əlaqədə olma və mayalandırma) imkan verən, 

cinsi vəzilərin funksional vəziyyəti; 

- orqanizmin ümumi fiziki inkişafı. 

Cinsi yetkinliyin təyininin məhkəmə-tibbi ekspertizası, 

əlamətlərin yaxşı biruzə olunduğu halarda çətinlik törətmir. Bu 

əlamətlərin tam və aydın olmadığı hallarda çətinlik yaranır. 

Cinsi yetkinliyə çatma haqqında sualın həlli yalnız onların 

toplusuna əsaslanır. 

Ekspert rəyində  qəti formada subyektin cinsi yetkinliyə 

çatması  təsdiq olunur, yaxud da inkar edilir. Nəticənin «cinsi 

yetkinliyə tam çatmamışdır» formada tərtib edilməsi yol 

verilməzdir. 



 

 


 



3.  CİNSİ  VƏ  NƏSİLARTIRMA  QABİLİYYƏTİNİN  



TƏYİNİNİN MƏHKƏMƏ-TİBBİ  EKSPERTİZASI. 

 

Xatırladaq ki, qadınlarda cinsi qabiliyyət dedikdə, cinsi 



əlaqədə olma və döllənmə, kişilərdə isə cinsi əlaqədə olma və 

mayalandırma başa düşülür.  



Qadınlarda cinsi və  nəsilartırma qabiliyyətinin təyin 

edilməsi üçün səbəblər aşağıdakılardır:  

- nigahın pozulması;  

- uşağın oğurlanması;  

- sağlamlığa zərərvurma dərəcəsinin təyini (nəsilartırma 

qabiliyyətini itirdikdə).   

Kişilərdə bu səbəblərə aşağıdakılar aiddir:  

- nigahın pozulması; 

- mübahisəli atalıq iddiaları;  

- sağlamlığa zərərvurma dərəcəsinin müəyyən edilməsi 

(nəsilartırma qabiliyyətini itirdikdə);  

- zorlamada və digər hallarda. 

Qadınlarda cinsi əlaqədə olma qabiliyyəti adətən cinsi 

yetkinliyə çatma-dan erkən yaranır. Cinsi əlaqədə olma 

qabiliyyətinin olmaması bir çox səbəblərdən asılıdır: xarici 

cinsiyyət orqanlarının anadangəlmə inkişaf qüsurları, vaginizm, 

xəsarətdən sonra uşaqlığın girəcəyində çapıq dəyişiklikləri və 

sairə. Cinsi əlaqədə ola bilmə qabiliyyəti barədə sualın həlli 

zamanı, müayinə olunan şəxsdə bunun üçün maneə yaradan 

cinsiyyət orqanlarının anadangəlmə  və ya qazanılmış 

dəyişikliklərin (uşaqlığın qısa olması, onun daralması, şişləri və 

s.) olub-olmamasının aydınaşdırılması zəruridir. 

Əgər müayinə zamanı, cinsiyyət orqanlarında cinsi aktı 

yerinə yetirməyə mane ola biləcək hər hansı bir dəyişikliklər 

aşkar edilmirsə, cinsi əlaqədə olma qabiliyyətini çətinləşdirən 

və ya istisna edən funksional xarakterli səbəbləri müəyyən 




 

10 


etmək və ya inkar etmək üçün ekspertizanın icrasına həkim-

psixoterapevt cəlb edilir. 

Gənc qadınlarda döllənmə qabiliyyətinin olmaması 

(sonsuzluq), çox hallarda kiçik çanaq orqanlarının iltihabi 

xəstəlikləri (qonoreya xəstəliyinin nəticəsi, doğuşdan sonra), 

həmçinin qadın cinsiyyət aparatının inkişaf qüsurları və sairə ilə 

əlaqədar olur. Qadın sonsuzluğunun səbəbləri ginekoloji 

müayinələrin köməkliyi ilə müəyyən edilir. 



Qadınlarda döllənmə qabiliyyətinin təyini zamanı 

aşağıdakıların nəzərə alınması vacibdir: 

- müayinə olunanın yaşı; 

- orqanizmin və cinsiyyət orqanlarının anatomo-fizioloji 

xüsusiyyətləri; 

- aybaşının başlanma vaxtı və xarakteri; 

- iltihabi və ya neoplastik xarakterli ginekoloji xəstəliklərin, 

hormonal pozğunluqların, xroniki infeksiyaların, 

intoksikasiyanın, şüalanmanın nəticələrinin olması; 

- anamnezində cinsiyyət orqanlarında hər hansı  cərrahi 

müdaxilənin olması. 

Kişilərdə cinsi əlaqədə ola bilmə  və mayalandırma 

qabiliyyəti çox erkən başlaya və qocalana qədər saxlanıla bilər. 

Cinsi  əlaqədə olma qabiliyyətinin olmaması (impotensiya) və 

ya itirilməsi, üzvü və funksional xarakterli olur. Üzvi 



xarakterli cinsi əlaqəda olma qabiliyyətinin olmaması daha 

çox aşağıdakı hallarla əlaqədardır:  

- xarici cinsiyyət orqanlarının anadangəlmə anatomik 

qüsurları  və travması (mexaniki maneələr nəticəsində 

impotensiya); 

- cinsiyyət orqanlarının xəstəlikləri (cinsi vəzilərin 

zədələnməsinə, toxum mayesinin keyfiyyətinin dəyişməsinə və 

ya onun ifrazatının pozulmasına səbəb olan xayaların və prostat 

vəzinin xəstəlikləri); 




Yüklə 237,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə